Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-757/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2(051)-549/2024 saylı qətnaməsindən cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2(051)-549/2024 saylı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “ona töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi” tələbi qismən təmin edilmişdir. Cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi(bundan sonracavabdeh) həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir(maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır(maddə 363.1, 363.1.2). Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə cavabdeh dövlət rüsumu ödəməkdən azad olunan subyektlərin dairəsinə düşmür. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətinin “dövlət rüsumunun ödənilməsi haqqında” məlumat bölməsində aşağıdakı şəkildə qeyd aparmışdır: “Bu ödəniş rüsumdan azaddır- əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmək fəaliyyəti ilə bağlı olsa da, yuxarıda qeyd olunan Qanunun tələbinə görə bu növ iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs iş üzrə cavabdehdir və apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2(051)-549/2024 saylı qətnaməsindən cavabdeh Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-757/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-757/2024
14.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver