Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-748/2024 22.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-1198/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilində yaşayan cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, uşaqları X4, X1 şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilindən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 1198/2023 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları X4 və X5 ilə birgə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1171/2023 saylı qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilib Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-1198/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(039)-1198/2023 saylı qətnaməsi 14 iyul 2023-cü ildə qəbzə imza edilməklə Cavabdeh1 tərəfindən alınmışdır. Apelyasiya şikayətini aldığı gündən bir ay sonra yəni, xx.xx.2023-cü il tarixdə verməli olduğu halda xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da cavabdeh qətnamədən şikayət vermə müddətini 11 gün ötürmüşdür. Eləcə də, buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Cavabdeh1 hazırki qərardaddan verdiyi şikayətində qeyd etmişdir ki, 14 iyul 2023-cü il tarixdə qətnamənin alınması barədə qəbzə edilən imza ona məxsus deyildir. Həqiqətən də belə imza vardırsa, məhkəmədən onu aldaraq qəbzə imza etdirmişlər. Halbuki həmin vaxt məhkəmə qətnaməsi hazır olmamışdır. 04 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnamə poçt vasitəsi ilə 01 avqust 2023-cü il tarixdə onlara təqdim edilmişdir. Apellyasiya şikayətini də 25 avqust 2023-cü ildə vermişdir. Apellyasiya şikayətini vermə müddətini ötürməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, həqiqətən də Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 saylı qətnaməsi 31 iyul 2023-cü ildə Elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir. Göründüyü kimi, 14 iyul tarixdə Cavabdeh1 tərəfindən qətnamənin alınması barədə qəbz imzalanarkən qətnamə tərtib edilməmişdi. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər şikayətdə qeyd olunan dəlillərin əsaslılığını və həqiqiliyini təsdiq edir. Göstərilənlərə əsasən, Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilmə müddəti ötürülməmiş hesab edilməlidir. Kollegiya onu da qeyd edir ki, hazırda mübahisələndirilən Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1171/2023 saylı qərardadı əsasında qəbul edilmişdir. Lakin Cavabdeh1 həmin qərardaddan verdiyi hazırki şikayətdə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1171/2023 saylı qərardadı qəbul edilən vaxt məlum olmayan yeni hallar ortaya çıxmışdır. Mingəçevir Şəhər Məhkəməsi həmin halları araşdırmaqla 30 aprel 2024-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı ilə özünün 31 oktyabr 2023-cü il tarixli qərardadını ləğv etmə səlahiyyətinə malik olmasına baxmayaraq, bunu etməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki şiakyətin dəlilləri ilə qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)- 1198/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(051)-1198/2023 nömrəli qərardadı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-1198/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-748/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-748/2024
22.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver