Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-752/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ərizəçi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs olaraq Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 X35 İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-153 saylı (KOD 90106028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 2-ci vərəqində 9-cu sırada olan “X20” o, yəni “Ərizəçi” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, xx xxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. JN-153 saylı (KOD 90106028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 24 nömrəli qərarı ilə aktda qeyd edilən şəxslərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 9.16 ha torpaq sahəsi verilmişdir. Lakin səhvən həmin Dövlət Aktında onun adı “Samit” deyil, “Saşa” kimi göstərilmişdir. Hansı ki, onun adı Samitdir. Ona görə də, həmin texniki səhv olan yanlışlığın düzəldilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ilə Ərizəçi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadından Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət ərizəsi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ilə ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039-2664/2019 №-li qərardadı ona xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. Ona görə də o, müddəti ötürmədən şikayət verir. O, məhkəməyə müraciət edərək bildirmişdir ki, JN-153 saylı (KOD 90106028) “Torpağa mülkiyyət hüququna dair) dövlət aktından görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 24 №-li qərarı ilə X10, X2, X5, X14, X17, X6, X11, X15, X25 və X9 təsərrüfatı məhsulları istehsalı üçün 9,16 ha torpaq sahəsi verilmişdir. Lakin səhvən həmin dövlət aktında onun adı “Samit” deyil, “Saşa” kimi göstərilmişdir. Hansı ki, onun adı Samitdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi AZE ******** №-li şəxsiyyət vəsiqəsindən, ona məxsus olan “Doğum haqqında şəhadətnamə”dən görünür ki, onun adı Samitdir. Ona görə də, o, həmin texniki səhv olan yalnışlığın düzəldilməsini xahiş edir. Azərbaycan Respublikası ƏMDK-inyanında DƏDRX-in 17 saylı ərazi idarəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə qeyd olunan tələbinin təmin olunmasından imtina edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadının ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün işin Yevlax Rayon Məhkəməsinə qaytaılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “hüquq haqqında mübahisə müəyyən edildiyindən mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımından ərizə baxılmamış saxlanmalıdır. Belə ki, hazırkı halda ərizəçi iddia edir ki, onun adı Dövlət Aktını verən orqan tərəfindən səhv yazılıb. Həmin Aktı verən orqan hazırda fəaliyyət göstərməsə də, qanunvericiliyin tələblərinə görə buna dair bütün səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunmuşdur. Belə olan halda, ərizəçi bunu təsdiq edən sənədləri təqdim etməklə hazırkı halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməli, düzəliş aparmaqdan imtina edildikdə isə həmin orqanın hərəkətindən ərazi üzrə inzibati məhkəməyə müraciət olunmalıdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, Ərizəçi əvvəlcə Yevlax rayonu Rüstəmli kəndində yerləşən 9.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-153 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X31” adının düzəliş edilərək “Ərizəçi” kimi yazılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X28 ərizə ilə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 xx xxxxxxx 2019-cu il tarixli **********52 nömrəli məktubla bundan imtina etmiş və imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-153 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Rüstəmli kəndində yerləşən 9.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X1, X3, X12, X16, X4, X8, X13, X20 və X18 ümumi birgə mülkiyyətinə verilmişdir. Nəzərə çatdırmışlar ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-153 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin edilməsi, yəni “X31” adının düzəliş edilərək “Ərizəçi” kimi yazılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X24 səlahiyyətinə aid deyil. Bundan sonra Ərizəçi Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-153 saylı (KOD 90106028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 2-ci vərəqində 9cu sırada olan “X31” o, yəni “X29” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Ərizəçi şikayət vermiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 Ərizəçi müraciətindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, ilk əvvəl onu qeyd etmək lazımdır ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını tərtib edən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi deyildir. Bundan başqa qeyd edilən dövlət aktında hər hansı bir düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi, Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında düzəliş edilməsi səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, Ərizəçi qanuna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X28 müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 isə qanuna uyğun surətdə bundan imtina etmiş və bildirmişdir ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin edilməsi onların səlahiyyətinə aid deyil. Birinci instansiya məhkəməsinin hazırkı hüquqi mövqeyi qanuna uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Müli Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında işlər məhkəmə tərəfindən baxılır. Ərizəçi hesab edir ki, sözügedən Dövlət Aktında onun adı səhvən “X31” kimi yazılmışdır. Müvafiq düzəlişin edilməsi barədə müraciətindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 haqlı olaraq qanunvericiliyin tələbinə uyğun şəkildə imtina etmişdir. Dövlət Aktını tərtib edən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi mövcud deyildir. Dövlət Aktında onun adının yanlış qeydinin saxlanılması isə ərizəçinin hüquqlarını pozmaqla gələcəkdə mülkiyyət hüquqlarının həyata keçirilməsində ona problemlər yarada bilər. Belə olan halda iddiaçı haqlı olaraq məhkəmə müdafiəsi hüququndan yararlanaraq mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, ərizəçi ərizəsində konkret olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə istinad etməsə də, onun iddiası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun gəlir. Birinci instansiya məhkəməsi ərizəçiyə müvafiq hüquqi yardım göstərməklə həmin ərizəyə mahiyyəti üzrə baxıb məhkəmə araşdırmasının nəticəsinə uyğun olaraq iddianın təmin və ya rədd edilməsi haqqında qərar çıxara bilərdi. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquq haqqında mübahisə müəyyən edildiyindən mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımından ərizə baxılmamış saxlanmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Müli Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi ərizəsinin baxılmamış saxlamanın əsasları işin hazırkı halına uyğun deyildir. Azərbaycan Respublikasının MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsini baxılmamış saxlamaqla səhvə yol vermişdir. Ona görə də, şikayət təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2664/2019 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-752/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-752/2020
02.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver