Məhkəmə qərarları › İş №2(107)-772/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-772/2020

24.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-772/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X16 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakların X36 tərəfindən qəbul edilmə faktının müəyyən olunması, X12 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsindən ibarət miras əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı5 tərəfindən qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaklara iddiaçılar İddiaçı1 və İddiaçı5 vərəsəlik hüquqlarının tanınması qət edilmiş, digər iddiaçıların tələbləri və qalan hissədə iddia təmin olunmamışdır. İşin halları İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) üçüncü şəxslər X17, Həmidova Sədaqət Hökümət qızı, X23, X41, X37 və Göyçay rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mərhumlar X36 və X13 qalmış, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,95 ha həyətyanı torpaq sahəsinin, yəni mirasın onlar tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi, Göyçay rayonu Cəyirli kəndində yerləşən, mərhumlar X36 və X13 miras qalmış, onların ümumi birgə mülkiyyəti kimi torpağın mülkiyyətə verilməsinə dair JN-411 F saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0,13 ha, JN-411 G saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0,55 ha, JN-411 H saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0,27 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr olan iddiaçılar arasında bərabər bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X36 xx xxxx 1948-ci il tarixdə Göyçay rayon İHB-nin Qızılağac kənd inzibati ərazi nümayəndəliyində nikah qeyd etdirməklə X55 ilə ailə qurmuşdur. Onların birgə nikahdan 07 uşaqları doğulmuşdur: xx xxxx 1949-cü il tarixdə X18, xx xxxxxxx 1951-ci il tarixdə X42, xx xxxxxxxx 1955-ci il tarixdə İddiaçı1 Heydər oğlu, xx xxxxxxxx 1958-ci il tarixdə X14, xx xxxx 1960-cı il tarixdə X43, xx xxxxxx 1962-ci il tarixdə X24, xx xxxxxx 1964-cü il tarixdə X25. X44 xx xxxxx 2003-cü il tarixdə, X36 xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmişlər. Qanun üzrə birinci növbə vərəsələrdən X42 xx xxxx 2002-ci il tarixdə, X43 isə xx xxx 2015-ci il tarixdə vəfat etmişlər. X19 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: X61 Hökümət qızı xx xxxxxxxx 1973-cü il tarixdən nikahdadır. X23 – xx xxxxxxxx 1974-cü il tarixdə doğulmuşdur. X41 – xx xxxxxx 1975-ci il tarixdə doğulmuşdur. X37 – xx xxxx 1980-ci il tarixdə doğulmuşdur. X20 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: birinci nikahdan olan oğlu İddiaçı5 – xx xxxxxx 1988-ci il tarixdə doğulmuşdur. Arvadı Cavabdeh1 – xx xxxxxx 2008-ci il tarixdən nikahdadır. Cavabdeh2 – xx xxxx 1997-ci il tarixdə doğulmuşdur. Cavabdeh3 – xx xxx 1999-cu il tarixdə doğulmuşdur. X80 – xx xxxxxx 2005ci il tarixdə doğulmuşdur. Mərhum X36 ilə X16 vəfatlarından sonra onların ümumi-birgə mülkiyyətlərində olan, Göyçay rayonu Cəyirli kəndində 0,95 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X16 ölümündən sonra qalan mirası qanun üzrə vərəsələrdən yalnız iddiaçılar faktiki qəbul etmişlər və hazırda da miras əmlak onların istifadələrində və sahibliyindədir. Qanun üzrə birinci növbə vərəsələrdən X42 xx xxxx 2002-ci il tarixdə, X43 isə xx xxx 2015-ci il tarixdə, yəni miras qoyanların ölümündən əvvəl ölmüş və onların vərəsələri mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər.Cavabdehlərlə iddiaçılar arasında mirasa görə ixtilaf olduğu üçün miras əmlakı qanun üzrə vərəsələr arasında notariat qaydada bölə bilməmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə iddiaçıların tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli ünvana gəlin köçmüş və orada miras qoyanlarla yaşayaraq birgə təsərrüfat aparmışlar. Uşaqları da orada anadan olmuşdur. İddiaçılar isə orada yaşamamışlar. X16 ölümündən sonra ondan qalan miras əmlakı iddiaçıların atası Heydər və onun mərhum əri qəbul etmişdir. İddiaçılar isə həmin mirası qəbul etməmişlər. Mərhum ərindən qalan mirası o və uşaqları qəbul etmişdir. İddiaçılar atalarından qalan mirası da qəbul etməmişlər. Həmin mirası da o və uşaqları qəbul etmişdir. Bundan başqa iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehlərin vəkili X15 iddia tələbini qəbul etməmiş və əsassız olması səbəbindən rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X26 izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs anasıdır. Anası daim mübahisəli ünvana gedib-gəlmiş, X16 vəfatından sonra onun bəzi əşyalarını xatirə saxlamaq üçün özü ilə götürmüş və istifadə etmişdir. X12 da ölümündən sonra daim mübahisəli ünvana gedib-gəlmiş, ondan miras qalmış bəzi əşyaları qəbul etmiş, dayısı Elçinin vəfatından sonra da anası oraya gedib-gəlmişdir. İddiaçılar mirası qəbul etməmişlər, mirası onun anası və cavabdehlər qəbul etmişlər. Anası da mirasdan çatası payı tələb edir. Bununla əlaqədar X1 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, İddiaçı4 ərə getdikdən sonra həmişə valideynlərinin yanına gedib-gəlmiş, anası vəfat etdikdən sonra anasına o, baxmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, X43 Göyçay şəhərində vəfat etmişdir. O, E.Həmidovu Cəyirli kəndində görməmiş, Elçin Göyçay şəhərində yaşamışdır. Valdeynlərinin və qardaşının yas mərasimin İddiaçı1 keçirmişdir. X16 vəfatından sonra mərhumənin mülkiyyətində olan torpaq sahələrini X36 qulluq etmiş və idarə etmişdir. X12 vəfatından sonra isə mərhumdan qalan mirası İddiaçı1 qulluq və idarə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X45 ifadəsində bildirmişdir ki, o, Cəyirli kəndində Ziyafət xanımın bağında meyvə yığmışdır. Üç ildir ki, orada meyvəni Ziyafət xanım ona yığdırır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X28 ifadəsində bildirmişdir ki, Elçin kənddə bağ salmışdır. Anası vəfat etdikdən sonra bağa Elçin baxmışdır. Elçin kənddə yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X29 ifadəsində bildirmişdir ki, cavabdehlər Cəyirli kəndində yaşayırlar. Ziyafət Cəyirli kəndinə gəlin köçmüşdür. Təyyar da həmin kənddə yaşayır, lakin evi atasının yaşadığı evdən aralıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X46 ifadəsində bildirmişdir ki, o, Göyçay rayonu Yeniarx kəndində yaşayır. Mərhum Elçinin bağında fəhlə işləmişdir. Lakin hansı ildə işlədiyini dəqiq xatırlamır. O, həmin bağda ağac əkmiş və gübrə vermişdir. Elçinin atası vəfat etdikdən sonra Cavabdeh1 tapşırığı ilə orada işləyərək ağac əkmiş və Cavabdeh1 ona pul vermişdir. Elçinin oğlu Qüdrət babası Heydərlə Cəyirli kəndindəki evdə yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, Göyçay rayonu Cəyirli kəndində yaşayır. X85 kəndində bağ salmışdır. Elçin vəfat etdikdən sonra bağ sahəsini onun həyat yoldaşı Cavabdeh1 idarə etmişdir. Elçinin oğlu Qüdrət babası Heydərlə Cəyirli kəndindəki evdə 2016-cı ilə kimi yaşamışdır. İddiaçı1 öz bağ sahəsi vardır. Bağ sahələrində ağaclar 2000-ci ilədək əkilmiş, 2000-ci ildən sonra isə ağac əkilməmişdir. Elçin kəndə gəlib-getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, 2008-ci ildə Cavabdeh1 Göyçay şəhərində yaşamışdır. Lakin Cəyirli kəndindəki bağ sahəsinə ZiyafətMəmmədova gedib-gəlirdi. Həmin bağda fəhlələr işlədiyini görmüşdür. Zeyni adlı fəhlə orada işləmiş, Zeyni Təyyara işləmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X22 ifadəsində bildirmişdir ki, mərhum X85 kəndində bağ sahəsi salmışdır. Cavabdeh1 fasilələrlə Göyçay rayonu Cəyirli kəndində yaşamışdır. Bağ sahəsinə xurma ağacları çox əvvəllər əkilmiş, 2018-ci ildə də ağaclar əkilmişdir. Bağ sahəsini ZiyafətMəmmədova idarə etmişdir. İddiaçı1 da bağ sahəsi vardır, həmin bağdan aralıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X30 ifadəsində bildirmişdir ki, bağı Elçin Həmidov deyil, onun atası Heydər Həmidov salmışdır. Heydər kişi vəfat etdikdən sonra İddiaçı1 bağı idarə və qulluq etmişdir. Bununla bağlı İddiaçı1 atasının bağ sahəsində onu işə cəlb etmiş və ona pul da vermişdir. Həmin vaxt orada ondan başqa beş fəhlə çalışmışdır. xx.xx.2018-ci ildə Cəyirli kəndində tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X56 ifadəsində bildirmişdir ki, bir ildir ki, Cəyirli kəndi üzrə icra nümayəndəsi kimi çalışır. Mübahisəli bağda ağaclar əkilmişdir. Onların nə zaman əkildiyini dəqiq bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X66 ifadəsində bildirmişdir ki, o, 1999-cu ildən Cəyirli kəndinin bələdiyyə sədridir. Elçin Həmidov, onun ailəsi və atası X76 kəndində yaşamışlar. Bağı mərhum Elçin Həmidov salmışdır. E.Həmidovun və H.Həmidovun vəfatından sonra həmin bağı E.Həmidovun həyat yoldaşı ZiyafətMəmmədova qulluq və idarə etmiş, əmlak və torpaq vergilərini ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X57 ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahələrinə baxış keçirmişlər. Baxışda icra nümayəndəsi, müavini və bələdiyyə sədri də iştirak etmişdir. Orada əkilmiş ağaclar inkişaf səviyyəsinə görə ikillik ağaclardır, 2017-ci ilə uyğun gəlir. Torpaq sahələrinə və orada olan ağaclara qulluq olunduğu görünür. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə tam, hərtərəfli, obyektiv baxmamış, sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmışdır. Həmin qətnamə ilə onun və övladlarının əmlak hüquqları pozulmuş, əsassız olaraq onlar əlverişsiz vəziyyətə salınmışlar. Bu səbəbdən həmin qətnamə ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili X38 apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər X17, Həmidova Sədaqət Hökümət qızı, X23, X41 və X37 məhkəmə iclasına gəlməmişlər, Göyçay rayon notariat kontoru isə nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən X36 ilə X55 arasında nikah xx.xx.1948-ci ildə bağlanmışdır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən X43 ilə Cavabdeh1 arasında nikah xx.xx.2008-ci ildə bağlanmışdır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İddiaçı5 xx.xx.1988-ci ildə anadan olmuş, atası X43, anası Məmmədova Zöhrə Əhməd qızıdır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X80 xx.xx.2005-ci ildə anadan olmuş, atası X43, anası Cavabdeh1dır. AZ 403070 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X31 xx.xx.1964-cü ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Cavabdeh3 xx.xx.1999-cu ildə anadan olmuş, atası X43, anası Cavabdeh1dır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Cavabdeh2 xx.xx.1997-ci ildə anadan olmuş, atası X43, anası Cavabdeh1dır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X18 xx.xx.1949-cu ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X42 xx.xx.1951-ci ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X47 xx.xx.1955-ci ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X14 xx.xx.1958-ci ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X43 xx.xx.1960-cı ildə anadan olmuş, atası X36, anası X32r. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X33 xx.xx.1962-ci ildə anadan olmuş, atası X36, anası X32r. AZ-İ 741960 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X36 xx.xx.2015-ci ildə vəfat etmişdir. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X44 xx.xx.2003-ci ildə vəfat etmişdir Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X43 xx.xx.2015-ci ildə vəfat etmişdir Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X37 xx.xx.1980-cı ildə anadan olmuş, atası X42, anası Həmidova Sədaqət Hökümət qızıdır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X41 xx.xx.1975-ci ildə anadan olmuş, atası X42, anası Həmidova Sədaqət Hökümət qızıdır. Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən X23 xx.xx.1974-cü ildə anadan olmuş, atası X42, anası Həmidova Sədaqət Hökümət qızıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin məktubuna əsasən X12 və X16 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar olunmamışdır. Göyçay rayon İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən mərhum X42 xx.xx.2002-ci ildə vəfat etmiş, onun X61 Hökümət qızı və onların oğlu xx.xx.1975-ci ildə təvəllüdlü X41 50 nömrəli təsərrüfatda daim qeydiyyatda olmaqla 1974cü ildən nümayəndəlik ərazisində yaşayırlar. X23 1993-cü ildən Göyçay rayonu Lək kəndində həyat yoldaşının təsərrüfatında, X37 2005ci ildən Ağdaş rayonunda yaşayır. Göyçay şəhər 3 nömrəli tam orta məktəbin xx.xx.2018-ci il tarixli arayışına əsasən məktəbin şagirdləri Cavabdeh2 2003-cü ildə məktəbə daxil olub 2014-cü ildə bitirmiş, Cavabdeh3 2005-ci ildə daxil olub 2016-cı ildə bitirmiş, X80 isə həmin məktəbin 7a sinfində təhsil alır. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən Cavabdeh1 və uşaqları Cavabdeh2, Cavabdeh3 və X3 Heydər Maqsud oğlunun və X16 evində yaşamırlar. Göyçay rayon notariusunun xx.xx.2018-ci il tarixli məktubuna əsasən mirasın bölüşdürülməsi haqqında ixtilafın həll olunması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. JN-411F (kod 40808048) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsi X12 və X16 ümumi birgə mülkiyyətindədir. JN-411G (kod 40808048) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsi X12 və X16 ümumi birgə mülkiyyətindədir. JN-411H (kod 40808048) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsi X12 və X16 ümumi birgə mülkiyyətindədir, sxemə əsasən fərdi yaşayış evi 0,27 ha torpaq sahəsində yerləşir. Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli Tədiyyə bildirişinə əsasən Cavabdeh1 müraciət olunaraq 2015, 2016, 2017 və 2018-ci illər üçün cəmi 269 manat 80 qəpik əmlak və torpaq vergilərinin ödənilməsi təklif olunmuşdur. Azərpoçt MMC-nin xx.xx.2018-ci il tarixli qəbzlərinə, Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh1 2015, 2016, 2017 və 2018-ci illər üçün əmlak və torpaq vergilərini ödəmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli ərizəsində iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd olunması xahiş edilmişdir. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən mərhum X12 0,55 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində mərhum X43, həyat yoldaşı Cavabdeh1, övladları İddiaçı5, Cavabdeh2, Cavabdeh3 və X80 yaşamışdır. Mülkiyyət sahibi X36 və X43 rəhmətə getdiyi ildən sonra evin yerləşdiyi 0.55 ha həyətyanı torpaq sahəsini, ayrı-ayrılıqda yerləşən 0,13 ha və 0,27 ha torpaq sahələrinin idarə edilməsi, həmin sahələrə qulluq xərclərinin çəkilməsi Cavabdeh1 həyata keçirmişdir. Ümumi sahəsi 0,95 ha olan torpaq sahələrində 700-dən çox irili xırdalı meyvə ağacları vardır. Həmən bağlara 2016-cı ildən 200-dən çox meyvə ağacı Cavabdeh1 əkdirmişdir. X36 və X20 ölümündən sonra Cavabdeh1 istifadəsində olmuşdur. Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsi Vüsal Abbasov və onun müavini Pərviz Beydullayev, kənd sakinləri Əbülfət Həmidov, Elman Ağayev, Zeyni Cəbrayılov, Şahin Əliməmmədov, Qədir Cahangirov, Əfqan Həmidov, Qniyaz Cahangirov, Rahim Maqsudov, Ruslan Abdullayev, Saməddin Maqsudov, Sahib Xudiyev tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda qeyd olunur ki, qonşuların bildirdiyinə görə mərhum X36 və onun oğlu mərhum X43 ölümündən sonra həmin torpaq sahələrinin idarə edilməsi, bu sahələrə qulluq xərclərinin çəkilməsi, Cavabdeh1 həyata keçirmişdir. Ümumi sahəsi 0,95 ha olan ərazidə 700-dən çox irili-xırdalı meyvə ağacları vardır. Qonşuların bildirdiyinə görə həmin bağda 2016-cı ildən 200-dən çox meyvə ağacı Cavabdeh1 günə muzd işçi tutaraq əkdirmişdir. Dövlət Arxivinin Göyçay filialının xx.xx.2018-ci il tarixli arayışına əsasən Göyçay rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi nümayəndəliyinin QubadlıŞıxlı kəndinə aid 2001-2005 və 2006-2010-cu illlərin təsərrüfatbaşına kitabının 51-ci təsərrüfatlarında X39 ailə başşısı olmaqla öhdəsində 0,25 ha torpaq sahəsi göstərilmişdir. Xüsusi qrafada aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı X58, gəlini Cavabdeh1, nəvələri Cavabdeh2, Cavabdeh3 və X80, oğlu X34r. Göyçay rayonu Cəyirli kənd uşaq baxçasının xx.xx.2018-ci il tarixli arayışına əsasən X80 bağçada təhsil almışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Göyçay Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra Cəyirli kəndində olan evdə yaşamamışlar. Onlar əvvəl Göyçay şəhəri Natəvan küçəsində yerləşən evdə yaşamışlar. Sonra həmin evi satıb Göyçay rayonu N.Nərimanov küçəsi 109-da yerləşən iddiaçı Cavabdeh1 valideynlərinə məxsus olan evə köçmüş, hazırda da orada yaşayırlar. Mübahisəli ünvanda mərhum Elçin Həmidovun birinci nikahından olan övladı İddiaçı5 əşyaları yerləşir. Həmin evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid əmlaklar yoxdur. Həmin işdə olan apelyasiya şikayətində Cavabdeh1 göstərmişdir ki, o, xx.xx.2015-ci ilədək övladları ilə Göyçay rayonu Cəyirli kəndində 0,55 ha torpaq sahəsində yerləşən evdə yaşamış, lakin X12 vəfatından sonra İddiaçı1 onları evə buraxmamış, orada sərbəst yaşamalarına və təsərrüfatı idarə etmələrinə süni maneələr yaratmışdır. Buna görə də başqa yerdə yaşamağa məcbur olmuşlar. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan X20 adına xx.xx.2015-ci ildə saat 10:48-də “Aqonal vəziyyət” diaqnozu ilə çağırış daxil olmuşdur. Göyçay rayon Cəyirli bələdiyyəsinin sədri F.Nəbiyevin xx.xx.2018-ci il tarixli arayışına əsasən Cəyirli kənd sakini mərhum X20 və oğlu İddiaçı5 adlarına bələdiyyə ərazisində bu şəxslərin heç bir torpaq sahəsi yoxdur. Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən X36 vəfat etdikdən sonra onun həyətyanı sahəsinə oğlu İddiaçı1 Heydər oğlu baxmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən İddiaçı5 xx.xx.2016-cı ildə faktiki azadlığı məhdudlaşdırılmışdır. X6 xx.xx.2019-cu il tarixdə Göyçay rayon Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş teleqramına əsasən xx.xx.2018-ci ildə tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. X48 xx.xx.2019-cu il tarixdə Göyçay rayon Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş teleqramına əsasən xx.xx.2018-ci ildə tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 xx.xx.2019-cu il tarixli arayışına əsasən xx xxxxxx 2019-cu il tarixdə Göyçay Dövlət X52 Bitkiçilik sektorunun baş məsləhətçisi X57 tərəfindən həmin Göyçay rayonu Cəyirli kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-411 F saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha. JN-411 G saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha. JN-41 1 H saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahələrinə baxış keçirildi. Baxış keçirilən zaman, JN-411 F saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha torpaq sahəsində 56 ədəd, JN- 411 G saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha torpaq sahəsində 269 ədəd, JN-411 H saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahəsində isə 118 ədəd qarışıq meyvə ağaclarının olması müəyyən edildi. Həmin JN-411 F saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.13 ha torpaq sahəsində müəyyən olunan 56 ədəd qarışıq meyvə ağaclarından 4 (dörd) ədəd qarışıq meyvə ağacları, inkişaf səviyyəsinə görə xx.xx.2015- ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. JN-411 G saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.55 ha torpaq sahəsində 269 ədəd qarışıq meyvə ağaclarından, 44 (qırx dörd) ədəd qarışıq meyvə ağacları inkişaf səviyyəsinə görə xx.xx.2015- ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. JN-411 H saylı (kod 40808048) şəhadətnamə ilə qeydə alınmış 0.27 ha həyətyanı torpaq sahəsində isə 118 ədəd qarışıq meyvə ağaclarından, 2 (iki) ədəd qarışıq meyvə ağacları inkişaf səviyyəsinə görə xx.xx.2015-ci ildən sonra əkilmiş, təqribən 2-illik meyvə ağaclarının inkişaf səviyyəsinə uyğun ola bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Məhkəmə ərizə üzrə işin faktiki hallarını araşdıraraq, iclas iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsi, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahələri X12 və X16 ümumi birgə mülkiyyətindədir. Fərdi yaşayış evi 0,27 ha torpaq sahəsində yerləşir, lakin bu yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. X44 xx.xx.2003-ci ildə Göyçay rayonunda vəfat etmişdir. Mərhumənin vəfatından sonra ondan qalan miras əmlaklar olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsini, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsini, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsini əri X36 faktiki olaraq həmin əmlaklara sahiblik etməklə və əmlakı idarə etməklə qəbul etmişdir. Digər qanun üzrə birinci növbə vərəsələr miras qoyan şəxsin vəfat etməsindən xəbərdar olsalar da, mirası onun qəbul edilməsi müddətində nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 bununla bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 daimi mübahisəli ünvana gedibgəlməsini, anası X16 vəfatından sonra onun bəzi əşyalarını xatirə saxlamaq üçün özü ilə götürdüyünü, istifadə etdiyini qeyd etsə də, bu faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, anasının vəfatından sonra hansı əşyaları götürməsini açıqlamamışdır. Məhkəmə onu da qeyd edir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Cavabdeh1 mərhum əri Elçin Həmidovun X13 qalan miras əmlakları X36 ilə birgə qəbul etdiyi bildirsə də, E.Həmidovun anasından qalan mirası qəbul etməsi məhkəmə baxışında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Cavabdeh bununla bağlı şahid ifadələrinə istinad etsə də, həmin ifadələrin özlüyündə və bir-biri ilə ziddiyyətli olması və işdə olan digər sübutlarla təsdiq olunmaması səbəbindən məhkəmə tərəfindən qəbul olunmur. Belə ki, şahidlər X66, X22, X28 və X2 mərhum E.Həmidovun Cəyirli kəndində bağ saldığını bildirsələr də, bunun tarixini ifadələrində göstərə bilməmişlər. Bundan əlavə şahid X2 öz ifadəsində bağ sahələrində ağacların 2000-ci ilədək əkildiyini, 2000-ci ildən sonra isə ağac əkilmədiyini, X64 kəndinə gəlib-getdiyini göstərmişdir. Digər şahid X28 isə E.Həmidovun Cəyirli kəndində yaşamasını, anası vəfat etdikdən sonra “bağa baxmasını” qeyd etmişdir. Şahid X9 Həmidovun, onun ailəsi və atası X54 kəndində yaşamasını qeyd etsə də, onun və cavabdeh tərəfin dəvət etdiyi şahidlərin ifadələri hazırda qüvvədə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli məktubu, Göyçay şəhər 3 nömrəli tam orta məktəbin xx.xx.2018-ci il tarixli arayışı ilə təkzib olunmuşdur. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışına əsasən mərhum X12 0,55 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində mərhum X43, həyat yoldaşı Cavabdeh1, övladları İddiaçı5, Cavabdeh2, Cavabdeh3 və X80 yaşamışını göstərsə də, JN-411H (kod 40808048) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə və ona əlavə olunmuş sxemə əsasən fərdi yaşayış evi 0,27 ha torpaq sahəsində yerləşir. Göründüyü kimi icra nümayəndəsi Vüsal Abbasov heç bir sənədi tədqiq etmədən, heç evin yerləşdiyi əraziyə baxış keçirmədən arayış tərtib edərək imzalamış və məhkəməyə təqdim etmişdir. Məhkəmə onu da qeyd edir ki, hər hansı şəxsin yaşayış sahəsində və ya təsərrüfatda qeydiyyatda olması onun orada yaşaması, mirası faktiki qəbul etməsi anlamına gəlmir. İddiaçıların dəvət etdiyi şahid X7 ifadəsindən görünür ki, X43 Göyçay şəhərində yaşamış və orada vəfat etmişdir. X16 vəfatından sonra mərhumənin mülkiyyətində olan torpaq sahələrini X36 qulluq etmiş və idarə etmişdir. Şahidin göstərdiyi bu hallar iş materiallarında olan sənədlərlə təsdiq olunur. X16 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakları qəbul etmiş X36 xx.xx.2015-ci ildə Göyçay rayonunda vəfat etmişdir. X65 vəfatından sonra ondan qalan miras əmlaklar olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,55 ha, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,27 ha torpaq sahələri oğlu İddiaçı1 və nəvəsi İddiaçı5 faktiki olaraq həmin əmlaklara sahiblik etməklə və əmlakı idarə etməklə qəbul etmişdir. Bu fakt hazırda qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2017ci il tarixli arayışı, şahidlər X27, X46, X2, X6 ifadələri ilə təsdiq olunur. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı5 mirası faktiki qəbul etmələri həm şahid ifadələri, həm də digər işdəki sübutlarla təsdiq olunur. Bu sübutlar arasında ziddiyyətlər mövcud deyildir, qarşı tərəf də bu sübutları inkar edəcək dəlillər irəli sürə bilməmişlər. Məhkəmə qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Digər qanun üzrə birinci növbə vərəsələr miras qoyan şəxsin vəfat etməsindən xəbərdar olsalar da, mirası onun qəbul edilməsi müddətində nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 bununla bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 daimi mübahisəli ünvana gedibgəlməsini, atası X12 vəfatından sonra onun bəzi əşyalarını qəbul etdiyini qeyd etsə də, bu faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, atasının vəfatından sonra hansı əşyaları götürməsini açıqlamamışdır. X59 qızı məhkəmə baxışında Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə zidd olaraq tərəflərə qarşı iddia irəli sürməmiş, yalnız müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb olunması barədə ərizə verməklə kifayətlənmişdir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələblərinə əsasən Cavabdeh1 miras qoyan X12 qanun üzrə vərəsəsi hesab olunmur. Lakin miras qoyan X8 əvvəl vəfat etmiş Elçin Həmidov övladları İddiaçı5, Cavabdeh2, Cavabdeh3 və X80 babalarının qanun üzrə birinci növbə vərəsələridir. Miras açılan zaman yetkinlik yaşına çatmış İddiaçı5 və Cavabdeh2 özləri, Cavabdeh3 və X80 həmin vaxt yetkinlik yaşına çatmadıqlarından öz qanuni nümayəndəsi olan Cavabdeh1 vasitəsilə mirasın qəbul olunmasına yönələn hərəkətlər etməlidir. Bu hərəkətlər də qanunda göstərilən müvafiq müddət ərzində həyata keçirilməmişsə, həmin hüquq itirilir. Məhkəmə baxışında Cavabdeh1 vasitəsilə mirasın qəbul olunmasına yönələn hərəkətlərin mirasın qəbulu müddətində həyata keçirilməsi müəyyən olunmamışdır. Bununla bağlı Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim olunan sübutlar və dəvət olunan şahidlərin ifadələri özü-özlüyündə və bir-biri ilə ziddiyyətli olmuş, işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, şahidlər X66, X29 və X22 Cavabdeh1 və uşaqları Cavabdeh2, Cavabdeh3 və X49 Cəyirli kəndində yaşamalarını bildirsələr də, hazırda qüvvədə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli məktubu, Göyçay şəhər 3 nömrəli tam orta məktəbin xx.xx.2018-ci il tarixli arayışı ilə bu fakt təsdiq olunmamışdır. Şahidlər X46 və X2 isə X10 babası Heydərlə Cəyirli kəndindəki evdə yaşamasını qeyd etmişdir. Bundan əlavə şahid X45 “üç ildir ki, orada meyvəni Ziyafət xanımın ona yığdırdığını”, şahid X46 “Elçinin atası vəfat etdikdən sonra Cavabdeh1 tapşırığı ilə orada işləyərək ağac əkdiyini və Cavabdeh1 ona pul verdiyini”, şahid X2 “Elçin vəfat etdikdən sonra bağ sahəsini onun həyat yoldaşı Cavabdeh1 idarə etdiyini”, şahid X22 “bağ sahəsini Cavabdeh1 idarə etdiyini”, şahid X66 “E.Həmidovun və H.Həmidovun vəfatından sonra bağı E.Həmidovun həyat yoldaşı Cavabdeh1 qulluq və idarə etdiyini, əmlak və torpaq vergilərini ödədiyini” qeyd etsələr də, bu hallar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 xx.xx.2019-cu il tarixli arayışı, Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli Tədiyyə bildirişi, Azərpoçt MMC-nin xx.xx.2018-ci il tarixli qəbzlərinə, Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli mədaxil qəbzi ilə təkzib olunur. Belə ki, Göyçay rayonu Cəyirli Bələdiyyəsi Cavabdeh1 2015, 2016, 2017 və 2018-c illərə dair əmlak və torpaq vergilərinin ödənilməsi üçün xx.xx.2018ci ildə müraciət etmiş, Cavabdeh1 isə 2015, 2016, 2017 və 2018-c illərə dair əmlak və torpaq vergilərini 18 iyulxx xxxx 2018-ci ildə ödəmişdir. Göründüyü kimi Cəyirli bələdiyyəsinin sədri işləyən şahid Fuad Nəbiyevin məhkəməyə verdiyi ifadəsi ilə onun rəhbərlik etdiyi qurumun vergi sənədləri arasında ziddiyyətlər mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 xx.xx.2019-cu il tarixli arayışına əsasən mübahisəli bağ sahələrində əkilmiş meyvə ağacları təqribən 2-illik inkişaf səviyyəsinə, yəni 2017-ci ilə uyğun gəlir. Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışında X36 və X43 rəhmətə getdiyi ildən sonra evin yerləşdiyi 0.55 ha həyətyanı torpaq sahəsinin, ayrıayrılıqda yerləşən 0,13 ha və 0,27 ha torpaq sahələrinin idarə edilməsi, həmin sahələrə qulluq xərclərinin çəkilməsi Cavabdeh1 həyata keçirildiyi qeyd olunsa da, həmin sənədi imzalamış şəxs evin yerləşdiyi torpaq sahəsini, meyvə ağaclarınını sayını düzgün göstərməmişdir. Sənədi imzalamış bu şəxsin də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 əməkdaşı ilə birgə iştirak etdiyi baxış zaman mübahisəli torpaq sahələrində cəmi 443 qarışıq meyvə ağaclarının olması, yeni ağacların isə 2017-ci ildə əkilməsi və sayının da 50 olması müəyyən edilmişdir. Göründüyü kimi Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin xx.xx.2018-ci il tarixli arayışı ziddiyyətlidir və orada qeyd olunan məlumatlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunmur. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətində də, Göyçay rayonu Cəyirli kəndində X65 evində uzun müddət yaşadığını göstərsə də, məhkəmə baxışında isə həmin torpaq sahələrini idarə etdiyini bildirsə də, idarə etdiyi torpaq sahələrinin ölçülərini və evin yerləşdiyi torpaq sahəsini düzgün göstərməmişdir. Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsi Vüsal Abbasov və onun müavini Pərviz Beydullayev, kənd sakinləri Əbülfət Həmidov, Elman Ağayev, Zeyni Cəbrayılov, Şahin Əliməmmədov, Qədir Cahangirov, Əfqan Həmidov, Qniyaz Cahangirov, Rahim Maqsudov, Ruslan Abdullayev, Saməddin Maqsudov, Sahib Xudiyev tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda göstərilən məlumatlar da AzərbaycanRespublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Dövlət X52 xx.xx.2019-cu il tarixli arayışına ziddir. Eyni zamanda X6 və X48 xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş teleqramlara əsasən onlar xx.xx.2018-ci ildə tərtib edilmiş aktdakı imzaların onlara məxsus olmamasını, ümumiyyətlə həmin akt tərtib olunarkən orada iştirak etmədiklərini qeyd etmişlər. X30 məhkəmə baxışında şahid qismində dindirilən zaman da teleqramın məzmununu təsdiq etmişdir. Ona görə də xx.xx.2018-ci il tarixli bu Akt sübut kimi qəbul oluna bilməz. Bundan başqa şahid X22 imzaladığı yuxarıda göstərilən Aktın məzmunundan fərqli olaraq məhkəmə baxışında bağda ağacların 2018-ci ildə əkildiyini bildirmiş, şahid X29 isə Aktda qeyd olunanlara dair məlumat verməmiş, şahid X56 isə ağacların əkildiyi vaxtı dəqiq bilmədiyini söyləmişdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti edilmir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145 və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə görə, miras qoyanın nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1245-ci maddəsinə görə, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1255-ci maddəsinə görə, isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, mirasqoyan X12 ölümündən sonra cavabdehlərin sözügedən ünvanda yaşamadıqları Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamədə müəyyən edilən faktlar hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda göstərilmişdir ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Bundan savayı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfin dəlillərini də əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, işdən görünür ki, mirası qəbul etmiş iddiaçılar mülkiyyətçi kimi hüquqlarının pozuntularının aradan qaldırılmasını tələb etdiyindən onların bu iddialarına iddia müddəti şamil olunmamalıdır. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Kollegiyaya görə, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X79 Məhkəməsi “X4” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X79 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X79 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(046)-179/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar