Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-790/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X6 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X9 Sistemlərinin İstismarı İdarəsinə qarşı “işə bərpa olunma tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Dövlət su X2 su meliorasiya xidməti publik hüquqi şəxs X9 Sistemlərinin istismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 58 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının həmin idarənin nəqliyyat İstehsalat və X5 sürücüsü-minik maşını vəzifəsinə bərpa olunmasını, həmçinin iddiaçının xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 13 iyun 2025-ci il tarixli, 2(016)- 932/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət su X2 su meliorasiya xidməti publik hüquqi şəxs X9 Sistemlərinin istismarı İdarəsinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmış və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...X9 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs statusuna malik olmasa belə, qanunvericilik və təşkilati-hüquqi fəaliyyətinə əsasən tərəf qismində iştirak edə bilər. Çünki onun fəaliyyəti nəticəsində hüquqi münasibətlər yaranıb və həmin münasibət üzrə məsuliyyət daşıyır. Əmək münasibətləri konkret olaraq həmin strukturla qurulmuşdur. Bu baxımdan, cavabdehin yalnız mərkəzi qurum deyil, faktiki əmri verən yerli struktur da ola biləcəyi hüquqi baxımdan əsaslandırılmışdır. Odur ki, Ağsu Rayon Məhəkəməsin 13 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı qərardadının ləğv edilməsi və iddia ərizənin icraata qəbul edilməsi barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı qəraradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(016)- 932/2025 saylı qərardadı ləğv edilməli, mülki işin materialları Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh olaraq Azərbaycan Dövlət Su X2 Su Meliorasiya xidməti publik hüquqi şəxs X9 Sistemlərinin istismarı İdarəsinə yox, Azərbaycan X1rşı iddia qaldırmalıdır. Həmçinin hüquqi ünvanı kimi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 67-dir. İddia da hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Belə olan halda, hazırkı işə ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsində baxılmalı olması müəyyən edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini bu əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsaəsn hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: - 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; - 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; - 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyil- dirsə; - 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; - 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; - 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; - 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; - 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; - 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; - 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; - 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin düzgün olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə iddia ərizəsini geri qaytarsada, yuxarıda qeyd edilən normalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilərdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi hallarına düzgün qiymət verməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla səhvə yol vermişdir. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş X7 xidməti publik hüquqi şəxs X9 Sistemlərinin İstismarı İdarəsinin Əsasnaməsinin 4.1-ci bəndindən görünür ki, ... idarənin ştat cədvəlinə uyğun olaraq idarənin struktur bölmələrinin rəhbərlərini, işçiləri vəzifəyə vəzifəəyə təyin vəzifədən azad olunmaları Xidmətlə razılaşdırılmaqla (fəhlə heyəti istisna olmaqla) idarənin rəhbəri tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 4.3-cü bəndində göstərilmişdir ki, idarə vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı (vəzifəyə təyin və vəzifədən azad edilməsi Xidmət tərəfindən həyata keçirilən işçilər istisna olmaqla) işçilərlə əmək müqaviləsi bağlayır və onlar barəsində qanunvericilikdə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsini təmin edir. İş materiallarının 3-cü vərəqəsində olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 58 saylı əmri də X9 Sistemlərinin İstismarı İdarəsinin rəisi imzalamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267, 397-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı qərardadı tam, 24 iyun 2025-ci il tarixli, 2(016)-932/2025 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-790/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-790/2025
24.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver