Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-749/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarxli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşağıxx.xx.2009-cu il təvəllüdlü X1 ilə birlikdə Yevlax şəhəri Nizami prospekti ev 19, mənzil 26 (keçmiş Nizami prospekti dalan 5, ev 9, mənzil 4) ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 №li iş üzrə qəbul etdiyi 11.09. 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı uşağı-xx.xx.2009-cu il təvəllüdlü X1 ilə birlikdə Yevlax şəhəri Nizami prospekti ev 19, mənzil 26 (keçmiş Nizami prospekti dalan 5, ev 9, mənzil 4) ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-1276/2020 saylı qətaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadının ləğv edilməsini və sonrakı hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, həmin qətnamənin surəti onlara göndərilsə də, onlar tərəfindən alınmamış, onların ünvanda qonşuları Leyla Bəhrəmova tərəfindən alınmış və onlara gec məlumat verilmişdir. Bu səbəbdən də, qətnaməni alan kimi apellyasiya şikayəti vermişlər. Onlar apellyasiya məhkəməsinin iclasında Yevlax Rayon Məhkəməsinə ünvanlamış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi barədə olan ərizəni təqdim etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həqiqətən də cavabdehlər qətnamə göndərilən ünvanda yaşamırlar, həmin mənzil kirayə verilmişdir və orada başqa şəxslər kirayə yaşayır. Cavabdehlərə göndərilmiş məktub da, kirayəçilər tərəfindən alınmış və dərhal da cavabdehlərə verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli qətnaməni xx xxxxxxx 2020ci il tarixdə xəbərnamələri imza etməklə rəsmi qaydada almışlar. Beləliklə müəyyən olunmuşdur ki, cavabdehlər apelyasiya şikayətini qanunvercilikdə nəzərdə tutulmuş müddəti ötürərək vermiş və ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)- 1276/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi nəzərə tutulduğu halda cavabdehlər həmin müddəti ötürməklə apellyasiya şikayəti vermişlər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.5-ci mаddəsində göstərilmişdir ki, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Yuxarıda göstərilən maddələrin tələblərinə əsasən, Yevlax Rayon Məhkəməsinə ünvanlamış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş ərizə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1276/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarxli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(039)-1276/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Yevlax Rayon Məhkəməsinə ünvanlamış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş ərizə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-749/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-749/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver