Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-782/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)-199/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh1 ilə 22 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşdur. İddiaçı gəlin köçdükdən sonra Cavabdeh2 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yaşamışdır. ünvan 1lərinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı ilə birgə nikahda olmuş Cavabdeh1 atası mülki iş üzrə Cavabdeh2 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin biri 11 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi üzərində yerləşən digər ümumi sahəsi 93,4 kv metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ümumi birgə mülkiyyət kimi Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır. Bundan başqa, həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi də inşa edilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı da hazırda qeydiyyata alınmamış yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməsini xahiş edir
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçdüyü, Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və övladları ilə birgə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 22 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşdur və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 436 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə “Ayla”, xx.xx.2015-ci il tarixdə “Anar” adlı övladları doğulmuşdur. O, ailə qurduqdan sonra qayınatası Cavabdeh2 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən evə gəlin köçmüşdür və onlar ayrıldıqları vaxtadək həmin evdə yaşamışlar. Həmin həyətdə onun gəlin köçdüyü zaman qayınatası Cavabdeh2, Cavabdeh1 ilə birgə yaşadıqları ev və qaynı Vahid Muradovun ailəsi ilə birgə yaşadığı iki fərdi yaşayı evi vardı. O gəlin köçdükdən üç il sonra həmin həyətdə onlar üçün ev inşa edilmişdir. Həmin tarixdən Cavabdeh1la ayrılanadək o evdə yaşamışlar. Qaynı üçün tikilmiş ev isə satılmışdır (RX №1313380). Cavabdeh1 məxsus ev hazırda boşdur. Həmin yaşayış evlərinə hüquqmüəyyənedici sənəd alınmamışdır. Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan aralarında olan nikah qeyd aktı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1077/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixdə nikahın pozulması haqqında akt qeyd kitabında 163 nömrə ilə qeydə alınmışdır. Ayrıldıqdan sonra cavabdehlər ona övladları ilə birgə gəlin köçdüyü evdə yaşamağa imkan vermir. Baxmayaraq ki, bütün əşyaları həmin evdədir. Hazırda həmin ev boşdur. O da məcbur olub kirayə qalmalı olur. Bu da onun büdcəsinə böyük təsir göstərir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1156/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində “İddiaçı və onun iki övladı ilə birlikdə X7 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğu və yaşadığı” təsdiqini tapmışdır. Zaqatala şəhər İƏD üzrə nümayəndəliyindən arayış verilən zaman Oruc Qaraxanov təsərrüfat uçotu kitabında qeydiyyat alma 2013-cü il tarixindən başlanıldığından, onu qeydiyyata gəlin köçdüyü tarixdə deyil, 2013-cü ildə qeydiyyata aldıqlarını bildirdi. Cavabdehlərin onu gəlin köçdüyü evdən istifadə etməyə qoymaması onun hüquqlarını pozur. Onun hüquqlarının qorunmasına dövlət təminat verir. Onun da hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi gəlin köçdüyü evdən istifadə etmək və həmin evdə yaşamaq hüququ var. Çünki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir.
4. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir
5. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında 3 ev var, lakin onlardan biri reyestrdə qeydə alınmışdır. İddiaçının köçməsini tələb etdiyi ev boş evdir və iddiaçıya məxsus əşyalar həmin evdədir. Həmin evdə iddiaçı ev tikildiyi vaxtdan yaşamışdır. İddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
6. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi evdən istifadə hüququ yaranmamışdır. İddiaçının həmin evə gəlin köçməsinə dair də sübut yoxdur. Onun hansı evdə yaşamasına dair sənəd də təqdim edilməyib. İddiaçının gəlin köçdüyü ev satılıb və həmin evin öz sahibləri var.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 22 dekabr 2012-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Ayla və xx.xx.2015-ci il tarixdə Anar adında iki övladı anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikaha Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. İddiaçı gəlin köçdükdən sonra Cavabdeh2 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yaşadığını bildirərək həmin evdə onun və uşaqlarının istifadə hüququnun tanınmasını və uşaqları ilə birlikdə həmin evə köçürülməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. İş materiallarından görünür ki, ünvan 1lərinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı ilə birgə nikahda olmuş Cavabdeh1 atası mülki iş üzrə Cavabdeh2 adına Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Həmin fərdi yaşayış evi və 0,05011 ha torpaq sahəsinin bir hissəsi 11 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X1. Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin satılmasından sonra xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,4 kv metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ümumi birgə mülkiyyət kimi Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır. Bundan başqa, həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi də inşa edilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı da hazırda qeydiyyata alınmamış yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməsini xahiş edir
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir.
10. İddiaçı Cavabdeh1 ilə 22 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun atası olan Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 ümumi birgə mülkiyyətlərində olan Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında olan torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçdüyü işin mübahisə olunmayan halıdır.
11. İşdən də görünür ki, Cavabdeh2 məxsus fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə, yəni xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hansı ki, həmin fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında satılmışdır.
12. İşdən də göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi əsasında satılmış fərdi yaşayış evinə nikah bağlamaqla 2012-ci il tarixdə gəlin köçmüş, bundan sonra həmin torpaq sahəsində başqa bir fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi qeydə alınmamış, iddiaçı cavabdehlə birgə sonradan tikilmiş evdə yaşamışdır. İddiaçının mülkiyyətçi olan cavabdehin Cavabdeh1 ilə aralarında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və iddiaçı uşaqları ilə birgə kirayədə yaşayır. Bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər 2012-ci il tarixindən sonra yarandığından iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.
13. Göründüyü kimi, iddiaçı, Cavabdeh1 ilə aralarında olan nikahın pozulduğu xx.xx.2021-ci ildən Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evinin gözlənilən mülkiyyətçisi olan cavabdehin ailə üzvü deyil. İddiaçı ilə cavabdehin arasında Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evindən istifadə edilməsinə dair razılaşma da mövcud deyil. Beləliklə də, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından və cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli fərdi yaşayış evindən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, iddiaçı maddi vəziyyəti və ya diqqətəlayiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur.
14. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evinin gözlənilən mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmadığından və onların arasında fərdi yaşayış evindən istifadə edilməsinə dair razılaşma olmadığından onun mübahisələndirilən evdən istifadə hüququ yoxdur. Bununla da istifadə hüququ olmayan şəxsin məhkəmə qaydasında fərdi yaşayış evinə köçürülməsi qanuna uyğun deyil.
15. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olduğunu qeyd etmiş, lakin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətinə olmuş fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə mülkiyyətçi tərəfindən özgəninkiləşdirilmişdir.
16. İddiaçı iddia tələbində Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında Cavabdeh1 ilə birgə nikahda olduğu müddətdə həmin ünvanda onun və Cavabdeh1 yaşaması üçün fərdi yaşayış evi tikilməsini iddia etmiş, lakin iddiaçı həmin evin tikintisinə, kim tərəfindən tikilməsinə və mülkiyyətçilərinə dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və bu hal məhkəmə araşdırmasında da öz təsdiqini tapmamışdır.
17. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşaqlarının mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
18. Belə ki, iddianın iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, azyaşlı uşaqlar iddiaçının himayəsində olduğundan və uşaqların valideyni, yəni iddiaçı fərdi yaşayış evində yaşamadığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
20. Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)-199/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27 və 228-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
22. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il trixli Zaqatala şəhərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və yenidən tikilmiş evlərin istismara qəbul edilməsinə dair siyahının 46-cı sətrindən görünür ki, mülkiyyətçi X12 Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında ümumi sahəsi 151 kv.m, yaşayış sahəsi 80 kv.m olan 4 otaqlı fərdi yaşayış evi tikilmişdir.
23. Zaqatala Rayon İcra Hakimiyyətinin 14 may 2018-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və yenidən tikilmiş evlərin istismara qəbul edilməsinə dair siyahıda texniki səhv olaraq Cavabdeh2 əvəzinə X8 adı qeyd edilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 43 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1lərinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,55 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır.
25. Reyestrdə 4Ə-1525 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müaviləsindən görünür ki, Cavabdeh2, X14, X15, Cavabdeh1 və X18 mülkiyyətlərində olan Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən 0,05011 ha torpaq sahəsinin bir hissəsini, yəni 0,0115 ha hissəsini və Cavabdeh2 mülkiyyətində olan həmin ünvanda yerləşən reyestrdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi sahəsi 119,55 kv.m olan fərdi yaşayış evini X10 21000 manata satmışdırlar.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 198 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reystrində 65 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri Nizami küçəsi ev 124 ünvanında 0,0386 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,4 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X14, X15, Cavabdeh1 və X11 adına qeydiyyata alınmışdır.
28. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdı verilmiş 703 nömrəli arayışdan görünür ki, Zaqatala şəhəri, Nizami küçəsi, ev 124-də sorğu əsasında tərtib edilmiş 31 saylı ev təsərrüfatının uçotu kitabının 196 səhifəsində Cavabdeh2 təsərrüfat üzvləri özündən, həyat yoldaşı X5, oğlu X6, oğlu Cavabdeh1, oğlu X9, qızı X3 ibarətdir.
29. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdı verilmiş 1856 nömrəli arayışdan görünür ki, X4 təsərrüfat uçotu kitabında 2013-cü ildən 2021-ci ilə qədər qeydə alınmışdır.
30. Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 284 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda Zaqatala Bələdiyyəsi tərəfindən 100 m2 əmlak və 395 m2 torpaq sahəsi üçün vergi hesablanır. Hesablanmış vergi X16 tərəfindən ödənilir. Yaşayış yeri və həyətyanı torpaq sahəsi, həmin ünvanda sənəd üzrə neçə yaşayış evinin olması haqqında digər məlumatlar Zaqatala Bələdiyyəsində mövcud deyil. Ailə tərkibi, həmin ünvanda kimlərin qeydiyyatda olması və hal-hazırda kimlərin yaşaması barədə məlumatlar Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə olur.
31. Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli 316 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı və Cavabdeh1 yaşayış yeri və həyətyanı torpaq sahəsi barədə Zaqatala Bələdiyyəsində heç bir rəsmi məlumat yoxdur.
32. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2012-ci il tarixli AZ-İİ seriyalı 869604 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X17 atası Cavabdeh1, anası İddiaçıdır.
33. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2015-ci il tarixli AZ- İİİ seriyalı 527965 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X19 atası Cavabdeh1, anası İddiaçıdır.
34. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 nikahı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 163 nömrəli qeyd edilmişdi. Nikah pozulduqdan sonra kişiyə Muradov qadına Mamuyeva soyadı verilmişdir.
35. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
36. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında üç yaşayış evi mövcuddur. Məhkəmə isə yalnız cavabdehlər tərəfindən həyətdə yerləşən satılmış ev şərh etməklə kifayətlənmiş, iddiaçıya məxsus bütün əmlakın yerləşdiyi və yaşamış olduğu ev barəsində heç nə qeyd etməmişdir. Bundan başqa dəfələrlə məhkəməyə şifahi vəsatət verilməsinə baxmayaraq, mübahisəli əraziyə baxış keçirilməmiş cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmişdir. Baxmayaraq ki, cavabdehlər həmin vaxtı Zaqatala rayonunda olmuş, qəsdlə mübahisəli həyətin qapısını bağlamaqla mübahisəli əraziyə baxışına maneə yaratmışlar, məhkəmə isə bunu nəzərə almamışdır.
37. İddia ərizəsinə əlavə etdiyi Zaqatala Rayon Məhkəməsinin 2(033)-1156/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin 3-cü səhifəsində “İddiaçı və onun iki övladı ilə birlikdə X7 məxsus Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğu və yaşadığı” təsdiqini tapmışdır. Zaqatala şəhər İƏD üzrə nümayəndəliyindən arayış verilən zaman, Oruc Qaraxanov təsərrüfat uçotu kitabında qeydiyyat alma 2013-cü il tarixindən başlanıldığından, İddiaçı qeydiyyata gəlin köçdüyü tarixdə deyil, 2013-cü ildə qeydiyyata aldıqlarını bildirmişdir. Məhkəmə isə heç bir əsas olmadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etməklə həmin maddənin tələbini pozmuşdur. Belə ki, qeyd olunan mülki işdə həmin maddənin tətbiq edilməsi düzgün deyildir.
38. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)- 199/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)- 199/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
41. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Vəkil1 məhkəmə kollegiyasına məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 228.1-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
44. Qərarlar: 1) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2) «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. 3) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür 4) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)-199/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 36-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində yalnız satılmış fərdi yaşayış evinə deyil Zaqatala şəhəri Nizami küçəsi 124 ünvanında yerləşən hər üç fərdi yaşayış evinə münasibət bildirilmişdir və birinci instansiya məhkəməsinin bu barədə əsaslandırmaları hazırki qətnamənin 8-ci bəndində olduğu kimi qeyd edilmişdir. Göstərilən ünvanda mövcud olan faktiki vəziyyətin məhkəməyə aydın olduğu həmin bənddə qeyd olunanlardan göründüyündən iddiaçının bu qətnamənin 36-cı bəndində göstərilmiş digər – yerli baxış keçirilməsi ilə bağlı arqumentləri də əsassızdır.
50. Birinci instansiya məhkəməsinin hazırki iddianın rədd edilməsi qənaətinə gəlməsinin səbəbləri hazırki qətnamənin 12-13-cü bəndlərində göstərilən şəkildə birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırılmış və həmin əsaslandırma hazırki qətnamənin 44-cü bəndinin 3-cü hissəsində qeyd olunmuş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarının məzmununa istinad edilməklə izah olunmuşdur.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunmuş və hazırki qətnamənin 12-13-cü bəndləri və 44-cü bəndinin 2-ci hissəsində əks olunmuş həmin əsaslandırmalar hazırki iddianın rədd edilməsinin əsası olaraq yetərlidir. Həmin bəndlərdə göstərilənlər həmçinin apellyatorun apellyasiya şikayətinin bu qətnamənin 37-ci bəndində göstərilmiş dəlillərinə məhkəmə kollegiyasının münasibəti olaraq nəzərdən keçirilə bilər.
52. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)-199/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(033)-199/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.