Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-751/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq geri alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma və mənzilin boşaldılaraq geri alınması” tələbi, qüvvə) X26 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq geri alınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-165/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 yanvar 2015-ci il tarixli 1/62 nömrəli Xüsusi təyinatlı yaşayış X4 əsasən Laçın rayonundan məcburi köçkün X5 ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət proqramına uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1, mənzil 62-də yaşayan X14 ailə üzvləri ilə birlikdə 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndində köçürülmüşdür. Ona görə də, Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “350 ailəlik Zarağan- 2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 350 ailəlik Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzil Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən 12 yanvar 2015-ci il tarixli 1/62 nömrəli Xüsusi təyinatlı yaşayış X4 əsasən Laçın rayonundan məcburi köçkün X5 ailə üzvlərinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət proqramına uyğun olaraq Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1, mənzil 62-də yaşayan X14 ailə üzvləri ilə birlikdə 23 may 2024-cü ildə Laçın rayonunun Sus kəndində köçürülmüşdür. Köçürülmədən sonra Komitənin Mənzil İstismar Departamentinin balansında olan 62 nömrəli mənzilin qapısı möhürlü olduğu halda qırılaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Onlara mənzildə müqavilədən kənar qeyri-qanuni məskunlaşıb yaşamalarının qanunsuz olması və mənzili könüllü boşaldıb təhvil vermələri barədə xəbərdar edilsələr də, mənzilin təhvil verilməsindən imtina edilmişdir. Kəlbəcər rayonundan məcburi köçkün düşmüş X10 2010-cu ildə yeddi nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 2-də 5 nömrəli mənzillə təmin edilmişdir. Cavabdeh1 da ailənin digər üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və evləndikdən sonra bir müddət kirayədə qaldıqdan sonra 2021-ci ilin may ayında Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli mənzili özbaşınalıqla tutaraq ailə üzvləri (arvadı Cavabdeh2 və uşağı) ilə birlikdə həmin mənzilə köçmüşdür. Ona görə də, Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyaların Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia qaldırılmışdır.
4. Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-165/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmiş, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2, o cümlədən onlara məxsus olan əşyalar Qəbələ rayonu, 350 ailəlik Zarağan-2 qəsəbəsi, bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı məzildən çıxarılsın və 1/62 nömrəli məzili boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5, 91.2, 98.1, 98.2, 99.2, 99.3, 99.6 və 102.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 12 yanvar 2015-ci il tarixli, 1/62 nömrəli Xüsusi Təyinatlı Yaşayış X4 əsasən məcburi köçkün cavabdeh X14, ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 350 ailəlik Zarağan-2 qəsəbəsində 1 nömrəli binada 62 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsinin 29 noyabr 2024-cü il tarixli “Zəbt edilmə” Aktında göstərilmişdir ki, Qəbələ rayon Zarağan-2, 350 ailəlik qəsəbədə bina-1, mənzil 62 dövlət tərəfindən Qəbələ rayonu Zarağan-2 qəsəbəsi bina 3, mənzil 5-da evlə təmin edilmiş və Qəbələ rayonunda müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh1 tərəfindən qapısı qırılmış və zəbt edilmişdir. Aktın doğruluğunu MKİS-in rəisi X16, mühəndis X15 və sahə nəzarətçisi X11 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru X20 rayonu Zarağan2 MKİS-in rəisi X16 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda göstərilmişdir ki, 23 may 2024-cü ildə Qəbələ rayonu 350 ailəlik qəsəbədən 3 ailə, 12 nəfər X22 rayonunun Sus kəndinə köç etmiş və Dövlət tərəfindən daimi yaşamaq üçün evlə təmin edilmişdir. Köç etmiş mənzillərdən biri bina 1, mənzil 62-nin qapısı qırılmış və zəbt edilmişdir. Həmin mənzili zəbt edən vətəndaş Cavabdeh1dur. Cavabdeh1 icazəsiz zəbt etdiyi dövlətə məxsus mənzili 10 (on) gün müddətində boşaltması və həmin mənzilin açarlarını Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təqdim etməsi barədə 16 oktyabr 2024-cü il tarixdə bildiriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qəbələ rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, Qəbələ rayonu Zarağan-2 qəsəbəsində bina 1-də yerləşən 62 nömrəli mənzili qanunla müəyyən olunmuş mülkiyyət hüququ olmadan icazəsiz zəbt etməsi vətəndaş Cavabdeh1 nəzərinə çatdırılaraq, həmin mənzili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmadığı təqdirdə aidiyyəti hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 2.04.2025-ci il tarixli 2(025)-165/2025 saylı qətnaməsini uzun illər qaçqınlıq həyatı keçirən ailəsinə, yetkinlik yaşına çatmayan 10 yaşlı Fatimə adlı qızına düzgün olmayan ədalətsiz yanaşma kimi qəbul edir. 10 ildən artıq ailə qursa da qaçqınlıq həyatımız məşəqqətlər içində keçib. Heç vaxt öz evləri olmayıb. Kirayələrdə yaşamışlar. Həyat yoldaşı hamiləlik dövrünü kirayə evlərdə keçirib. Yeni doğulan uşağına kirayə evlərdə lay - lay oxuyub, uşağın narahat paltarlarını, əskilərini özgə balkonlarında, kirayə evlərdə asıb qurudub. Onun xx.xx.2015 - ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 adlı uşağı hələ öz valideynlərinə məxsus evdə yatmayıb. Həmişə kirayə evlərdə yaşayıb. Fatimə adlı qızı hələ də yəni 10 yaşında olmasına baxmayaraq dərslərinə kirayə evlərdə hazırlaşır. Bildirir ki, 1992 - ci ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. 2010 cu ilədək ağır köçkünlük həyatı keçirmişlər. 2010 - cu ildə atası X3 yeddi nəfərdən ibarət ailə üzvləri sırasında Qəbələ rayonu 350 ailəlik Zarağan - 2 qəsəbəsində bina 2 - də mənzillə təmin edilmişlər. Evləndikdən sonra ailə üzvləri arasında sıxlıq olmuş və bu sıxlıq səbəbindən öz ailəsi ilə birlikdə (hamilə dövründə) mənzildən çıxaraq 10 il ərzində kirayədə yaşamışdır. Uzun müddətli müraciətlərindən sonra ona doqquz ay kirayə haqqı olaraq 150 – 180 manat məbləğində kirayə haqqı verilib. 5.11. 2024 - cü ilin aprel ayından 2 ay kirayə haqqının ödənilməsində gecikmə olduğuna görə kirayə yaşadığı mənzildən əşyaları ilə birlikdə çıxarılmışdır. Məcbur olub Zarağan - 2 qəsəbəsi ərazisində talvar altında açıq havada ailəsi və yetkinlik yaşına çatmayan məktəbli qızı Fatimə ilə birlikdə yaşamaq zərurətində qalmışdır. Hazırda yaşadığı Zarağan - 2 qəsəbəsi, bina - 1, mənzil
62. X6 ailəsinə verilmişdir. Həmin ailə xx.xx.2025 - ci il tarixdə Laçın rayonunun Sus kəndinə köçmüş və ancaq bundan sonra o məktəbli uşağı ilə açıq havada yaşadığı talvarın altından həmin evə köçmüşdür. Hesab edir ki, iddiaçı onu ailəsi ilə birlikdə mənzildən çıxarmaq, əşyalarını da, həmin mənzildən çıxarmaqla mənzili boşaltmaq tələbi etməkdənsə, boşalmış mənzili adına ehtiyacı olan məcburi köçkün ailəsi kimi rəsmiləşdirilməsinə kömək etsəydi daha ədalətli addım atmış olardı. Axı o hələ evi olmayan məcburi köçkündür və ailəsi də məcburi köçkün ailəsi olmaqla hələlik bu statusu daşıyırlar.
9. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)- 165/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-165/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X4 görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)- 165/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh1 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Cavabdeh1 apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzilin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qərar qəbul edilməmiş və həmin mənzilə dair onlarla xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanmamışdır. Onların həmin mənzili tutmaq və istifadə etmək hüququ yaranmamışdır. Ona görə də, Qəbələ rayonu 350 ailəlik Zarağan-2 qəsəbəsi bina 1-də yerləşən 62 nömrəli 3 otaqlı mənzildən cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyalar çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
25. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-165/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(025)-165/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.