Məhkəmə qərarları › İş №2(107)-779/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-779/2025

24.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-779/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin regional su meliorasiya xidməti publik hüquqi şəxs X5 Sistemlərinin istismarı İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin regional su meliorasiya xidməti publik hüquqi şəxs X5 Sistemlərinin istismarı İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət su ehtiyatları agentliyinin regional su meliorasiya xidməti publik hüquqi şəxs X5 Sistemlərinin istismarı İdarəsinin 22 aprel 2025-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi, həmin İrriqasiya sahəsi bölməsinin müşahidəçi vəzifəsinə bərpa olunması, həmçinin xx.xx.2025ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 nömrəli qərardadı ilə (hakim A.Əsgərov) İddiaçı cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin regional su meliorasiya xidməti publik hüquqi şəxs X5 Sistemlərinin istismarı İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 nömrəli qərardadının dəlilləri ilə razılaşmayaraq İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs statusuna malik olmasa belə, qanunvericilik və təşkilati-hüquqi fəaliyyətinə əsasən tərəf qismində iştirak edə bilər. Çünki onun fəaliyyəti nəticəsində hüquqi münasibətlər yaranıb və həmin münasibət üzrə məsuliyyət daşıyır. Əmək münasibətləri konkret olaraq həmin X5 Sistemlərinin İstismarı İdarəsi ilə qurulmuşdur. Bu baxımdan, cavabdehin yalnız mərkəzi qurum deyil, faktiki əmri verən yerli struktur da ola biləcəyi hüquqi baxımdan əsaslandırılmışdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)- 930/2025 saylı qərardadı qanunsuz və əsassız olmaqla yanaşı, Azərbaycan Respublikası MPM-nin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Ağsu Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 saylı nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh olaraq Azərbaycan Dövlət su ehtiyatları agentliyinin regional su meliorasiya xidməti publik hüquqi şəxs X5 Sistemlərinin istismarı İdarəsinə qarşı deyil, Azərbaycan X1rşı iddia qaldırmalıdır. Həmçinin hüquqi ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 67-dir. İddia da hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Belə olan halda, hazırkı işə ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalı olması müəyyən edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsaəsn hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin düzgün olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə iddia ərizəsini geri qaytarsada, yuxarıda qeyd edilən normalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilərdi. Ona görə də kollegiya hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(016)-930/2025 saylı qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş materialları Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar