Məhkəmə qərarları › İş №2(107)-760/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-760/2022

25.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-760/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "torpaq sahəsindən çıxarılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, onların vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 nümayəndəsi Nümayəndə3, Cavabdeh2 və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "torpaq sahəsindən çıxarılması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(025)-7/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları

1. JN-322 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. JN-324 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998- ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

3. JN-328 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998- ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

4. JN-331 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998- ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində Cavabdeh3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********10; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017-ci il) görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 1.2621 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 oğlunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 36 nömrəli vərəqinə qeydiyyata alınmışdır.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********72; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017-ci il) görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,8702 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 oğlunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 41 nömrəli vərəqinə qeydiyyata alınmışdır.

7. “X5” MMC-nin xx.xx.2021-ci il tarixli, 126 saylı ekspert rəyi ilə müəyyən edilir ki, İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin naturada və kompleks layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə (oriyentirlərə) istinadən Kompleks Yerquruluşu Layihəsi və Aerofotoplan üzərində dürüstləşdirilməsi nəticəsində natura üzərində hüdudları müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, xüsusi X3 proqramları vasitəsilə ortofotoplan üzərində tərtib olunan planda göstərildiyi kimi koordinatları müəyyən olunan torpaq sahələrinin - JN- 324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin 0.2652 ha hissəsinin və JN-328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin tam həcmdə cavabdehlərin - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsində olması müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan iddiaçılara məxsus 0.2652 ha və 0.8152 ha torpaq sahələrinin cavabdehlərin istifadəsində olan torpaq sahələri olmaqla arası metal torla (setka) ayrılmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, **********80 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin torpaq sənədlərində göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur.

9. Həmçinin qeyd olunur ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7108 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 hektar torpaq sahəsinin 324 cizgisində qeyd edilmiş 0,99 hektar hissəsinin və JN-328 (kod ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 hektar torpaq sahəsinin 0,82 hektar hissəsinin Dövlət aktlarında göstərilən cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən uyğunsuzluq müəyyən olunmuşdur.

11. Apellyasiya icraatı zamanı əldə edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 10/4669 nömrəli ekspert rəyindən görünür ki, mülki işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN 322 nömrəli (kod:406!6018) “Torpağa mülkiyyət hüququna dair "Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 hektar torpaq sahəsinin 322 cizgisində qeyd edilmiş 0.89 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur, JN-324 (kod:********) “Torpağa mülkiyyət hüququna dair “ Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 hektar torpaq sahəsinin 324 cizgisində qeyd edilmiş 0.99 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur, JN-328 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 hektar torpaq sahəsinin 0.82 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-322 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 hektar torpaq sahəsinin 322 cizgisində qey edilmiş 0.89 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında, JN-324 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 hektar torpaq sahəsinin 324 cizgisində qeyd edilmiş 0.99 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında, JN-328 nömrəli (kod:4O616018 Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,14 hektar torpaq sahəsinin 0.82 hektar hissəsinin Dövlət aktında göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə Cavabdeh1 onlara məxsus torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. xx.xx.2020-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 yeni cavabdehlərin əlavə edilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq Cavabdeh3 və Cavabdeh2 mülki iş üzrə yeni cavabdehlər qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

15. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Qəbələ rayon, Tüntül kəndində yaşayırlar. Qəbələ rayon Tüntül kəndi ərazisində torpaqlar xeyli müddət əvvəl dövlət tərəfindən bölünmüş və hər birinin ailəsinə torpaq sahəsi verilmişdir. Bu bölünmə nəticəsində hər birinə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktlar əsasında onlara verilmiş torpaq sahələrinin rəsmi sənədlərdə göstərilən hüquqi vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqlər mövcuddur. Belə ki Cavabdeh1 qanunsuz olaraq onlara məxsus torpaq sahələrinin müəyyən hissələrini zəbt etmişdir. Bu isə mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi və faktiki vəziyyətində fərqlərin yaranmasına səbəb olmuşdur ki, bu da öz növbəsində iddiaçıların qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev ) 05 aprel 2022-ci il tarixli, 2(025)- 7/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq “X5” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.21 ha torpaq sahəsi JN-322 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə, Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.39 ha torpaq sahəsi JN-324 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə və Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.14 ha torpaq sahəsi JN-328 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar qeyd olunan mübahisəli torpaq sahələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edir və torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılmasını tələb edir. Cavabdehlər isə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus torpaq sahələrini zəbt etmədiklərini bildirmişlər

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququnaair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin torpaq sənədlərində göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aşkar edilmişdir. Torpaq sahələri üzrə mövcud uyğunsuzluq mülkiyyətçilər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələri üzrə mütəxəssislər və ekspertlər tərəfindən araşdırma aparılması mümkün olmamışdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin İ və İİ hissəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 156.1, 157, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 89.3, 88, 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 apellyasiya şikayəti vermişlər.

21. Apellyatorlar şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin etməməsini fərziyələrə əsasən əsaslandırmağa çalışmışdır. İş üzrə keçirilən ekspertizaların hər birində qeyd edilir ki, torpaq sahəsinin hüquqi vəziyyəti ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur və cavabdehlər tərəfindən torpaq sahəsi zəpt edilmişdir. Məhkəmə isə bütün bunları nəzərə almamışdır.

22. Hər bir ekspert rəyinin eynilik təşkil etməsinə baxmayaraq məhkəmə hər bir vəclə işi lüzumsuz şəkildə uzatmış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə təcrübəsində adətən birinci inistansiya məhkəməsi cəmi bir ekspertiza keçirir. Zərurət yaranarsa təkrar keçirilir. Lakin Qəbələ rayon Məhkəməsi işi cavabdehlərin xeyrinə həll edilməsi üçün səlahiyyətlərindən sui istifadə etmiş, 3-dəfə əsassız olaraq ekspertiza təyin etmiş lakin nəticədə eyni rəylər gəlmişdir. Buna baxmayaraq məhkəmə yenə də cavabdehlərin xeyrinə qərar qəbul etmişdir ki, bu da tam qanunsuz olmaqla bərabər korrupsiyaya şərait yaradan haldır və hazırda keçirilən Məhkəmə hüquq islahatlarının ruhuna ziddir.

23. İddiaçıların bu hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırılmış və öz mülkiyyətlərindən məhrum olmuşdurlar. Mülkiyyətçi öz mülkiyyətindən elə istifadə etməlidir ki, qonşuların hüquqlarına xələl gəlməsin. İddiaçıların mülklərinin qonşular olan cavabdehlər tərəfindən zəbt edilməsi iddiaçıların digər qonşularının da hüquqlarını pozur. Belə ki, hazırda iddiaçıların faktiki istifadə etdiyi və sərmayə qoyduğu torpaq sahəsinin bir hissəsi (cavabdehlərin zəpt etdiyi qədər olan) iddiaçılar tərəfindən istifadə edilir ki, bu da digər şəxslərin hüquqlarına ciddi xələl gətirir.

24. Qeyd etdiyi kimi iddiaçılar hazırda istifadə etdiyi torpaq sahəsinə uzunmüddətli plan üçün sərmayə qoymuşdur və əlavə qoymağı da düşünür. Belə olan halda isə torpaq istifadəsiz qalacaqdır ki, bu da dövlət üçün xırda olsa belə, iddiaçıların ərzaq təhlükəsizliyi baxımından önəmlidir. Hesab edirlər ki, məhkəmənin bunları nəzərə almadan iddianın təmin etməməsi tamamilə əsassızdır. Birinci inistansiya Məhkəməsində bütün sübutlar təqdim edilmiş, lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

25. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(025)-7/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələblərinin təmin edilərək cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etirazlar verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1, İddiaçı3, İddiaçı2 hər biri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

28. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sonuncu ekspert rəyindən də göründüyü kimi iddiaçıların torpaq sahəsi faktiki olaraq öz yerində yerləşmir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır. Əlavə olaraq cavabdehlərlə qarşılıqlı razılığa gəlməyə də razıdırlar. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

29. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 nümayəndəsi Nümayəndə3, Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, onlar özlərinə məxsus olan torpaq sahəsini əkib–becərirlər. Əgər yeni elektron xəritə hazırlanarsa, qarşılıqlı razılığa gələ bilərlər. Hazırda apellyasiya şikayətini qəbul etmirlər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

30. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, nə əvvəlki, nə də sonrakı ekspertiza rəylərində iddiaçılara məxsus torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt olunması müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçılar qətnaməni tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddialarının təmin olunmasını xahiş edirlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçı tərəf onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır

42. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

43. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.21 ha torpaq sahəsi JN-322 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə, Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.39 ha torpaq sahəsi JN-324 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə və Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.14 ha torpaq sahəsi JN-328 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

44. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçılarınn torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

45. Cavabdehlər isə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, iddiaçılara məxsus torpaq sahələrini zəbt etmədiklərini bildirirlər.

46. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, təyin edilmiş hər üç ekspertizanın eyni nəticəli rəy verildiyini, məhkəmənin yenə də cavabdehlərin xeyrinə qərar qəbul etdiyini bildirsələr də, iddia tələbinin əsasını mötəbər sübutlarla təsdiq edə bilməmişlər.

47. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və bildirir ki, iddiaçılar mübahisəli torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməməklə, cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılmasını tələb etsələr də, məhkəmə araşdırması zamanı irəli sürdükləri tələblərinin əsasını sübuta yetirə bilməmiş, torpaq sahələrinin məhz iş üzrə cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim edə bilməmişlər.

48. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında torpaq sənədlərində göstərilən cizgilərlə faktiki istifadə vəziyyətləri arasında Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən uyğunsuzluq müəyyən olunmuşdur.

49. Həmçinin məlum olmuşdur ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır.

50. Göründüyü kimi qeyd edilən uyğunsuzluqlar yalnız torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır ki, hazırki vəziyyətdə həmin uyğunsuzluğun kimin xeyrinə həll olunacağını müəyyən etmək qeyri-mümkündür.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf apellyasiya şikayətini işin halları üçün əhəmiyyəti olmayan faktlarla əsaslandırmağa çalışmışdır. Hansı ki, həmin dəlillərin işin qanuni şəkildə onların xeyrinə həll olunması üçün hər hansı bir hüquqi əhəmiyyəti olmamaqla formal mülahizələrdən ibarətdir.

52. Azərbaycan Respublikası MPM-in; 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

54. Bundan əlavə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbi kimi mütəxəssislərin, ekspertlərin düzgün rəyə gəlməməsi ilə əlaqələndirmişdir. Kollegiya iddiaçı tərəfin bu dəlilinə aydınlıq gətirmək məqsədilə yenə də xüsusi bilik tələb olunan məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş və bununla bağlı iş üzrə yuxarıda qeyd olunmuş ekspert rəyi verilmişdir.

55. İddiaçılar həmin rəylə də razı olmadıqları bildirsələr də, kollegiya tərəfindən təklif olunmasına baxmayraq bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bunu yalnız öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışlar.

56. Beləliklə iş materiallarından görünür ki, nə birinci, nə də apellyasiya məhkəməsində iddiaçı tərəf torpaq sahəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyini sübut edə bilməmişlər.

57. Göründüyü kimi mübahisəli halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə həm birinci instansiya məhkəməsinin icraatı zamanı, həm də apellyasiya icraatı zamanı ekspertizalar təyin edilmişdir. Həmin rəylərlə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur

58. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

59. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci 50 manat iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onların nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(025)-7/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 manat müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar