Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-764/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı” istehsalat Birliyi Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının boşaldılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qaz kəmərinin mühafizə zonasının boşaldılması, yolun açılması, torpaqdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı” istehsalat Birliyi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısından keçən, İddiaçı Ağsu RQİİ-nin balansında və istismarında olan, diamateri 57 mm-lik, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən 1 mərtəbəli taxta konstruksiyalı mal tövləsinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısından keçən, İddiaçı Ağsu RQİİ-nin balansında və istismarında olan, diamateri 57 mm-lik, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) Cavabdeh tərəfindən inşa edilən mal tövləsi onun vəsaiti hesabına sökülərək kəmərin mühafizə zonası bərpa edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) xeyrinə tutulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir. Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir və aşağı təzyiqli qaz xəttinin 2,0 m-lik mühafizə zonasının daxilinə düşür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir. Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir və aşağı təzyiqli qaz xəttinin 2,0 m-lik mühafizə zonasının daxilinə düşür. Cavabdeh tikinti aparılmış torpaq sahəsinin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməmişdir, qanunun tələbinə görə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər, iddiaçının tələbi əsaslı və qanunauyğundur. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111 -ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1 –ci, 180.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavə, məmin Qaydaların 2.13-cü bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsi, 22-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh himayəsində 5 nəfər yaşayır. O, 26.08.2018-ci il tarixdə bankdan 3000 manat götürərək yaşadığı evin qarşısında 2 yaşayış evinin arasında iribuynuzlu mal-qaranın saxlanması üçün dam tikmişdir. Damın arxa hissəsində ot yığınının üstünü uşaqlar od vurmasın deyə örtmüşdür. Həmin otun yığıldığı yerin altından 1987-ci ildə qaz təchizatı zəif olduğu üçün 16 mənzillik yardımçı qaz kəməri çəkilmişdir. Həmin qaz borusu onun ot yığdığı yerin 1 metr dərinliyində yerləşir. Apelyator bildirmişdir ki, artıq onların qaz təchizatı yaxşılaşmışdır, bu səbəblə də 1987-ci ildə çəkilmiş qaz borusuna artıq ehtiyac yoxdur və o kəmər kəsilərək bağlanmalıdır. Ona görə də, Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iş üzrə Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)- 174/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci mаddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü mаddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsi: Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)- 174/2020 saylı qətnaməsinin tam ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında Cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir. Ucar şəhəri, H.Əliyev küçəsində yerləşən 113 nömrəli yaşayış binasının qarşısında cavabdeh tərəfindən inşa edilmiş mal tövləsi qaz kəmərinin üzərində yerləşir və aşağı təzyiqli qaz xəttinin 2,0 m-lik mühafizə zonasının daxilinə düşür. İşin bu halı iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 10/295 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Magistral qaz boru kəmərlərinin mühafizəsindən bəhs edən Azərbaycan Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Cavabdeh apellyasiya şikayətində qaz kəmərinə artıq ehtiyac olmadığını və həmin kəmərin kəsilməli və bağlanmalı olduğunu bildirsə də, bu sadəcə formal mülahizədən ibarətdir. Bununla əlaqədar hər hansı mötəbər dəlil məhkəmə kollegiyasına təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daimi təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Həmçinin cavabdeh tikinti aparılmış torpaq sahəsinin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər, iddiaçının tələbi əsaslı və qanunauyğundur. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(063)-174/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-764/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-764/2021
26.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver