Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-764/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayətinin geri qaytarılması barədə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 3478 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamənin surəti xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə hazırkı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti daxil olmuşdur. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (hakim H.İ.Xəlilov) qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini, onun mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə onun tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Bu zaman məhkəmə onun xx xxxxxxx 2019-cu il tarixdəki ərizəsinə istinad edərək, sözügedən qətnamənin qanun qüvvəsini aldığını, həmin qətnamədən apelyasiya şikayəti vermək fikrində olmadığını və belə şikayət də vermədiyini əsas gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinad edib onun qətnamədən apelyasiya şikayətini müəyyən edilmiş müddət keçdikdən sonra verdiyini əsas gətirərək apelyasiya şikayətinin ona qaytarılması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, bəhs olunan qərardad ləğv edilməlidir. Həmin ərəfədə anası X1 şiddətli dərəcədə ağırlaşmış, həkimlər anasının həyatda qalması üçün çox böyük fədakarlıq və əmək sərf etmişlər. Anası uzun müddətdir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməkdədir. Anası xx xxxxxx 2016-cı ildə “X3”nda cərrah-həkim V.İsmayılov tərəfindən əməliyyat edilərək, sağ böyrəyi alınmışdır. Bu barədə xx xxxxxx 2016-cı il tarixli, ******* saylı epikrizi məhkəməyə təqdim edir. Həmin əməliyyatdan sonra anası çox uzun müddət yataqdan qalxa bilməmişdir. Belə ki, anasının böyrək əməliyyatından bəri o, mütəmadi olaraq anasının qulluğunda dayanmaq, ona baxmaq məcburiyyətində olmuşdur. Göstərilən səbəblərə görə xx xxxxxxx 2019-cu il tarixdə anasının xəstləiyi çox kəskin halda ağırlaşmış və o, məhkəmədə ərizə yazarkən dərin psixoloji, mənəvi əzab içində olmuş, ona görə də müraciətinin mahiyyətinə və fərqinə vara bilməmiş, həmçinin gələcəkdə bu ərizəsinin nə ilə nəticələnə biləcəyini dərk edə bilməmişdir. O, birinci instansiya məhkəməsinə əvvəlki müraciətlərində anasının xəstəliyini bildirməyə lüzum görməsə də, ancaq indi bu barədə yeni sübutlara istinad edərək birinci instansiya məhkəməsinə təqdim etməyi zəruri hesab edir. Ucar Rayon Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının fikrini dinləyərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnamənin surəti xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət edib sözügedən qətnamənin qanun qüvvəsini aldığını, onun həmin qətnamədən apelyasiya şikayəti vermək fikrinin olmadığını və belə şikayət də vermədiyini göstərərək iş materiallarında olan nikah haqqında şəhadətnamənin ona qaytarılmasını xahiş etmiş, həmin tarixdə nikah haqqında şəhadətnamənin əsli ona təqdim edilmişdir. xx xxxxxx 2019cu il tarixdə isə məhkəməyə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti daxil olmuş, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadı ilə apelyasiya şikayətinin ona qaytarılması qərara alınmışdır. Hazırda isə iddiaçı şikayətlə məhkəməyə müraciət edib sözügedən qərardadın ləğv edilərək Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-436/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətini buraxması səbəbinin üzrlü sayılmasını və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən müddətin bərpası haqqında ərizə verməmiş, xx xxxxxx 2020-ci il tarixli qərardadla apelyasiya şikayəti ona qaytarılandan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş, şikayətdə qərardadın ləğv olunmasını və apelyasiya şikayəti müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı mülki prosessual qanunvericiliyin tələbinə uyğun qəbul edilmişdir. Belə ki, iddiaçı qətnamədən apelyasiya şikayəti versə də, buraxılmış müddətin bərpası barədə ərizə verməmiş, buna səbəbdən də apelyasiya şikayəti qərardadla qeyd olunan əsasa, yəni müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmış, şikayətin təmin edilməsi üçün qanuna müvafiq əsaslar olmamışdır. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı qərardaddan şikayətində müddətin ötürlüməsinə səbəb kimi anasının xəstəliyinin çox kəskin ağırlaşmasını, onun xx xxxxxxx 2019-cu il tarixdə məhkəmədə ərizə yazarkən (həmin ərizədə iddiası üzrə çıxarılmış qətnamənin artıq qanun qüvvəsini aldığını, onun həmin qətnamədən apelyasiya şikayəti vermək fikrinin olmadığını və belə şikayət də vermədiyini qeyd edərək, iş materiallarında olan nikah haqqında şəhadətnamənin ona qaytarılmasını xahiş etmişdir) dərin psixoloji, mənəvi əzab içində olmasını, ona görə də müraciətinin mahiyyətinə və fərqinə vara bilməməsini, həmçinin gələcəkdə bu ərizəsinin nə ilə nəticələnə biləcəyini dərk etməməsini göstərmişdir. Bununla razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətində istinad etdiyi dəlillər (anasının ağır xəstəliyi) apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə və ötürülmüş müddətin bərpasına əsas ola bilməz. Anasının ağır xəstəliyi iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə və məhkəmə iclaslarında iştirak etməsinə mane olmadığı halda, həmin faktorun (amilin) vaxtında (1 ay ərzində) apelyasiya şikayətinin verilməsinə mane olması (imkan verməməsi) inandırıcı və qəbuledilən deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(063)-436/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in 400 və 402-ci maddələrinin mənasına görə apelyasiya şikayətinin geri qaytarılması və ya ötürülmüş apelyasiya şikayəti müddətinin bərpasından imtina edilməsi barədə qərardadlardan verilmiş şikayətlər üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 128-133, 395-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-436/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-764/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-764/2020
04.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver