Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-791/2022 23.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi X2rşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş burахmа üçün əmək hаqqı, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(075)-626/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsdə xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 arasında 28 fevral 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı cavabdeh təşkilatda xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə iddiaçı öz işinin öhdəsindən gəlmişdir. Lakin xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən iddiaçının işdə yol verdiyi nöqsana görə akt tərtib edilmiş, eyni zamanda İddiaçı izahat alınmışdır. Bundan sonra “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsinin müvəqqəti icraçısı, direktor müavini-baş həkim Sərxan Musayev 28 oktyabr 2021-ci il tarixli 1344/1 saylı məktubla “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 X4 İttifaqı Şurasının sədri İradə xanım Xəlilovaya müraciət edərək, İddiaçı işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. 02 noyabr 2021-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 X4 İttifaqı Şurasının iclası keçirilmiş, heyət üzvləri çıxışlarında İddiaçı işdən çıxarılmasına razı olmadıqlarını bildirmişlər, lakin nədənsə iclasın sonunda qəbul edilmiş qərarla İddiaçı barəsində tənbeh tədbirinin tətbiqinin direktorun səlahiyyətində olması vurğulanmaqla direktorun hər hansı cəza tədbiri görməsinə etiraz edilməmişdir. Bundan sonra “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktor müavini X16 rəhbəri Ruziyə xanım Hüseynova xx.xx.2021-ci il tarixli 221 saylı məktubla “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsinin müvəqqəti icraçısı, direktor müavini-baş həkim Sərxan Musayevə müraciət edərək, İddiaçı ailəli və iki azyaşlı övladının olmasını nəzərə alaraq, cəza tədbirinin töhmətlə əvəz edilməsini xahiş etmişdir. Lakin “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsinin müvəqqəti icraçısı, direktor müavini-baş həkim Sərxan Musayev yuxarıda qeyd edilənləri nəzərə almamış, 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “e” bəndində sadalanan hallara görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş və iddiaçını tutduğu vəzifəsindən azad etmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-72, 76,84-cü maddələrinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, İddiaçı ilə bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmişdir. Belə ki, İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması halı təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı istinad edilən əməl nəticəsində cavabdeh təşkilatın qanuni mənafeyinə ciddi xələl gətirilməmişdir. Həmçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Beləliklə də cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsinin müvəqqəti icraçısı, direktor müavini-baş həkim Sərxan Musayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyədək həlli ilə bağlı mediatora müraciət edilsə də tərəflər arasında mediasiya qaydasında barışıq əldə edilməmişdir. Bu səbəbdən də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli, 2(075)-626/2022 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi X2rşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsdə xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 28 fevral 2020-ci il tarixdən Şəki Rayon X9 Hüquqi Şəxsin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsində işləmişdir. Onun əmək funksiyalarına müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatının aparılması, xəstələrin tibbi kartoçkalarının saxlanılması və həkimin kabinetinə çatdırılması aid edilmişdir. Lakin, Şəki Rayon X9 Hüquqi Şəxsin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsində işləmiş İddiaçı işlədiyi müddətdə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Şəki Rayon Mərkəzi X1i mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, İddiaçı 21 avqust 2021-ci il tarixdə işdə olduğu zaman Şəki RMX-sı PHŞ-nə müraciət edən Gülşən Mustafayeva adlı xəstədən analiz cavablarını çıxartmaq üçün kağız pulu adı altında 1 manat kağız pulu almış, bir daha bu hərəkətlərin təkrarlanmayacağına vəd versə də 21 oktyabr 2021-ci il tarixdə işdə olduğu zaman Şəki RMX-sı PHŞ-si Perinatal Mərkəzinə müraciət etmiş xəstə Xavər Səmədovanın ərindən qeyri-qanuni olaraq 5 manat ödəniş almış və bu hal Şöbədə səs-küylə nəticələnmişdir. Hər iki pozuntu İddiaçı izahatları ilə təsdiq edilməklə yanaşı, 21 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisə Şəki RMX-sı PHŞ-si Perinatal Mərkəzinin rəhbərinin və əməkdaşlarının iştirakı ilə aktlaşdırılmış, akt digər iştirakçılarla yanaşı İddiaçı tərəfindən də imzalanmışdır. Şəki Rayon X9 Hüquqi Şəxsinin direktor vəzifəsinin müvəqqəti icraçısı, baş həkimi Sərxan Musayev tərəfindən X18 X6 sədri İradə Xəlilovaya yazılmış 28 oktyabr 2021-ci il tarixli təqdimatla Şəki RMX-nın direktor müavini, Perinatal Mərkəzin rəhbəri X5 tərəfindən tərtib olunmuş 21 oktyabr 2021-ci il tarixli akta əsasən Şəki Rayon X9 Hüquqi Şəxsində xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. X18 X6 02 noyabr 2021-ci il tarixli, 33 nömrəli protokoluna əsasən X18 X6 02 noyabr 2021-ci il tarixli iclasında Şəki Rayon X9 Hüquqi X8 Şurasına ünvanladığı 28 oktyabr 2021-ci il tarixli, 1344/1 saylı müraciətə əsasən xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı işdə buraxdığı nöqsanlara görə işdə qalıbqalmaması məsələsi müzakirə edilmiş, Şəki Rayon X9 Hüquqi Şəxsinin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı öz iştirakı ilə tərtib olunmuş aktın və baş həkim Sərxan Musayev tərəfindən göndərilmiş məlumat müzakirə edilmiş, X18 X12 həmin hadisənin yaxşı qarşılanmadığını, yolverilməz olduğu qərara almış, işçiyə inzibati cəzanın verilməsi direktorun səllahiyyətində olduğu üçün direktorun hər hansı cəza tədbiri görməsinə etiraz edilməməsi qərara alınmışdır. Şəki Rayon X9 Hüquqi Şəxsinin baş həkiminin 19 noyabr 2021-ci il tarixli, 2071 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 72ci maddənin “e” bəndində sadalanan hallara görə Şəki rayon X9 Hüquqi Şəxsinin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 noyabr 2021-ci il tarixdən xitam verilmiş, o, tutduğu vəzifəsindən azad edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tərəfindən iddiasının əsası kimi iddia tələbində ona istinad edilən pozuntuların onun tərəfindən törədilməsi istisna edilməmiş, lakin onun hərəkətləri nəticəsində cavabdeh təşkilatın qanuni mənafeyinə ciddi xələl gətirilmədiyini, barəsində digər tənbeh tədbirinin tətbiq edilməsi imkanları nəzərdən keçirilmədən birbaşa ən ağır tənbeh tədbiri tətbiq edilərək işdən azad edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını, bununla bağlı cavabdeh tərəfindən əmr verilərkən Əmək Məcəlləsinin tələblərinin pozulduğunu göstərmişdir. Lakin İddiaçı bununla bağlı göstərdiyi hallar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olmadığı kimi, məhkəmə iclasları zamanı da İddiaçı izahatlarında göstərilən hərəkətlərə yol verməməsi, yəni barəsində tərtib edilmiş aktda göstərilən pozuntunu etməməsi, eyni zamanda iddiasının əsaslı olduğunu göstərə biləcək hallar sübuta yetirilməmişdir. Əksinə cavabdeh Şəki rayon Mərkəzi Xəstəxanasının nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə, o cümlədən iddiaçının izahatları və tərtib edilmiş aktla tam təsdiq edilir ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları ilə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, İddiaçı Şəki RMX PHŞ-nə müraciət etmiş xəstədən qeyri-qanuni ödəniş tələb etməsi xəstə və onun yaxını tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, həmin narazılıq xəstəxanada səs-küyün yaranması ilə nəticələnmiş, beləliklə də həm şikayətçi, həm də digər şəxslərdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşdırmışdır. Şəxsin tibb müəssisəsinə sağlamlıq imkanlarının bərpa və yaxşılaşdırılması məqsədi ilə müraciət etməsi, tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasının tibb müəssisəsindən xəstələrin digər bir tibb müəssisələrinə axın etməsi, ona etimadın azalması ilə nəticələnməsi, nüfuzu aşağı düşmüş tibb müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilməlidir. Buna görə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsinin 19 noyabr 2021-ci il tarixli, 2071 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndində sadalanan hallar olduğundan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsindən azad edilmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsi tərəfindən İddiaçı işdən azad edilməsi haqqında 19 noyabr 2021-ci il tarixli əmr verilmiş və həmin əmr verilərkən qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır. İddiaçının iddia tələbində əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-72, 76,84-cü maddələrinin tələblərinin pozulmasına dair göstərdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi X2rşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsdə xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmri qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmaqla verilmişdir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, İddiaçı ilə bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Ona görə də iddiaçı hesab etmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsinin müvəqqəti icraçısı, direktor müavini-baş həkim Sərxan Musayev Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının məzmununa nəzər yetirməmiş və bu normaların tələblərini görməzdən gəlmiş, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənərək, qətnamədə qeyd etmişdir ki, “İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları ilə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.” Bildirir ki, iş materiallarında işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlməsini təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə qətnaməsində göstərmişdir ki, “Belə ki, İddiaçı Şəki RMX PHŞ-nə müraciət etmiş xəstədən qeyri-qanuni ödəniş tələb etməsi xəstə və onun yaxını tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, həmin narazılıq xəstəxanada səs-küyün yaranması ilə nəticələnmiş, beləliklə də həm şikayətçi, həm də digər şəxslərdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşdırmışdır.” İş materiallarında hər hansı bir şəxsdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşmasını da təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə qətnaməsində göstərilmişdir ki, “Şəxsin tibb müəssisəsinə sağlamlıq imkanlarının bərpa və yaxşılaşdırılması məqsədi ilə müraciət etməsi, tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasının tibb müəssisəsindən xəstələrin digər bir tibb müəssisələrinə axın etməsi, ona etimadın azalması ilə nəticələnməsi, nüfuzu aşağı düşmüş tibb müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilməlidir.” Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq üçün ilk növbədə cavabdeh tərəfindən məhkəməyə əhalinin tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasını, tibb müəssisəsindən xəstələrin digər bir tibb müəssisələrinə axın etməsini, əhalinin cavabdeh tibb müəssisəsinə etimadının azalması təsdiq edən mötəbər sübutlar təqdim edilməli idi. Belə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi halda, məhkəmənin yuxarıda qeyd edilən nəticəyə gəlməsi onlarda çox böyük təəccüb hissi doğurur. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə qarşı etirazında göstərilənləri və öz fərziyələrini əsas hesab edərək, qeyd edilən maddi hüquq normalarının dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Eyni zamanda birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub-olmadığını müəyyən etməli idi ki, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, qətnaməsində “Şəxsin tibb müəssisəsinə sağlamlıq imkanlarının bərpa və yaxşılaşdırılması məqsədi ilə müraciət etməsi, tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasının tibb müəssisəsindən xəstələrin digər bir tibb müəssisələrinə axın etməsi, ona etimadın azalması ilə nəticələnməsi, nüfuzu aşağı düşmüş tibb müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilməlidir.” cümləsini yazmaqla gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən etmişdir ki, İddiaçı onun hərəkətləri nəticəsində cavabdeh təşkilatın qanuni mənafeyinə ciddi xələl gətirilmədiyini, barəsində digər tənbeh tədbirinin tətbiq edilməsi imkanları nəzərdən keçirilmədən birbaşa ən ağır tənbeh tədbiri tətbiq edilərək işdən azad edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını, bununla bağlı cavabdeh tərəfindən əmr verilərkən Əmək Məcəlləsinin tələblərinin pozulduğunu göstərmişdir. Hazırki mübahisənin həlli isə məhz İddiaçı hərəkətləri nəticəsində cavabdeh təşkilatın qanuni mənafeyinə ciddi xələl gətirilməsinin sübut edilməsindən asılı olduğu halda və iş üçün əhəmiyyəti olan hal kimi cavabdehin mənafeyinə ciddi xələl gətirilməsini sübut edən iş materiallarında heç bir sübut olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi kimi əsassız nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 2(075)-626/2022 saylı, xx.xx.2022-ciil tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi X2rşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 noyabr 2021-ci il tarixli 2071 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsdə xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli, 2(075)-626/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli 2(075)-626/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 2(075)- 626/2022 saylı, 08 aprel 2022-ci il tаrixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq qətnamənin mübahisələndirilən hissəsi üzrə ədalətli qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli, 2(075)- 626/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 28 fevral 2020-ci il tarixdən Şəki Rayon X9 Hüquqi Şəxsin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsində işləmişdir. Onun əmək funksiyalarına müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatının aparılması, xəstələrin tibbi kartoçkalarının saxlanılması və həkimin kabinetinə çatdırılması aid edilmişdir. Lakin, Şəki Rayon X9 Hüquqi Şəxsin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsində işləmiş İddiaçı işlədiyi müddətdə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Şəki Rayon Mərkəzi X1i mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, İddiaçı 21 avqust 2021-ci il tarixdə işdə olduğu zaman Şəki RMX-sı PHŞ-nə müraciət edən Gülşən Mustafayeva adlı xəstədən analiz cavablarını çıxartmaq üçün kağız pulu adı altında 1 manat kağız pulu almış, bir daha bu hərəkətlərin təkrarlanmayacağına vəd versə də 21 oktyabr 2021-ci il tarixdə işdə olduğu zaman Şəki RMX-sı PHŞ-si Perinatal Mərkəzinə müraciət etmiş xəstə Xavər Səmədovanın ərindən qeyri-qanuni olaraq 5 manat ödəniş almış və bu hal Şöbədə səs-küylə nəticələnmişdir. Hər iki pozuntu İddiaçı izahatları ilə təsdiq edilməklə yanaşı, 21 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisə Şəki RMX-sı PHŞ-si Perinatal Mərkəzinin rəhbərinin və əməkdaşlarının iştirakı ilə aktlaşdırılmış, akt digər iştirakçılarla yanaşı İddiaçı tərəfindən də imzalanmışdır. Şəki Rayon X9 Hüquqi Şəxsinin direktor vəzifəsinin müvəqqəti icraçısı, baş həkimi Sərxan Musayev tərəfindən X18 X6 sədri İradə Xəlilovaya yazılmış 28 oktyabr 2021-ci il tarixli təqdimatla Şəki RMX-nın direktor müavini, Perinatal Mərkəzin rəhbəri X5 tərəfindən tərtib olunmuş 21 oktyabr 2021-ci il tarixli akta əsasən Şəki Rayon X9 Hüquqi Şəxsində xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. X18 X6 02 noyabr 2021-ci il tarixli, 33 nömrəli protokoluna əsasən X18 X6 02 noyabr 2021-ci il tarixli iclasında Şəki Rayon X9 Hüquqi X8 Şurasına ünvanladığı 28 oktyabr 2021-ci il tarixli, 1344/1 saylı müraciətə əsasən xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı işdə buraxdığı nöqsanlara görə işdə qalıbqalmaması məsələsi müzakirə edilmiş, Şəki Rayon X9 Hüquqi Şəxsinin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı öz iştirakı ilə tərtib olunmuş aktın və baş həkim Sərxan Musayev tərəfindən göndərilmiş məlumat müzakirə edilmiş, X18 X12 həmin hadisənin yaxşı qarşılanmadığını, yolverilməz olduğu qərara almış, işçiyə inzibati cəzanın verilməsi direktorun səllahiyyətində olduğu üçün direktorun hər hansı cəza tədbiri görməsinə etiraz edilməməsi qərara alınmışdır. Şəki Rayon X9 Hüquqi Şəxsinin baş həkiminin 19 noyabr 2021-ci il tarixli, 2071 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 72ci maddənin “e” bəndində sadalanan hallara görə Şəki rayon X9 Hüquqi Şəxsinin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 noyabr 2021-ci il tarixdən xitam verilmiş, o, tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə qeyd edilən maddi hüquq normalarının məzmununa nəzər yetirməmiş və bu normaların tələblərini görməzdən gəlmiş, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənərək, qətnamədə qeyd etmişdir ki, “İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları ilə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.” Bildirir ki, iş materiallarında işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlməsini təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa, məhkəmə qətnaməsində göstərmişdir ki, “Belə ki, İddiaçı Şəki RMX PHŞ-nə müraciət etmiş xəstədən qeyriqanuni ödəniş tələb etməsi xəstə və onun yaxını tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, həmin narazılıq xəstəxanada səs-küyün yaranması ilə nəticələnmiş, beləliklə də həm şikayətçi, həm də digər şəxslərdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşdırmışdır.” İş materiallarında hər hansı bir şəxsdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşmasını da təsdiq edən heç bir sübut yoxdur. Kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İlkin olaraq kollegiya qeyd edir ki, məhkəmə iclasları zamanı İddiaçı izahatlarında yuxarıda qeyd edilən hərəkətlərə yol verməsi, yəni barəsində tərtib edilmiş aktda göstərilən pozuntunu etməsini təsdiq etmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə, o cümlədən iddiaçının izahatları və tərtib edilmiş aktla tam təsdiq edilir ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları ilə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Şəki RMX PHŞ-nə müraciət etmiş xəstədən qeyriqanuni ödəniş tələb etməsi xəstə və onun yaxını tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, həmin narazılıq xəstəxanada səs-küyün yaranması ilə nəticələnmiş, beləliklə də həm şikayətçi, həm də digər şəxslərdə cavabdeh müəssisə barəsində mənfi təsəvvür formalaşdırmışdır. Şəxsin tibb müəssisəsinə sağlamlıq imkanlarının bərpa və yaxşılaşdırılması məqsədi ilə müraciət etməsi, tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasına, eyni zamanda tibb müəssisəsinə etimadın azalması ilə nəticələnməsi, nüfuzu aşağı düşmüş tibb müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qəbul edilməlidir. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları ilə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsinin 19 noyabr 2021-ci il tarixli, 2071 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndində sadalanan hallar olduğundan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin qeydiyyatçısı vəzifəsindən azad edilmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsi tərəfindən İddiaçı işdən azad edilməsi haqqında 19 noyabr 2021-ci il tarixli əmr verilmiş və həmin əmr verilərkən qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır. İddiaçının iddia tələbində əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-72, 76,84-cü maddələrinin tələblərinin pozulmasına dair göstərdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də həmin əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. Həmçinin iş materiallarında olan İddiaçı tərəfindən yazılan ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə yol arayışı üçün yaxınlaşan vətəndaşa sənəd yazıb rəhbəri Hüseynova Ruziyə əməliyyatda olduğu üçün icazəsi olmadan arayışa peçatı çap etdiyini etiraf etmiş, bu səhvini bir daha təkrarlamayacağını bildirmişdir. Bundan başqa apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq üçün ilk növbədə cavabdeh tərəfindən məhkəməyə əhalinin tibb müəssisəsi barəsində mənfi təsəvvürün formalaşmasını, tibb müəssisəsindən xəstələrin digər bir tibb müəssisələrinə axın etməsini, əhalinin cavabdeh tibb müəssisəsinə etimadının azalmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməli idi. Kollegiya qeyd edilmiş dəlillərlə razılaşmır. Belə ki, qeyd edilən halların müəyyən edilməsi üçün hər hansı bir hesablama qaydası yoxdur. Digər tərəfdən iddiaçının özünün də etiraf etdiyi kimi iddiaçı vətəndaşlardan müəyyən miqdarda pul tələb etmişdir. İşçinin vətəndaşlardan hər hansı məbləğdə pulun tələb edilməsi artıq əmək funksiyasının kobud pozulması kimi qiymətləndirilməlidir. Bu isə yolverilməzdir. Çünki, iddiaçı əmək müqaviləsi bağlayarkən üzərinə müəyyən öhdəliklər götürmüşdür. Belə ki; Əmək Məcəlləsinin işçinin əsas vəzifələrindən bəhs edən 10-cu maddəsində aşağıdakılar qeyd edilmişdir. a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Göründüyü kimi qanunverici işçinin hüquqları ilə yanaşı vəzifələrini də imperativ qaydada müəyyən etmişdir. Ancaq iddiaçı Əmək Məcəlləsində qeyd edilən vəzifələrini yerinə yetirməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası daha sonra şikayətin Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməməsi, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsasın Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməməsinə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması hissəsi ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsinin baş həkimi Sərxan Musayevin 19 noyabr 2021-ci il tarixli, 2071 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəki rayon X9 Hüquqi Şəxsinin xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsində qeydiyyatçı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 72-ci maddənin “e” bəndində sadalanan hallara görə 19 noyabr 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifəsindən azad edilmiş, İddiaçı işdən azad edilməsi ilə bağlı ona son haqq-hesabının hesablanıb verilməsi maliyyə şöbəsinə tapşırılmışdır. Göründüyü kimi şikayətin yuxarıda qeyd edilən dəlili, işdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon X9 Hüquqi Şəxsinin baş həkimi Sərxan Musayevin 19 noyabr 2021-ci il tarixli, 2071 nömrəli əmri ilə təkzib edilir. Yəni mübahisələndirilən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Həmçinin kollegiya apellyasiya şikayətinin iddiaçının etmiş olduğu hərəkətin tibb müəssisəsi barədə mənfi rəyin formalaşmaması hissəsinə münasibət bildirərək qeyd edir ki, “tibb müəssisəsindən şikayətin olmaması”işçinin aşkar edilmiş qüsurunun bağışlanması üçün əsas deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli, 2(075)-626/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tаrixli, 2(075)-626/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-791/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-791/2022
23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver