Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-75/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı, cavabdehlər Abdurahmanov Yaşar Əlimövsüm oğlu və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Abdurahmanov Yaşar Əlimövsüm oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(046)-893/2019 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : Göyçay Rayon Məhkəməsinin (hаkim İbrahim Fəttahov) xx xxx 2019-cu il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər Abdurahmanov Yaşar Əlimövsüm oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN-5xx xxx 40812018 nömrəli Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Göyçay rayonu Potu kəndində yerləşən 1.86 ha torpaq sahəsinin 0.108 hektarından cavabdeh Abdurahmanov Yaşar Əlimövsüm oğlu, 0.0205 hektarından Cavabdeh2, 0.049 hektarından Cavabdeh3 və 0.036 ha hektarından Cavabdeh4 çıxarılması, 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh4 həmin qətnаmədən аpelyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə mərhum ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,86 ha toraq sahəsi verilmidir. Mərhum atası X4 ailə üzvləri arvadı X1, uşaqları İsgəndərova Ülviyyə əli qızına, İddiaçı və X3 torpağa mülkiyyət hüququ JN-5xx xxx 40812018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi cavabdehlər Abdurrahmanov Yaşar Əlimövsüm oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmiş və onların tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 N qərarı və JN-5xx xxx 40812018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasən Göyçay rayonu Potu kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,86 ha torpaq sahəsində cavabdehlər çıxarılmalıdırlar. Məhkəmədən xahiş etmişdir ki, iddianın təmin edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilsin. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu guman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibətini mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada ona məlumat verilməmiş, hazırki iddia tələbinə qarşı müdafiəni hazırlamağa imkan yaradılmamış, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. İş üzrə məhkəmə baxışının prinsiplərinə gəldikdə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki işin materiallarına nəzər yetirdikdə, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə ona bildirişlərin göndərilməsi görünsə də, birdirişlərin tərəfindən alınması barədə məlumatlar mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi Konstitusiyanın və prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə baxmayaraq, iş üzrə cavabdeh kimi onun məhkəmə proseslərində iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi qaydalarını pozmaqla işin hallarını Mülki Prosessual Məcəlləyə uyğun olaraq araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə ləğv edilməli və iddia tələbi ona münasibətdə rədd edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsini notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla Mahir İsgəndərovdan almışdır və həmin torpaq hazırda onun mülkiyyətindədir. O iddiaçıya məxsus olan heç bir torpaq sahəsini zəbt etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Abdurahmanov Yaşar Əlimövsüm oğlu izahat verərək bildirdi ki, iddiaçı və digər cavabdehlər onun torpaq qonşularıdır. Aralarında heç vaxt mübahisə olmayıb. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər onun qonşularıdır. Aralarında torpaq mübahisəsinin olmasına baxmayaraq yenə də mehribandırlar. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(046)-893/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN 550 saylı Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktı görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1.86 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin 0.108 hektar torpaq sahəsi cavabdeh Abdurahmanov Yaşar Əlimövsüm oğlu, 0.205 hektar torpaq sahəsi Cavabdeh2, 0.049 hektar torpaq sahəsi Cavabdeh3 və 0.036 hektar torpaq sahəsi Cavabdeh4 tərəfindən naturada istifadə edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********34 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 təqdim etdiyi xx.xx.2012-ci il tarixli AA005693 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi X2 adına verilmişdir. Təqdim edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə JN-550 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,86 ha torpaq sahəsi üst-üstə düşmür. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 5462 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh4 təqdim etdiyi xx.xx.2012-ci il tarixli AA005693 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi X2 adına verilmişdir. Təqdim edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə JN-550 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,86 ha torpaq sahəsi üst-üstə düşmür. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 1.86 ha torpaq sahəsinin 0.108 hektarı cavabdeh Abdurahmanov Yaşar Əlimövsüm oğlu, 0.205 hektarı Cavabdeh2, 0.049 hektarı, Cavabdeh3 və 0.036 hektar torpaq sahəsi isə Cavabdeh4 tərəfindən hazırda istifadə edilir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunaraq istifadə edilməsi iddiaçının mülkiyyət hüququnu pozur. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh4nа аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh4ndаn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(046)-893/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh4ndаn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-75/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-75/2020
25.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver