Məhkəmə qərarları › İş №2(107)-80/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-80/2022

07.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-80/2022 07.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Türyançay” MMC-yə qarşı “torpaq sahəsindən məcburi çıxarılma”ya dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(014)-29/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Türyançay” MMC-yə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” ya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Türyançay” MMC-nin (VÖEN **********) Ağdaş rayon Yuxarı Nemətabad kənd ərazisində yerləşən, Ağdaş rayonu Aqrar İslahat komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-0062 KOD90322018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara verilmiş və onlara məxsus 3.53 hektar torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun, Yuxarı Nemətabad kəndində yaşayır. Mərhum babası X3, mərhum nənəsi X6, dayısı X7, anası İdrisova (Əliyeva) Sədayə Miralı qızı və onun adına JN-0062 KOD90322018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, X2 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.53 hektar torpaq sahəsi verilmişdir. Mərhum babası X3 19.05.2014-cü ildə, mərhum nənəsi X6 26.09.2011-ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində vəfat etmişdir. Hal–hazırda dayısı X7, anası İdrisova (Əliyeva) Sədayə Miralı qızı və onun mülkiyyətində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində JN-0062 KOD90322018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.53 hektar torpaq sahəsi vardır. Hal-hazırda Ağdaş rayonunun Yuxarı Nemətabad kənd sakinin X5, yəni dayısı onlara məxsus torpaq sahəsinin onların razılığı olmadan Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC-yə dəfələrlə müraciət etməklərinə baxmayaraq və həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh cəmiyyət xahişlərinə və tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkələrini davam etdirir. Həmçinin Cavabdeh MMC tərəfindən onlara bildirmişdir ki, həmin torpaq sahəsi onlara X5 tərəfindən satılmışdır. Ona görə də cavabdeh "xxxx" MMC-yə qarşı JN-0062 KOD90322018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətlərində olan 3.53 hektar torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(014)-29/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində yerləşən 0.55 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoyulması və həmin 0.55 hektar torpaq sahəsindən məcburi çıxarılması, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 73.20 (yetmiş üç manat 20 qəpik) manat ekspertiza xərcinin Cavabdeh MMC-dən alınıb KapitalBank ASC-nin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AiiBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Ağdaş rayonunun, Yuxarı Nemətabad kəndində yaşayır. Mərhum babası X3, mərhum nənəsi X6, dayısı X7, anası İdrisova (Əliyeva) Sədayə Miralı qızı və onun adına JN-0062 KOD90322018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, X2 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.53 hektar torpaq sahəsi verilmişdir. Mərhum babası X3 19.05.2014-cü ildə, mərhum nənəsi X6 26.09.2011ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində vəfat etmişdir. Hal–hazırda dayısı X7, anası İdrisova (Əliyeva) Sədayə Miralı qızı və onun mülkiyyətində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində JN-0062 KOD90322018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.53 hektar torpaq sahəsi vardır. Ağdaş rayonunun Yuxarı Nemətabad kənd sakini X5, yəni dayısı onlara məxsus torpaq sahəsinin onların razılığı olmadan Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC-yə dəfələrlə müraciət etməklərinə baxmayaraq və həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh cəmiyyət xahişlərinə və tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Həmçinin Cavabdeh MMC tərəfindən onlara bildirmişdir ki, həmin torpaq sahəsi onlara X5 tərəfindən satılmışdır. İddiaçılar 3.53 hektar torpaq sahəsinin Cavabdeh MMC tərəfindən zəbt edildiyini bildirsə də, iş materiallarında olan mütəxəssis rəyindən məlum olur ki, cavabdeh iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən JN-062/3.54 ha torpaq sahəsinin JN-62K/1.72 ha yerləşən hissəsinin, 0.55 hektarlarından istifadə etdiyi müəyyən olunmuşdur. Nəticədə iddiaçılar öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmişlər, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar 3.53 hektar torpaq sahəsinin Cavabdeh MMC tərəfindən zəbt edildiyini bildirsə də, iş materiallarında olan mütəxəssis rəyindən məlum olur ki, cavabdeh iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən JN-062/3.54 ha torpaq sahəsinin JN-62K/1.72 ha yerləşən hissəsinin, 0.55 hektarlarından istifadə etdiyi müəyyən olunmuşdur. Nəticədə iddiaçılar öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmişlər, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh « Türyançay” MMC iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində yerləşən 0.55 hektar torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoyulmalı, onlar həmin torpaq sahəsindən məcburi çıxarılmalıdırlar. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci və 3-cü hissələri, Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2, 111.3, 139.1, 152.1, 152.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-29/2021 saylı 30 mart 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, mülki işin obyektiv həlli baxımından iş üzrə məhkəmətikinti ekspertizasi təyin olunmalı, ekspert qarşısında iş üçün əhəmiyyət kəsb edən suallar qoyulmalı, ekspert rəyində həmin suallar tam və dəqiq cavablandırılmalıdır. Lakin məhkəmə sadəcə mütəxəssis rəyi ilə kifayətlənmişdir. Digər tərəfdən qətnamədə ekspertizada cavabdehin nümayəndəsinin də iştirak etdiyi bildirilsə də, onların iştirakı təmin olunmamışdır. Göstərilənlərdən aydın olur ki, məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmanı iş üzrə gəldiyi nəticə ilə işin hallarına uyğun olmamışdır. Mübahisənin xüsusatlarının tam araşdırılmaması, bunu araşdırmaq üçün səy göstərilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını sübut edir. Göründüyü kimi məhkəmə həmin hallara hüquqi qiymət verməmiş, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsinə vol açmışdır. Ona görə də o, məhkəmə kollegiyasından Ağdaş Rayon Məhkəməsinin 2(014)- 29/2021 sayli 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tаrixli, 2(014)-29/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-cu il tarixli, 2(014)-29/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(014)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Ağdaş rayonunun, Yuxarı Nemətabad kəndində yaşayır. Mərhum babası X3, mərhum nənəsi X6, dayısı X7, anası İdrisova (Əliyeva) Sədayə Miralı qızı və onun adına JN-0062 KOD90322018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, X2 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.53 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nin Yuxarı Nemətabad kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2011-ci il tarixli AZ-İ 510153 saylı və 03 iyun 2014-cü il tarixli AZ-İ 680671 saylı ölüm haqqında şəhadətnamələrin surətinə əsasən müəyyən olunur ki, X6 26.09.2011-ci il tarixdə, X3 26.09.2011-ci il tarixdə vəfat etmişlər. İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «TÜRYANÇAY” MMC-yə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, « Türyançay” MMC-nin (VÖEN **********) Ağdaş rayon Yuxarı Nemətabad kənd ərazisində yerləşən, Ağdaş rayonu Aqrar İslahat komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-0062 KOD90322018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara verilmiş və onlara məxsus 3.53 hektar torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin iddiaçılara məxsus torpağın 0.55 hektar torpaq sahəsindən məcburi çıxarılması hissəsində təmin etmiş, qalan hissədə təmin etməmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, mülki işin obyektiv araşdırılması üçün ekspertiza təyin olmalı idi, lakin birinci instansiya məhkəmə yalnız mütəxəssis rəyi ilə kifayətlənmişdir. Bununla da ədalətli araşdırma təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlill\ri ilə razılaşmır. Qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizələri əsaslanır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə həvalə edilmişdir. 27 oktyabr 2020-ci il tarixli **********40 saylı mütəxəsis rəyindən məlum olur ki, Ağdaş rayonun Yuxarı Nemətabad kəndində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilərək cavabdehin faktiki istifadə etdiyi (əkin üçün şumlanmış) torpaq sahəsinin koordinatları müəyyən edildi. Həmin koordinatlar Ağdaş rayonu Yuxarı Nemətabad kəndi “Yuxarı Nemətabad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsində yerləşdirildikdə cavabdehin iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən JN-062/3.54 ha torpaq sahəsinin JN-62K/1.72 ha yerləşən hissəsinin, 0.55 hektarlarından istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin işin obyektiv araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 18.02.2022-ci il tarixli 10/849 saylı ekspert rəyindən görünür ki, Ağdaş rayonu, Yuxarı Nemətabad kənd ərazisində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçının və Cavabdeh MMC nümayəndəsinin iştirakı ilə baxış keçirilərək cavabdehin naturada faktiki istifadə etdiyi torpaq sahəsində çöl-ölçmə işləri aparılaraq koordinatları müəyyən edilmiş, həmin koordinatları Ağdaş rayonu Yuxarı Nemətabad kəndi “Yuxarı Nemətabad” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair “ Dövlət aktında göstərilən JN-062/3.53 ha torpaq sahəsinin JN062/1.72 ha yerləşən hissəsinin 1.11 hektarı Cavabdeh MMC tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq edilməməsi barədə şikayətin dəlillərinə qiymət verən kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(014)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(014)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MMCdən tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar