Məhkəmə qərarları › İş №2(107)-755/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-755/2023

19.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-755/2023 19.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir şəhəri R.Muradov adına X3 direktoruna qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Mingəçevir şəhəri R.Muradov adına X3 direktoruna qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər R.Muradov adına X1rşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Mingəçevir şəhəri R.Muradov adına Texnikihumanitar Liseyinin direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Əliyeva X2 şəhəri R.Muradov adına Texnikihumanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir. Maraqlı şəxs həmin qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadı ilə X5 İdarəsinin qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin olunmaması qərara alınmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs vəsatətində məhkəmənin 2(051)-343/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinin idarəsinin maraqlarına toxuduğunu bildirərək maraqlı şəxs kimi Mülkü Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən qətnamədən şikayət vermək üçün müddətin bərpa olunmasını bildirir. Qeyd edilən maddəyə görə xüsusi icraat işlərində maraqlı şəxslər qətnamə və qərardadlardan apelyasiya şikayəti verə bilərlər. Mülkü Prosessual Məcəllənin 357.2-ci maddəsində götərilir ki, həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin qeyd edilən məhkəmə qətnaməsinin vəsatət verən Maraqlı şəxs hansı hüquq və vəzifələrinə toxunması müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar YOXdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(051)-343/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar