Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-777/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRXnin 18 saylı Ərazi İdarəsinə qarşı “cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi zərərin ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə qarşı “cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(019)-61/2022 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 18 may 2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixi ********** saylı mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür həmin torpaq sahələrinin naturada istifadə vəziyyəti və DƏDRX-nin tərtib etdiyi A№ 5326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir.
3. Azərbaycan Respublikası “X4” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyindən görünür ki, naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki istifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X1 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə (oriyentirlərə) istinadən JN-512 saylı Dövlət Aktının 512Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsilə ortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 avqust 2021-ci il tarixdə verilmiş 311 nömrəli arayışdan görünür ki, Balakən Heyvan Bazarında 1 bağlama təbii otun bazar satış qiyməti 4.00 (dörd) manatdır.
5. 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz Əmlakın alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 və İbrahimova X2 rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı 500 (beş yüz) manata satmışlar.
6. Balakən Rayon Şambul bələdiyyəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli 01 nömrəli arayışdan görünür ki, Daşınmaz Əmlakın 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli müqaviləsi ilə alqı-satqı olunmuş 0.6381 ha torpaq sahəsinin torpaq vergisini 2014-cü ildən 2020-ci il daxil olmaqla X3 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRXnin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının mülkiyyət hüququ üzrə ona məxsus olan Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları,cavabdehlər tərəfindən vurulmuş 1600 manat dəyərində maddi zərərin ödənilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Balakən rayonu, Şambul kəndində yaşayır. Xüsusi mülkiyyətində torpaq sahələri, o,cümlədən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin Torpaq sahəsini 2013-cü il tarixdə cavabdehlərdən almışdır. Həmin torpaq sahəsinə dair hüquqları xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmışdır. Mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsindən 2013-cü ildən 2020-ci ilin yazınadək istifadə etmişdir. 2020-ci ilin yaz aylarında ot biçini zamanı Cavabdeh1 torpaq sahəsinin qapısına qıfıl vurmuş və müxtəlif bəhanələr edərək onu həmin torpaq sahəsinə buraxmayacağını bildirmişdir. Hal-hazıradək heç bir ot biçimi etməyinə imkan verməmişdirlər. Bununla bağlı xx.xx.2020-ci il tarixdə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsindən ona məhkəməyə müraciət etməyi izah edilmişdir. 2 ildən artıqdır ki, o, ot biçinini həyata keçirə bilmir. Halbuki, hər il həmin 0.6381 ha torpaq sahəsindən 4 çalım ot biçir. Hər çalımda 50 tay ot götürmüşdür. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Ümumilikdə 8 çalım ot cavabdehlər tərəfindən yığılmış və ona maddi ziyan vurulmuşdur. 8 çalım otdan hər çalımda 50 ot presi götürdüyünü nəzərə alınsa, ümumi 400 ot presi təşkil edir. 1 ədəd pres otun bazar qiyməti 4 manatdır. 400 ot presinin bazar qiyməti 1600 manat təşkil edir. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmalarına dair müraciət etsə də nəticə vermədiyi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdehlərə qarşı Balakən Rayon Məhkəməsinin icraatında əvvəl də bu barədə mülki iş olmuşdur. Daha sonra məhkəməyə müraciət edərək mülki iş və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə ilə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ona görə də o yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki mülki iş üzrə (2(019)-32/2021) ekspertiza keçirilmişdir. Ekspertiza rəyindən narazı qaldığı üçün yenidən tərəfindən “X4” MMC-yə müraciət olunmuşdur. “X4” MMC –in 16 may 2021-ci il tarixli rəyində göstərilmişdir ki, “Naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki istifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X1 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə istinadən JN512 saylı dövlət aktının 512 Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsi ilə ortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir (ortofotoplan ərizəyə əlavə olunur). Ekspert rəylərindən sonra ekspert rəyləri arasında olan uyğunsuzluğun araşdırılması məqsədi ilə DƏDRX-nə müraciət etmişdir. DƏDRX tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, Torpaq sahəsinin yerləşdiyi ərazidə ümumilikdə, vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlə olan koordinatlara uyğun yerləşmə vəziyyətləri arasında fərqlər (sürüşmələr) vardır. DƏDRX-nin vermiş olduğu məlumatdan, ekspert rəyindən və çıxarışdan aydın olur ki, cavabdehlərin zəbt etdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur.
9. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 13 aprel 2022-ci il tarixli, 2(019)- 61/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının onun mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək oradan istifadə etdiklərini göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.
11. İddiaçı təqdim etdiyi “X4” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyi isə məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir.
12. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə NazirliyininTəşkilat-nəzarət baş idarəsinin birinci instansiya və apellyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış 01 iyun 2021-ci il tarixli 02/28-75 nömrəli məktubunda göstərilmişdir ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim edilir.
13. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. İddiaçının özünün təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən isə görünür ki, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda İddiaçı vəsatəti əsasında Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndistexniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, iddiaçı mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərci ödəməkdən imtina etdiyindən ekspert rəyinin alınması mümkün olmamışdır.
14. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi torpaq sahəsindən çıxarılmaya aid hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin maddi ziyanın ödənilməsinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının İddiaçı mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmələri təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsinə aid hissədə də təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.2, 238.1, 238.3, 239.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81 və 97.5, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikаyəti verilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materialına əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası“X4” MMC tərəfindən 16 may 2021-ci il tarixdə verilmiş 292 nömrəli ekspert rəyindən görünür ki, naturada aparılan tədqiqat zamanı ********** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla qeyd olunan, İddiaçı mülkiyyətində olan 0.6381 ha torpaq sahəsinin konturu onun faktiki istifadəsində olan torpaq sahəsinin konturu ilə 0.0174 ha hissədə üst-üstə düşür. X1 əsasən (ərazinin ümumi xəritəsi) natura və layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə (oriyentirlərə) istinadən JN-512 saylı Dövlət Aktının 512Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunaraq xüsusi informasiya sistemləri proqramları vasitəsilə ortofotoplan üzərində tərtib olunan planda aydın şəkildə göstərilmişdir.
19. Qeyd edir ki, JN-512 saylı Dövlət Aktının 512Q planşetində göstərilən 0.6381 ha torpaq sahəsi cavabdehin ailə üzvlərindən almış olduğu torpaq sahəsidir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixi ********** saylı mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan,********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür həmin torpaq sahələrinin naturada istifadə vəziyyəti və DƏDRX-nin tərtib etdiyi A№ 5326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Qeyd edir ki, Ekspert rəylərindən sonra ekspert rəyləri arasında olan uyğunsuzluğun araşdırılması məqsədi ilə DƏDRX-nə müraciət olunmuşdur. DƏDRX tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, Torpaq sahəsini yerləşdiyi ərazidə ümumilikdə, vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlə olan koordinatlara uyğun yerləşmə vəziyyətləri arasında fərqlər (sürüşmələr) vardır. Zaqatala rayon DNK-nun xx.xx.2013-cü il tarixli R 4Ə-25 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında 0.6381 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınaraq “Dövlət aktı”nda göstərilmiş koordinatlarla və sənəd üzrə yerləşmə vəziyyətinə uyğun olaraq 0.6381 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət Reyestrindən çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. DƏDRX-nin vermiş olduğu məlumatdan, ekspert rəyindən və çıxarışdan aydın olur ki, cavabdehin zəbt etdiyi torpaq mülkiyyət hüququ üzrə ona məxsusdur.
20. Cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılmalarına dair 2(019)-571/2020) iddia ərizəsi ilə müraciət edən zaman cavabdehlər tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, qarşılıqlı iddia ərizəsində onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia vermişlər. Vermiş olduqları qarşılıqlı iddia ərizəsində qeyd edərək bildirirlər ki, 2017-ci il ortalarında Bakıdan qayıtdıqdan sonra həmin torpağı Vüqar Saramanova istifadə etməsi üçün vermiş, 2020-ci ilin əvvəllərində torpağı Vüqar Saramanovdan təhvil almışdır. Həmin vaxt İddiaçı narazılıq etsədə torpaq sahəsinə sahib olmuş və oranın giriş qapısını qıfıllamışdır. Həmin qarşılıqlı iddia ərizəsi apellyasiya şikayətinə əlavə olunur.
21. Lakin hazırki mülki iş üzrə (2(019)-61/2022) məhkəmə iclasına ərizə göndərərək istifadəsində olan torpaq sahəsinin qardaşına məxsus torpaq sahəsi olduğunu, İddiaçı məxsus torpaq sahəsi ilə qardaşı İbrahimov Əlinin torpaq sahəsinə bitişik ərazidə yerləşdiyini qeyd edir.
22. Məhkəmə qeyd etdiyi məsələləri araşdırmamış, cavabdehin vermiş olduğu ifadələr arasında ziddiyəti araşdırmamışdır. Məhkəmə qərarında qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının onun mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək oradan istifadə etdiklərini göstərsədə bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyil. Mülki iş materialına əlavə olunmuş sənədlərdən və cavabdehlərin məhkəmə iclasında vermiş olduqları qarşılıqlı iddiası bir daha təsdiq edir ki, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsidir. Qeyd edilənlərə əsasən Balakən rayon Məhkəməsinin 2(019)-61/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və İddiaçı iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək sonda şikayətin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmişdir. Müstəqil ekspertizanın rəyindən də görünür ki, iddiaçınının torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunub. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
26. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət tamamilə əsasızdır. Belə ki, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsindən istifadə edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər şəxslər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddiasının təmin olunmasını xahiş edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
35. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızı mülkiyyətlərində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 12 fevral 2013-cü il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı 500 (beş yüz) manata satmışlar.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızı həmin ərazidə olan, qohumlarına məxsus torpaq sahəsindən istifadə edirlər. İddiaçı cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin ona satılmış torpaq sahəsi olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
36. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya bildirir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının onun mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək oradan istifadə etdiklərini göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir .
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş 10/2701 nömrəli ekspert rəyindən isə görünür ki, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********53 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın A№ 496326 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki koordinatlar Elektron Baza məlumatlarında Cavabdeh1 naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür.
38. Eyni zamanda İddiaçı vəsatəti əsasında Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndistexniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, iddiaçı mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərci ödəməkdən imtina etdiyindən ekspert rəyinin alınması mümkün olmamışdır
39. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
40. İddia tələbinin maddi ziyanın ödənilməsinə aid hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər.
41. Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhmədullah qızının İddiaçı mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.6381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmələri təsdiq olunmadığından iddia tələbi maddi ziyanın ödənilməsinə aid hissədə də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
42. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
43. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(019)-61/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov