Məhkəmə qərarları › İş №2(107)-748/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-748/2025

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-748/2025 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi, qismən təmin) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 Mirzəli oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. “xxxx” IKB ASC ilə Cavabdeh arasında bağlanmış # ###### 2008- ci il tarixli RBB ***(İ) nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” IKB ASC-nin “Qəbələ” filialından cavabdeh Cavabdeh illik 16 %-lə 240 ay müddətinə 66.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə * saylı əlavəyə əsasən, Cavabdeh 66.000 ABŞ dolları məbləğini 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür.

2. “xxxx” IKB ASC ilə Cavabdeh arasında bağlanmış # ###### 2008- ci il tarixli RBB ***(İ) nömrəli, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən, həmin tarixli kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti tərəflərin ümumi razılığı əsasında mövcud bazar qiyməti nəzərə alınaraq 83.000 ABŞ dolları qiymətləndirilmişdir.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışa əsasən, Cavabdeh məxsus Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi “xxxx” IKBnin xeyirinə # ###### 2008-ci il tarixli RBB ***(İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2008-ci ildə qeydiyyata alınmışdır.

4. “xxxx Bank” IKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı İddiaçı ASC olaraq dəyişdirilmişdir.

5. İddiaçı ASC-nin ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmiş, eyni zamanda qeyd olunmuşdur ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacaqdır.

6. İddiaçı ASC-nin ##.##.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı ASC-nin ## ###### 2023-cü il tarixli maliyyə arayışına əsasən, ##.##.2023-cü il tarixə kimi Cavabdeh tərəfindən banka əsas borcdan ödənilən cəmi məbləğ 14.078,07 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 32.404,84 ABŞ dolları təşkil etməklə Cavabdeh banka olan borcunun məbləği ##.##.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas borc üzrə qalıq məbləği 49.348,36 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləği 62.594,48 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləğ 8.900,38 ABŞ dolları olmaqla cəmi 120.843,22 ABŞ dolları təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə # ###### 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49.348,36 ABŞ dolları əsas, 62.594,48 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 112.832,88 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehə məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” IKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) “Qəbələ” filialından 16 faizlə 240 ay müddətinə ev almaq məqsədilə 66.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) # ###### 2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il fevral ayının 24-dək cavabdehin # ###### 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49.348,36 ABŞ dolları əsas, 62.594,48 ABŞ dolları faiz, 8.900,38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 120.843,22 ABŞ dolları borcu vardır. Cavabdehin # ###### 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 8.900,38 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 890,04 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir.

10. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2023-cü il tarixli, *-**-**/*-*/**** saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, *Ə-** nömrəli notariat işinin 26-ci vərəqəsində olan ## ###### 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (##.##.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından olan ərizədə “Imza” yazısı önündəki imza - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, *Ə-** nömrəli notariat işinin 26cı vərəqəsində olan ## ###### 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (##.##.2008 ci il tarixdə 40-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından olan ərizədəki yazılar - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Həmçinin məhkəmənin ## ###### 2023-cü il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilərək, müvafiq rəylər alınmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli, */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, # ###### 2008-ci il tarixli, RBB ***(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh ##.##.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində (əsas borc üzrə - 62.847,86 ABŞ dolları, faiz borcu üzrə - 75.050,55 ABŞ dolları) və ##.##.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində (əsas borc üzrə - 62.847,86 ABŞ dolları, faiz borcu üzrə - 79.045,97 ABŞ dolları) müəyyən edilir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli, *-**-**/*-**/****-*/****-**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171.000 manat, likvid dəyəri isə 153.900 manat məbləğində müəyyən olunur. Istinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir.

14. Bundan sonra, iddiaçı iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə # ###### 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138.788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehə məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- **/**** nömrəli, ## #### 2024-cü il tarixli (hakim Abbas Əliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin (likvid dəyəri) 153.900 manat müəyyən edilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehin Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, 53, 54-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətləri vermişlər.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Elçin Mehdiyev) iddiaçı Bankın və cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən yəni, cavabdehin mübahisəli evə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq banka təhvil verilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.metr ümumi, 108,42 kv.metr yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi hərracda satıldıqdan bir ay sonra fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin evdən çıxarılması və iddiaçı Bankdan ödənilməmiş qalan dövlət rüsumumunun 44,12 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Qətnamədən cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi “cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması” hissəsində ləğv edilməsi və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia rədd olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pulun götürülməsini təsdiq edən və təqdim edilən qəbz ümumiyyətlə bu işə uyğun gəlmir. Çünki pul vəsaiti Notariat Kontoruna ödənilməli olduğu halda başqa yerə ödənilmiş və ABŞ dolları valyutası ilə olmuşdur. Həmçinin həmin valyutada AZN məzənnəsinə çevriləndə yenədə müqavilədəki məbləğlə uyğun gəlməmişdir. Iddiaçı tərəfindən təqdim edilən müqaviləyə və qanunvericiliyə əsasən vəsait bank hesabına mədaxil olmalı və mədaxil olunan vəsait Notariat Kontorunun depozit hesabına göndərməlidir. Lakin buna aid iddiaçı heç bir sübut və ümumiyyətlə pul vəsaitinin verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qətnamədə iddia tələbinin pul tələbi hissəsində əsaslandırılmamışdır. Qətnamənin ləğv edilməsi üçün digər əsas ondan ibarətdir ki, tərəflərindən ##.##.2023-cü il tarixdə Notariat Arxivinə müraciət olunmuş və notariat işi tələb edilmişdir. Həmin sənədlərdə əvvəlki iclasda da qeyd etdiyi kimi cavabdehin həyat yoldaşının razılıq ərizəsi olmamışdır. Həmin sənədlərdən bir qismi əlbəəl alınmış və məlum olmuşdur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ümumiyyətlə Notariat Kontoruna ərizə verilməmiş və orda olan ərizədəki imza onun tərəfindən icra olunmamışdır. Hətta digər ev satan Məhəmməd adlı şəxsin də həyat yoldaşının imzası saxtalaşdırılmışdır. Məhkəmə işin faktiki hallarına deyil təqdim edilən sənədlərlə deyil, yalnız iddiaçının verdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə məhkəmə prosessual hüquq normalarını pozaraq iddiaçı tərəfindən son iclasda təqdim edilən iddia tələbinin artırılması ərizəsini icraata qəbul etmişdir. Iddia ərizə ilə ekspert rəyi arasında olan ziddiyət belə araşdırılmamışdır. Buna dair ekspertin rəyi ilə kifayətlənmiş və bundan sonra da Bankın iddia tələbinin artırılması ərizəsini icraata qəbul edərək işə baxmış və tələbi təmin etmişdir. Həmin ərizə də məhkəmə baxışında təqdim edilmiş və bu da prosessual pozuntudur. Həmçinin məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata qəbul edərkən prosessual pozuntu etmiş və dövlət rüsumu 525,94 AZN olduğu halda iddiaçı tərəfindən 481 AZN dövlət rüsumu qəbul etmişdir. Iddiaçı iddia tələbini artırarkən yeni dövlət rüsumu ödənilməli idi. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanmalı və ərizə geri qaytarılmalıdı. Məhkəmə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin xarici valyutada aparılmasını hansı hüquq norması əsasında olmasını araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 Mirzəli oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

27. “Ipoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. Ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. Ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 36.2. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

33. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

34. Işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi “cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması” hissəsində ləğv edilmiş və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi # ###### 2008-ci il tarixli RBB ***(İ) nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka 62.847,86 ABŞ dolları əsas borcunun, 79.045,97 ABŞ dolları faiz borcunun olması barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, iddiaçı Bank məhkəməyə müraciət edərkən təqdim etdiyi ## ###### 2023-cü il tarixli maliyyə arayışında, ##.##.2023-cü il tarixə kimi cavabdeh tərəfindən banka əsas borcdan ödənilən məbləğin 14.078,07 ABŞ dolları, faizdən ödənilən məbləğin isə 32.404,84 ABŞ dolları təşkil etməsini göstərərək, həmin tarixə banka olan əsas borc üzrə qalıq məbləğinin 49.348,36 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğinin isə 62.594,48 ABŞ dolları, cəmi 111.942,84 ABŞ dolları (8.900,38 ABŞ dolları cərimə ilə birlikdə cəmi 120.843,22 ABŞ dolları) təşkil etməsini qeyd etsə də, məhkəmə mühasibatlıq ekspertizasının ## ###### 2023-cü il tarixli rəyinin əsaslandırıcı hissəsində cavabdehin ##.##.2023-cü il tarixədək 82.627,99 ABŞ dolları məbləğində ödəniş etməsi, həmin məbləğin 79.475,85 ABŞ dollarının faiz borcuna və 3.152,14 ABŞ dollarının əsas borca silindiyi, cavabdehin banka 62.847,86 ABŞ dolları əsas borcunun, 79.045,97 ABŞ dolları faiz borcunun (cəmi 141.893,83 ABŞ dolları) olması qeyd edilmiş, lakin ekspertin gəldiyi həmin nəticə rəydə əsaslandırılmamış, həmçinin rəydə kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin öhdəlikləri yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı suala aydınlıq gətirilməmiş və cavab verilməmiş, ümumiyyətlə annuitet ödənişlərinə görə ##.##.2023-cü il tarixə cavabdeh tərəfindən hansı məbləğdə cəmi əsas və faiz borcunun ödənilməli olduğu açıqlanmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ## ###### 2023-cü il tarixli ekspert rəyində, cavabdehin ##.##.2023-cü il tarixədək 82.627,99 ABŞ dolları məbləğində ödəniş etməsinə baxmayaraq, həmin məbləğin 79.475,85 ABŞ dollarının faiz borcuna və 3.152,14 ABŞ dollarının əsas borca silinməsinin əsaslandırılmamasına, qeyd olunan nəticənin Bankın məhkəməyə təqdim etdiyi ## ###### 2023-cü il tarixli maliyyə arayışında göstərilən məlumatları ilə ziddiyyət təşkil etməsinə, ilkin iddia tələbində Bankın ## ###### 2023-cü il tarixə görə cavabdehdən əsas və faiz borcu üzrə cəmi 111.942,84 ABŞ dolları tələb etməsinə baxmayaraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində həmin məbləğin qeyd olunan ## ###### 2023-cü il tarixə görə əsas və faiz borcu üzrə cəmi 141.893,83 ABŞ dolları həddinə qədər artırılmasının səbəbi araşdırılmamış, cavabdeh tərəfindən edilmiş bütün ödənişlərin nəzərə alınmamasına diqqət yetirməmiş, bu halın MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, birinci instansiya məhkəməsi ekspert rəyinin tərtibi zamanı yol verilmiş, yuxarıda qeyd olunan nöqsanları nəzərə almaqla müqavilənin ləğv edildiyi müddətə uyğun olaraq hesablamış əsas və faiz borcunun cavabdehdən tutulmasını dəqiq müəyyən etməli idi. Məhkəmə kollegiyası müqavilənin ləğv edilməsi müddəti ilə bağlı isə qeyd edir ki, iddiaçı bank ##.##.2023-cü və ##.##.2023-cü il tarixli xəbərdarlıqları cavabvdehə ünvanlayaraq iradə ifadəsini qarşı tərəfə bildirilməklə, kredit müqaviləsini Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə, həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli qaydada ləğv etdiyindən, həmin sonuncu xəbərdarlıq müddəti, yəni ##.##.2023-cü il tarixi müqavilənin ləğv edilməsi müddəti kimi nəzərə alınmalıdır. Odur ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almaqla, habelə ## ###### 2023-cü il tarixli ekspert rəyində yol verilmiş nöqsanların aradan qaldırılması üçün əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsini müzakirə etməklə müqavilənin ləğv edildiyi müddətə uyğun olaraq hesablamış əsas və faiz borcunun cavabdehdən tutulmasını müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qeyd olunan hissədə dəyişdirmədən saxlayarkən həmin halları nəzərdən qaçırmış, göstərilən hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə və qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə gəldiyi nəticə, yuxarıda qeyd edilən tələblərə cavab vermir.

36. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi “cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması” hissəsində ləğv edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

41. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

42. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir.

43. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx IKB” ASC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 66000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il ## ###### tarixli RBB ***(İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. Iş üzrə iddiaçı xxxx IKB ASC-i həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

45. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin borcun (əsas və faiz borcunun) çox olması, həmin borcun düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır.

46. Belə ki, 2008-ci il ## ###### tarixli RBB ***(İ) nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh “xxxx” IKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66000 ABŞ dolları məbləğində kredit verilmişdir.

47. Kredit müqaviləsinə * saylı əlavədən görünür ki, borcalan Cavabdeh 66000 (altmış altı min) ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür.

48. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir.

49. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ####### 2025-ci il tarixli, */**** nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, birinci və üçüncü suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 0# ###### 2008-ci il tarixli, RBB ***(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla E Ikinci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh Cavabdeh krediti üzrə banka ##.##.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) 82.627,99 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 79.475,85 ABŞ dolları faiz borcuna və 3152,14 ABŞ dolları isə əsas borca silinir.

50. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

51. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ## ##### 2026-cı il tarixli, ****/**** nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki: 1-ci sual üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən 49.348,36 ABŞ dolları əsas borc və 62.594,48 ABŞ dolları faiz borcu məbləğləri bank tərəfindən ödənişlərin öz daxili silinmə qaydasına uyğun hesablanması nəticəsində formalaşmışdır. Hazırkı tədqiqat zamanı isə ödənişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq qaydaları və kredit müqaviləsinin şərtləri əsas götürülməklə yenidən hesablanmışdır. Həmin qaydalara əsasən, borcalan tərəfindən edilən ödənişlər ilk növbədə faiz borcunun ödənilməsinə, daha sonra isə əsas borcun silinməsinə yönəldilməlidir. Müəyyən edilmişdir ki, bank tərəfindən aparılmış hesablamada 13.499,50 ABŞ dolları məbləğində vəsait əsas borcdan artıq silinmişdir. Məhz bu səbəbdən bankın təqdim etdiyi hesablamada əsas borc məbləği daha az, hazırkı hesablamada isə daha çox olduğu müəyyən edilmişdir. Beləliklə, iddia ərizəsində göstərilən məbləğlərlə sonradan müəyyən edilən məbləğlər arasında yaranmış fərq ödənişlərin fərqli silinmə ardıcıllığı ilə hesablanması ilə bağlı olmuşdur. 2-ci sual üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışında göstərilən 49.348,36 ABŞ dolları əsas borc və 62.594,48 ABŞ dolları faiz borcu məbləğləri bank tərəfindən tətbiq edilmiş silinmə ardıcıllığı əsas götürüldükdə düzgün hesablanmışdır. 3-cü sual üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsinin son bitmə tarixi ##.##.2028-ci il olmuşdur. Bu səbəbdən də, ##.##.2023- cü il tarixə olan borc və ödəniş vəziyyəti həmin tarixədə ödənilməsi nəzərdə tutulan aylıq ödənişlər əsasında hesablanmalıdır. Əgər ödəniş cədvəlinə uyğun olaraq ödənişlər hər ayın 1-i tarixinə müəyyən edilmişdirsə, bu halda ##.##.2023-cü il tarixə qədər ödənilməli olan məbləğə yalnız ##.##.2023-cü il tarixədək yaranmış öhdəliklər daxil edilir, sonrakı dövrə aid ödənişlər isə həmin tarix üçün vaxtı çatmış öhdəlik hesab edilmir. Belə ki, ödəniş qrafiki üzrə ##.##.2023-cü il tarixədək ödənilməli olan məbləğin 165.107,40 ABŞ dolları məbləğində, faktiki ödənilən məbləğin isə 81.427,99 ABŞ dolları məbləğində olduğu müəyyən edilir.

52. Ekspert rəylərindən göründüyü kimi, Cavabdeh ##.##.2023-cü il tarixə banka olan əsas və faiz borcu 137.870,47 ABŞ dolları məbəğində müəyyən edilir. O cümlədən ##.##.2023-cü il tarixə əsas borc üzrə 62.847,86 ABŞ dolları, faiz borcu üzrə 75.022,61 ABŞ dolları təşkil etmişdir. Yəni iddia tələbinin faiz borcun tutulması hissəsində cüzi fərq müşahidə olunur.

53. Kollegiya qeyd edir ki, ekspertiza rəylərində qeyd edilmiş məbləğ əsas götürülərək cavabdehdən əsas və faiz borcu tutulmalıdır.

54. Bununla yanaşı məhkəmə kollegiyası bildirir ki, qeyd edilən təkrar və əlavə ekspert rəyləri hər hansı bir əsasla təkzib edilə bilmədiyindən ekspertlərin borc ilə bağlı ekspert rəylərinin daha arqumentli sübut olaraq qəbul edilməlidir. Odur ki, cavabdeh tərəfin borcun artıq hesablanması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır.

55. Məhkəmə kollegiyası ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir.

56. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyləri hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir.

57. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

58. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

59. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

60. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki ekspert rəylərndə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən kollegiya bir-birini tamamlayan ekspert rəylərini, tədqiq edərək, apellyasiya araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, qeyd olunan ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

61. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27,94 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi cavabdeh Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 27,94 ABŞ dolları faiz borcunun tutulması hissəsində rədd edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən – ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pul cavabdeh Cavabdeh tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XIIS) hesabı, X2, KOD 210005, VÖEN 14015551071, müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar