Məhkəmə qərarları › İş №2(107)-79/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-79/2020

13.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-79/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cаvаbdeh Cavabdeh1 Məmmədrəhim oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 Firmasının direktoru X3 və Cavabdeh1 Məmmədrəhim oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 fimasından 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, illik 5 faiz hesabı ilə hesablanmış 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN və 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlundan və Cavabdeh2 firmasından 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddiaçının iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Məmmədrəhim oğluna 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 30000 AZN məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Məmmədrəhim oğlu ilə həmin tarixdə 248/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipteka müqaviləsinə əsasən Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kv-dan ibarət olan 129/131 saylı ticarət obyekti ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi digər borclu Cavabdeh2 Firması ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 Firması bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, buna baxmayaraq Cavabdeh1 Məmmədrəhim oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların kredit öhdəliyi üzrə banka ödənilməmiş pul borcu 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən illik 5 faiz hesabı ilə hesablanan 3.866,33 AZN borcu olmaqla, cəmi borcu 32.470,94 AZN təşkil edir. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Cavabdehlər borclarını tam şəkildə bağlamadığından hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 Firmasının direktoru X3 və Cavabdeh1 Məmmədrəhim oğlu аpellyаsiyа şikаyətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Şəki Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Şəki Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə borclu Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 30.000 (otuz min) AZN məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Məmmədrəhim oğlu ilə həmin tarixdə 248/1 saylı ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kv-dan ibarət olan 129/131 saylı ticarət obyekti ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-972/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq girov predmetinə tutmanın yönəldilməsini təmin etməmişdir. Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kv-dan ibarət olan 129/131 saylı ticarət obyekti girov ilə yüklü edilmişdir. Cavabdeh1 Məmmədrəhim oğlu ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi dörd) faiz ödənilmək şərtilə 30.000 (otuz min) AZN məbləğində kredit üzrə 26.512 manat əsas borcu, 2.092,61 manat faiz və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 3.866,33 manat borcu mövcuddur. Cavabdeh1 Məmmədrəhim oğlu bank qarşısında götürdüyü öhdəliyini tam şəkildə yerinə yetirməmişdir və buna əsasən girov olan Cavabdeh2 Ticarət mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kv-dan ibarət olan 129/131 saylı ticarət obyektinə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. Hakim iddia tələbini təmin edərkən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin tələblərini nəzərə almalı idi və iddia tələbi tam təmin olunmalıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsinin təmin olunmamış hissəsində (girov əmlakına tutmanın yönəldilməsi hissəsində) ləğv edilərək iddianın tam təmin edilməsinə barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Firmasının direktoru X3 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)- 972/2019 saylı qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsi bağlanılmış və 24 ay müddətinə illik 22 faiz dərəcəsilə 30000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq ona məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, 10-cu sıra, 6cı korpus, 60 kv.m-dən ibarət olan 129/131 saylı ticarət obyekti ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsi bağlanan zaman həmin kredin gələcəkdə ödənişinin təminatı olaraq, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı ipoteka müqaviləsi bağlandığı üçün bank tərəfindən cavabdehə kredit verilmişdir. Əks halda krditin təminatı olan ipoteka müqaviləsinin qanuna zidd olduğu mübahisələndirildiyi hissədə tərəflər arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı kredit müqaviləsi predmeti hesb etmək olar. Bu zaman cavabdehə bank tərəfindən verilmiş kredit təminatsız kredit hesab edilir. Lakin bank tərəfindən "Banklar haqqına" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq cavabdehə kredit verilən zaman onun təminatlı olmasını nəzərə almış və tərəflər arasında ipoteka müqaviləsi bağlanılmışdır. Hazırkı iş üzrə tərəflər vicdanlılığın tələb etdiyi tərzdə aralarında bağlanılmış və Mülki Məcəlləyə zidd olmayan müqavilədən irəli gələn hüquqları və vəzifələri icra etmişdirlər. Kredit müqaviləsi təminatlı ipotekaya əsasən verildiyi üçün ipotekaya qoyulmuş əmlak kredit borcunu tam olaraq ödədiyindən, tələb Cavabdeh1 Məmmədrəhim oğlunun Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, 10-cu sıra, 6-cı korpus, 60 kv.m-dən ibarət olan 129/131 saylı ticarət obyektinə yönəldilməlidir. Cavabdeh2 Firması ilə İddiaçı ASC arasında bağlanılmış müqaviləyə əasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak iddia tələbini ödədiyi üçün Firma kredit borcuna görə heç bir məsuliyyət daşımır. Cavabdeh2 Firması iddia tələbi ipotekaya yönəldildikdə ticarət obyektinin boşaldılaraq banka təhvil vrilməsinə görə öhdəlik daşıyır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı ASC ilə Cavabdeh2 Firması arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 248/1 saylı ipoteka müqaviləsi qüvvədə olduğu üçün kredit borcunun Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, 10-cu sıra, 6-cı korpus, 60 kv.m-dən ibarət olan 129/131 saylı ticarət obyektinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Məmmədrəhim oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni iddianın qalan hissəsi təmin edilməsin hissəsi istisna olmaqla qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə ona bildirişlər göndərilməmiş və onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bununla da Konstitusiyanın 60-cı, 127-ci maddələrini və Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Borc məbləği düzgün hesablanmamış, bununla bağlı ekspertiza təyin edilməmişdir. Bundan başqa iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində nə qədər gəlir əldə edə biləcəyi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədən məhkəmə 3866,33 AZN borc hesablamışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin mərkəzi filialı ilə aralarında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 30 000 manat kredit verilmişdir. Odur ki, borc məbləği üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyindən həmin ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsində ona işin baxılması vaxtı və yeri barəsində bildiriş göndərilmədiyindən və onun prosesdə iştirakı təmin edilmədiyindən o, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim edə bilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnamsini ləğv edərək, iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Məmmədrəhim oğlu özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, digər apelyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh2 Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, Cavabdeh1 Məmmədrəhim oğlunun izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 Firmasının direktoru X3 və Cavabdeh1 Məmmədrəhim oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 Məmmədrəhim oğluna illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə30000 manat kredit verilmişdir. İşdə olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 Firması arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Firması iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlunun İddiaçı ASC-nin “Mərkəz” filialı qarşısındakı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014- cü il tarixli ipoteka müqaviləsindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 Məmmədrəhim oğlu Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektini Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialına ipotekaya qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 427, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 465.2, 472.1 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respuilikası Qanununun 1.0.1, 6.1, 6.2, 10.2 və 10.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitinməbləğindənfaizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respuilikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğluarasındaxx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasəniddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı tərəfindən Cavabdeh1 Məmmədrəhim oğluna illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə 30000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 Məmmədrəhim oğlu krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Məmmədrəhim oğlunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 Firmasının arasında xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Firması Cavabdeh1 Məmmədrəhim oğlunun bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, iş materiallarına iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014- cü il tarixli ipoteka müqaviləsi əlavə edilmişdir ki, həmin ipoteka müqaviləsinə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 Məmmədrəhim oğlu Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektini Ləğv prosesində olan İddiaçı ASC-nin “Mərkəz” filialına ipotekaya qoymuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaminlə İddiaçı ASC-nin “Mərkəz” filialı arasında bağlanmış kredit müqaviləsi əsasında zamin Cavabdeh2 Firması kredit təşkilatı qarşısında Cavabdeh1 Məmmədrəhim oğlu ilə birgə məsuliyyət daşıyır. İddiaçı ASC-nin “Mərkəz” filialı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 30000 manat pulun Cavabdeh1 Məmmədrəhim oğluna verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qalıq qalmış 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, illik 5 faiz hesabı ilə hesablanmış 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasından tələb etməkdə haqlıdır. Lakin, məhkəmə iddia tələbinin ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir. Göründüyü kimi iddia tələbinin ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi hissəsinə əsas kimi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə iddiaçı Cavabdeh1 Məmmədrəhim oğlu ilə arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Lakin, iddiaçı tərəfindən ipoteka predmeti olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinin daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən həmin əşyanın ipotekasına yol verilmir. Bundan başqa həmin ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş, həmin ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını nəzərə alaraq iddia tələbinin ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasından müştərək qaydada 26512,00 AZN əsas borc, 2092,61 AZN faiz borcu, illik 5 faiz hesabı ilə hesablanmış 3866,33 AZN borcu olmaqla, cəmi 32470,94 AZN borc tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia tələbinin ipotekaya qoyulmuş Cavabdeh1 Məmmədrəhim oğluna məxsus olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi ilə bağlı hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Məmmədrəhim oğlu və Cavabdeh2 Firmasından müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların qətnamənin ləğv edilməli olması ilə bağlı göstərdikləri əsaslı hesab edilə bilməz. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tаrixli, 2(107)-2421/2019 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli №30676 olan ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 248/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 Məmmədrəhim oğlunun xx xxxxxx 2016-cı il (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxxxxx 2019-cu il (sualda qeyd edilən tarixə) tarixlərə İddiaçı ASC-yə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o, cümlədən: xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas borc üzrə----------------------------26.509,55 manat, - faiz borcu üzrə----------------------------2.942,70 manat. xx.xx.2019-cu il tarixə (sualda qeyd bitdiyi tarixə): - əsas borc üzrə----------------------------26.509,55 manat, - faiz borcu üzrə----------------------------18.846,81 manat. (Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli manatdır.) Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli №30676 olan ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx.xx.2016-cı il tarixə faiz borcunun məbləği 2.942,70 manat, xx.xx.2019-cu il tarixəfaiz borcunun məbləği 18.846,81 manat göstərilsə də, iddiaçı iddia ərizəsində faiz borcuna görə daha az məbləğ 2092,61 manat tələb etdiyindən və iddia tələbinin həcmini artırmadığından, həmçinin əsas borcun məbləğində cüzi fərq olduğundan həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh2 Firmasının direktoru X1 apelyasiya şikayətlərində tələbin ipoteka predmeti olan Cavabdeh1 Məmmədrəhim oğlunun Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, 10-cu sıra, 6-cı korpus, 60 kv.m-dən ibarət olan 129/131 saylı ticarət obyektinə yönəldilməli olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 Məmmədrəhim oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından, iddiaçı tərəfindən ipoteka predmeti olan Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 1-ci zona, sıra 10, korpus 6, 60 kvadratdan ibarət olan 129/131 saylı ticarət obyektinin daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyindən, həmçinin həmin ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənmədiyindən, həmin ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından birincin instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Hazırki apelyasiya şikayətlərinin dəlilləri həmin hissədə də, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 Məmmədrəhim oğlunun apelyasiya şikayətində borc məbləği üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməli olması, birinci instansiya məhkəməsində ona işin baxılması vaxtı və yeri barəsində bildiriş göndərilmədiyindən və onun prosesdə iştirakı təmin edilmədiyindən onun, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim edə bilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar mülki işin 46-cı vərəqində olan reyestr və 48-ci vərəqində olan xəbərnamə ilə təkzib edildiyindən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxx 2008-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürmüşdür. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apelyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Hazırki halda isə birinci instansiya məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına, o cümlədən Cavabdeh1 Məmmədrəhim oğluna məlumat verilməsi məqsədi ilə xx xxxxx 2019-cu ildə məktub göndərilmiş, Cavabdeh1 Məmmədrəhim oğluna göndərilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin şəxsən qrafasına imza edilməklə və “Hüseynov” soyadı yazılmaqla qəbul edilmiş və xəbərnamə məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi Cavabdeh1 Məmmədrəhim oğlu birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumatlı olmuş, onun məhkəmə iclasında iştirak etmək və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim etmək üçün kifayət qədər imkanı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 Firmasının direktoru X3 və Cavabdeh1 Məmmədrəhim oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-972/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, cavabdehlər Cavabdeh2 Firmasının direktoru X3 və Cavabdeh1 Məmmədrəhim oğlu tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh1 Məmmədrəhim oğlundаn tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar