Məhkəmə qərarları › İş №2(107)-758/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-758/2025

17.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-758/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və oraya girişinin qadağan edilməsi tələbinə dair” və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizələri üzrə Zaqatala Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı “mülki iş üzrə icraatın dayandırılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı “cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və oraya girişinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 tərəfindən mülkiyyətimdə olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və cavabdehin oraya girişinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında İddiaçı adına DƏDR-də aparılmış xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-437/2025 saylı qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadı ilə mülki iş üzrə ilkin məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və işin icraatının ekspertin rəyi təqdim edilənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək Zaqatala Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisləndirilən qərardaddan da göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilməli olduğu halda, "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC isə məhkəmə ekspertizası idarəsi olmadığından (Məhkəmə Ekspertlərinin Reyestrində belə bir ekspertiza idarə mövcud deyildir), onun tərəfindən ekspert rəyinin verilməsi mümkün deyildir. Ümumiyyətlə "xxxx" MMC-nin hansı fəaliyyət növü ilə məşğul olması tərəflərə məlum deyildir. Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-123/2025 nömrəli məktubunda qeyd edilmişdir ki; (...) - ...mövcud təcrübədə məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulan sualların dairəsinin yalnız daşınar və daşınmaz əmlakın qiymətinin müəyyən edilməsi ilə məhdudlaşdığını göstərir. Halbuki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb olunmayan fəaliyyət sferasıdır və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələbinə görə xüsusi elmi biliklər əsasında aparılan tədqiqatlara aid edilmir. (...) - Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların), kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin, eləcə də digər qiymətləndirmə obyektlərinin qiymətinin müəyyən edilməsi ilə bağlı Mərkəzə ekspertizalar təyin olunduğu halda həmin qərarlar icra edilmədən geri qaytarılacaqdır. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 4 maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi; daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi; daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi; müəssisələrin qiymətləndirilməsi; qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi; kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi; təbii sərvətlərin qiymətləndirilməsi; dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi; xidmətlərin qiymətləndirilməsi; digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi istiqamətlərdə həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Azərbaycan Respublikası MPM-in 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş konstruksiyaların dəyəri və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclər müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bu məqsədlə mülki iş üzrə ilkin məhkəməqiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini isə "xxxx" MMC-ə tapşırmış və ekspertin rəyi Zaqatala Rayon Məhkəməsinə daxil olanadək iş üzrə icraatı dayandırmışdır. İddiaçının nümayəndəsi və vəkili isə şikayət verərək məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilməli olduğu halda, "xxxx" MMC-yə həvalə edildiyinə istinad etmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvü Süleyman Tağıyev daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi sahəsində sertifikat əldə etmişdir və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvüdür. Həmçinin qanunvericilik iş üzrə ekspertizа təyin edilən zaman məhkəməyə iş üzrə icraatın dayındırılmasını hüquq kimi tanımışdır. Ona görə də İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1514 ha torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş konstruksiyaların dəyəri və həmin torpaq sahəsinin ticarət sahəsinə gətirilib çıxarılmasına çəkilmiş xərclər müəyyən edilməsi ilə bağlı məhkəmə məhkəməqiymətləndirmə ekspertizası təyin edildiyindən, ekspertizanın keçirilməsi isə "xxxx" MMC-ə tapşırıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertin rəyinin Zaqatala Rayon Məhkəməsinə daxil olanadək hazırkı mülki iş üzrə icraat dayandırılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsi 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-192/2025 saylı mülki iş üzrə icraatı dayandırmaqla haqlı olmuşdur və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Zaqatala Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(033)-192/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar