Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-804/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-201/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 201/2020 nömrəli qətnaməsi iləİddiaçı Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dairiddiаsı təmin edilərək Cavabdeh 4937 (dörd min doqquz yüz otuz yeddi) manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) İddiaçı MMC-in əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 4937 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh İddiaçı MMC-nə satıcı kassir vəzifəsinə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx xxxx 2018-ci il tarixdə Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmiş və xx xxxxxx 2019-cu il tarixli, 012-K saylı əmrlə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə Oba-Şəki 1 (kod 893) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçı MMC-nə zərər vurması müəyyən edilmiş, xx xxxxxx 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 6483 manat məbləğində olması məlum olmuşdur. Həmin məbləğ Cavabdeh dəfələrlə tələb edilsə də, Cavabdeh həmin məbləğdən cəmi 1546 manat ödəniş etmiş və o, qalan 4937 manat borcunu bu günədək ödəməmişdir. Buna görə də İddiaçı MMC hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı MMC-in əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 4937 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh izahatında göstərmişdir ki, o, həqiqətən də, aralarında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı MMC-də işləmişdir. Onun İddiaçı MMC-də işlədiyi müddətdə inventarizasiya aparılmışdır. Lakin, inventarizasiyanın cavabı sabahı gün çıxmalı olduğu halda, iki aydan sonra çıxmışdır. 1800 manat məbləğində meyvə onun üzərinə işlənilməsinə baxmayaraq, sonra həmin meyvə xarab olmuş, lakin, xarab olmuş meyvənin dəyəri onun üzərindən silinməmişdir. Bundan başqa onun üzərində əzilmiş dondurma olmuş, həmin əzilmiş dondurmanın də dəyəri onun üzərindən silinməmişdir. O, bununla bağlı fikirlərini bildirsə də, İddiaçı MMC tərəfindən onun həmin fikirləri nəzərə alınmamış və ona əmək kitabçasında mənfi qeydlər aparılacağı bildirilmişdir. Ona görə də məcburi şəkildə işindən azad olması barədə ərizə yazmışdır. İş materiallarına əlavə edilmiş borcun etirafı haqqında müqaviləni də məcburiyyət qarşısında qalaraq imzalamışdır. Onun İddiaçı MMC-nə tələb edilən məbləğdə borcu yoxdur. Buna görə də iddianı 2500 manat həddində qəbul edir, qalan hissədə iddianı qəbul etmir. Göstərilənləri nəzərə almaqla qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-201/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2018-ci il tarixində İddiaçı MMC-nin Şəki şəhərində yerləşən mağazasına işə girmişdir. 3 ay sınaq müddəti keçdikdən sonra, mağazanı qəbul etmişdir. 3 ay ərzində kifayət qədər öyrənsə də təhvil almaq, təhvil vermək, məsuliyyətini dərindən bilmədiyi üçün, təhvil alanda malların keyfiyyətinə, sayına, çəksinə inandığından təkrar baxmamışdır. İşlədiyi müddətdə MMC tərəfindən mağazada əsaslı yoxlama aparılmayıb. Gələn yoxlama mağazadakı malları, saymayıb, çəkməyib, qalığı çıxarmayıb, qiymətlərə, çeklərə baxıblar, oda mağazanı təftiş etməmişdir. Mağazada əskik ola bilər deyə şübhəsi olmayıb. O, mağazanın əskik gəlməsinin səbəbini mağazanı təhvil alanda və təhvil verəndə işlədiyi müddətdə meyvələrin çürüyüb aktlaşdırmadan tullanması, yaş malların qurumasına görə təbii itki hesablanmamasından, ərzaq malının müddətinin ötməsinə görə geri verilib sənəd almadığından, xarab malların silinməməsində, geri qaytarılma aktının, sənədini almadığına görə əskik gəlib. Adətən bütün MMC firmaları vaxtı ötmüş malları mağazalardan geri alır, sənəd verir, hər aya görə təbii itki hesablayır, yeni mal qalığı çıxardıb, sənəd verir. O, mağazanı təhvil vermiş, ona təhvil verdiyinə görə sənəd verməyiblər. Təhvil-təslim aktını 2 ay sonra verib deyiblər ki, sənin əskiyin var. MMC iddia ərizəsi verəndə, məhkəməyə təhvil aldığı aktı, təhvil verdiyi aktı, mal qəbul etdiyi fakturaları, kassaya keçən pul çeklərini, mağazaya verilən silgi sənədini, geri qaytarılan malların pul dəyəri sənədini, işlədiyi müddətdə gələn yoxlamaların aktları təqdim edilməyib. MMC-nin nümayəndəsi məhkəməyə gəlməyib, oda öz hüququnu bilmədiyinə görə məhkəməyə vəsatət verib sənədləri tələb etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-201/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək karantin rejimi ilə əlaqədar yolların bağlı olmasından iştirak edə bilməyəcəyini, məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin və xx xxxxxx 2018-ci il tarixli əmrdən çıxarışın surətlərindən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı MMC-nə 3 ay sınaq müddəti tətbiq edilməklə satıcı kassir kimi işə qəbul edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMCdən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinə əlavədən və xx xxxx 2018-ci il tarixli əmrdən çıxarışın surətlərindən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı MMC-nə administrator vəzifəsinə işə qəbul edilmişdir. xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin xx xxxxxx 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləinə xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 6483 manat borcunun yarandığını etiraf etmiş və həmin borcu 10 ay müddətində, xx xxxxxxx 2019-cu il tarixədək aylıq 648,30 manat olmaqla İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi-məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxx 2018-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 6483 manat çatışmazıq müəyyən edilmişdir. Cavabdeh 6483 manat çatışmazıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1546 manatı cəmiyyətin xəzinəsinə mədaxil etməklə 4937 manat borcu qalmışdır. İşin gerçək halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh İddiaçı MMC-nə satıcı kassir vəzifəsinə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx xxxx 2018-ci il tarixdə Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmiş və xx xxxxxx 2019-cu il tarixli, 012-K saylı əmrlə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Oba-Şəki 1 (kod 893) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh İddiaçı MMC-nə zərər vurması müəyyən edilmiş, xx xxxxxx 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 6483 manat məbləğində olması məlum olmuşdur. Cavabdeh həmin məbləğdən cəmi 1546 manat ödəniş etmiş və o, qalan 4937 manat borcunu ödəməmişdir. Buna görə İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qismən, 2500 manat həddində qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Göründüyü kimi Cavabdeh İddiaçı MMC-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. Həmçinin, iş materiallında olan İddiaçıMMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən və «İddiaçı” MMC-nin sabiq adminstratoru Cavabdeh maddi-məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxx 2018-ci il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında 6483 manat çatışmazıq müəyyən edilmiş, Cavabdeh özü də «İddiaçı” MMC-nə 6483 manat borcunun yarandığını etiraf etmiş və həmin borcunu 10 ay müddətində, xx xxxxxxx 2019-cu il tarixdən aylıq 648,30 manat olmaqla «İddiaçı” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh 6483 manat çatışmazıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1546 manat cəmiyyətin xəzinəsinə mədaxil etməklə 4937 manat borcu qalmışdır. Cavabdeh «İddiaçı” MMC-nə 2500 manat borcunun qaldığını bildirsə də, o, «İddiaçı” MMC-nə olan 6483 manat borcundan ödədiyi 1546 manatdan əlavə ödəniş etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı «İddiaçı” MMC ödənilməmiş borcunu Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 4937 manat maddi ziyan tutularaq İddiaçı MMC-nə ödənilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, o cümlədən onun iddiaçıya borcunun olmamasını təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X2 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X2 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-201/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-201/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-804/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-804/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver