Məhkəmə qərarları › İş №2(107)-8/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-8/2025

08.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-8/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X18 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X29 ilə X14 xx.xx.1951-ci il tarixdə nikah bağlamışlar. JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0.10 ha həyətyanı torpaq sahəsi X5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. X29 ilə X5 birgə nikahından X25, X22, X23, X19 və Mahmudova Ruziyyə Şaban qızı adında 5 uşaqları anadan olmuşlar. X29 07 yanvar 1992-cı il tarixdə, X15 isə xx.xx.2003-cü il tarixdə ölmüşdür. X25 və X11 6 iyul 1979-cu ildə nikaha girmişlər. X25 16 fevral 2016-cı il tarixdə ölmüşdür. Ölümündən sonra arvadı İddiaçı1, oğlu-İddiaçı2, oğlu-X24 və qızı-X6 ibarət birinci növbəli vərəsələri qalmışdır. İddiaçı1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X4 mərhum əri X16 payına düşən mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət emiş, lakin vərəsələr arasında mübahisə olması səbəbi ilə imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən sonuncuya düşən hissə üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/2 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi (tanınması) barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, İddiaçı2 mərhum X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən sonuncuya düşən hissə üzərində İddiaçı2 1/2 payının müəyyən edilməsi tələbi hissəsində iddianın həcmini azaldaraq, X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən sonuncuya düşən hissə üzərində İddiaçı1 tam pay üzrə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, JN seriyalı 960A nömrəli Torpağın Mülkiyyət Verilməsinə Dair Şəhadətnaməyə əsasən X15 və İddiaçı2 ümumi birgə mülkiyyətində Balakən şəhəri Z.Əliyeva küçəsində 0,10 ha torpaq sahəsi vardır. X15 10 aprel 2003-cü ildə ölmüşdür. Ondan miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsini oğlu X25 qəbul etmişdir. X25 16 fevral 2016-cı ildə ölmüşdür. Xəyyamdan miras qalmış həmin əmlakı isə arvadı İddiaçı1 qəbul etmişdir. İşin bu halları iddia ərizəsinə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və digər sənədlərlə tam təsdiq olunur. İddiaçı2 da öz miras payından anası İddiaçı1 xeyrinə imtina etmişdir. Qeyd olunan miras əmlakdakı X5 payı ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəflərindən Cavabdehnə müraciət olunmuş, lakin 16 oktyabr 2019-cu il tarixli məktubla notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 vərəsələrindən yalnız onun oğlu X3 Mahmudovadan qalmış mirası qəbul etmiş, bu barədə ona notariat orqanı tərəfindən 2004-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, X25 mərhum anası X4 qalmış mirasa, həmçinin Alagöz Mahmudovadan miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən ona düşən hissəyə tam olaraq miras payı əldə etmişdir. Həmçinin mərhum X12 qalmış mirası onun arvadı İddiaçı1 qəbul etmiş, ona bu barədə notariat orqanı tərəfindən 1 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və yalnız İddiaçı1 mərhum əri X12 qalmış mirasa, o cümlədən onun X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən ona düşən hissəyə tam miras payı əldə etmişdir. X5 mirası ilə bağlı X20 2004cü ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və İddiaçı1 mərhum əri X16 mirası ilə bağlı verilmiş 1 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilməmiş və ləğv edilməmişdir. Həmin şəhadətnamələr qüvvədədir və sözügedən vərəsəliklə bağlı hüquqmüəyyənedici sənədlər sayılırlar.

6. Ona görə də X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən X8 düşən hissə (1/2 hissə) üzərində İddiaçı1 tam pay üzrə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbi barədə hazırki iddia əsaslıdır və təmin olunmalıdır.

7. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən X8 düşən hissə üzərində İddiaçı1 tam pay üzrə qanun üzrə vərəsəlik hüququ müəyyən edilməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, İddiaçı1 ödənilməlidir.

8. Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən X8 düşən hissə üzərində İddiaçı1 tam pay üzrə qanun üzrə vərəsəlik hüququ müəyyən edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.1951-ci il tarixdə verilmiş İE 020164 №-li evlənmə haqqında şəhadətnamə Balakən rayon VVAQ Şöbəsi tərəfindən 08 yanvar 1992-ci ildə verilmiş İV-JQ seriyalı 341031 nömrəli ölüm haqqında şəhadətnamə Moskva şəhəri Babuşkin rayonu ZAQS şöbəsi tərəfindən 11 aprel 2003-ci ildə verilmiş İİ-MYU seriyalı 704798 nömrəli ölüm haqqında şəhadətnamə Nuxa rayonu ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Balakən rayon VVAQD şöbəsinin 05 noyabr 2003-cü il tarixli 872 nömrəli vətəndaşlıq vəziyyəti aktlarından çıxarış Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 fevral 2016-cl ildə verilmiş AZ-İ seriyalı 783037 nömrəli ölüm haqqında şəhadətnamə 01 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Balakən rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələr Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cı il tarixli 1297 nömrəli arayış Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cı il tarixli 1980 nömrəli arayış 2004-cü il tarixdə notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2497 nömrəli arayış Balakən, Ə.Ansuxskj küçəsi, ev 1, 33 Ünvanında qeydiyyatda olan X21 (AZE14692019, Balakən RPŞ - xx/xx/2014) tərəfindən Notariat Kontoruna verilmiş xx.xx.2016-cı il tarixli ərizə İddiaçı2 notarit kontoruna ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizəsi X13 notarial qaydada təsdiq olunmuş ərizəsi JN 960A KOD 40101004 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə Cavabdeh xüsusi notariusu G.Ə.İsmayılovanın İddiaçı1 ünvanladığı 16 oktyabr 2019cu il tarixli 742 nömrəli məktub Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-121/2021 nömrəli qərarı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-41/2022 nömrəli qərarın

10. Qətnаmədən nаrаzı qаlаn mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etmişdir və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişdir ki, bu da vərəsəlik hüququnun itirilməsi ilə nəticələnə bilməz. X1 ölümündən sonra mən və Moskvada yaşayan qardaşım yas mərasimlərini verərək, anasından miras qalmış əmlakı öz vəsaitləri hesabına abadlaşdırmışlar. Anasından miras qalmış həyəti və evi sıfırdan dəyişərək, müasir bir şəklə salmışlar. 2003-cü ildən etibarən o anasından qalan mirası həm idarə etmiş, həm də orada abadlıq işləri görmüşdür. İşiylə əlaqədar həftənin 5 günü Şəki şəhərində olsa da, həftənin 2 günü anasından miras qalan əmlakda yaşamışdır. Qardaşları da Rusiya Federasiyasından gələrək, onlar da anasından miras qalmış əmlakda yaşamış, həmin mirası idarə etmişlər. Bütün kommunal xərclər və zəruri ödənişlər onun tərəfindən icra edilmişdir. Nəticə etibarı ilə o da, Rusiya Federasiyasında yaşayan qardaşları da anasından miras qalan torpaq sahəsini və onun üzərində olan yaşayış evini bütövlükdə idarə etmişlər.

12. Ona görə də, Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)- 6/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı1, Cavabdeh nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızının nümayəndəsi vəkil X41 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki M 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanunu: 4.1- ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qismən əsassız nəticəyə gəlmişdir.

21. İşin halları bundan ibarətdir ki, X29 ilə X14 xx.xx.1951-ci il tarixdə nikah bağlamışlar. JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0.10 ha həyətyanı torpaq sahəsi X5 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. X29 ilə X5 birgə nikahından X25, X22, X23, X19 və Mahmudova Ruziyyə Şaban qızı adında 5 uşaqları anadan olmuşlar. X29 07 yanvar 1992-cı il tarixdə, X15 isə xx.xx.2003-cü il tarixdə ölmüşdür. X25 2004-cü ildə X4 miras qalmış pul vəsaitinin tam həcmdə miras olaraq qəbul edilməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. X25 və X11 6 iyul 1979-cu ildə nikaha girmişlər. X25 16 fevral 2016-cı il tarixdə ölmüşdür. Ölümündən sonra arvadı İddiaçı1, oğlu-İddiaçı2, oğlu-X24 və qızı-X6 ibarət birinci növbəli vərəsələri qalmışdır. 01 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016 tarixdə ölmüş X16 vərəsəsi Balakən rayonu Ə.Ansuxski K-Si, ev 1, mən. 33-də yaşayan arvadı İddiaçı1 olması və onun miras əmlakdan bütöv pay alması, şəhadətnamə verilən miras əmlakın Balakən rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixli 122 saylı arayışa əsasən 1154-55 (bir min bir yüz əlli dörd manat 55 qəpik) manat pul vəsaitindən ibarət olması müəyyən edilmişdir. X40 Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı ilə iddiaçı Mahmudova Ruziyyə Şaban qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs:İddiaçı2) «Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A Kod 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə X17 Cavid Xəyyam oğluna münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-292/2021 saylı qərarı ilə iddiaçı Mahmudova Ruziyyə Şaban qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 41/2022 nömrəli qərarı ilə iddiaçı Mahmudova Ruziyyə Şaban qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X4 mərhum əri X16 payına düşən mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət emiş, lakin vərəsələr arasında mübahisə olması səbəbi ilə imtina olunmuşdur.

22. Birinci instansiya məhkəməsi X4 qalan pul vəsaitindən ibarət mirasın X25 tərəfindən və sonucudan qalan pul vəsaitindən ibarət mirasın İddiaçı1 tərəfindən tam şəkildə qəbul edildiyini əsas götürməklə Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından mirasın hissəvi qəbulunun qanunda nəzərdə tutulmamasına istinadən iddianı təmin etmişdir.

23. İşə apellyasiya qaydasında baxılarkən Mahmudova Ruziyyə Şaban qızı və X19 cavabdeh Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı Mahmudova Ruziyyə Şaban qızı və X19 tərəfindən X7 qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X5 mirasından almalı olduğu irs tam hissə miiəyyənləşdirilməklə X20 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X7 qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan Mahmudova Ruziyyə Şaban qızının və X9 miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-199/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(107)- 81/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçılar X9 və Mahmudova Ruziyyə Şaban qızının cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, mərhum X4 miras qalmış "xxxx" ASC-nin Balakən rayon filialında əmanət hesabındakı pul vəsaitinə X16 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Balakən rayon dövlət notariat kontoru tərəfindən verilmiş 17 avqust 2012-ci il tarixli, 2V1004 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilməsi, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 2 nömrəli qərarı ilə Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış 1/2 payına X25, X28, X23, X19 və Mahmudova Ruziyyə Şaban qızının hər birinin 1/5 miras payı müəyyən edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsaslanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2652/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-81/2024 nömrəli mülki iş üzrə 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, Mahmudova Ruziyyə Şaban qızının mübahisəli miras əmlaka 1/5 miras payının olması qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir.

24. Belə olan halda, apellyasiya şikayətinin hazırki iddianın rədd edilməsi tələbi X4 miras qalmış 1/2 paya iddiaçının tam miras payının müəyyən edilməsi baxımından haqlı olsa da, X4 miras qalmış 1/2 payın X20 aid olan 1/5 hissəsinə iddiaçının miras payının müəyyən edilməsi tələbi rədd edilə, yəni apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda göstərilən qərarlarla həmçinin X4 miras qalmış 1/2 paya hazırki iddiaçının mərhum əri X16 da 1/5 miras payı olduğu müəyyən edilmişdir. İş materiallarında X16 digər birinci növbə vərəsələri İddiaçı2, X24 və X10 atalarından qalan mirasdan imtina etmələri ilə bağlı ərizələri və İddiaçı1 X12 miras qalmış pul vəsaitini tam həcmdə qəbul edilməsi ilə bağlı 1 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mövcuddur. Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbi baxımından mirasın hissəvi qəbulunun qanunda nəzərdə tutulmamasına istinadən mübahisəli əmlakın X4 miras qalmış 1/2 hissəsinin X20 aid olan 1/5 hissəsinə İddiaçı1 tam həcmdə miras payı müəyyən edilməlidir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisəli əmlakın X4 miras qalmış 1/2 hissəsinin X20 aid olan 1/5 hissəsi istisna olmaqla, qalan hissəyə münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilməli, JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsində göstərilən Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış ½ hissəsinin X20 aid olan 1/5 hissəsi üzərində İddiaçı1 tam miras payı müəyyən edilməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Ruziyyə Şaban qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. X4 miras qalmış JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində göstərilən Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X20 aid olan 1/5 hissəsi üzərində İddiaçı1 miras payı müəyyən edilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar