Məhkəmə qərarları › İş №2(107)-767/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-767/2022

02.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-767/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-416/2022 saylı, 31 mart 2022-ci il tаrixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı4 və qeyriləri Cavabdeh qarşı torpaq sahəsinin və yaşayış evlərinin zəbtdən azad edilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-416/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekspert qarşısında İddiaçı4 və qeyrilərinə məxsus, seriya nömrəsi JN-144A, kod 90310018 olan Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən 1,09 hektar torpaq sahəsinin birgə mülkiyyətçilərin paylarına mütənasib onların arasında naturada bölünməsi mümkün olubolmaması barədə sualın qoyulması, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, qoyulmuş sualdan əlavə, ekspertlərə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək hüququnun olmasının ekspertlərin nəzərinə çatdırılması, ekspertlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə xəbərdarlıq elan edilməsi, ekspertizanın keçirilməsi ilə əlaqədar zəruri şəraitin yaradılması (iddiaçılar və cavabdeh tərəfindən) təmin edilməsi, tərəflərə ekspertizanın keçirilməsində iştirak etmək hüququnun izah olunması, ekspertizanın aparılması üçün 2(014)-416/2022 saylı mülki işin materialları ekspertə təqdim edilməsi, ekspertizanın aparılma müddətinin 1 (bir) ay müəyyən edilməsi, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılması qərara alınmışdır. Hazırda Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)- 416/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsində mülkiyyətçilərin payları müəyyən edilmədən naturada ayrılması mümkün olmadığına görə işə baxan məhkəmənin torpaq sahəsində birgə mülkiyyətçilərin paylarının naturada ayrılmasının mümkün olub-olmamasını müəyyən etmək üçün iş üzrə ekspertizanın təyin etməklə düzgün olmayan nəticəyə gəlməməsini, qanunvericiliyin tələbinə görə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində paylar müəyyən edilmədiyi halda, onların paylarının bölünməməsinə yol verilmədiyinə görə iş üzrə ekspertizanın təyin edilməsinə ehtiyac yoxdur. Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(014)-416/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-416/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd olunan Məcəllənin 167.1.9-cu maddəsinə əsasən hakim tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh tərəfindən verilmiş şikayət Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-416/2022 saylı qərаrdаdının ləğv edilməsi üçün əsas deyil. İş üzrə icraatın dayandırılması işin baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaqla, həmin müddətin daha səmərəli istifadəsinə yönəlmişdir və dayandırılma üçün əsaslar aradan qalxdıqdan sonra iş üzrə icraatın təzələnməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 2(014)-416/2022 saylı, 31 mart 2022-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-416/2022 saylı, 31 mart 2022-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar