Məhkəmə qərarları › İş №2(107)-768/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-768/2022

02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-768/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 2(024)-312/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən mülkiyyətində olan Qax rayonu Marsan kəndində 1.96 ha torpaq sahəsinin 0.24 ha hissəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(024)-312/2022 saylı qərardadına əsasən İddiaçı cavabdeh X2 qarşı “cavabdeh X1 RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən mülkiyyətində olan Qax rayonu Marsan kəndində 1.96 ha torpaq sahəsinin 0.24 ha hissəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi qəbul etməkdən imtina edilməsi qərara alınmışdır. İddiaçı Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(024)-312/2022 saylı qərardadından şikayət vermişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, cavabdeh X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən mülkiyyətində olan Qax rayonu Marsan kəndində 1.96 ha torpaq sahəsinin 0.24 ha hissəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(024)-312/2022 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə ddia ərizəsinin qəbul etməkdən imtina edilməsi qərara alınmışdır. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, əvvəllər tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla məhkəmə mübahisəsi olmuş və Qax Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(024)-24/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Halbuki iddianın qaldırılması yeni əsasla və predmetlə bağlı olmuşdur. Çünki cavabdeh X5 Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(024)-24/2021 nömrəli qətnaməsi qəbul edildikdən sonra metal tordan olan hasarı bir az da önə çəkərək mülkiyyətində olan 0.24 ha hissəsini bir az da önə çəkmişdir. Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(024)-312/2022 saylı qərardadından belə başa düşülür ki, cavabdeh X3 mülkiyyətində olan torpaq sahəsini ürəyi istədiyi kimi zəbt edə bilər. Çünki məhkəmənin qətnaməsi ilə bir dəfə iddia təmin edilməyib. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin zəbt etdiyini bildirdiyi təqribən 0.24 ha torpaq sahəsinin məhkəmənin qeyd olunan qətnaməsində qeyd olunan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə isə heç bir araşdırma aparmadan hazırda cavabdehin zəbt etdiyini bildirdiyi sözügedən qətnamədə qeyd olunan 0.24 ha torpaq sahəsi olması qənaətinə gəlmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(024)-312/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(024)-312/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(024)-312/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı şikayətin dəlillərinə münasibətdə hər-hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəblə də şikayətin dəlilləri birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsi üçün əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi qəbul etməkdən imtina edilməsi barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-24/2021 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “cavabdeh X1 RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən Çıxarış”a əsasən mülkiyyətində olan Qax rayonu Marsan kəndində 1.96 ha torpaq sahəsinin 0.24 ha hissəsindən istifadə və sahiblik etmsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddiası olduğundan rədd edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, hər iki mülki iş üzrə tərəflər və tələb eynidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 35522.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İşdən də görünür ki, Qax Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(024)-24/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 2(024)-312/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 2(024)-312/2022 saylı, 07 aprel 2022-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar