Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-750/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həmin keçidin ictimai yola bitişik hisssəsində tikilmiş hasarın sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yolun açılması, hasarın sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs X10 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həmin keçidin ictimai yola bitişik hisssəsində tikilmiş hasarın sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-cİ il tarixli çıxarışa əsasən ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Ziyavəddin oğlu həmin torpaq sahəsinə yol sahəsi olmadığından X11 tərəfindən istifadə olunan və onun tərəfindən mişar daşından hasar inşa edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin açılması və X11 tərəfindən inşa edilmiş mişar daşından tikilmiş hasarın sökülməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılması və həmin keçidlin ictimai yola bitişik hissəsində tikilmiş kubik hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh1 iddianı qəbul etmədiyini, eyni zamanda mübahisələndirilən torpaq sahəsinin Balakən rayon Qazma Bələdiyyəsinin mülkiyyətində olduğunu, buna görə də hazırki iddiaya cavab verməli olan şəxsin də Balakən rayon Qazma Bələdiyyəsi olduğunu bildirərək onun əsl cavabdeh olan Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı Ziyavəddin oğlunun nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək 2(019)-13/2023 saylı mülki iş üzrə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir.
5. Məhkəmə tərəfindən iddiaçının razılığı ilə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Ziyavəddin oğlu onun oğludur və o 1980-cı ildə anadan olmuşdur. Qazma kəndində yaşayır. Ailəlidir. 1990-cı ildə atası X3 övladlığa verilmişdir. 1988-ci ildə kəndlərində torpaq islahatı keçiriləndə oğlunun həyətyanı və pay torpağı X2 ümumi birgə mülkiyyətinə işlənib. X9 2017-ci ildə vəfat edib. 2018-ci ildə oğlunun pay torpağını və həyətyanı torpaq sahəsini X2 ümumi birgə mülkiyyətindən ayrılması üçün Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddianı təmin edib. Pay torpağını və həyətyanı torpaq sahəsini 2019-cu ilin mart ayında ona təhvil verilmişdir. İslahat keçirilən zaman oğlunun və ümumiyyətlə X2 həyətyanı torpaq sahəsinə yol yeri verilməyib. Məhkəməyə bildirir ki, oğlunun həyətyanı torpaq sahəsi ilə ictimai yolun arasında ümumi sahəsi 0,0664 ha olan Qazma Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi var. Oradan digər qardaşı olan X11 mal damı kimi istifadə edir. X11 tərəfindən həmin torpaq sahəsi ilə ictimai yolun sərhədi boyu uzunluğu təxminən 30 metr, hündürlüyü isə 2 metr olan kubik ( mişar daşı) hasar inşa edilmişdir. Həmin hasar on il əvvəl X9 tərəfindən tikilmişdir və Qazma bələdiyyəsinin ərazisindədir. Həyətyanı torpaq sahəsinə zəruri keçidi ancaq həmin ərazidən vermək olar, çünki digər ərazilərdən ictimai yola çıxış ümumiyyətlə, mümkün deyil. İddiaçının həyətyanı sahəsi ilə ictimai yola təqribən 30 metr məsafə var. Həyətyanı torpaq sahəsi zəruri keçidin verilməsi ilə əlaqədar iddiaçı həm yazılı, həmdə şifahi olaraq Qazma bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticəsi olmayıb. Eyni zamanda İddiaçı bələdiyyə sədrinə zəruri keçidin verilməsi üçün mövcud qanunvericiliyə uyğun olaraq və ya əvəzi ödənilməklə, ya da servitut müqaviləsi bağlanmaqla həmin keçidin verilməsi mümkün olduğunu da dəfələrlə bildirmiş, lakin heç bir nəticəsi olmayıb. İddiaçıya verilmiş 0.0667 ha həyətyanı torpaq sahəsində hazırda iddiaçı tərəfindən mişar daşı, qum və digər materiallar gətirilərək ev tikintisi aparmaq istəyir. Həmin tikinti materialları 0.0667 ha həyətyanı torpaq sahəsinin cənubunda yerləşən bacısı oğlu X12 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müvəqqəti olaraq yol verilməklə həmin əraziyə gətirilmişdir. Hazırda da həmin əraziyə müvəqqəti olaraq oradan girirlər. Bir halda ki, Bələdiyyə ərazisi ola-ola iddiaçı nəyə görə başqa şəxsin ərazisindən özünə məxsus torpaq sahəsinə girməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 8 avqust 2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X7 və X5 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Ziyavəddin oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyət hüququ qeydə alınmış 0.0667 ha torpaq sahəsinə yol sahəsi olmadığından X11 tərəfindən istifadə olunan və onun tərəfindən mişar daşından hasar inşa edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin açılması və X11 tərəfindən inşa edilmiş mişar daşından tikilmiş hasarın sökülməsini xahiş edir. X11 isə bildirir ki, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X11 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X4 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə iclasında o da müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi X11 tərəfindən istifadə olunur və kəndarası yola bitişik hissədə onun tərəfindən mişar daşından hasar inşa edilmişdir. Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi isə **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X11 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X4 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Yəni iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X4 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsi hesabına baş tutmasını qanunverici qadağan edir. İşin bu halı iş üzrə keçirilmiş sonuncu məhkəmə ekspertizasının rəyində də öz əksini tapmışdır. İşdə olan həmin ekspert rəyinə əsasən iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Buna görə də iddiaçının müraciəti əsasında digər ərazilərdən də zəruri keçidin verilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanıla bilər. Hazırki vəziyyətdə iddiaçının iddiasının təmin edilməsi iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X4 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır.
9. Məhkəmə tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınmaqla, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir.
10. Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia rədd olunmuş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin İddiaçı Ziyavəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 175-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-cİ il tarixli Torpaq sahəsinin planı və ölçüsü Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2017-ci il tarixdə verilmiş AZ- İ seriyalı 902890 nömrəli ölüm haqqında şəhadətnamə məhkəmə tikinti-texniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 10/5940 saylı rəyin məhkəmə tikinti-texniki ekspertizasının 04 avqust 2023-cü il tarixli, 10/2373 saylı rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-81/52 nömrəli ekspert rəyi Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsindən qətnamədə qeyd edilən cənub istiqamətindəki ictimai yola, təxminən əlli metr məsafə var, ancaq iddiada göstərilən və Qazma bələdiyyəsinə məxsus ərazidən ictimai yola cəmi otuz metr məsafə var. Həmin cənub istiqamətindəki yer fındıq bağıdır, Qazma bələdiyyəsinə məxsus olan ərazi isə boş sahədir və müstəqil tələb sürməyən üçüncü şəxs tərəfindən zəbt edilib. Göründüyü kimi zəruri keçidin bələdiyyə ərazisindən tələb edilməsi daha yolveriləndir. İddiaçının tələbi dəqiq zəruri keçidin verilməsinə yönəlib. Lakin, məhkəmə bu halı araşdırmalı olduğu halda, iş üçün heç bir əhəmiyyət kəsb etməyən halları- pay və həyətyanı torpaq sahəsinin iddiaçıya 2018-ci ildə məhkəmə qətnaməsi ilə ayrılıb verildiyini iddiaçının özünə məxsus pay torpağını satdığını araşdırmışdır.
15. Bu işlə əlaqədər məhkəmə öz təşəbbüsü ilə 15 avqust 2022-ci ildə ekspertiza təyin edib. Bununla əlaqədar iddiaçı reyestr xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin hesabına 295 manat pul keçirib. Bundan sonra elektron baza məlumatları məhkəməyə daxil olub. Lakin məhkəmə ekspertizaya bütün sənədləri göndərdiyi halda baza məlumatlarını mərkəzə göndərməyib. Ona görə də ekspert özünün yox, mütəxəssisin rəyini məhkəməyə göndərib. Lakin hakim mütəxəssis rəyini ekspert rəyi kimi təqdim edir. İkinci ekspertiza iddiaçının təkidi ilə olub. Belə ki, ikinci ekspertizanın keçirilməsini hakim istəməyib və təxminən üç aydan sonra iş ekspertizaya göndərilib və ekspert 04 avqust 2023-cü il tarixli rəyində zəruri keçidin verilməsinin mümkünlüyünü qeyd edib. Ancaq bu rəy hakimi qane etmədiyinə görə xx.xx.2023-cü ildə məhkəmə öz təşəbbüsü ilə üçüncü dəfə ekspertiza təyin edib. Qətnamədə bunun səbəbi göstərilmir. İkinci ekspertizadan fərqli olaraq hakim ekspert qarşısında sualı qəsdən elə şəkildə qoyub ki, bu sualın cavabı istənilən halda mənfi də ola bilər. Burada əlaqənin birbaşa kəsilməsinin hansı məna kəsb etdiyini hakim özü də ağlabatan şəkildə izah edə bilmədi. İddiaçıya zəruri keçidin verildiyi halda üçüncü şəxsin hansı şəkildə yolunun bağlanacağı aydınlaşdırılmayıb. Zəruri keçid verildiyi halda X4 ümumi sahəsi 0.2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0.129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0.4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin başqa hansı şəkildə mümkün ola biləcəyi aydınlaşdırılmayıb. Halbuki məhkəmə iddianı məhz bu mülahizəyə görə təmin etməyib. Məhkəmə üçüncü şəxsin torpaq sahələri ilə birbaşa əlaqəsinin kəsilməsindən narahatçılığını ifadə edir, lakin bu birbaşa əlaqənin hansı zərurətdən irəli gəldiyini aydınlaşdırmır. Yəni üçüncü şəxs ümumi yoldan istifadə edə bilməzmi? (həmin sahələrə başqa yerdən yol var) Məhkəmənin üçüncü şəxs üçün öz sahələri ilə birbaşa (manesiz, xüsusi yol) əlaqə saxlamağa şərait yaratmasında məqsədi nədir? Bundan əlavə ekspert qeyd edir ki, həmin sahənin bir hissəsi cavabdeh tərəfindən digər torpaq sahələrinə keçid kimi istifadə edilir. Həmin sahənin qalan hissəsi isə boş sahədir və burada talvara bənzər bir tikili var. Hakim isə bu hala diqqət yetirməmiş, araşdırmanı vəkilin istəyinə uyğun şəkildə səthi və qərəzli şəkildə aparılmışdır. Ekspert rəyində qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadə də saxlanılarsa həmin keçiddən iddiaçının və cavabdehin ortaq istifadə etməsi texniki cəhətdən mümkündür. Göründüyü kimi, hakim bu halı da araşdırmamışdır.
16. Ona görə də, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)- 10/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X10 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.3-cü maddəyə görə yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. 175.1-ci maddəsinəi əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 255.1-ci maddəyə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 257.1-ci maddəsinə görə servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
Qərarlar: Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)- 10/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirərkən müəyyən edilmişdir ki, mübahisəli ərazi mülki iş materiallarının 42-ci vərəqində yer alan Sxemdə göstərilən vəziyyətdə yerləşməklə, əraziyə gələn yol Qazma Bələdiyyəsinə məxsus olan üçüncü şəxs X10 tərəfindən istifadə olunan torpaq sahəsində başa çatır. Həmin torpaq sahəsinin sağ tərəfdə yola birləşən hissəsində hasar hörülmüşdür. Həmin yol cənub tərəfdən üçüncü şəxs X6 mülkiyyətində olan torpaq sahəsinə daxil olur. Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsinin həmin şimal, həm cənub tərəfində üçüncü şəxs X8 məxsus torpaq sahələridir. Üçüncü şəxsə məxsus torpaq sahələrinin bir-birilə əlaqəsi Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsi vasitəsilə təmin olunur. Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsinin digər tərəfində iddiaçıya məxsus yola çıxışı olmayan həyətyanı torpaq sahəsi yerləşir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sol tərəfində yerləşən pay torpaq sahəsi iddiaçıya məxsus olmuş, daha sonra satılmışdır. Həmin pay torpaq sahəsi digər tərəfdən ümumi istifadədə olan yola birləşir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsindən sağ tərəfdən Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsi vasitəsilə yola qədər məsafə 35 metr, sol tərəfdən iddiaçı tərəfindən satılmış pay torpaq sahəsi vasitəsilə yola qədər məsafə isə 50 metrdir.
26. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********82 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.0667 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə bitişik olmaqla, həmin əraziyə gələn yola çıxışı olmuşdur. 31 mart 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə İddiaçı Ziyavəddin oğlu həmin 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1. Yuxarıda da göstərildiyi kimi hazırda mübahisəli 0.0667 ha torpaq sahəsindən 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vasitəsilə yola qədər məsafə 50 metrdir. İddiaçı Ziyavəddin oğlu ilə X10 arasında torpaq sahələrinin naturada ayrılması ilə bağlı Balakən Rayon Məhkəməsində 2(019)-5/2022 saylı işə baxılarkən İddiaçı Ziyavəddin oğlunun məhkəməyə göndərdiyi 4 may 2021-ci il tarixli ərizə hazırki iş üzrə üçüncü şəxs X6 vəkili tərəfindən kollegiyaya göndərilmişdir. Həmin ərizədə İddiaçı Ziyavəddin oğlu qeyd edir: “ümumi sahəsi 0,4002 ha olan, habelə mənə düşən həyətyanı torpaq sahələrinə gəldikdə isə həmin sahələrə yol yeri nzəərdə tutulmayıb. Bu kimin təqsiridir? Mənim, yoxsa islahatı həyata keçirən dövlət məmurlarının? Eyni zamanda onu da bildirirəm ki, mənə məxsus pay torpağına və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün mənim heç bir problemim yoxdur. Çünki qonşumdan əvəzi ödənilməklə yol geri götürmüşəm. Ona görə də ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsindən mənə düşəcək hissəyə, habelə həyətyanı torpaq sahəsindən də mənə düşəcək hissəyə gediş-gəliş üçün, yəni yol üçün mənim heç bir problemim yoxdur.” Görünür ki, İddiaçı Ziyavəddin oğlu həmin ərizəni verdikdən sonra, həmin iş üzrə 8 avqust 2022-ci il tarixli məhkəmə qətnaməsi çıxarılana qədər, 31 mart 2022-ci il tarixdə özünə məxsus həyətyanı torpaq sahəsinin yola çıxışını təmin edən özünə məxsus kənd təsərrüfatlı torpaq sahəsini satmış, alıcı ilə yola çıxışla bağlı heç bir razılığa gəlməməklə özünün yola çıxışını bağlamışdır. Hazırda isə X6 istifadəsində olan və onun hasar hörməklə bağladığı ərazidən yola çıxış tələb edir. Bu hal iddiaçının hazırki tələbinin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. Belə ki, hazırki iddia tələbi ictimai yola keçidin ayrılması barədədir. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Həmin məsələ Mülki Məcəllənin Mülkiyyət hüququnun məhdudlaşdırılması adlanın 8-ci fəslində tənzimlənir. Yəni, qonşu mülkiyyətdən ictimai yola zəruri keçidin ayrılması həmin mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Həmin fəslin 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.3-cü maddəyə görə yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunur ki, ...mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Hazırki halda, İddiaçı Ziyavəddin oğlunun X10 ilə torpaq sahələrinin naturada ayrılması prosesində məhkəməyə həyətyanı torpaq sahəsinə gedən yol tələb etmədiyini və torpaq sahələri ayrılan zaman həmin torpaq sahəsinə yol nəzəərdə tutulmasına ehtiyac olmadığını ifadə edən rəsmi ərizə verdikdən sonra özü öz hərəkətləri ilə öz torpaq sahəsinə gedən yolu bağlaması, zəruri yolun açılmasını isə özünün satdığı torpaq sahəsindən deyil, başqa torpaq sahəsindən, hətta qonşunun inşa etdiyi hasarın sökülməsi yolu ilə tələb etməsi ziddiyyətli davranış olmaqla ardıcıl rəftar etmək öhdəliyinin pozulması hesab edilməlidir. Kollegiya bu nəticəyə gələrkən yuxarıda qeyd edilmiş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasında “ədalətli balans” prinsipini də nəzərə alır. Bu qətnamənin hazırki bəndində göstərilənlər cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində qeyd olunmuş dəlillərinin əsassızlığını və məhkəmənin hansı səbəbdən iddiaçının satmış olduğu torpaq sahəsi ilə bağlı məsələni araşdırmasının səbəblərini ifadə edir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-81/52 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsi ilə kəndarası yol arasında qalan 0,0664 ha torpaq sahəsindən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da göstərilən ölçülərə uyğun keçidin verilməsi texniki cəhətdən mümkündür. Həmin keçidin ölçüləri Bələdiyyə ilə razılaşdırılmaqla verilə bilər. Mübahisəli ərazidə yerləşən Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X11 tərəfindən ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün keçid kimi istifadə edildiyindən həmin sahədən zəruri keçid verildiyi halda X15 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilər. Qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsin zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadədə saxlanılarsa, həmin keçiddən iddiaçının və cavabdehin istifadə ortaq istifadə etməsi texniki cəhətdən mümkündür. Lakin bu hal bu qətnamənin 26-cı bəndində göstərilən səbəblərdən hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-10/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.