Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-761/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğlunun öz-özünə etdiyi etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin icraatına İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və 2(035)-61/2021 saylı mülki iş açılmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğlu öz-özünə etiraz edərək mülki iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hal-hazırda Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X1 müvafiq olaraq qaynı, qaynı arvadı və qaynı oğlu olduğunu, ona görə də hazırki mülki işə onun tərəfindən mahiyyəti üzrə baxıla bilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, mülki iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hal-hazırda Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X1 müvafiq olaraq qaynı, qaynı arvadı və qaynı oğludur. Buna görə də Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğlu hazırki mülki işə onun tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə kollegiyası Qubadov Tahir Möhsüm oğlunun öz-özünə etdiyi etirazla razılaşaraq hesab edir ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün etirazla razılaşaraq belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğlunun öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-761/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-761/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver