Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-761/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsi ilə İddiaçı Abdukərim qızının Azərbaycan Respublikası Təhsil Nazirliyi Oğuz Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X6 Mərkəzi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, Cavabdeh qarşı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktor müavini vəzifəsindən azad edilməsi barədə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktoru X4 xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrinin etibarsız hesab edilməsi və İddiaçı Oğuz şəhər 3 nömrəli məktəb-liseyə öz əvvəlki direktor müavini vəzifəsinə bərpa edilməsi, xx xxxxxx 2019-cu il tarixdən direktor müavini vəzifəsinə görə məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Abdukərim qızı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Oğuz şəhər 3 nömrəli məktəb-liseyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək direktor müavini vəzifəsindən azad edilməsi barədə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin xx xxxxxx 2019cu il tarixli 202 nömrəli əmrinin ləğv edilməsi, Oğuz şəhər 3 nömrəli məktəb-liseyə direktor müavini vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi Oğuz Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X6 Mərkəzi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Təhsil Şöbəsinin xx xxxxxx 2014-cü il tarixli 41 nömrəli əmri və onunla bağlanmış əmək müqaviləsi əsasında Oğuz şəhər 3 nömrəli məktəb-liseyin xx xxxx 2014-cü il tarixli 41 nömrəli əmri ilə o, həmin məktəb-liseyə öz ixtisası üzrə fizika müəllimi,xx xxxx 2014-cü il tarixli 41 nömrəli əmri ilə isə məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, işində heç bir nöqsana yol verməmiş, müdiriyyətin tapşırıqlarını dərhal və lazımi qaydada yerinə yetirmiş və əmək intizamına da ciddi şəkildə riayət etmişdir. O, həmin vaxtdan xx xxxxxx 2019-cu il tarixədək Oğuz şəhər 3 nömrəli məktəb-liseydə direktor müavini vəzifəsində işləmişdir. 4 saylı X6 Mərkəzi tərəfindən Oğuz Rayon Təhsil Şöbəsinə göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktubda Oğuz rayon Təhsil Şöbəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrinin xx xxxxxxxx 2019-cu il tarixə tarifləşmə cədvəlləri işlənib hazırlanarkən Oğuz şəhər 3 nömrəli məktəbin lisey sinifləri üzrə direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavini vəzifəsinin saxlanmasının qanuna zidd olmasının aşkar edildiyi, həmin məsələnin həll olunması istiqamətində tədbir görülməli olması qeyd edilmişdir. Qeyd olunan müraciət əsasında Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktoruna xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktub göndərilərək 4 saylı X6 Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktubuna istinad edilməklə onun Oğuz şəhər 3 nömrəli məktəb-liseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında o, Oğuz şəhər 3 nömrəli məktəbliseyin direktoru Elxan Bilalovun xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmri ilə məktəbliseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. O, işdən azad edilməsinə dair əmri qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştat cədvəli”nə əsasən sinif komplektlərinin miqdarı ən azı 7-9 aralığında olduqda direktorun lisey sinifləri üzrə müavini ştatının olması nəzərdə tutulmuşdur. Hazırda isə Oğuz şəhər 3 nömrəli məktəb-liseydə lisey siniflərinin sayı 10 sinif miqdarındadır. Liseydə təhsil alan şagirdlərin sayı isə onun həmin liseydə işə başladığı vaxtdan indiyədək azalmamış, əksinə artmışdır. Bu səbəbdən məktəb-liseydə direktor müavini ştatının ixtisarına hər hansı əsas olmamışdır. Eyni zamanda, 2019-2020-ci tədris ilinin əvvəlində Oğuz şəhər 3 nömrəli məktəb-liseyin orta məktəb sinifləri üzrə direktor müavini təqaüd yaşının çatması ilə əlaqədar işdən azad edilmiş, həmin vaxtda direktor müavini ştatlarından hər hansı birinin ixtisarı ilə bağlı hər hansı göstəriş olmamış, həmin müavinin yerinə digər şəxs məktəb sinifləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Əgər məktəb-liseydə yalnız bir müavin ştatının saxlanılmasına əsas olsa idi, qocalığa görə işdən azad edilmiş işçinin ştatı ixtisara salınmaqla məktəb-liseyin direktor müavini vəzifəsi ona həvalə edilməli idi. Dərs ilinin başlanmasından 2 aya yaxın müddət keçəndən sonra heç bir qanuni əsas olmadan direktorun lisey sinifləri üzrə müavini ştatının ixtisara salınması həm əmək qanunvericiliyinin tələblərinə, həm də məktəbin təlim-tədris planının tələblərinə, tarifləşmə cədvəlində göstərilənlərə ziddir. O, işdən azad olunarkən Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştat cədvəli” 4 saylı X6 Mərkəzi, Oğuz Rayon Təhsil Şöbəsi və Cavabdeh tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, onun işdən azad edilməsi barədə əmr verilərkən Oğuz Rayon Təhsil Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktubu əsas kimi göstərilsə də, qeyd olunan əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmiş, əmək müqaviləsinin ləğv edildiyi gün, ay, il əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər əmrdə göstərilməmiş, əmək müqaviləsi ixtisara görə ləğv edilməzdən əvvəl işəgötürən tərəfindən ona xəbərdarlıq edilməmiş və qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər görülməmişdir. Ona görə də hesab edir ki, işdən azad edilməsi barədə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmri əsassız olaraq verilmişdir. Qeyd etdiklərinə əsasən Oğuz şəhər 3 nömrəli məktəb-liseyin xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrinin ləğv edilməsi, Oğuz şəhər 3 nömrəli məktəb-liseyə direktor müavini vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2019-2020-ci dərs ilinin əvvəlində məktəb-liseyin tədris planı və ştat cədvəli elektron qaydada işlənib hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş və həmin cədvəl Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Xeyli müddət keçəndən sonra ona bildirilmişdir ki, məktəb-liseydə iki müavin ştatının olması təsdiq edilmir və direktorun lisey sinifləri üzrə müavini ştatı ixtisar edilməlidir. Sonradan ona məlum olmuşdur ki, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin 7-11-ci siniflər üzrə hər sinifdən ikisi olmaqla, cəmi 10 lisey sinfindən 4-ü - 10-cu və 11-ci siniflər elektron sistemə liseyin təmayülünə uyğun olaraq “T” (texniki) və “H” (humanitar) indeksləri ilə yerləşdirilməli olduğu halda, orta məktəb sinifləri kimi “A”, “B” və “C” indeksləri ilə yerləşdirildiyindən elektron sistemdə lisey siniflərinin sayı yanlış olaraq 6 sinif kimi görünmüşdür. Lisey siniflərinin sayı 7-dən aşağı olduqda direktorun lisey sinifləri üzrə müavini ştatının olması qanunvericilikdə nəzərdə tutulmadığından həmin ştatın ixtisarı barədə göstəriş verilmişdir. Halbuki, hazırda da Oğuz şəhər 3 nömrəli məktəb-liseydə 7- 11-ci siniflər üzrə hər sinifdən ikisi olmaqla, cəmi 10 lisey sinfi möcvuddur və şagirdlərin sayı da əvvəlki illərə nisbətən artmışdır. Dərs ilinin əvvəlində ixtisarla bağlı hər hansı məsələ olmamış, məktəb-liseydə iki nəfər müavin ştatının olması mübahisələndirilməmiş, ona 2019-cu ilin sentyabr və oktyabr aylarında direktorun lisey sinifləri üzrə müavini kimi əmək haqqı da ödənilmişdir. Bundan əlavə, 2016-cı ildə Oğuz rayonu üzrə ümumtəhsil məktəblərində, o cümlədən, Oğuz şəhər 3 nömrəli məktəb-liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları tərəfindən audit yoxlaması da keçirilmiş, yoxlamanın nəticəsində Oğuz şəhər 3 nömrəli məktəb-liseydə heç bir nöqsan aşkar edilməmiş, hər hansı ştatın ixtisar edilməli olması müəyyən edilməmişdir. Ona görə də Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktorunun onun barəsində verdiyi xx xxxxxx 2019cu il tarixli 202 nömrəli əmri əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Oğuz şəhər 3 nömrəli məktəb-liseyin nümayəndəsi - məktəb-liseyin direktoru X7 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmri ilə Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey yaradılmışdır. Həmin əmr əsasında Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən xx xxxxxxxx 2008-ci il tarixli 182 nömrəli əmr verilmişdir. Oğuz şəhər 3 nömrəli məktəbin bazasında yaradılmış lisey 7-11-ci sinifləri əhatə etməklə xüsusi istedada malik şagirdlərin liseyə qəbulu hər il imtahan keçirilməklə müsabiqə yolu ilə həyata keçirilir. Sonradan xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmrdə qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən xx xxxxxx 2010-cu il tarixli 1545 nömrəli əmr verilərək əvvəlki əmrin 1-ci bəndində “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey yaradılsın.” cümləsi “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey sinifləri açılsın” cümləsi ilə əvəz edilmişdir. Həmin əmrlə təhsil müəssisəsinin adında dəyişiklik ediləndən sonra Oğuz şəhər 3 nömrəli orta məktəb-liseyin strukturunda, dərs sistemində və ya tədris planında hər hansı dəyişiklik olmamış, məktəblisey öz fəaliyyətini əvvəlki kimi davam etdirmişdir. HazırdaOğuz şəhər 3 nömrəli məktəbliseydə 10 lisey sinfi vardır və lisey siniflərində dərs keçən müəllimlərə orta məktəb müəllimlərinə nisbətən 15 % artıq əmək haqqı ödənilir. Liseyin tədris proqramı da fərqlidir və lisey siniflərində təhsil alan şagirdlərə attestat verilərkən, orta məktəb şagirdlərindən fərqli olaraq, onların attestatında liseyi bitirdikləri qeyd edilir. Oğuz Rayon Təhsil Şöbəsinin xx xxxxxx 2014-cü il tarixlimüvafiq əmri əsasındaOğuz şəhər 3 nömrəli orta məktəb-liseyin xx xxxx 2014-cü il tarixli 42 nömrəli əmri ilə iddiaçı məktəb-liseyə direktorun lisey sinifləri üzrə müavini təyin edilmişdir. İddiaçı həmin vaxtdan Oğuz şəhər 3 nömrəli orta məktəbliseydə direktorun lisey sinifləri üzrə müavini kimi fəaliyyətə başlamışdır. xx xxxxxxx 2019cu il tarixdə Oğuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə məktub göndərilərək 4 saylı X6 Mərkəzi tərəfindən göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktuba istinad edilməklə iddiaçının Oğuz şəhər 3 nömrəli məktəb-liseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında Oğuz şəhər 3 nömrəli məktəb-lisey üzrə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrlə iddiaçı məktəb-liseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İddiaçının işdən azad edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrOğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidovun xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktubu əsasında verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunauyğun qərar çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 4 saylı X6 Mərkəzi tərəfindən Oğuz Rayon Təhsil Şöbəsinə göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktubda qeyd edilmişdir ki, Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında lisey siniflərinin açılması məktəbdə əlavə olaraq lisey sinifləri üzrə direktor müavini ştatının saxlnmasına əsas vermir. Həmin məktub əsasında Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktub göndərilərək iddiaçının Oğuz şəhər 3 nömrəli məktəb-liseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi tapşırılmışdır. Oğuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə göndərilmiş xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktub 4 saylı X6 Mərkəzi tərəfindən Oğuz Rayon Təhsil Şöbəsinə verilmiş xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktub əsasında göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunauyğun qərar çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş 4 saylı X6 Mərkəzinin nümayəndəsi X5 iddia tələbini əsassız hesab etdiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərişdir ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmri ilə Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey yaradılmışdır. Sonradan xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmrdə qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən xx xxxxxx 2010-cu il tarixli 1545 nömrəli əmr verilərək əvvəlki əmrin 1-ci bəndində “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənnlər təmayüllü lisey yaradılsın” cümləsi “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey sinifləri açılsın” cümləsi ilə əvəz edilmişdir. Bununla da, əvvəlki əmr, yəni Azərbaycan Respublikasının Təhsil nazirinin xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmri qüvvədən düşmüş hesab edilir. Hazırda bir çox orta məktəblərin bazası əsasında lisey sinifləri yaradılmışdır, lakin bu həmin məktəblərdə əlavə olaraq ikinci müavin ştatının saxlanmasına əsas deyildir. Ona görə də 4 saylı X6 Mərkəzi tərəfindən Oğuz rayon Təhsil Şöbəsinə xx xxxxxxx 2019-cu il tarixli 643 nömrəli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında lisey siniflərinin açılması məktəbdə əlavə olaraq lisey sinifləri üzrə direktor müavini ştatının saxlanmasına əsas vermir”. Həmin məktub əsasında Oğuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə müraciət edilərək iddiaçının məktəbdə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi tapşırılmışdır. Qeyd olunan əsasla Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktorunun xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmri ilə iddiaçı məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. 4 saylı X6 Mərkəzi Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktorunun xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrini qanuni və əsaslı hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs 4 saylı X6 Mərkəzi apelyasiya şikayəti verərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti 4 saylı X6 Mərkəzinin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının məzmununa uyğun dəlillərlə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş 4 saylı X6 Mərkəzinin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Oğuz şəhər 3 nömrəli məktəb-liseyin direktoru X7 izahatında iddiaçının tələbinin haqlı olduğunu bildirdi. O, göstərdi ki, Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştat cədvəli”nə əsasən lisey sinif komplektlərinin miqdarı ən azı 7-9 aralığında olduqda direktorun lisey sinifləri üzrə müavini ştatı nəzərdə tutulmuşdur. Hazırda isə Oğuz şəhər 3 nömrəli məktəb-liseydə lisey siniflərinin sayı 10 sinif miqdarındadır. Deməli, məktəb-liseydə direktor müavini ştatının olması qanunauyğundur. Odür ki, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi Şəfiyev Anar Ömər oğlu qanunauyğun qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin gerçək hallarından görünür ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxxxxxx 2008-ci il tarixli 1074 nömrəli əmri ilə Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənlər təmayüllü lisey yaradılmışdır. Həmin əmr əsasında Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən xx xxxxxxxx 2008-ci il tarixli 182 nömrəli əmr verilmiş və Oğuz şəhər 3 nömrəli məktəbin bazasında 7-11-ci sinifləri əhatə edən lisey yaradılmışdır. Oğuz şəhər 3 nömrəli orta məktəb-liseyin xx xxxx 2014-cü il tarixli 42 nömrəli əmri ilə iddiaçı həmin məktəb-liseyə direktorun lisey sinifləri üzrə direktor müavini təyin edilmiş və həmin vaxtdan xx xxxxxx 2019-cu il tarixədək qeyd olunan vəzifədə işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə 4 saylı X6 Mərkəzi tərəfindən Oğuz Rayon Təhsil Şöbəsinə 643 nömrəli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında lisey siniflərinin açılması məktəbdə əlavə olaraq lisey sinifləri üzrə direktor müavini ştatının saxlanmasına əsas vermir. Həmin məktub əsasında Oğuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyə xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktub göndərilərək iddiaçının məktəbə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında Oğuz şəhər 3 nömrəli məktəb-lisey üzrə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrlə iddiaçı məktəb-liseydə öz ixtisası üzrə müəllim saxlanılmaqla məktəbin lisey sinifləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Oğuz şəhər 3 nömrəli məktəb-lisey üzrə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmrdə iddiaçının işdən azad edilməsinə əsas kimi Oğuz Rayon Təhsil Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli 571 saylı məktubu qeyd edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən həmin əmrin verilməsinə əsasların olubolmaması araşdırılmadığından, əmrin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən Oğuz şəhər 3 nömrəli məktəb-liseyin iddiaçının direktor müavini işindən azad edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmri ləğv edilməli, iddiaçı öz əvvəlki direktor müavini vəzifəsinə bərpa edilməli və ona həmin vəzifəyə görə məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştat cədvəli”nə əsasən sinif komplektlərinin miqdarı ən azı 7-9 aralığında olduqda direktorun lisey profili üzrə müavini ştatının olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında 2008-ci ildə lisey Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri əsasında yaradılmışdır. Sonradan 2010-cu ildə qeyd olunan əmrdə qismən dəyişiklik edilərək əmrin 1-ci bəndində “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənnlər təmayüllü lisey yaradılsın” cümləsi “Oğuz şəhər 3 nömrəli orta məktəbin bazasında texniki və humanitar fənnlər təmayüllü lisey sinifləri açılsın” cümləsi ilə əvəz edilsə də, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin dərs sistemində, lisey siniflərinin sayında heç bir dəyişiklik edilməmiş, məktəb-liseyin ştat cədvəlində də hər hansı struktur dəyişikliyi olmamışdır. Lisey 7-11-ci sinifləri əhatə etməklə, hər sinif üzrə iki sinif olmaqla hazırda da Oğuz şəhər 3 nömrəli məktəb-liseydə 10 lisey sinfi vardır. Göründüyü kimi, Oğuz şəhər 3 nömrəli məktəb-liseydə lisey sinifləri üzrə direktor müavini vəzifəsinin olması Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştat cədvəli”nə uyğun olmuşdur. İddiaçı Oğuz şəhər 3 nömrəli məktəbliseyə 2014-cü ildə, yəni məktəbin bazasında lisey yaradılması barədə 2008-ci ildə verilmiş əmrə 2010-cu ildə qismən dəyişiklik ediləndən də xeyli sonra təyin edilmiş, 5 ildən artıq müddətdə həmin vəzifədə işləməklə əmək haqqı ödənilmiş, onun lisey sinifləri üzrə direktor müavini vəzifəsində işləməsinə nə Təhsil Nazirliyi, nə də Təhsil Nazirliyinin 4 saylı X6 Mərkəzi tərəfindən heç bir irad və ya etiraz edilməmişdir. Oğuz şəhər 3 nömrəli məktəbin bazasında lisey yaradılması barədə 2008-ci ildə verilmiş əmrə 2010-cu ildə qismən dəyişiklik ediləndən sonra da məktəb-liseyin tədris planında və ya ştat cədvəlində hər hansı dəyişikliyin olması halları müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi və ştatların ixtisarı qaydalarını tənzimləyən normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd edilən maddənin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının işdən azad edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 202 nömrəli əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən hər hansı maddəsinə istinad edilməmiş, əmək müqaviləsinin ləğv edildiyi gün, ay, il, əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər əmrin məzmununda göstərilməmişdir. O cümlədən, əmək müqaviləsi ixtisara görə ləğv edilməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsi və qanunvericilikdə nəzərdə tutulan, əmək müqaviləsinə xitam verilməzdən əvvəl yerinə yetirilməsi zəruri olan digər tədbirlərin görülməsi halları da məhkəmə iclasında müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının ştatının ixtisarı zamanı cavabdeh tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmış olması halı da aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən,əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X10 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X10 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X10 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X6 Mərkəzi tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(054)-575/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-761/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-761/2020
11.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver