Məhkəmə qərarları › İş №2(107)-800/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-800/2025

04.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-800/2025 04.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi, qüvvə) X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh zəbt etdiyi, Göyçay rayonu Xəlitli kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0.90 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zəbt etdiyi, Göyçay rayonu Xəlitli kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0.90 ha torpaq sahəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X9 və ailə üzvərinə Göyçay rayonu Xəlitli kəndi ərazisindən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Hümbət Abdullayevin və ailə üzvlərinin adına mülkiyyət hüququnu təsdiq edən JN 165 nömrəli Dövlət Aktı verilmişdir. Sözügedən torpaq sahəsini xx.xx.2023-cü il tarixdə Göyçay rayon Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqısatqı müqaviləsi əsasında 1.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilərək, mülkiyyətində olan 1.80 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi xahiş olunmuşdur. Müraciəti əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən ərazidə çöl ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0.90 ha hissəsini cavabdeh zəbt edərək, istifadə edir. Buna görə də torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina edilmişdir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaldılmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələbində israrlı olaraq dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha torpaq sahəsinin 0,88 ha hissəsindən Cavabdeh çıxarılması, Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməsi, dövlət rüsumu üçün odənilmiş 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci , Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006- cı il tarixli qərarına istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.80 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 22 nömrəli vərəqəsində X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.80 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 37 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4429/2023 saylı məktubundan görünür ki, ünvan 1ində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən təkrar texniki pasportun verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmiş, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılaraq hüququnuz çıxarışla rəsmiləşdirilmiş, ərizənin ikinci məqsədi olan plan və ölçü (texniki pasport) sənədinin verilməsindən isə imtina edilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X10, X6, X3 və X1 rayonu, Xəlitli kəndi ünvanında yerləşən ümumi sahəsi 1.80 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı İddiaçı mülkiyyətinə vermişlər.

7. Qətnamədən narazı olan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə sübutları dəqiq və düzgün araşdırmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehin hüquqi savadı və vəkili olmadığından sübutları məhkəməyə təqdim edə bilməmişdir. Çünki bu halın hüquqi əhəmiyyətini bilməmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinn hüquqları qanunla qorunur. Hesab edir ki, cavabdeh heç bir torpaq zəbti etməmiş, dövlər orqanı tərəfindən mərhum ərinə ayrılmış torpaq sahəsindən istifadə edir. İddiaçı cavabdehin həmin torpaq sahəsini zəbt etməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh zəbt etmiş kimi göstərilmiş həmin torpaq sahəsinin 0,06 ha hissəsi sonuncunun əri X11 Göyçay rayonu Rəyasət Heyətinin 12 ynvar 1993-cü il tarixli, 1 saylı qərarı ilə ayrılmışdır. Bu hal 25 dekabr 1995-ci il tarixli aktla da təsdiq olunmuşdur. Bundan əlavə məhkəmə araşdırma aparan zaman həmin torpaq sahəsinə dair Dövlət arxivinin Göyçay filialından heç bir sənəd əldə etməmişdir. Halbuki həmin filialın təqdim etdiyi arayışa əsasən Göyçay rayon İcra Hakimiyyətinin Başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Xəlitli kəndinə aid 1996-2000-ci illərə aid 08 saylı təsərrüfatbaşına kitabın 648-ci təsərrüfatında X15 ilə ailə başçısı olmaqla öhdəsində 0,06 ha həyətyanı orpaq sahəsi vardır, yaşayış evi haqqında məlumat yoxdur cavabı verilmişdir. Eyni zamanda məhkəmə həmin torpaq sahəsində maraqlı olan hüquqları pozulan şəxs olub-olmamasını yoxlamamışdır ki, hansı ki iddiaçı tərəfindən onun boşaldılmalı olduğu kimi göstərilmiş torpaq sahəsinin bir qismi tamamilə başqa şəxsə məxsusdur. İddiaçı tərəfindən mülkiyyəti sübut edən çıxarışın veriməsi zamanı koordinatlar düzgün müəyyən edilmədiyindən sonuncuya məxsus olmayan torpaq sahəsinin onun tərfindən boşaldılmasına dair qətnamə qəbul edilmişdir. Çox maraqlıdır ki, məhkəmə qətnamədə cavabdehin göstərdiyi torpaq sahələrinin başqa şəxslərə məxsus “Dövlət aktı” nın olması göstərilsə də həmin ərazilərində cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. 16 saylı Ucar Ərazi idarəsinin nüməyəndəsi belə iddiaçının iddia etdiyi torpağın cavabdehin istifadəsində oluğunu, eyni zamanda tarpaq sahələrinin üst-üstə düşdüyünü bildirsə də cavabdehin həmin torpağa dair hüquq müəyyən edici sənəd təqdim edə bilmədiyini bildirmişdir. Hesab edir ki, bu hal cavabdehin ona məxsus torpaq sahəsini boşaldılmasına qətnamə çıxarılması üçün əsaslar mötəbər olmamışdır.

9. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddia qaldırmış İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

26. Belə ki, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2025-ci il tarixli, 2(107)-800/2025 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

27. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı 17 noyabr 2025ci il tarixdə məhkəməyə daxil olmuşdur.

29. Həmin məlumatda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.

30. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli, 10/43 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4867/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında göstərilən, **********43 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Qərardadın bu sualları ilə bağlı mütəxəssis rəyində məlumat olmadığına görə cavablandırmaq mümkün olmamışdır.

31. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 25 aprel 2025-ci il tarixli 3-21-3-36/2-1135/2025 saylı mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS-AzCad) məlumatlarında göstərilən, **********43 reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.88 ha hissəsi baxış zamanı cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.02 ha torpaq sahəsinin qalan 0.14 ha hissəsi TEKUİS-AzCad məlumatlarında göstərilən JN-163 nömrəli Dövlət Aktı ilə X14 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə üst-üstə düşür. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyi 1.02 ha torpaq sahəsinin 0.88 ha hissəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evi və yardımçı tikililər və 0.14 ha hissəsində isə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin bir hissəsi mövcuddur. İdarənin elektron baza məlumatlarında mövcud olan Göyçay rayonu Xəlitli kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) cavabdehin istifadəsində olan 1.02 ha topaq sahəsinin 0.76 ha torpaq sahəsinin JN-164 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X12 mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsi ilə, 1.02 ha topaq sahəsinin 0.14 ha hissəsi JN163 nömrəli Dövlət Aktı ilə X14 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə, 1.02 ha torpaq sahəsinin qalan 0.12 hissəsi **********43 reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-18/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar