Məhkəmə qərarları › İş №2(107)-79/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-79/2023

11.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-79/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)-706/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixli 210 saylı ərizəsi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixli 188 nömrəli müddətli əmək müqaviləsi bağlanılmış və Zaqatala RQİİ-nin xx.xx.2018ci il tarixli 294/k saylı əmri ilə RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Cavabdeh Zaqatala X16 İdarəsi rəisinin SOCAR**********00070020B00046 saylı, 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zaqatala X16 İdarəsinin SOCAR**********00070020B00046 saylı, 29 mart 2022-ci il tarixli əmrinin ləğv edilərək onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 aprel 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. SOCAR Cavabdeh Zaqatala X16 İdarəsinin 294-k saylı,12 noyabr 2018-ci il tarixli əmri ilə əmək müqaviləsinə əsasən bir il müddətinə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Cavabdeh Zaqatala X16 İdarəsi rəisinin SOCAR**********00070020B00046 saylı, 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. Cavabdeh Zaqatala X16 İdarəsinin onun işdən azad olunması barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz, əsassız və ədalətsiz hesab edir, həmin əmr ləğv edilməklə o işinə bərpa olunmalı və məcburi iş buraxmağa görə əmək haqqı almalıdır. Belə ki, o, işlədiyi müddətdə nəzarət etdiyi ərazidə abonentlərə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaclara mütəmadi olaraq nəzarət etmişdir. Sayğaclarda müəyyən şübhələr və ya müdaxilələr və ya sayğacdan kənar istifadə tərəfindən aşkar olunduğu hallarda, bu barədə dərhal rəhbərliyə rəsmi məlumat vermişdir. Əmək müqaviləsinə xitam verildiyi ərəfələrdə ixtisarlar olmamışdır. Onda olan məlumata görə artıq yerinə işçi də qəbul olunmuşdur. O, ailəlidir və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladı olmaqla 6 nəfər ailə üzvləri var. Ailəsində ancaq özü işləmiş və ailəyə ondan başqa qazanc gətirən yoxdur. Əmək funksiyalarını yerinə yetirən zaman işində yol verdiyi ciddi nöqsanlara görə müdriyyət tərəfindən sonuncu xəbərdarlıq olunmaqla barəsində hər hansı tənbeh tədbiri görülməmişdir. Göründüyü kimi cavabdeh orqan əmək fəaliyyətində heç bir ciddi nöqsanları olmadığını, ailəli olmasını və ailənin ailəyə yeganə qazanc gətirən üzvü olmasını, uzun müddət həmin orqanda işləməsini, peşəsinə mükəmməl yiyələnməsini, işlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmasını nəzərə alınmayaraq, heç bir hüquqi əsasları olmadan onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edərək onun Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını pozmuşdur. O, işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh X17 idarəsi barəsində qərəzli mövqe tutaraq onu müqaviləni Əmək Məcəlləsinin yalnız 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq onu işdən azad etməsi ədalət prinsipinə və həmçinin Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. Ona qarşı belə qərəzli mövqe tutmuş cavabdeh ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına, rəhbərlik tərəfindən əməyinin qiymətləndirilməsinə hörmətlə yanaşmalı, indiki çətin vəziyyətdə ailəsinə bir tikə çörək pulu qazanmağına bais olmamalı idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri olmuş İddiaçı barəsində daxil olmuş xidməti yazılar və araşdırma materialları üzrə onun əmək fəaliyyəti zamanı müqavilə və peşə öhdəliklərini kobud şəkildə pozduğu müəyyən edilmişdir. 1. İddiaçı işə qəbulu ilə bağlı hərəkətlər: İddiaçı xx.xx.1957-ci ildə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində anadan olmuş və həmin ünvanda da pasport qeydiyyatındadır. Orta təhsilli olan İddiaçı xx.xx.2018-ci il tarixli 210 saylı ərizəsi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixli 188 nömrəli müddətli əmək müqaviləsi bağlanılmış və Zaqatala RQİİnin xx.xx.2018- ci il tarixli 294/k saylı əmri ilə RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsinin bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 188/4 saylı dəyişiklik edilmiş və həmin dəyişiklik də elektron informasiya sisteminə daxil edilmişdir. Bundan əlavə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı ona peşə təlimatı da elan etdirilərk imzalatdırılmışdır. Həmçinin sonuncu dəfə Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00129 saylı əmrlə İddiaçı 655 istehlakçının qeydiyyatda olduğu Ağdaş şəhəri S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədyarov, Fizuli, İ.Qaradağlı küçələri və H.Əliyev prospekti 1 ünvanlarına təhkim edilmişdir. 2. Əmək fəaliyyəti dövründə İddiaçı barəsində görülmüş tədbirlər: İddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onun təqsirli hərəkətləri nəticəsində müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti ərazisində aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehləri verilmişdir. Belə ki... 2.1. Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00036 saylı əmri ilə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir (səbəb: istehlakçının ünvanında sayğacdan qaz keçməsi lakin sərfi qeydə almaması ilə bağlı məlumatların müəssisəyə verilməməsi); 2.2. Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00099 saylı əmri ilə İddiaçı “töhmət” elan edilmişdir (səbəb: istehlakçının mənzilində istismarda olan Smart tipli qaz sayğacı 6167 kub metr minusa getməsi barədə məlumat verməməsi və fevral ayı üçün həmin qaz sayğacı üzrə 5449 kub metr sərfiyyatı AGİS bazasına təqdim edilməsi); 2.3. Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00163 saylı əmri ilə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir (səbəb: istehlakçının mənzilində istismarda olan 28193347 nömrəli qaz sayğacının göstəricsini AGİS bazasına 19506 kub metr vermiş, lakin baxış zamanı sərfiyyatın 19928 kub metr olduğu və 422 kub metr sərfiyyatının gizlədilməsi); 2.4. Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00040020A00209 saylı əmri ilə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir (səbəb: istehlakçının mənzilində istismarda olan sayğaca müdaxilə edilməsi və tərəfindən nəzarətsizlik səbəbindən aşkar edilməməsi); Lakin İddiaçı tərəfindən barəsində əvvəllər verilmiş əmək və icra intizamı tədbirlərindən nəticə çıxarmamış və xidməti fəaliyyətini pozuntulara yol verməklə davam etdirmişdir. 3. İddiaçı təhkim edildiyi xidməti ərazisində qeydə alınan qazdan istifadə qaydalarının pozulması halları; 3.1. Ağdaş şəhəri İ.Qaradağlı küçəsində istehlakçı Bəhərçin Bayramov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.2. Ağdaş şəhəri İ.Qaradağlı küçəsində istehlakçı Vaqif Rəhimov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.3. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Etibar Hümmətov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.4. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Ömər Osmanov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.5. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Azər Rasulov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.6. Ağdaş şəhəri L.Məmmədbəyov küçəsində istehlakçı Tahir Nəzərli barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.7. Ağdaş şəhəri H.Əliyev pr.- də istehlakçı Əfqan Ağayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.8. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Tünzalə Şərifova barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.9. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Murad Abdullayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.10. Ağdaş şəhəri S.Səlimoğlu küçəsində istehlakçı Azər Mustafayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.11. Ağdaş şəhəri İ.Millətoğlu küçəsində istehlakçı Sevda Allahverdiyeva barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.12. Ağdaş şəhəri Fizuli küçəsində istehlakçı Polad Paşayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.13. Ağdaş şəhəri Fizuli küçəsində istehlakçı Rəhman Hacıyev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.14. Ağdaş şəhəri Fizuli küçəsində istehlakçı Ramil Paşayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.15. Ağdaş şəhəri Fizuli küçəsində istehlakçı Samir Hüseynov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.16. Ağdaş şəhəri Fizuli küçəsində istehlakçı Anar Şirinov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.17. Ağdaş şəhəri L.Məmmədbəyov küçəsində istehlakçı Mirteymur Rasulov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 518.40 manat ziyan dəymiş; 3.18. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Elenura Səmədova barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.19. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Yediyar İbrahimov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.20. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Sabir Nəcəfov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 432 manat ziyan dəymiş; 3.21. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Şərif Şiraılyev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.22. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Asif Kərimov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 432 manat ziyan dəymiş; 3.23. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Gülnar Nəsibova barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.24. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Anar Ağayev barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.25. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Mahizər Əhmədova barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.26. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Marif Ələkbərov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.27. Ağdaş şəhəri H.Əliyev pr-də küçəsində istehlakçı Marif Ələkbərov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 216 manat ziyan dəymiş; 3.28. Ağdaş şəhəri Aralbir küçəsində istehlakçı Nəriman Kərimov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 518.40 manat ziyan dəymiş; 3.29. Ağdaş şəhəri H.Əliyev pr-də istehlakçı Rafiq Məmmədov barəsində tərtib edilmiş təbii qazdan istifadə hallarının pozulmasına dair ******* saylı akt əsasında 570.24 manat ziyan dəymiş; İddiaçı xidməti ərazisi üzrə xx.xx.2022-ci ilədək yuxarıda qeyd olunan 29 qazdan istifadə qaydalarının pozulması halları üzrə dövlətə dəymiş maddi ziyanın həcmi 7655.04 (yeddi min altı yüz əlli beş manat 04 qəpik) manat həcmində müəyyən edilmişdir. O cümlədən pozuntu hallarının 28-i sayğaca müdaxilə edilməklə və 1- i sayğacdan kənar qoşuma ilə qazdan istifadə hallarının pozulması faktlarına aiddir. 4. İddiaçı barəsində sonuncu dəfə xidməti araşdırmaya dair detallar: Ağdaş xidmət sahəsindən daxil olmuş bir neçə, o cümlədən 15 fevral 2022-ci il tarixli SOCAR**********30560046X00958 saylı xidməti məlumatdan göründüyü kimi Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı mənzilində istismarda olan G-4 markalı 11466877 nömrəli qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və xx.xx.2022ci il tarixdə ******* nömrəli akt əsasında qaz sayğacı şəbəkədən açılaraq müvafiq rəyin verilməsi üçün dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin Qaz sayğaclarının yoxlanılması barədə verilmiş AKT 29/1710-00406-1 nömrəli rəydə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzidiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu” qeyd edilmişdir. Verilmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İddiaçı təhkim edilmiş ərazidə 655 istehlakçının mənzilində istismarda olan qaz sayğacının normal iş prinsipinə nəzarət etməli olan işçinin mənzilində istismarda olan qaz sayğacında müdaxilə aşkar edilirsə bunu ona verilmiş səlahiyyətindən sui istifadə edərək bilərəkdən əlavə mənfət əldə edilməsi üçün həyata keçirmişdir. Aşkar edilmiş nöqsan üzrə İddiaçı verdiyi izhatda mənzilində istismarda olan qaz sayğacı küçədə yerləşdiyini, qaz hesabı həyat yoldaşı Dilarə Osmanovanın adına olduğunu və qaz sayğacında aşkar edilmiş müdaxilədən məlumatsız olduğunu qeyd etmişdir. Belə olan halda əgər işçi mənzilində istismarda olan qaz sayğacının işlək vəziyyətdə olmasından məlumatsızdırsa onda o, xidməti ərazidə hansı fəalyyəti ilə İB-nin əmalakının qorunmasını və nazərətini təmin edə bilər. RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X01401 saylı xidməti məlumatda TQQ və SX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xx.xx.2020-ci il tarixdə SOCAR**********00040020A00129 saylı əmrlə ona təhkim edilmiş xidməti ərazyə Ağdaş şəhəri S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədyarov, Fizulu, Qaradağlı küçələrində və H.Əliyev prospektində ümumilikdə 655 istehlakçının qaz sayğaclarına və qaz xətlərinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş baxış zamanı 45 istehlakçının qaz hesablarına 6090 kub metr əlavə sərfiyyat yazaraq AGİS bazasına təqdim etdildiyi, 11 ədəd qaz sayğacının yivli birləşmələrinə vurulan mühafizə plombunun qırıq olduğu, 1 ədəd qaz sayğacının keçən qazın sərfiyyatının qeyd etmədiyi, 2 ədəd qaz sayğacında müdaxilə aşakar olunduğu və 25 ədəd həyət daxilində olan qaz sayğacının sərfiyyatının oxunmadığı aşkar edilmişdir. Sözügedən nöqsanlarla bağlı İddiaçı tərəfindən verilən izahatda istehlakçıların qaz hesablarına əlavə sərfiyyatın yazılmasına səbəb gözlərinin yaxşı görə bilmədiyi üçün yanvar ayı üzrə 2-ci oxunma üzrə yəni fevral ayının 8-9 tarixlərdə istehlakçıların qaz hesablarına əlavə sərfiyyatın yazdığını bildirmişdir. Həmçinin qaz sayğaclarının qayka birləşmələrində mühafizə plomblarının qırıq olmasının səbəbini qaz sızması ilə bağlı olduğunu və təmirlə əlaqədar QDX işçiləri tərəfindən qırıldığını qeyd etmişdir. Lakin araşdırma üzrə qeyd olunan istehlakçıların qaz sayğaclarında sızmaların olması barədə "xxxx" QSC-nin aşkar edilmiş sızmalar sənədində bu məlumatların 3 ədəd qaz sayğacında müəyyən edilmişdir. Digər sərfiyyatı qeyd etməyən və müdaxilə aşkar edilmiş qaz sayğacları barədə isə məlumatın olmadığını bildirmişdir. Göründüyü kimi qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin xidməti ərazidə qaz sayğaclarının vəziyyəti barədə məlumatı olmamışdır ki, bu barədə izahatında cavabını əsaslandıra bilməmişdir. Əgər təhkim edilmiş ərazidə istehlakçının qaz sayğacının işlək vəziyyətdə olması və digər müdaxilə halların müəyyən edilməsi və yivli birləşmələrinə vurulan mühafizə plombunun hansı səbəbdən qırılması müvafiq şəkildə müəyyən edilərək xidmət rəisinə yazılı məlumatın verilməsi təmin edilmirsə onda işçinin xidməti ərazidə iş fəaliyyətinin hansı səviyyədə olmasını müəyyən etmək çətin deyildir. Xidməti ərazidə qaz sayğacalrına müdaxilə, qaz sızmaları və sayğacdan kənar qoşulma edilməklə qazdan istifadə edilməsi həmin əraziyə təhkim edilmiş şəxsin xidməti ərazidə nazarətinin hansı şəkildə aparmasından asılıdır. Bundan əlavə RQİİ-nin Ağdaş xidmət sahəsi üzrə rəis müavini Pərviz Ədilovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X01417 saylı xidməti məlumatdan göründüyü kimi TQQ və SXnin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xidməti ərazisində H.Əliyev prospektində istehlakçı Rafiq Məmmədov mənzilində istismarda olan smart tipli qaz sayğacı şəbəkədən açmaqla rezin boru qoşaraq təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Nəticədə qaz paylayıcısına dəymiş zərərin həcminə dair ******* saylı akt əsasında 570.24 manat ziyan vurulduğu müəyyən olunmuşdur. Aşkar edilmiş nöqsan üzrə verdiyi izahatda əvvələr də Rafiq Məmmədovun qeyri qanuni qoşulma aşkar etdiyini və qaz təchizatını dayandırdığını, lakin bu barədə xidmət rəisinə rəsmi məlumat vermədiyini bildirmişdir. Deməli istehlakçının təbii qazdan qeyri-qanuni istifadə edilməsində İddiaçı məlumatlı olmasını təsdiq edir, ancaq onun barəsində müvafiq tədbirlərin görülməsindən yayınmasına bilavasitə şərait yaratmışdır. Həmçinin İddiaçı xidməti ərazisində bugünədək ayı-ayrı vaxtlarda seçmə üsul ilə aparılan yoxlamalar zamanı 2020-2021-2022-ci illər ərzində 29 fakt üzrə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilmiş, onun nəticələri müvafiq qaydada sənədləşdirilməklə qaz paylayıcısına təkçə istismara yararsız vəziyyətə gətirilən qaz sayğaclarının dəyəri istisna olmaqla itirilmiş təbii qazın həcminə görə 7655.04 manat həcmində maddi ziyan dəymişdir. Göründüyü kimi İddiaçı cavabdeh olduğu xidməti sahəyə nəzarətinin olmaması həmin ərazidə qazdan istifadə qaydalarının pozulmasına şərait yaratmış və müəssisəyə xeyli miqdarda ziyan vurulmaqla nəticələnmişdir. 5. Əmək müqaviləsi və peşə təlimatı üzrə öhdəliklərinin pozulması halları: Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı fəaliyyəti dövründə əmək müqaviləsi və peşə təlimatı üzrə əmək funksiyalarını kobud şəkildə pozmuş və iş vaxtı xidməti vəzifələrini icra etməsindən mütəmaddi olaraq yayınmışdır. Sözügedən nöqsanlar işçinin bilavasitə vəzifə öhdəliklərinə biganə münasibət bəsləməsini təsdiq edir. Eyni zamanda istismarda olan qaz sayğacına müdaxilə edilməsinə və digər şəkildə təbii qazdan istfadə qaydalarının pozulmsına şərait yaradır. Əgər xidməti ərazidə istehlakçının mənzilində qaz sayğacında hər hansı qüsurun mövcud olması və ya oxunma dövründə hər hansı çətiliyin yaranması müəyyən edildiyi halda qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri tərəfindən xidmət rəisinə yazılı məlumatın verilməsi onun vəzifə öhdəliyidir. Çilingərin üzərinə götürdüyü əsas öhdəliyi çərçivəsində xidmət göstərdiyi ərazidə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi, daşıyıcı və məhəllədaxili qaz xətlərində qoşulma nöqtəsinədək qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxışın keçirilməsi və aşkar edilmiş sızmaların aradan qaldırılması, sızmanın qarşısının alınması mümkün olmadıqda və ya ehtiyat hissələri olmadıqda plomb və tıxac vurulmaqla qazın verilməsinin dayandırılması, akt tərtib edilməklə abonentlərə xəbərdarlıq edilməsi və müvafiq qaydada xidmət sahəsinə məlumat verilməsi, nəzarətölçü cihazlarında qarşıya çıxan nasazlıqların aradan qaldırılması, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi, dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi, bildirişlərin vaxtlı vaxtında istehlakçılara təqdim edilməsi, istifadə olunmuş qazın dəyərinin bildirişlərin təqdim edilməsindən bir ay ərzində yalnız poçt, bank, özünə xidmət terminalları, yaxud real vaxt rejimində mövcud elektron ödəniş sistemləri vasitələrilə vaxtında və düzgün ödənilməsinə nəzarət edilməsi, qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal xidmət sahəsinə məlumat verilməsi, rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatın təqdim edilməsi, binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə ayrılan qaz xəttlərinə vizual baxışın keçirilməsi, bağlayıcı qurğuların, qaynaq və yivli birləşmələrin müvafiq qaydada yoxlanılması, aşkar olunan nasazlıq və ya qaz sızmasını ləğv etdikdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatın təqdim edilməsi, qaz xəttlərinin üzərində quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sokülməsi, sındırılması zamanı dərhal akt tərtib etməklə və qaz təminatını dayandırmaqla aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi, təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi; Xidmət göstərdiyi sahədə qaz sızması, zədələnmə halları və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsini təmin etməlidir. 6. İddiaçı barəsində Həmkarlar təşkilatına təqdimat verilməsi; İddiaçıla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə xitam verilməsinin müzakirəsinə səbəb olmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00917 saylı təqdimatla Zaqatala RQİİnin Həmkarlar təşkilatına müraciət edilmişdir. 7. Həmkarlar təşkilatında İddiaçı barəsində təqdimata baxılması; Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2022-ci il tarixdə nəzərdə tutulmuş iclasında sözügedən təqdimatın müzakirəsi ilə bağlı əvvəlcədən İddiaçı rəsmi qaydada və telefon vasitəsilə məlumatlandırılmışdır. Lakin İddiaçı Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2022-ci il tarixində olan iclasda iştirak etməmişdir. Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2022-ci il tarixdə baş tutmuş iclasında Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. 9. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi; Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00046 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixli SOCAR**********630560046X01103 saylı məktub təqdim edilərək əmək kitabçası, əmrin surəti və digər sənədlərin surətinin Zaqatala RQİİdən götürülməsi xahiş edilmişdir. Lakin İddiaçı SOCAR**********10170469X00014 saylı ərizə təqdim edərək göstərilən sənədlərin məktub vasitəsilə ona göndərilməsini xahiş etdiyindən həmin sənədlər ona poçt vasitəsilə təqdim edilmişdir. 10. Əmək müqaviləsinə xitam verilərkən rəhbər tutulmuş normalar: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 10-cu maddəsinin “a” və “b” bəndləri, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci yarım bəndi, 72-ci maddəsinin “e” bəndi, 80-cı maddəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 11. Məhkəməyə müraciət edilərkən İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülməsi: İddiaçı xx.xx.2022-ci il tarixli mediasiya prossesinin tətbiqi barədə təkliflə (d/o: xx.xx.2022, 46X00455) Zaqatala RQİİyə müraciət etmiş və həmin təklifi baxılması üçün eyni zamanda Azərbaycan Respublikası Müdiasiya Şurasına göndərmişdir. Bununla əlaqədar olaraq mediator X9 MŞİH-17593 saylı mediasiyaya dəvət məktubu hazırlayaraq Zaqatala RQİİ-nin xx.xx.2022-ci il saat 12:00-dan-13:00-a kimi nəzərdə tutulmuş mediasiya prossesinə dəvət etmişdir (d/o: xx.xx.2022, 33B00824), lakin həmin gün iclas baş tutmamış və yalnız hazırda məhkəmə icraatı zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli MŞİH-17593 saylı ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə mediasiya prossesinin tətbiqi barədə təkliflə xx.xx.2022-ci ildə Zaqatala RQİİ-yə müraciət ediləndə mediasiya prossesi başlamış və xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilənədə mediasiya prossesi başa çatmışdır. Başqa sözlə müddətin axımı xx.xx.2022-ci il tarixdə kəsilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə müddətin axımı yenidən başlamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9- cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8, 29.2 və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3 və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Mülki iş materiallarından da göründüyü kimi İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı müddət axımının başladığı xx.xx.2022-ci il tarixdən 1 ay 7 gün sonra məhkəməyə müraciət etmişdir. Başqa sözlə İddiaçı verilmiş əmrlə razılaşmadığından iddia müddətini bir aydan çox müddətə ötürməklə (yəni hazırkı mərhələdə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayış aldıqdan sonra) xx.xx.2022-ci il tarixdə hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı müddətin axımının başlandığı xx.xx.2022- ci il tarixdən bir ay müddətində hazırkı tələblə məhkəməyə müraciət etməli halda əksinə 1 ay 7 gün sonra xx.xx.2022-cu il tarixdə elektron qaydada məhkəməyə müraciət etmiş və onun ərizəsi iddia müddətinin ötürüldüyü 7 gün sonra məhkəmədə qeydiyyata alınmışdır. Beləliklə İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə 7 gün iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-3-cü hissələrinə əsasən, bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Zaqatala X13 İdarəsinə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 29 mart 2022-ci il tarixli SOCAR**********00070020B00046 saylı əmrinin ləğv edilərək, onun işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqımın ödənilməsi barədə” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, qanunsuz olaraq işdən çıxarılmışdır. Belə ki, o, nümunəvi işçi olmuş və vəzifələrini lazımınca icra etmişdir. O, cavabdehə vətəndaşların istifadəsində olan sayğaclarda olan qüsurlara görə rəsmi qaydada bildirmiş və bu barədə sənəd təqdim etmişdir. O, izahatında onu da qeyd etmişdir ki, onun istifadəsində olan qaz sayğacına müdaxilə edilməmiş və cavabdeh idarə tərəfindən onun arvadı X1 istifadəsində olan sayğaca qanunsuz olaraq cərimə yazılmışdır. Həmin cərimə borcu məhkəmə qətnaməsinə əsasən qanunsuz yazıldığına görə silinmişdir. Hazırda həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. O, hesab edir ki onun barəsində iddia müddıti təmin oluna bilməz, belə ki, o, məhkəməyə vaxtında müraciət etsə də məhkəmə onun ərizəsini nöqsanlara görə qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı iş yerində etdiyi nöqsanlara görə işdən azad edilmişdir. Hətta iddiaçı öz mənzilində işlədilən sayğaca müdaxilə etmiş və onun istifadəsində olan sayğacdakı borc Ağdaş rayon məhkəməsinin qətnaməsinə əsasən silinmişdir. Həmin qətnamədən tərəflərindən apelyasiya şikayəti verilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, o, Zaqatala RQİİ-nin QB və SŞ-nin rəisi vəzifəsində işləyir. İddiaçı öz işində laqeyd olmuşdur və o, işində ciddi nöqsanlar buraxmışdır. Dəfələrlə onun xidmət etdiyi ərazidə sayğaclar abonetlər tərəfindən çıxarılmış və o, xətlərə baxmamışdır. İddiaçı vətəndaşın sayğacına baxış keçirmədən artıq pul yazmış və abonetlə aralarında yaranmış mübahisə nəticəsində pulunu özü ödəmişdir.

8. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayından Ağdaş Qİİ-də təbii qazın satışı idarəsinin rəisi vəzifəsində işləyir. İddiaçının xidmət etdiyi ərazidə çox nöqsanlar olmuşdur. O, sayğaca qayka birləşməsinə vurulan plombların qırılmasına göz yummuşdur. O, vətəndaşların sayğacında nöqsanların olduğunu görmüş olsa da bu barədə idarəyə rəsmi qaydada məlumat verməli olduğu halda verməmişdir. İddiaçı vətəndaşların sayğacında olan sərfiyyatdan artıq rəqəmlər yazaraq onlara artıq pul ödətmişdir. İddiaçı tərəfindən olan pozuntular aktlaşdırılmışdır.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı, Zaqatala RQİİ-nin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmir üzrə çilingər peşəsinə qəbul edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozduğu üçün, ona cavabdehin 14 fevral 2021-ci il tarixli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 29 aprel 2021-ci il tarixli əmri ilə töhmət, 15 iyul 2021-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24 sentyabr 2021-ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilsə də, o, öhdəliklərini və əmək funksiyalarını pozmaqda davam edərək 21 oktyabr 2021-ci il tarixdə abonent Rahib Süleymanovun sayğacının keçən qazı hesablamaması, 30 noyabr 2021-ci il tarixdə abonent Əvəz Məmmədovun sayğacının qazı keçirməməsi, abonentlər Əhmədağa Əhmədov və Polad Paşayevin qaz sayğaclarının sərfiyyatı şübhəli olması barədə yalnız hər ayda bir dəfə olmaqla cəmi 2 ay üzrə 4 abonent barəsində məlumatları aidiyyəti üzrə vermiş, sayğacın qaz sərfini hesablamadığı, sayğacdan kənar xəttin mövcudluğu, sayğaca və plomba müdaxilə edilməsi barədə 9 hal barədə isə məlumatları verməmiş, həmin hallar aparılmış yoxlama zamanı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ili əhatə edər dövrdə aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş baxış zamanı onun 45 istehlakçının qaz hesablarına 6090 m3 əlavə sərfiyyat yazaraq AGİS bazasına təqdim etdiyi müəyyən edilmişdir. İddiaçı abonent Rafiqin Məmmədovun qaz sayğacını şəbəkədən açaraq rezin boru ilə təbii qazdan qanunsuz istifadə edildiyi aşkar etməsinə və qaz verlişini dayandırmasına baxmayaraq, zərər vuran şəxsə qarşı müvafiq qərarın qəbul edilməsi üçün zəruri olan bu barədəki məlumatı aidiyyəti üzrə məlumat verməmiş, abonentin təkrar qoşulması zamanı isə hər hansı tədbir görməmiş və məlumat verməmişdir. Bu hal aparılmış yoxlama zamanı aşkar edilmişdir. Sadalanan halların baş verməsi isə müəssisəyə ziyan dəyməsinə səbəb olmuşdur. Həmkarlar İttifaqı xx.xx.2022- ci il tarixli iclas qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və 29 mart 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

10. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, xx.xx.2022-ci il tarixdə mediasiya prossesinin tətbiqi barədə təkliflə cavabdehə və Mediasiya Şurasına müraciət etmiş, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş iddiaçı xx.xx.2022-ci il tarixdə müəyyənləşdirilmiş qaydada iddia irəli sürdüyündən iddia müddətinin axımı kəsilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsindən, hazırkı iddianın verilməsinədək olan müddət ərzində iddiaçı iddia müddətini keçirməmişdir.

11. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin “məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, iddiaçı isə əmək funksiyasını pozduğundan, nəticədə müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququ pozulmaqla, qanuni mənafeyinə ciddi xələl dəydiyindən, məlumat vermədiyi çoxsaylı qaz sərfini hesablamayan sayğaclar, sayğacdan kənar qoşulmalar, sayğaca və plomba müdaxilələr qaz itkisinə səbəb olmaqla cavabdehi zərərə uğratdığından, bununla da cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olduğundan, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, iddia tələbi bütövlükdə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya dair xərc iddiaçının özünə aid edilməlidir.

12. Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)-706/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72 və 80-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. İş materiallarına əlavə olunmuş 13 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir.

15. İş materiallarına əlavə olunmuş 12 noyabr 2018-ci il tarixli 294-K saylı əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı 12 noyabr 2018-ci il tarixdən Zaqatala X13 İdarəsinin Ağdaş rayonu uzrə” Təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmir üzrə çilingər vəzifəsinə qəbul edilmişdir.

16. İş materiallarına əlavə olunmuş Cavabdeh Zaqatala X13 İdarəsinin rəisi Xalıq Namazov tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Zaqatala X13 İdarəsinin Təbii qazın qəbulu və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatından görünür ki, həmin təlimatın 1.4-cü bəndinə əsasən 4-5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər İdarənin daxili və intizam qaydalarını bilməli və həmin qaydalara riayət etməli, 2.2-ci bəndinə əsasən əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət etməli, 2.4-cü bəndinə əsasən bütün əhali və qeyri-əhali abonentlərinin mənzillərində ayda bir dəfə olaraq sayğac göstəricilərini çıxarmalı, 2.5-ci bəndinə əsasən mexaniki sayğaclı bütün əhali abonentlərinin mənzillərində tərtib edilmiş qrafikə əsasən sayğac göstəricilərinin əl terminalları vasitəsi ilə çıxarmalı, abonentlərə bildirişləri paylamalı, 2.7-ci bəndinə əsasən bildirişləri vaxtıvaxtında əhali və qeyri-əhali abonentlərə təqdim etməli, istifadə olunmuş qazın dəyər məbləğinin ödənilməsini təmin etməlidir.

17. İş materiallarına əlavə olunmuş Ağdaş rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-784/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Zaqatala X13 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən X1 **********01110 saylı abonent koduna vurulmuş 518,40 manat borc silinmişdir

18. İş materiallarına əlavə olunmuş 14 fevral 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr verilmişdir.

19. İş materiallarına əlavə olunmuş 29 aprel 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və işinə səhlənkar yanaşdığına görə, Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilməsi barədə əmr verilmişdir.

20. İş materiallarına əlavə olunmuş 15 iyul 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və işinə səhlənkar yanaşdığına görə, Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir.

21. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və işinə səhlənkar yanaşdığına görə Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir.

22. İş materiallarına əlavə olunmuş nəzarətçi çilingər İddiaçı tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli Ağdaş XS üzrə nəzarətçi çilingərlər tərəfindən gün ərzində görülmüş işlər və aşkar olunan nöqsanlar barədə məlumatdan görünür ki, abonent Şəfiqə İbrahimovanın 461842 nömərli sayğacı oxunmur və qüsurludur kimi qeydlər aparılmışdır

23. İş materiallarına əlavə olunmuş nəzarətçi çilingər İddiaçı tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli Ağdaş XS üzrə nəzarətçi çilingərlər tərəfindən gün ərzində görülmüş işlər və aşkar olunan nöqsanlar barədə məlumatdan görünür ki, abonent Rahib Süleymanovun 40060573 nömərli sayğacı qaz keçirib yazmır barədə qeydlər aparılmışdır.

24. İş materiallarına əlavə olunmuş nəzarətçi çilingər İddiaçı tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli Ağdaş XS üzrə nəzarətçi çilingərlər tərəfindən gün ərzində görülmüş işlər və aşkar olunan nöqsanlar barədə məlumatdan görünür ki, abonent Əvəz Məmmədovun ********** nömərli sayğacı qaz keçirmir, abonent Əhmədağa Əhmədovun 12637850 saylı qaz sayğacın sərfiyyatı şübhəli, abonent Polad Paşayevin 40083549 nömərli sayğacın sərfiyyatı şübhəlidir kimi qeydlər aparılmışdır.

25. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin əməkdaşları E.Həşimov, R.Buqayeva və E.Elnur tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 23 noyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı ******* nömrəli qaz sayğacı 29/1710-04551-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq var. X7 aktı imzalamamışdır.

26. İş materiallarına əlavə olunmuş 2022-ci ilin fevral ayında Ağdaş XS-ın çilingəri İddiaçı xidməti sahəsində aşkarlanan nöqsanlar barədə siyahıdan görünür ki, abonent kodu **********00420 olan abonent Nəriman Kərimovun 10328642 nömərli sayğacının yan tərəfi müdaxilə edilmiş və rəydə öz əksini tapmışdır -xx.xx.2022, abonent kodu **********02240 olan abonent Əli Məmmədovun 12626567 sayğacı qaz sərfini qeyd etmirxx.xx.2022, abonent kodu **********00750 olan Murad Rüstəmovun **********9 nömərli sayğacı qaz sərfini qeyd etmir -xx.xx.2022, abonent kodu **********02560 olan Hafiz Hacıyevin **********9 nömərli sayğac qaz sərfini qeyd etmir -xx.xx.2022, abonent kodu **********00990 olan Yaqub Kərimovun ******* nömərli sayğacın yan tərəfi müdaxilə edilmişdir- xx.xx.2022, abonent kodu **********00890 olan Elton Hümbətovun **********6 nömərli sayğacı qaz sərfini qeyd etmir -xx.xx.2022, abonent kodu **********01750 olan abonent Mehman Cabbarovun **********6 saylı sayğacının Z plombuna müdaxilə edilmişdir- xx.xx.2022, abonent kodu **********00240 olan Yeganə Paşayevanın 10562973 nömrəli sayğacın yan tərəfi müdaxilə edilmişdir- xx.xx.2022, abonent kodu **********00480 olan Rafiq Məmmədovun **********03 nömrəli sayğacdan kənar xətt. sayğac çıxarılıb birbaşa şlanq birləşdirlmişdir-xx.xx.2022-ci il.

27. İş materiallarına əlavə olunmuş 09 mart 2022-ci il tarixli təqdimatdan görünür ki, Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsini xahiş etmişlər.

28. İş materiallarına əlavə olunmuş Zaqatala RQİİ-nin Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli iclas protokolunun surətindən görünür ki, həmkarlar ittifaqı təşkilatı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir.

29. İş materiallarına əlavə olunmuş Zaqatala X16 İdarəsinin 29 mart 2022-ci il tarixli SOCAR**********000070020B00046 nömərli əmrindən görünür ki, Birliyin Zaqatala RQİİnin Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 188 saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmənin xx.xx.2022-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir.

30. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

31. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh orqanda işlədiyi müddətdə nəzarət etdiyi ərazidə abonentlərə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaclara mütəmadi olaraq nəzarət etmişdir. Sayğaclarda müəyyən şübhələr və ya müdaxilələr və ya sayğacdan kənar istifadə onun tərəfindən aşkar olunduğu hallarda, bu barədə dərhal rəhbərliyə rəsmi məlumat vermişdir. Əmək müqaviləsinə xitam verildiyi ərəfələrdə ixtisarlar olmamışdır. O ailəlidir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladları olmaqla 6 nəfər ailə üzvləri var. Ailəsində ancaq o işləyir və ailənin ondan başqa qazanc gətirən üzvü yoxdur.

32. Göründüyü kimi cavabdeh orqan əmək fəaliyyətində heç bir ciddi nöqsanları olmadığını, ailəli olmağını və ailənin yeganə qazanc gətirən üzvü olmamğını, uzun müddət həmin orqanda işləməyini, peşəsinə mükəmməl yiyələnməyini, işlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmağını, heç bir hüquqi əsasları olmadan onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edərək onun Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını pozmuşdur.

33. O, işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, peşəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ona töhmət və şiddətli töhmət verilməsi barədə əmrlərdən xəbəri olmamışdır. Bu barədə hər hansı iclas keçirilməmiş, əmək fəaliyyəti müzakirə olunmamışdır. Cavabdeh tərəfindən o həmin əmrlərlə tanış edilməmiş və əmrlər ona təqdim olunmamışdır.

34. İşlədiyi müddətdə qaz sayğaclarında onun tərəfindən aşkar edilmiş nöqsanlar barədə dərhal rəhbərliyi rəsmi qaydada məlumatlandırsa da, işə baxan məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əsassız və qərəzli sənədləri əsas götürmüşdür. Cavabdeh tərəfindən ona verilmiş töhmət və şiddətli töhmətlərdən onun xəbəri olmamışdır. Lakin işə baxan məhkəmə bunları nəzərə almamış, iddia tələbini rədd edərkən onun hüquqlarını pozmuşdur.

35. Cavabdeh tərəfindən onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyi və ya əmək vəzifələrini kobud şəkildə pozmağına dair məhkəməyə təqdim olunmuş sənədlərin hamısı o iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hazırlandığından həmin sənədlərin heç bir hüquqi əsasları yoxdur. Belə ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək və ya əmək vəzifələrini kobud şəkildə pozmaq kimi hallar olsaydı, bu barədə cavabdeh tərəfindən ona rəsmi qaydada irad tutular, ona töhmət və şiddətli töhmət verilməsi barədə əmrlərlə tanış edilərdi.

36. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar təşkilatı tərəfindən ona heç bir məlumat verilməmiş və bununla da həmin təyin edilmiş iclasda iştirakı təmin edilməmişdir. Həmkarlar təşkilatı tərəfindən qəbul edilmiş qərar ona rəsmi qaydada verilməmiş, həmin qərarla tanış olmamışdır. Cavabdeh tərəfindən həmkarlar təşkilatına göndərilmiş təqdimat, təşkilat tərəfindən tərtib edilmiş qərar formal xarakter daşıyır. “Keçirilmiş” iclas və “qəbul edilmiş” qərar qanun pozuntusu ilə həyata keçirildiyindən heç bir hüquqi əsası yoxdur. Lakin işə baxan məhkəmə bütün bu qanun pozuntularına hüquqi qiymət verməmiş, bütün bunlara qarşı onun etirazını nəzərə almamışdır.

37. Ona görə də, İddiaçı cavabdeh “Azəriqaz istehsalat Birliyi”nin Zaqatala X16 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi tələbi”nə dair 2(033)-706/2022 saylı iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsaslı olduğundan təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)-706/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)- 706/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 31-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, həmin hallar iddiaçının Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas hesab oluna bilməz.

49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 36-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarının 151-156-cı vərəqlərində yer alan Azəriqaz İB-nin Zaqatala X16 İdarəsinin Zaqatala RQİİ-nin X4 09 mart 2022-ci il tarixli təqdimatına cavab olaraq Zaqatala RQİİ-nin Həmkarlar İttifaqının xx.xx.2022-ci il tarixli iclası keçirilmiş, idarə heyətinin üzvlərinin iştirakı ilə keçirilmiş həmin iclasa İddiaçı dəvət edilmiş və həmin tarixli iclas protokolu ilə həmkarlar ittifaqı təşkilatı İddiaçı ilə Azəriqaz İB arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir.

50. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 9-cu bəndlərində göstərilmiş hallarla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir.

51. Bu qətnamənin 11-ci bəndində birinci instansiya məhkəməsinin məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi ilə bağlı gəldiyi nəticə göstərilmişdir ki, məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır.

52. Belə ki, iddia tələbinin “məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunubolunmamasından asılı olduğundan, iddiaçı isə əmək funksiyasını pozduğundan, nəticədə müəssisənin istehlak olunmuş qazın dəyərini tələb etmək hüququ pozulmaqla, qanuni mənafeyinə ciddi xələl dəydiyindən, məlumat vermədiyi çoxsaylı qaz sərfini hesablamayan sayğaclar, sayğacdan kənar qoşulmalar, sayğaca və plomba müdaxilələr qaz itkisinə səbəb olmaqla cavabdehi zərərə uğratdığından, bununla da cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olduğundan, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, iddia tələbi bütövlükdə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya dair xərc iddiaçının özünə aid edilməlidir.

53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)-706/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(033)-706/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar