Məhkəmə qərarları › İş №2(107)-788/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-788/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-788/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq varis olma faktının müəyyən olunması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən X5, X1, X9 və X7 ilə birlikdə Müstəqil "xxxx" Kiçik Müəssisəsi (bundan sonra müəssisə adlandırılacaq) 25 avqust 1992-ci il tarixli təsis protokolu ilə təsis edilmiş, Şəki şəhəri İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1992ci il tarixli 614 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsis protokolunda, nizamnaməsində və təsis müqaviləsində təsisçilərin (iştirakçılar) hər biri tərəfindən 15000 rubl ödənilmklə 75000 manat nizamnamə fondunun yaradılması nəzərdə tutulmuşdur. Lakin, nizamnamə kapitalı formalaşdırılmamış və təsisçilər tərəfindən ödənilməmişdir. Müəssisənin təsisçilərindən X9 vəfat eydiyi üçün, X7 isə ərizəsinə əsasən ali idarəetmə orqanı olan təsisçilər şurasının 28 dekabr 1992-ci il tarixli qərarı ilə təsisçilikdən azad olunmuşdur. Qalan digər iki təsisçidən anası X1 vəfat etdiyindən, X5 da öz təşəbbüsü ilə təsisçilikdən çıxdığı üçün o "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi kimi idarə etmiş, müəssisə ilə bağlı bütün qərarlar tərəfindən təkbaşına qəbul edilmişdir. Müəssisələrin qeydiyyata alınma səlahiyyətləri sonradan Ədliyyə Nazirliyinə verildiyindən Müəssisənin qeydiyyatının Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə X11 yenilənməsi üçün 2004-cü ildə tərəfindən həmin orqana müraciət edilmişdir. Həmin vaxt orada ona Mülki Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar kiçik müəssisələrin qeydiyyatının mümkün olmaması yalnız məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında hüquqi şəxs qeydiyyata ala biləcəklərini bildirmişlər. Tərəfindəm "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri həmin orqana təhvil verilmiş, beləliklə də xx.xx.2004-cü il tarixdə “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır. Lakin, hazırda ona məlum olmuşdir ki, qeydiyyat zamanı yanlışlığa yol verilərək “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquq varisi olması qeyd edilməmiş, "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat qovluğuna əlavə edilməmişdir. Hazırda "xxxx" Kiçik Müəssisəsinin təsisçilərindən sağ olan X3 həmin müəssisənin təsisçiliyindən çıxması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi tərəfindən əldə edilmişdir. Lakin, "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış digər təsisçilər vəfat etdiyindən bu barədə ərizənin alınması mümkün deyildir. Göründüyü kimi, faktiki olaraq "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisinin (iştirakçısının) Ərizəçi olması, “X15” MMC-nin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Lakin, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alınması, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyildir. “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və onun hüquqi varisi olması, həmçinin o faktla bir daha təsdiq olunur ki, 28 iyul 2005-ci il tarixində Şəki şəhər İcra Hakimiyyəti tərəfindən “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə İstismara qəbul aktı verilmişdir. Yəni, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi 1992-ci ildə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış, həmin tikilinin üzərindəki tikilinin İstismara qəbul Aktı isə onun bazasında yaradılmış və hüquqi varisi olan “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Göründüyü kimi “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq qeydiyyat orqanı hüquq varisliyi barədə məlumatın müəssisənin Nizamnaməsində və dövlət reyestrində qeyd edilməsini təmin etmədiyi üçün, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması, yaxud ititrilmiş sənədlərin bərpası mümkün deyildir. Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) Ərizəçi "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Ərizəçi özünə aid edilməsi qət edilmişdir. Həmin qətnаmədən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə tərəfindən baxılan hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlərə aşağıdakılar daxildir: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə məhkəmə qaydasında xüsusi icraat qaydasında baxılması yol verilməzdir. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1992-ci il tarixli, 614 nömrəli sərəncamından görünür ki, Şəki şəhəri, 4-cü rayon, Qoqol küçəsi, 1 nömrəli evin həyətində müstəqil təmir-tikinti və xalq istehlakı mallarının istehsalı satışı üzrə "xxxx" kiçik müəssəsi yaradılmış və nizamnaməsi qeyddən keçirilmişdir. İşdə olan Müstəqil kiçik müəssisə yaratmaq barədə təsis qrupunun yığıncağının 25 avqust 1992-ci iı tarixli prokoldan görünür ki, S.Feyzullayev "xxxx" kiçik müəssisəsinə direktor vəzifəsinə təyin edilməsi, "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin nizamnaməsinin qeyddən keçirilməsi Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi və "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin itehsalat bazasından tikintisi üçün şəhərin Kiş çayının sol sahəsindən 0,5 hektar ayrılması Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan müstəqil "xxxx" kiçik müəssisələrinin təsisçiləri iclasının 28 dekabr 1992- ci il tarixli prokoldan görünür ki, müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K.İsmayılov yoldaş vəfat etdiyindən və müddət ərzində nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu koçürmədiyindən təsisçilikdən azad edilməsi, müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K.Piriyev yoldaşın ərizəsini və bu günədək nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu ödəməsini nəzərə alaraq təsisçilikdən azad edilməsi, iki təsisçinin azad edilməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədə nəzərdə tutulmuş nizamnamə fondunun ümumi məbləğinin miqdarı, təsisçilərin sayı və müəssisə işləyən zaman əldə olunmuş gəlirin təsisçilər arasında bölüşdürülməsi faizi məsələsi dəqiqlişdirilərək müqavilənin yenidən tərtib edilməsi və notarial qaydada təsdiq edilməsi, müəssisənin direktoru S.Feyzullayev yoldaşa və bütövlükdə təsisçilərə müəssisənin istehsalat bazasında tikintinin surəti artırılaraq 1 mart 1993-cü il tarixə tikintinin başa çatması və müəssisənin fəaliyyətə başlamasının tapşırılması qərara alınmışdır İşdə olan müstəqil "xxxx" kiçik müəssisələrinin təsisçiləri ümumi iclasının 04 yanvar 1993-cü il tarixli prokoldan görünür ki, tikintini başa çatdırmaq üçün lazım olan inşaat materiallarını əldə etmək məqsədi ilə təsisçilərin hər birinin öz imkanları daxilində müəssisənin kassasına vəsait verməsi, təsisçilər tərəfindən bu məqsədə verilmiş vəsait müəssisənin əldə etdiyi gəlirdən birinci növbədə onlara ödənilməsi, M.S.Feyzullayevə və Ərizəçi yoldaşlara məxsus olan muəssisə bazasının tikintisi üçün lazımlı inşaat materialları inşaat meydançasına daşınaraq aktla hazırki qiymətlərlə mədaxil edilməsi, bu materiallar müəssisənin əldə etdiyi gəlir hesabına birinci növbədə alınaraq təsisçilərə qaytarılması və müəssisənin tikintisində yüksək ixtisaslı sənətkarlardan əmək sazişi üzrə istifadə edilməsi qərara alınmışdır. İşdə olan 29 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 25 fevral 2002-ci il tarixdə vəfat etmişdir İşdə olan 09 yanvar 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 yanvar 2023-cü il tarixli, **********401700 nömrəli məktubdan görünür ki, “X15” MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN verilərək vergi uçotuna alınmışdır. Eyni zamanda, "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestr məlumatlarında, həmçinin “X15” MMC-nin ilkin qeydiyyat sənədlərində "xxxx" kiçik müəssisəsinin və ya hər hansı digər hüquqi şəxsin hüququi varisi olmasına dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki tanınması tələb edilən faktlar artıq mövcuddur. Yəni həmin faktların yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: Məhkəmələr hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə bu mübahisələrin heç birinə aid deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin mənasından görünür ki, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Hazırki iş üzrə "xxxx" kiçik müəssisəsinin təsisçilərinin Ərizəçi, X5, X1, X9 və X7 olduğu, “X15” MMC-nin isə təsisçisinin Ərizəçi olduğu işin mübahisəsiz hallarındandır. Beləliklə, hazırkı halda iddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsi ləğv edilməli, Ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar