Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-799/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-239/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti, X1 Enerji Təchizatı və Satışı İdarəsinə qarşı işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və müddətsiz əmək müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-239/2021 saylı qərardadına əsasən İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti, X1 Enerji Təchizatı və Satışı İdarəsinə qarşı işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və müddətsiz əmək müqaviləsinin bağlanması tələbinə dair 2(051)- 239/2021 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardad ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci tarixli, 2(051)-239 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci tarixli, 2(051)-239 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki, hazırki iddia tələbi hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən irəli gələn iddialar kateqoriyasına aiddir. Ona görə də hazırki iddia tələbinə Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci tarixli, 2(051)-239 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-239/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-239/2021 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq sözügedən iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan podrat müqaviləsindən görünür ki, iddiaçı ilə "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin bağladığı müqavilədə iddiaçının işinin icra yeri kimi Mingəçevir şəhəri qeyd edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 36.11-ci maddəsinə əsasən İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsi Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun verilmişdir. Ona görə də hazırki iddiaya Mingəçevir Şəhər Məhkəməsində baxılması qanunvericiliyin tələblərinə uyğundur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)-239/2021 saylı qərardadı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı şikаyəti təmin edilsin. İş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(051)- 239/2021 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-799/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-799/2021
29.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver