Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-765/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi mülkiyyətlərində olan 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçılara qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi mülkiyyətlərində olan 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçılara qaytarılması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(054)-9/2025 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətlərində olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınıb iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********78 saylı Çıxarışa və eyni tarixli B 172243 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər iddiaçıların mülkiyyətindədir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə edilir, onlar isə mülkiyyətçi olmalarına baxmayaraq torpağa yaxın buraxılmırlar. Dəfələrlə müraciət edərək həmin torpaq sahəsinin zəbtdən azad edilməsini xahiş etsələr də cavabdehlər bundan imtina etmişlər. Əvvəllər bu işə məhkəmədə baxılanda torpaqların koordinatları düzgün müəyyən edilməmişdir. O vaxt sənəd təqdim edə bilməmişdi, belə ki, dövlət aktı ilə göstərilən torpaq üst-üstə düşmürdü. 2017-ci il tarixli rəydə torpaqların yerində uyğunsuzluq olduğu qeyd edilmişdi. Həmin rəydən heç nə başa düşülmür. Buna görə də cavabdeh Rəhimə dürüstləşmədən sonra çıxarış almasını söyləmişdi. Hazırki vəziyyətdə isə verilmiş çıxarışlara uyğun olaraq torpaqların üst-üstə düşməsi mümkün deyil. Elektron uçot yaradıldıqdan sonra uyğunsuzluqlar aradan qaldırılmış və torpaqlara çıxarış verilmişdir. Mütəxəssislər tərəfindən yoxlanıb, elektron uçotdan sonra uyğunsuzluq olmadığını bildiriblər. 2017-ci ilədək torpaqdan istifadə ediblər, ondan sonra faktiki olaraq torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur. Hazırda əllərində olan çıxarışlar və plan-ölçü sənədləri qanunidir. İddianın təmin edilməsini, cavabdehlərdən 2,2214 ha torpaq sahəsinin alınıb onlara qayatrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(054)-9/2025 nömrəli qərardadı ilə, işin icraatı iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında olan 2- 1(116)-2638/2025 saylı inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı2 nümayəndəsi Vəkil2 şikаyət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(054)-9/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(054)-9/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 və digər Cavabdeh2 vəkili Nümayəndə2 birinci instansiya məhkəməsində vəsatət qaldıraraq bildirmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (hazırki iş üzrə iddiaçılar üçüncü şəxslər kimi cəlb edilməklə) qarşı hazırki iş üzrə iddiaçıların adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İnzibati iş hazırda məhkəmənin icraatındadır. Oğuz Rayon Məhkəməsinin icraatında olan hazırki mülki işin nəticəsi Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)- 2638/2025 saylı iş üzrə iddia tələbinin həllindən asılı olduğundan Şəki İnzibati Məhkəməsinin icraatında olan işə baxılanadək hazırki işə baxıla bilməz. İş üzrə icraatın dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların vəkili Vəkil2 məhkəmə iclasında vəsatətə etiraz edərək bildirmişdir ki, hazırki iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçılar və cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi, torpaqlar arasında iki başqa torpaq sahələrinin olduğu, yəni torpaq sahələrinin sərhədlərinin belə olmadığı müəyyən edilmişdir. İddianın qanuni olduğu tamamilə sübuta yetirilib. Belə olan halda vəsatətin və inzibati məhkəmənin icraatında olan iddianın absurd olduğu, işin gecikdirilməsi məqsədi daşıdığı aydındır. Bundan əlavə inzibati məhkəmədə işlərə baxılması müddəti yoxdur və işlərə baxılması uzanır. Beləliklə hazırki iş üzrə icraat dayandırıldıqda iddiaçıların hüquqları pozulacaq. Buna görə də hazırki iş üzrə yekun qərar çıxarılmalıdır. Vəsatətin rədd edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(054)-9/2025 nömrəli qərardadı ilə, vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan İddiaçı2 nümayəndəsi Vəkil2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş ekspertiza keçirilərkən müəyyən edilənlərə əsasən cavabdehlərin istifadəsində olan faktiki naturada ölçülmüş 2,22 ha torpaq sahəsi Oğuz rayonu Qarabaldır kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 172243 saylı planı və ölçüsü sənədinə əsasən iddiaçıların xüsusi mülkiyyətində olan 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Oğuz rayonu Qarabaldır kəndində yerləşən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış və torpaq sahəsinin A 683309 saylı planı və ölçüsü sənədinə əsasən cavabdehlərin xüsusi mülkiyyətində olan 3,0642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsi üst-üstə düşmür. İddiaçıların torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunur. İddiaçılarla cavabdehlərin sənəddə göstərilmiş torpaq sahələri arasında iki başqa torpaq sahələri olmaqla onların arasında sərhədlərin belə olmadığı aydındır. Buna görə də iş üzrə icraatın dayandırılması barədə vəsatət və inzibati məhkəmənin icraatında olan iddia absurd olmaqla işin gecikdirilməsi məqsədi daşıyır. Buna görə də qərardad ləğv edilməli və yekun qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 2-1(116)- 2638/2025 saylı sərəncamı və məktubu ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbinə dair iş üzrə sərəncamın icra olunması üçün cavabdehə göndərildiyi müəyyən edilmişdir. Qeyd edir ki, hər iki məhkəmənin icraatında olan iddiaların məzmunu və araşdırılması mahiyyətcə iddiaçılara məxsus **********78 reyestr nömrəli çıxarış və cavabdehlərə məxsus **********25 reyestr nömrəli çıxarışın mübahisələndirilməsinə əsaslandığından və sözügedən qərardadın ləğv edilməsinə dair şikayətçinin göstərdiyi dəlillər qərardadın ləğvinə əsas vermədiyindən, həmin qərardadla qeyd edilənlərə qiymət verildiyindən şikayət təmin olunmamalı və baxılması üçün işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Şəki İnzibati Məhkəməsinin icraatında olan inzibati iş hazırki iş üzrə iddiaçıların adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və mübahisə olunan torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların “xüsusi mülkiyyətlərində olan 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçılara qaytarılması”na dair iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinin icraatında olan hazırki iş üzrə iddiaçıların adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üstüstə düşdüyü hissədə ləğv edilməsinə dair tələblər bir-biri ilə əlaqəli tələblərdir. Belə ki, hazırkı iş üzrə iddiaçıların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq qaytarılmasını tələb etdikləri torpaq sahəsi ilə Cavabdeh1 hazırki iş üzrə iddiaçıların adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsinə dair tələblər eyni torpaq sahəsinə aiddir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (hazırki iş üzrə iddiaçılar üçüncü şəxslər kimi cəlb edilməklə) qarşı hazırki iş üzrə iddiaçıların adına verilmiş **********78 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin **********55 reyestr nömrəli çıxarışın yerləşmə vəziyyəti ilə üstüstə düşdüyü hissədə ləğv edilməsi tələbinə dair iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçıların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi mülkiyyətlərində olan 2,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçılara qaytarılması”na dair iddia tələbinin taleyi Şəki İnziabti Məhkəməsinin icraatında olan 2-1(116)- 2638/2025 saylı iddia tələbi üzrə qəbul ediləcək qərarın nəticəsindən birbaşa asılıdır. Belə olan halda, hazırkı mülki iş uzun müddət həmin məhkəmənin icraatında olsa da, məhkəmə Şəki İnziabti Məhkəməsinin icraatında olan 2-1(116)- 2638/2025 saylı inzibati işə baxılmasının nəticəsini gözləmədən qərar qəbul edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(054)-9/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(054)-9/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(054)-9/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-765/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-765/2025
22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver