Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-753/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və miras paylarının naturada bölünməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X8 iclas katibliyi, İddiaçı onun vəkili X10, Cavabdeh1 və 3-cü şəxs X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideyinlərindən miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları 1988-ci ildə tərtib edilmiş 240 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi Əhmədov Əməl Xəliyulla oğlunun mülkiyyətinə verilmişdir. 27 dekabr 2004-cü il tarixli JN-407A KOD 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi Əhmədov Əməl Xəliyulla oğlu, X9 və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində 0.09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam olaraq Əhmədov Əməl Xəliyulla oğlunun, fərdi yaşayış evinin yerləşdiyi 0.09 hektar torpaq sahəsi isə Əhmədov Əməl Xəliyulla oğlu, X7 və Cavabdeh1 birgə mülkiyyəti kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmışdır. 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/336 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2014-cü il tarixdə verilmiş arayışa və 01 oktyabr 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində 0.09 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 62.6 kv.m. olan fərdi yaşayış evindən 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş mərhum Əhmədov Əməl Xəliyulla oğluna çatan hissəsindən vərəsə Cavabdeh1 tam, həyətyanı torpaq sahəsindən isə mərhuma çatan hissəsində pay alması göstərilmişdir. 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/337 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2014-cü il tarixdə verilmiş arayışa və 01 oktyabr 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayon Basqal qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tam, 0.09 hektar torpaq sahəsinin isə 31 yanvar 2007-ci il tarixdə vəfat etmiş mərhum X4 çatan hissəsində vərəsə Cavabdeh1 pay alması göstərilmişdir. 19 avqust 2020-ci il tarixli 173330 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Əməl Əhmədov 10 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. 19 avqust 2020-ci il tarixli 214285 nömrəli ölüm qeydi haqqında arayışdan görünür ki, Tamara Əhmədova 31 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. 01.12.2018-ci il tarixli AZ-İ 970213 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 19 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş: İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi Şahid1 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayon İHB-nın Basqal İƏD üzrə nümayəndəsi işləyir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş və İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Mübahisəli əraziyə baxış keçirdikdən sonra arayış tərtib etmişdir. İsmayıllı rayon Basqal qəsəbə bələdiyəsinin nümayəndəsi Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. X17 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 onun xalası oğludur. Hər ikisi İsmayıllı rayonu Basqal qəsəbəsində doğulub orada yaşayıblar. İddiaçı ata mülkündə yaşadıqdan sonra bir müddət Rusiya Federasiyasına gedib-gəlibdir. Sonradan yenə də ata mülkünə qayıtmış və hazırda orada yaşayır. İddiaçı və Cavabdeh1 valideyinləri rəhmətə getdikdən sonra onların atadan qalma evdə daimi yaşayış olmamışdır. İddiaçı hər il yay mövsümündə atadan qalma evə gələrək orada istirahət etmişdir. İddiaçı atadan qalma evdə müəyyən əşyaları var. Cavabdeh1 atadan qalma evdə deyil, həmin həyətdə yerləşən ikinci yaşayış evində ailəsi ilə birlikdə yaşayır. X14 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. Usta işləyir. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da, yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. O, İddiaçı və Cavabdeh1 yaşadıqları həyətin hasarını çəkmişdir. Hasarın pulunu Cavabdeh1 və anası Tamara Əhmədova vermişdir. X12 şаhid X14 ilə eyni məzmunlu ifadə vermişdir. X15 ifadə verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da, yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. Onların ata mülkündəki həyətdə əvvəllər bölgü olmamışdır. Valideyinləri vəfat etdikdən sonra onlar həyəti öz aralarında bölüblər. İddiaçı valideyinləri vəfat edəndə onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Cavabdeh1 atası vəfat edəndə Rusiya Federasiyasında olmuş və atasının dəfninin üçüncü günü gəlib çıxmışdır. Cavabdeh1 anası vəfat edəndə dəfn mərasimində iştirak etmişdir. X18 ifadə verərək bildirmişdir ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 dayısıdır. Onlar arasında yaranan mübahisə torpaq sahəsi ilə bağlıdır. Uşaq vaxtı mübahisəli evə gələrkən qohumları ata evinin İddiaçı məxsus olduğunu və həmin evə girməmələrini bildirirdilər. Şahid X19 ifadə verərək göstərmişdir ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 qayınlarıdır. Əvvəllər mübahisəli həyətə gəlib-getmişdir. Mübahisəli həyətə gəlib-gedərkən qohumları evin İddiaçı məxsus olduğunu bildirmişlər. İddiaçı mübahisəli həyətdə çox zəhməti olubdur. Şahid X13 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu Zeyvə kəndində yaşayır. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. Mübahisəli həyətin bölünməsini və bölünmüş əraziyə hasar çəkilməsini İddiaçı təşkil etmişdir. Həyətə hasar çəkilərkən Cavabdeh1 və ailə üzvləri hasar çəkilən əraziyə gəlməmişlər. Cavabdeh1 və ailə üzvləri mübahisəli həyətin bölünməsinə və hasar çəkilməsinə müdaxilə etməmişlər İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, “Qanun üzrə vərəsəlik hüququ haqqında” 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Şəhadətnamələrin, onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, valideynlərindən miras qalmış 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüququnun tanınması və cavabdehlə aramızda əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras payların naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. Atası Əməl Əhmədov 2006-cı ildə, anası Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişdir. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi paylı mülkiyyət əsasında atası Əməl Əhmədov və anası Tamara Əhmədovaya, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında atası Əməl Əhmədova məxsus olmuşdur. O, atasının mülkiyyətində olan İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsində inşa edilmiş evdə anadan olmuş və ailə həyatı qurduqdan sonra da həmin evdə yaşamışdır. Ailə həyatı quran vaxt atası ilə birlikdə həyətdəki boş sahədə ikinci fərdi yaşayış evinin inşasına başlamışlar. 1991-ci ildə atası ilə birlikdə inşa etdikləri həyətdəki ikinci yaşayış evi tam hazır olduqdan sonra kiçik qardaşı, yəni hazırkı iş üzrə Cavabdeh1 valideynləri ilə birlikdə həmin tikiliyə köçərək orada yaşamışdır. Həmin vaxtdan bu günədək atasının mülkiyyətində olan fərdi yaşayış evi onun sahibliyində və istifadəsində olmuşdur. Sonradan işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində işləyərək öz vəsaiti hesabına mənzil alaraq orada yaşamışdır. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə hər yay istirahət üçün gəlib-getmişdir. Qardaşı Cavabdeh1 tərəfindən bu günədək onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə dair hər hansı tələb irəli sürülməmişdir. Valideynlərinin vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2020-ci ilin ortalarında qardaşı Oruc özünün yaşadığı fərdi yaşayış evindən əlavə ona məxsus olan evə də iddia irəli sürməyə başlamış və yaşadığı evi ələ keçirməyə çalışmışdır. Valideynlərindən miras qalan əmlaklara dair vərəsəlik işinin açılıb-açılmaması barədə ərizə ilə İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisi onun müraciətinə cavab olaraq 11 sentyabr 2020-ci il tarixli 1261 nömrəli məktubda 2006-cı ildə vəfat etmiş atası Əməl Əhmədovdan miras qalan əmlaka dair vərəsəlik işinin açılmadığını göstərmişdir. İsmayıllı rayon notariat ofisinin cavab məktubunu aldıqdan sonra aidiyyəti üzrə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən müraciətinə cavab olaraq verilmiş 26 oktyabr 2020-ci il tarixli **********17 nömrəli cavab məktubundan sonra ona məlum olmuşdur ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adına 2004-cü ilin dekabrın 27-də tərtib edilmiş JN-407A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 01 oktyabr 2014-cü il tarixli Çıxarış tərtib edilmişdir. Həmin əmlaka İsmayıllı rayon notariat ofisi tərəfindən qardaşı Cavabdeh1 adına 31 oktyabr 2014- cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında 29 noyabr 2014-cü ildə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan sonra özü təkrarən İsmayıllı rayon notariat ofisinə müraciət edərək notariat ofisindən 31 oktyabr 2014-cü il tarixli 2V-1/336 və 2V-1/337 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əldə etmişdir. Şəhadətnamələri əldə etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət edərək bilərəkdən başqa vərəsələr barədə hissəni boş qoymuş və bu yolla onun vərəsəlik hüquqlarını pozmuşdur. Bundan əlavə digər zəruri sənədləri alan zaman bu barədə onu məlumatlandırmamış və öz xeyrinə əmlak əldə etməyə nail olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəflərin atası Əməl Əhmədovun mülkiyyətində olub. Sonradan JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Əməl Əhmədov, Tamara Əhmədova və cavabdehin birgə mülkiyyətlərinə verilib. 10 yanvar 2006-cı ildə Əməl Əhmədov, 31 yanvar 2007-ci ildə Tamara Əhmədova ölüb. Bundan sonra, 01 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Əməl Əhmədovun adına, evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adlarına qeydə alınıb. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair cavabdehin adına 29 noyabr 2014-cü il tarixli, 2V1/336 və 2V- 1/337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. 29 noyabr 2014-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı rayonu, Basqal qəsəbəsi, mülkiyyətdə olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Göründüyü kimi valideynlərindən miras qalmış sözügedən əmlakları məhz cavabdeh qoruyub saxlayıb və o, faktiki olaraq həmin əmlakları idarə etməklə mirası qəbul edib və miras əmlaklara dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr və Çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilməyib. İddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməli olduğu halda məhkəməyə müraciət edib. Bundan əlavə, iddiaçı ilk növbədə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməli olduğu halda, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qeyrimüəyyən tələblə məhkəməyə müraciət edib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: İddiaçı apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələblərini işdə olan və əlavə sübutlar əsasında tam və hərtərəfli araşdırmaqla iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1357/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(107)-1186/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şahid ifadələrindən də görünür ki, o, öz valideynlərindən miras qalan əmlak üzərində vərəsəliyini sübuta yetirən hərəkətlər etmişdir. Belə ki, şahid ifadələrindən də göründüyü kimi valideynlərindən miras qalan əmlakın məhz İddiaçı tərəfindən qorunduğunu, abadlaşdırıldığını və tərəflərin ümumi razılığı əsasında bölündüyünü sübuta yetirir. İstər şahid ifadələri ilə, istərsə də mülki qanunvericiliyin normaları ilə tam olaraq İddiaçı əmlakı faktiki qəbul etdiyinə istinad etmək olar. Bundan əlavə, İddiaçı tərəfindən miras əmlakın faktiki qəbulunu təsdiq edən növbəti sübut iş materiallarına vəkil sorğusu əsasında əldə edilərək əlavə edilən İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD Nümayəndəliyinin və İsmayıllı rayon Basqal Bələdiyyəsinin eyni məzmunlu arayışlarında qeyd edilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Hər iki evin girişi, qaz, işıq və su xətləri də ayrıdır. Analoji məzmunlu 11 yanvar 2021-ci il tarixli 09 saylı arayış cavabdehin müraciəti əsasında, sonuncuya da təqdim edilmişdir. Bundan əlavə, miras əmlakın iddiaçı tərəfindən iddiaçıya aid hissəsinin faktiki qəbulunu cavabdehin məhkəmədə qaldırdığı bir digər mülki işdə tam olaraq sübuta yetirir. Belə ki, mülki iş üzrə cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsinə 25.12.2020-ci il tarixdə təqdim edilən iddia ərizəsində İddiaçı və X5 ona məxsus olan evdən çıxarılmaları və özünün ailəsi ilə birlikdə həmin evə köçürülməsi, həmçinin mülkiyyət hüququna edilən maneçiliyin qadağan edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsində həmin iddia üzrə 2(037)- 122/2021 saylı mülki iş başlansa da, tərəfindən verilən vəsatətdən sonra mülki işin icraatı dayandırılmışdır. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin əsassızlığını sübuta yetirən növbəti hal məhkəmə qətnaməsinin 8-ci vərəqinin 2-ci abzasında hakimin qeyd etdiyi “vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür” ifadələri ilə bağlıdır. İddia ərizəsinə əlavə edilən Elektrik enerjisi satışı üzrə ÇJG 645796 nömrəli mədaxil qəbzi, **********00339 nömrəli Abonent saldosu və "Aztelekom” MMC-nin İsmayıllı TQ-nın 24.08.2020-ci il tarixli 19/13 saylı Arayışı ilə tam olaraq sübuta yetirilir ki, hazırda iddiaçının sahibliyində və sərəncamında olan evdəki elektrik enerjisinə, qaz, su və telefon məhz iddiaçıya məxsusdur və abonent haqları onun tərəfindən ödənilir. Birinci instansiya məhkəməsi iş üzrə kobud prosessual pozuntuya yol vermiş və nəinki həmin sübutlara istinad etməmişdir, heç həmin sübutların tədqiqini də həyata keçirməmişdir. Qeyd edilən prosessual pozuntulardan əlavə məhkəmə tərəfindən Mülki Məcəllənin maddi hüquq normaları da pozulmuş və heç bir əsas olmadan iddiaçının vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə bu qeyd edilən pozuntuları ört-basdır etmək üçün iş üzrə cavabdehin ifadələrini təhrif etmiş, cavabdehin adından məhkəmə iclasında vermədiyi ifadələri yazmış, cavabdehə və şahidlərə məhkəmə iclasında verilən suallar protokolda öz əksini tapmamışdır. Bununla əlaqədar məhkəmə iclas protokoluna 01.04.2021-ci il tarixdə müvafiq qeydlər verilmiş, yalnışlıqların və çatışmamazlıqların aradan qaldırılması məhkəmədən xahiş edilmişdir. Bundan 6 gün sonra (MPM-nin tələbi ilə 3 günə baxılır) İsmayıllı Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadı ilə protokola qeydlər rədd edilmiş, qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəmə iclas protokolunda qeyd olunan ifadələri onun məhkəmə iclası zamanı verdiyi ifadəsindən və məhkəməyə təqdim etdiyi etiraz mülahizələrində qeyd olunanlardan ibarətdir. Cavabdeh1 təqdim etdiyi etiraz mülahizələri iş materiallarına əlavə olunmuşdur. Bundan əlavə Vəkil1 məhkəmə iclas protokoluna dair qeydlərində göstərdiklərinin iş üçün əhəmiyyətli olan bütün hissələri məhkəmə iclas protokolundan öz əksini tapmışdır. Yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən çıxarılan qətnamənin qanunsuz və əsassız olduğunu göstərən əsas hallardır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası 2006-cı ildə, anası isə 2007-ci ildə vəfat etmişdir. Valideynləri vəfat edəndən sonra miras əmlakı qəbul etmiş, həmin əmlakları daim idarə etmişdir. Belə ki, valideynlərinin ölümündən sonra da ona məxsus əşyalar həmin evdə olmuş, Bakı şəhərindən daim gəlib-getmiş, hasar, qaz xətti, yeni telofon xətləri çəkdirmişdir. Evin bütün kommunal xərclərini ödəmişdir. Sadəcə qardaşı ilə onun arasında mirasla bağlı mübahisə olmadığından rəsmiləşdirmək barədə düşünməmişdir. Lakin cavabdeh onun xəbəri olmadan notariat kontoruna müraciət etmiş, notariusa digər vərəsələr barəsində heç bir məlumat vermədən miras əmlakı öz adına keçirmişdir. Digər vərəsələr valideynlərinin sağlığında köçüb ərə getmiş, başqa ünvanda yaşamışlar. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X21 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə yekun qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmiş, sonda tərəflər arasındakı münasibətə düzgün qiymət verməmişdir. Birincisi ona görə ki, notariat işindən görünür ki, cavabdeh notariat ofisinə müraciət edərkən digər vərəslərin olması barədə məlumat vermədən mirası tək öz adına sənədləşdirməyə nail olmuşdur. Halbuki notarius Notariat Haqqında AR Qanununun 55-ci və MM-in 1300 maddəsinin tələbinə görə vərəsələrin dairəsini müəyyənləşdirməli idi. İkincisi, cavabdeh özü mirasın açılmasından neçə il sonra notariat ofisinə müraciət etməsinə baxmayaraq notarius cavabdeh tərəfindən mirasın faktiki qaydada qəbul edib-etməməsini aydınlaşdırmamışdır. Bundan əlavə iş materialları ilə tam sübut olunur ki, iddiaçı miras əmlakı rəsmi qaydada qəbul etməsə də, faktiki qəbulla bağlı hərəkətlər etmiş, valideynlərinin ölümündən sonra da əşyaları orada qalmış, evin açarı iddiaçıda olmuş, həyətə hasar çəkmiş, qaz, telefon xətti çəkmiş, qaz pullarını, kommunal xərcləri ödəmişdir. Ali Məhkəmədə məhz bu baxımdan apellyasiya məhkəməsinin qərarını ləğv edərək yeni baxışa göndərmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq qeyd edir ki, iddia tələbində texniki qüsurlar mövcuddur, ona görə də “vərəsəlik hüququnun tanınması” dedikdə payların bölünməsi kimi qəbul edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, valideynləri öləndən sonra miras əmlakı o idarə etmiş, həmin həyətdə ailəsi ilə birlikdə daim o yaşamışdır. Digər vərəsələr, o cümlədən iddiaçı valideynlərinin sağlığında həmin evdən çıxıb getmiş, hər biri özünə məxsus olan evdə yaşamışdır. Qardaşı Xeyrulla valideynlərinin sağlığında subay rəhmətə getmişdir. İddiaçı daim Bakı şəhərində yaşamış, yalnız yay aylarında gəlib-getmişdir. Qaz, telefon xəttini də həmin idarələrlə “əlaqəyə girərək” çəkdirmişdir. Hazırda iddiaçının Bakı şəhərində evi var. Atası da hazırki həyəti və evi onun özünə vermişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X16 bildirmişdir ki, tərəflərin hər ikisi onun qardaşıdır. Qardaşları son zamanlar validenlərindən miras qalmış əmlakla bağlı mübahisə edir. Əslində iddiaçının buna haqqı yoxdur. Belə ki, ataları sağlığında iddiaçıya Bakı şəhərində ev alıb vermişdir. Həmin ev plana düşdüyündən iddiaçı onun puluna bir neçə mənzil almışdır. İsmayıllı rayonunda yerləşən həyət və ev isə kiçik qardaşı Oruca qalmışdır. O, özü və bacıları Təhminə, Sabahət valideynlərinin sağlığından həmin evdən çıxmışlar. Xeyrulla adlı qardaşı isə valideynlərindən xeyli əvvəl subay rəhmətə getmişdir. Hesab edir ki, mübahisəli həyət və ev Oruca qalmalıdır. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər 3-cü şəxs Sabahət Əhmədova və cavabdeh notariat ofisinin nümyəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. (Digər vərəsə Təhminə Məmmədova 2018-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri Cəsarət, Namiq və əri Kamil Məmmədov birinci instansiya məhkəməsinin icraatı zamanı cəlb edilərək şahid qismində dindirilmişdir). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, Ali Məhkəmənin məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Hazırki İddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddia üç hissədən ibarətdir. 1) 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Şəhadətnamələrin, onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi; 2) valideynlərindən miras qalmış 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüququnun tanınması və; 3) cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras payların naturada bölünməsi. Kollegiya qeyd edir ki, iddia tələbinin birinci və ikinci hissəsi mahiyyəti üzrə tam həll olunmadan, 3-cü hissəsinə hüquqi qiymət vermək və həmin hissə üzrə araşdırma aparmaq düzgün olmazdı. Çünki tələbin 3-cü hissəsi 1-ci və 2-ci hissədən bilavasitə asılıdır. Odur ki, kollegiya ilk olaraq iddia tələbinin birinci və ikinci hissələri üzrə araşdırma aparmağı zəruri hesab edir. Kollegiya iddia tələbinin 2-ci hissəsinin, yəni vərəsəlik hüququnun tanınması dedikdə, payların müəyyən edilməsi kimi qiymətləndirir. Belə ki, kollegiyanın iclasında iddiaçının vəkili də tələbin həmin hissəsinə bu cür qiymət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan Əməl Əhmədov 2006-cı ildə, onun arvadı (tərəflərin anası) Tamara Əhmədova isə 2007-ci ildə vəfat etmişdir. Miras qoyan Əməl Əhmədovla arvadı Tamara Əhmədovanın birgə nikahından 6 övladı – Lətif, Oruc, Adilə, Sabahət, Təhminə (2018-ci ildə ölüb) və Xəliyulla adlı övladları olmuşdur. Həmin vərəsələrdən Xəliyulla valideynlərindən xeyli əvvəl, subay rəhmətə getmişdir. Digər vərəsələr Adilə Hüseyonova və Sabahət Əhmədova apellyasiya icraatı zamanı 3-cü şəxs qismində cəlb edilmiş, lakin valideynlərindən qalmış miras əmlakın rəsmi və ya faktiki qəbulu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, atalarının sağlığından özlərinə məxsus olan əmlaklarda yaşadıqlarını, miras əmlalka bağlı mübahisələrinin olmadığını, miras əmlakın qardaşları (cavabdeh) Oruca qalmasını arzulamışlar. Digər vərəsə Təhminə Məmmədova 2018-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri Cəsarət, Namiq və əri Kamil Məmmədov birinci instansiya məhkəməsinin və birinci apellyasiya icraatı zamanı işə cəlb edilərək izahatları alınmış, onlar da miras əmlakı mübahisələndirməmişlər. Kollegiya belə qənaətə gəlir ki, hüquq müəyyənlik prinsipi baxımından hazırki mübahisə üzrə bütün vərəsələr işə cəlb edilmiş və mirasla bağlı onların mövqeyi müəyyənləşdirilmişdir. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən miras əmlak toplusuna aşağıdakılar aiddir.. İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.09 hektar torpaq sahəsi (ümum birgə mülkiyyət hüququ əsasında Əməl Əhmədov, Tamara Əhmədovaya və Cavabdeh1 məxsusdur) və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ev isə tam mülkiyyət hüququ əsasında Əməl Əhmədova məxsus olmuşdur) İşin mübahisə olunmayan hallarına görə, İsmayıllı rayonu, Basqal qəsəbəsi, 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən, 1962-ci ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 50,6 kv.metr olan fərdi yaşayış evi Əməl Əhmədova məxsus olub. İsmayıllı rayon AİK-nın 14 dekabr 1998-ci il tarixli, 63 saylı qərarı ilə sözügedən torpaq sahəsi Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 birgə mülkiyyətinə verilib və JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. 10 yanvar 2006-cı il tarixdə Əməl Əhmədov, 31 yanvar 2007-ci il tarixdə Tamara Əhmədova ölüb. Bundan sonra, 01 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Əməl Əhmədovun adına, evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adlarına qeydə alınıb. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələblərinə düzgün riayət olunubolunmamasına xüsusi önəm verməyi zəruri hesab edir. Çünki apellyasiya şikayətinin dəlilləri birbaşa 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Şəhadətnamələrin, onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, valideynlərindən miras qalmış 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüququnun tanınması yönəlmişdir. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsinin verildiyi müddət vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər, şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəslərdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsləri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Araşdırılan işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan şəxslər 2006 və 2007-ci illərdə ölməsinə baxmayaraq, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2014-cü il tarixdə, özü də vərəsələrdən yalnız Cavabdeh1 adına verilmişdir. İş materialların təhlili zamanı müəyyən edildi ki, cavabdehin 22 avqust 2014-cü il tarixli ərizəsinə əsasən, İsmayıllı DNK tərəfindən Əməl Əhmədov və Tamara Əhmədovadan miras qalmış sözügedən evə və həyətyanı torpaq sahəsinə dair onun adına 31 oktyabr 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. Həmin Şəhadətnamələrə əsasən sözügedən ev və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bu barədə sonuncunun adına 29 noyabr 2014-cü il tarixli Çıxarış verilib. “Azərpoçt” DM-nin 08 sentyabr 2007-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, iddiaçı Basqal qəsəbəsində istifadə etdiyi elektrik enerjisinə görə 08 sentyabr 2007-ci ildə Elektrik Təchizat İdarəsinin hesabına 12 manat pul köçürüb (iş vərəq 38). X1 24 avqust 2020-ci il tarixli arayışına görə, ********* saylı telefonun abunəçisi Basqal qəsəbə sakini İddiaçı olub və həmin telefon nömrəsi onun adına 2007-ci ildə çəkilib, 2017-ci ildə isə həmin telefon onun adından çıxarılıb və hazırda onun X2 ödənilməmiş 14,17 manat borcu vardır (iş vərəq 40). Abonent İddiaçı adına olan saldodan isə görünür ki, 4 nəfər ailə üzvü olmaqla onun abonent kodu **********0339 olub, ünvanı Basqal qəsəbəsi göstərilib, 01 sentyabr 2015-ci il tarixdə onun yaşadığı evdə Elster G-4T Diafraqma tipli, ******* nömrəli sayğac quraşdırılıb və evdə 4 gözlü qaz piltələri olub İş materialların tədqiqi nəticəsində həmçinin müəyyən edilmişdir ki, Basqal qəsəbəsi üzrə Nümayəndəsinin və Basqal qəsəbə bələdiyyəsinin 01 dekabr 2020-ci il tarixli arayışlarından görünür ki, mərhum Əməl Əhmədovun mülkiyyətində olan evdə oğlu Cavabdeh1 və ailə üzvləri daimi qeydiyyatdadırlar və ona məxsus olmuş İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi övladları İddiaçı və Cavabdeh1 tərəfindən öz aralarında bölünüb. Bölünmüş həyətin bir hissəsində, yəni sonradan tikilmiş evdə ailə üzvləri ilə birlikdə Cavabdeh1 yaşayır. Həyətin digər hissəsində yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayış yoxdur. Lakin, İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evdə yaşayır və evdə İddiaçı və ailə üzvlərinə məxsus olan əşyalar saxlanılır. Eyni zamanda, tərəflərin hər birinin adına ayrıca qaz, işıq sayğacı, su və telefon xətti vardır (iş vərəq 37.41) İşin bu halları işə əlavə edilmiş qonşuların tərtib edib imzaladıqları aktla, Basqal qəsəbəsi üzrə Nümayəndəsinin 21 avqust 2014-cü il və 11 yanvar 2021-ci il tarixli arayışları ilə, habelə birinci instansiya məhkəməsinə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Seymur Şəfiyev, Qurban Əhmədov, Bəylər Əhmədov, Namiq Məmmədov, X32 Dəmirov və Elmir İsgəndərovun izahatları ilə də təsdiq olunur Cavabdeh özü də izahatında, iddiaya etirazında göstərmişdir ki, valideynlərinin ölümündən sonra iddiaçı mübahisəli evin qıfıllarını dəyişərək onu evə buraxmayıb, yəni həmin ev faktiki olaraq iddiaçının sahibliyində, istifadəsində olub. Hazırda iddiaçı, sözügedən evin və həyətyanı torpaq sahəsinin valideynlərindən miras qaldığını, valideynlərinin dəfn, qəbirüstü abidələrinin düzəldilməsi xərclərinin onun tərəfindən ödənildiyini, mirası evdə doğulduğunu ailə qurduqdan sonra da orada yaşadığını, atası Əməl Əhmədovun sağlığında torpaq sahəsində ikinci fərdi yaşayış evi inşa etdiklərini, 1991-ci ildə cavabdehin valideynləri ilə birlikdə həmin evə köçdüyünü, həmin vaxtdan mübahisəli evin onun sahibliyində, istifadəsində olduğunu, sonradan Bakı şəhərində mənzil aldığı üçün işi ilə əlaqədar olaraq həmin mənzilə köçdüyünü, mübahisəli evlə əlaqəsini kəsmədiyini yay aylarında oradan istifadə etdiyini, valideynlərinin vəfatından sonra da həmin evdə yaşamaqla mirası faktiki qəbul etdiyini (hasr çəkdiyini, qaz, telefon xətti çəkdirdiyini, kommunal xərcləri ödədiyini və s.) cavabdehlə aralarında olan razılaşmaya əsasən evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsini iki yerə bölərək hasarladığını, lakin digər vərəsələri göstərmədən cavabdehin bütövlükdə miras əmlaka dair öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr aldığını göstərib, mirasa vərəsəlik hüququnun tanınmasını və sair iddia edir. Kollegiyanın araşdırması zamanı sorğu-sual zamanı cavabdeh özü də hasarın vlideynlərinin ölümündən sonra iddiaçı tərəfindən inşa edildiyini, qaz, telefon xəttinin çəkildiyini, evin açarlarının iddiaçıda olmasını inkar etməmişdir. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). İşə baxmış birinci instansiya məhkəməsi, iddiaçının nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmək barədə ərizə verməklə, nə də miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyi qənaətinə gəlsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi ümumiyyətlə işdə iştirak edən şəxslərin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsinə dair işə əlavə edilmiş çoxsaylı yazılı sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin, şahidlərin izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin cavabdehin özünün miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamasının nədə ifadə olunduğunu iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq kifayət qədər əsaslandırmadan, yalnız cavabdehin 22 avqust 2014-cü il tarixdə, yəni mirasa vərəsəlik açıldıqdan 8 il sonra mirası qəbul etməsinə dair notariat ofisinə verdiyi ərizəni və ona əlavə edilmiş Basqal qəsəbə Nümayəndəsinin 22 avqust 2014-cü il tarixli arayışını əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmçinin onunla əsaslandırmışdır ki, cavabdeh notariat ofisinə müraciət edərkən mirasın faktiki qəbulu ilə bağlı lazımı sənədləri təqdim etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə də razılşamır. Belə ki, mülki işin materiallarına əlavə edilmiş notariat işinin tədqiqi əsasında müəyyən edilmişdir ki, cavabdeh notariat ofisinə müraciət edərkən şəhadətnamənin verilməsinə dair ərizənin “məndən başqa aşağıdakı vərəsələr var” qrafası boş saxlanılmış, sonuncu tərəfindən həmin qrafada digər vərəsələr barədə hər hansı qeyd aparılmamışdır. Hansı ki, yuxarıda qeyd olunduğu kimi miras qoyanların cavabdehdən başqa digər vərəsələri də olmuşdur (i/m 1-ci cild səh. 20-36). Qeyd olunan notariat işə əlavə edilmiş Basqal qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 2014-cü il tarixli arayışdan görünür ki, mərhum Tamara Əhmədovanın vərəslərindən yalnız birinin adı–oğlu Cavabdeh1 barəsində məlumat verilmiş, digər vərəsələrin olub-olmaması barədə hər hansı qeyd aparılmamışdır. (i/m 1-ci cild səh 32). Göründüyü kimi miras qoyanlar Əməl Əhmədovun 10 yanvar 2006-ci ildə, Tamara Əhmədovanın isə 31 yanvar 2007-ci ildə ölmələri ilə onlardan miras qalmış əmlaka vərəsəlik açıldığı halda, cavabdeh digər vərəsələri, o cümlədən iddiaçını göstərmədən 22 avqust 2014-cü ildə, yəni mirasa vərəsəlik açıldıqdan 8 ildən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verib, notarius isə ümumiyyətlə mirasın açıldığı yerdə olmayan vərəsələrin dairəsini, mirasın kütləsini müəyyən etmədən (mirası qoyanların belə 6 vərəsəsi vardır), vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, başqa sözlə cavabdehin miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etmədiyini aydınlaşdırmadan, bütövlükdə həm miras evə dair, həm də evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr vermişdir Mülki Məcəllənin 1318-ci maddəsinin mənasına görə, miras əmlak bütün vərəsələr arasında, qanun üzrə vərəsələr arasında bərabər, vəsiyyət üzrə vərəsələr arasında vəsiyyətnamədə müəyyən edilmiş paylarla, paylar müəyyən edilmədikdə bərabər bölüşdürülür. Buna görə də miras əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin, bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər, bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Qeyd olunanlardan belə qənaətə gəlinir ki, İsmayıllı rayon notariat ofisi tərəfindən miras qoyan şəxslər barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, yalnız icra nümayəndiliyi tərəfindən verilmiş arayışla və mirası sənədləşdirən vərəsənin (Cavabdeh1) ərizəsi ilə kifayətlənərək vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318 -ci maddəsinin tələbləri, həmçinin Notariat Haqqında AR Qanununun və “Notariat hərəkətlərinin aparılması haqında Təlimatın” tələbləri pozulmuş, nəticədə digər vərəsələr, o cümlədən iş üzrə İddiaçı atasından miras qalmış əmlakdan kənarda qalmışdır. Ali Məhkəmənin göstərişi baxımından kollegiya mübahisənin bu hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi İddiaçı və Cavabdeh1 valideynlərindən miras qalmış əmlakı birgə qaydada faktiki qəbul etsələr də, bu illər ərzində münasibətləri normal olduğundan rəsmiləşdirməmişlər. Lakin sonradan münasibətlər pozulmuşdur Düzdür, kollegiya qeyd edir ki, qanunvericilik mirasın qəbulu üçün konkret müddət müəyyən etmiş və bu müddət ərzində vərəsələr mirası qəbul və imtina etmələri barədə öz iradə ifadələrini bildirməlidirlər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi iş üzrə İddiaçı mirasın qəbulu ilə bağlı notariat ofisinə rəsmi müraciət etməsə də, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində miras əmlak üzərində fiziki “ağalıq” etmiş və əmlakı idarə etməyə faktik başlamaqla mirası faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyriformal halında eyni müddəti müəyyən etmişdir. Kollegiya sonda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli miras əmlakın, yəni mübahisəli 0.09 ha torpaq sahəsinin onun valideynlərinə məxsus olduğunu bildirir. Lakin iş materiallarından müəyyən edilir ki, mübahisəli 0.09 ha torpaq sahəsi ümum birgə mülkiyyət hüququ əsasında 3 nəfərə, Əməl Əhmədov, Tamara Əhmədovaya və Cavabdeh1 məxsusdur. Torpaq sahəsi üç nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Əməl Əhmədov və Tamara Əhmədovanın hər birini payı 1/3-dir (torpaq sahəsindən cəmi miras kütləsi 2/3). Deməli mübahisəli torpaq sahəsinin yalnız 2/3 hissəsi və fərdi yaşayış evi miras kütləsinə daxil olduğundan həmin miras əmlaklar iki vərəsə (Lətif və Cavabdeh1lar) arasında bərabər qaydada bölünməlidir. (Torpaq sahəsində hər bir vərəsəyə 2/6 pay, fərdi yaşayış evindən isə ½ pay). Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, apellyasiya şikayətində göstərilən digər dəlilləri müzakirə edib, həmçinin Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən qaydada yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(037)-119/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş 31 oktyabr 2014-cü il tarixli, 2V- 1/336 və 2V-1/337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr və onların əsasında verilmiş sənədlər (onların hüquqi nəticələri) etibarsız hesab edilsin. Əhmədov Əməl Xəliyulla oğlu və X3 miras qalmış (01 oktyabr 2014-cü il tarixli Çıxarış -27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında) ümumi birgə mülkiyyət hüququ əsasında İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin 2/3 hissəsində və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində İddiaçı və Cavabdeh1 miras payı bərabər (yəni torpaq sahəsində hər birinə 2/3: 2= 2/6 pay, fərdi yaşayış evində isə ½ pay) olmaqla müəyyən edilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-753/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-753/2022
07.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver