Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-787/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» və Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» və Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 qarşı «pul» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(039)-513/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 4.2083 hektar torpaq sahəsi vardır.
2. 12 noyabr 2021-ci il tarxli qəbzdən məlum olur ki, Cavabdeh 122 manat dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş:
3. X1 ifadə verərək göstərmişdir ki, həmin dövürdə Bələdiyyə sədri işləyirdi. Tərəflər onlara yaxınlaşaraq alqı-satqı barədə akt tərtib edilməsini xahiş etdilər. Tərəflərindən onlara izah edildi ki, alqı-satqı Notariusda həyata keçirilir. Lakin İddiaçı1 həmin vaxt keçmiş sovet pasportu olduğundan Notariusa getməkləri mümkün olmamışdır. Aktı Bələdiyyənin işçisi Mənsur tərtib etmişdir. Alqı-satqı aktını o da imza etmişdir. Həmin vaxt İddiaçı3 və İddiaçı2 orada olmamışlar. Lakin Məhəmməd və Sahilə onların yanında aktı imza etmişlər. Orada icarə söbpəti olmamışdır. Hətta Cavabdeh həmin torpağı almaq üçün kənddən kənarda olan özünə məxsus torpağın satmışdır.
4. X4 ifadə verərək göstərmişdir ki, Bələdiyyə işçisidir. 2013-cü ildə işdə olduqları vaxt Məhəmməd və Pöhrüz gəldilər ki, onlara alqı-satqı barədə akt tərtib edilməsində köməklik etsinlər. Tərəflərindən onlara izah edildi ki, alqı-satqı Notariusda həyata keçirilir. Lakin tərəflər sənədlər qaydasında olmadığından Notariusa gedə bilmədiklərini bildirmişlər. Aktı o tərtib etmişdir. Sahilə, Məhəmməd, Pöhrüz, Bələdiyyə və icra nümayəndəsi onun yanında aktı imza etmişlər. Lakin İddiaçı3 və İddiaçı2 aktı onun yanında imza etməmişlər. Məhəmməd bildirdi ki, Pöhrüz ona pulu veribdir və aktı imzaladılar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yevlax rayonu, Rüstəmli kəndində yaşayan Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adlarına verilmiş RX seriyalı ******* saylı 28 mart 2019-cu il qeydiyyat tarixli çıxarışla mülkiyyətlərində olan, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.2083 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 qarşı «pul» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı4, İddiaçı3 və İddiaçı1 10650 (on min altı yüz əlli) manat məbləğində pulun və 122 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
8. İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq izah etmişdir ki, ailələrinə Dövlət aktı ilə 4.2 hektar torpaq sahəsi verilmişdir. Hazırda Cavabdeh oradan çıxmasını tələb edirlər. O da onlardan 2013-cü ildə tərtib edilmiş akt əsasında 10650 manat pul tələb edir. Həmin aktı o və yoldaşı Məhəmməd imza etmişlər. Lakin uşaqları həmin aktın imzalanmasında işritak etməyiblər. Onların əvəzinə imzaları kim çəkibsə məlumatı yoxdur. Torpağı satmaq niyyətləri olmayıb. Pöhrüzdən aldıqları pulun məbləği 7500 manatdır. Həmin məbləğ icarə puludur. 7 il üçün icarə pulu üçün nəzərdə tutulmuşdur. Bu pulu 2013-cü ildə almışlar. Bu barədə yazılan aktı oxumamışlar. Aktı qanunsuz olaraq tərtib ediblər.
9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 28 mart 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılara Yevlax rayonu, Rüstəmli kəndində kənd təsərrüfatı təyinatlı 4.2083 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini iddiaçlar cavabdehə 7 il müddətinə icarəyə vermişlər. Bunun müqabilində iddiaçılara 7500 manat pul verilmişdir. Lakin icarə müddəti başa çatdıqdan sonra cavabdeh iddiaçıların torpağından çıxmaqdan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar torpaqdan çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə cavabdehlərə 10650 manat pul verməklə onlara məxsus 4.2083 ha torpaq sahəsini almışdır. İddiaçıların sənədləri qaydasında olmadığından notariusa gedə bilməmişlər. Belə ki, İddiaçı1 həmin vaxt keçmiş sovet pasportu istifadə edirdi. Torpağın alqı-satqısı barədə onun və İddiaçı4 xahişi ilə Bələdiyyə və İcra Nümayəndəliyinin işçiləri akt tərtib etmişlər. Onlar da həmin aktı imzalamışlar. Həmin aktda Əhmədovların torpağı ona satmaları və onun torpağa görə 10650 manat pul ödəməsi əks edilmişdir. Hazırda onun həmin torpaqdan çıxarılması tələb olunur. O da torpaqdan çıxmaqdan imtina etmir. Lakin torpaq üçün ödədiyi 10650 manat pulu geri istəyir.
11. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 30 mart 2022-ci il tarixli, 2(039)- 513/2022 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 4.2083 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı4 10650 manat pul və 122 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 4.2083 hektar torpaq sahəsi vardır. 22 oktyabr 2013-cü il tarixdə iddiaçılar Bələdiyyə və icra nümayəndəsinin iştirakı ilə Cavabdeh 10650 manat pul alaraq torpağı torpağın alqı-satqısı barədə akt imzalamışlar. İddiaçı1, İddiaçı4, Cavabdeh, Bələdiyyə və icra nümayəndəliyinin işçilər həmin aktı imzalasalar da, İddiaçı2 və İddiaçı3 həmin aktı imzalamamışlar. İddiaçılar həmin torpağın cavabdehə icarəyə verildiyini və bunun müqabilində 7500 manat pul alındığını bildirərək, cavabdehin «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh həmin torpağı 22 oktyabr 2013-cü il tarixli akt əsasında aldığını bildirərək, iddiaçılara qarşı pul tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 10650 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir.
13. İddiaçılar qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh torpaqdan çıxmaqdan imtina etmir. Lakin akt əsasında verdiyi 10650 manat pulu verildikdən sonra çıxacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçılar qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsələr də, cavabdehə qarşı torpaqdan çıxarılma tələbi ilə məhkəməyə ilk dəfə 2021-ci il tarixdə müraciət etdiklərindən və cavabdeh torpağı akt əsasında aldığını bildiyindən iddia müddəti tətbiq edilə bilməz.
15. Belə ki, cavabdehin hüququnun pozulmasını 2021-ci ildə bilmiş yəni onun iddiaçılardan pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2021-ci ildə yaranmışdır. Lakin 22 oktyabr 2013-cü il tarixli aktı İddiaçı3 imzalamadığından qarşılıqlı iddia ona aid hissədə təmin edilə bilməz. İddiaçılar məhkəmə iclasında torpağın icarəyə verildiyini və onlara 7500 manat pul verildiyini bildirsələr də, buna dair məhkəməyə sübut təqdim etməmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş aktda pulun 10650 manat olması əks olunmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə pulun məbləğinin 10650 manat olması və iddiaçıların pulu alarkən torpağı icarəyə vermək yox, torpağı satmaq niyyətləri olması öz əksini tapmışdır.
16. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 4.2083 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
17. Qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı4 10650 manat pul və 122 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilməlidir.
18. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndinə, Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110 və 111.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 152.5, 157.2, 372.1, 372.2, 373.1, 373.3, 374.1, 374.2, 375.1, 375.2, 377.1, 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 88, 106.1, 191.3, 220.6 və 223.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ilk iddiaları təmin edildiyindən, tələbin bu hissəsi mübahisələndirilmir. Qarşılıqlı iddiada cavabdehin istinad etdiyi hallar əllərində olan aktdır. Həmin akt “hesabən” alqı-satqı adlanır. Akt bağlandığı andan etibarsızdır. Çünki qanunun pozulması ilə əldə edilib. Birinci: Bu aktı, bələdiyyə üzvü şəxsləri görmədən, özü tərtib edib. İmzaları saxtalaşdırıb. Pulun verilməsini belə görməyib. Ona aid olmayan qanunsuz bir Aktı yazaraq camaatı çətin vəziyyətə salıb. Maraqlı hal odur ki, aktda adları qeyd edilən İddiaçı3 əsgərliyində olmuş, İddiaçı2 ümumiyyətlə bu işlərdən xəbərsiz olmuşdur. Alqı-satqı aktı adlanan bu yazını bələddiyyə üzvü Mənsur Quliyev tərtib edib. Şəxslərin imzalarını bilərəkdən saxtalaşdırıb. İcarə niyyətini, alqı-satqı kimi qeyd edib. Alınan məbləğ 7500 manat olduğu halda 10650 manat yazılıb. Onlar icarə ilə bağlı İcra Nümayəndəsinə gəlmişlər. Əgər torpağı satırdılarsa, natarusa gedərdilər. Şəxsin əlində pulu vardır. Bunu da Dövlətin natarusunda edərdilər. 4,2 ha torpaq sahəsinin bir ili üçün hər hektara 250 manat verərək hər il üçün 1070 manat pulu hesabladıqda 7 il üçün bu məbləğ 7500 manat edir. Vaxt başa çatandan sonra isə şəxs icarə torpağından çıxmadı. Bu səbəbdəndə məhkəməyə müraciət etmişlər. Şəxsin pul tələbi tam əsassızdır. Birinci: Həmin pul yəni 7500 manat məbləğ 2013-cu ildə icarə pulu olaraq onlara verilmişdir. İkinci: Tərtib edilən aktı onlar yazmamışlar.
21. Onlar Bələdiyyəyə icarə müqaviləsini bağlamaq üçün gəlmişlər. Niyyətləri icarə müqaviləsini bağlamaq olmuşdur.
22. Üçüncü: Alqı-satqı müqaviləsi bu şəkildə bağlana bilməzdi. Dördüncü: Şəxs pul tələbini iddia edirsə həmin pulu 7 il idarə etdiyini torpağın icarəsi üçün veribdir. Beşinci: Əgər bu pulu onlardan tələb edirsə onun iddia müddəti keçib.
23. Tələbə də iddia müddətinin təbiq edilməsi üçün ərizə verilib.
24. Şəxsin yəni cavabdehin istinad etdiyi yeganə hal alqı-satqı deyilən qeyri bir formal aktdır. Həmin akt aidiyyatı olmayan bir idarədə, tərtib edilməklə imzalar saxtalaşdırılmaqla, aktda qeyd edilənlərin real olmadığı, aktın oxunmaması, niyyətin icarə olması, bilərəkdən şəxslərin aldadılması, zəminində məhkəmə bu qanunsuz aktın üzərində pul tələbini təmin edib. Halbuki bu müqavilə (hesab etsək) bağlandığı andan etibarsızdır. İşdə istinad edilən hallar qanunsuz əldə edilmiş sənədlərdir. Bu sənədlərdə (Akt) tərtib edildiyi andan etibarsızdır. Məhkəmə bu subutları araşdırsa da Mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla qərar qəbul etmişdir.
24. Məhkəmə tərəfindən onların əsaslı mövqeyi nəzərə alınmadı. Əsassız olaraq üzərilərinə 10650 manat pul ödənişi qoyulmuşdur. Məhkəmə istinad etdiyi Aktı əsaslı hesab edərək, qanunsuz qərar qəbul etmişdir.
25. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-513/2022 nömrəli qətnaməsinin, cavabdehin xeyrinə təmin edilmiş qarşılıqlı iddiaya münasibətdə ləğv edilməsini, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq qarşılıqlı iddianın təmin olunmuş hissəsinin təmin edilməməsinə, qətnamənin yerdə qalan hissəsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar cavabdehə torpaq satmamışlar. Həmin torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarə haqqı olaraq cavabdeh onlara 10650 manat deyil, cəmi 7500 manat pul ödəyib. Bundan əlavə o həmin akta imza etməyib. Göründüyü kimi akt notarial qaydada deyil, bələdiyyə tərəfindən təsdiq edilib. Hesab edir ki, bu da qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
28. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2013-cü il tarixdə ona satılıb. Buna görə də qarşı tərəfə 10.650 manat pul ödəyib. Sadəcə həmin vaxtı İddiaçı1 şəxsiyyət vəsiqəsi olmadığından, keçmiş sovet pasportu olduğundan notariat kontunda müqavilə bağlaya bilməyiblər. Torpağın pulunu aldıqdan sonra iddiaçılar Tərtər rayonuna köçüb, orada yaşayıblar. İndi torpağın qiyməti qalxdığından hazırki iddianı veriblər. Cavabdeh sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər iddiaçılar səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar qətnaməni qismən- cavabdehin xeyrinə təmin edilmiş qarşılıqlı iddiaya münasibətdə mübahisələndirmişdir.
33. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 4.2083 hektar torpaq sahəsi vardır.
36. 22 oktyabr 2013-cü il tarixdə iddiaçılar Bələdiyyə və icra nümayəndəsinin iştirakı ilə Cavabdeh 10650 manat pul alaraq torpağı torpağın alqı-satqısı barədə akt imzalamışlar. İddiaçı1, İddiaçı4, Cavabdeh, Bələdiyyə və icra nümayəndəliyinin işçilər həmin aktı imzalasalar da, İddiaçı2 və İddiaçı3 həmin aktı imzalamamışlar. İddiaçılar həmin torpağın cavabdehə icarəyə verildiyini və bunun müqabilində 7500 manat pul alındığını bildirərək, cavabdehin «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh həmin torpağı 22 oktyabr 2013-cü il tarixli akt əsasında aldığını bildirərək, iddiaçılara qarşı pul tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 10650 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində icarə niyyətinin, alqı-satqı kimi qeyd edildiyini, alınan məbləğin 7500 manat olduğu halda 10650 manat yazıldığını bildirsələr də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
38. Mülki Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ilk iddiaçılar apellyasiya şikayətlərində gah həmin pulun yəni 7500 manatın 2013-cu ildə icarə pulu olaraq onlara verildiyini, gah da tərtib edilən aktı onların yazmadığını, gah da Bələdiyyəyə icarə müqaviləsini bağlamaq üçün gəldiklərini, niyyətləri icarə müqaviləsini bağlamaq olduğunu bildirməklə öz mövqe və niyyətlərini açıq aydın ifadə edə bilməmişlər. Lakin həmin aktda qeyd edilən məbləğdə deyil 7500 manat pul aldıqlarını etiraf edirlər.
40. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısı olmaqla, eyni zamanda cavabdeh tərəf (qarşılıqlı iddiaçı) də mübahisəli torpaq sahəsinin “alqı-satqısı” üçün vermiş olduğu pulun qaytarılması üçün subyektiv hüquqa malikdir.
41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, torpaq sahəsinin alınmasına görə ödənilən pul vəsaitlərinin qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir .
42. Belə ki, torpaq sahəsinin sadə yazılı müqavilə ilə alqı-satqısına dair razılaşma əhəmiyyətsiz olduğu üçün birinci instansiya məhkəməsi həmin əqdlərin etibarsızlığını təsbit, bunun nəticəsi kimi MM-in 337.5-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur. Həqiqətən də göstərilən normada etibarsız əqdin tərəflərinin aldıqlarını eyni ilə bir-birinə qaytarmaq öhdəlikləri nəzərdə tutulmuşdur
43. Bu baxımdan Kollegiya hesab edir ki, tərəflər etibarsız əqd üzrə əldə etdiklərini qarşılıqlı olaraq (əvvəlki vəziyyətə) qaytardıqdan sonra ilkin iddiaçıların geri aldıqları əmlakda (torpaq sahəsində) dəyər azalması olmadığı halda, qarşılıqlı iddiaçının da 2013cü ildə verdiyi pul vəsaitini geri tələb etmək kimi hüququ vardır.
44. Məhkəmə kollegiyası bu cür hallarda, yəni ədalətsiz vəziyyətin aradan qaldırılması üçün digər hüquqi əsasların tətbiqi mümkün olmadıqda, əsassız varlanma qaydaları çərçivəsində mübahisənin həllinin daha doğru olacağı qənaətindədir.
45. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya şikayətin müddətin tətbiq edilməsi dəlili ilə də razılaşmır.
46. MM-in 1095-ci maddəsinin tələbinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
47. İşdən göründüyü kimi iddiaçılar cavabdehə qarşı torpaqdan çıxarılma tələbi ilə məhkəməyə ilk dəfə 2021-ci il tarixdə müraciət etdiklərindən (hansı ki, cavabdeh torpağı akt əsasında aldığını zənn etmişdir) sonuncunun öz hüququnun məlum olduğu vaxt da məhz həmin vaxtdan hesablanmalıdır.
48. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verib, qarşılqılı iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir
49. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddiaçılar İddiaçı1 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(039)-513/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov