Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-765/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin(bundan sonra- iddiaçı) cavabdeh “X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialına qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7 ha torpaq sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsalandırmışdır ki, iddia ərizəsi verilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-nin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir(maddə 269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir(maddə 269.3). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərməli olduğu halda, оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2024cü il tаrixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmalı, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə riayət edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialına qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Ağdaş Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-765/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-765/2024
04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver