Məhkəmə qərarları › İş №2(107)-807/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-807/2023

13.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-807/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X18rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə ilk, iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 cavabdeh İddiaçı qarşı işgüzar nüfuzun müdafiəsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X16 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X18rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə ilk və cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı qarşı işgüzar nüfuzun müdafiəsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X18rşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021-ci il tarixli, 445 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, onun xəstəxanada öz iş vəzifəsinə bərpa olunması, 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanılaraq ona ödənilməsi, ona vurulan mənəvi ziyana görə cavabdehin bank hesabından 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X24 cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 əməkdaşları tərəfindən İddiaçı 1000 manat rüşvət istənilməsi ilə bağlı cavabdehin göstərdiklərinin “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar olduğundan həmin böhtan xarakterli məlumatın verilməsi nəticəsində “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq cavabdeh İddiaçı 10.000 manat məbləğində pulun alınaraq “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən Ucar Rayon Mərkəzi xəstəxanasında işləmişdir. İşlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, heç vaxt işi ilə əlaqədar qaydaları pozmamış, işlədiyi müddətdə heç vaxt rəhbərlik tərəfindən heç bir xəbərdarlıq belə almamışdır. 2019-cu ildən “Covid-19’’ pandemiyası başladıqda gücləndirilmiş iş rejiminə keçmişlər. İş nə qədər çətin olsa da işinin öhdəsindən gəlmişdir. 2021-ci ildən, yəni yanvar ayından vaksinotor şöbəsinə kömək etmək üçün rəhbərlik tərəfindən yönəldilmişdir. 3 ay ərzində Ucar rayonu və onun kəndlərində vaksin vurulma kompaniyasında işləmişdir. Vaksin vurularkən çox vaxt vətəndaşların səhhətində olan xəstəliklərlə əlaqədar problemlərlə rastlaşırdılar. Belə hallar onu bir tibb bacısı kimi narahat etmiş və qorxutmuşdur. Çünki o, Ucar rayonunda yaşayır, əhalinin çox hissəsini tanıyır. Eyni zamanda, hamı tibb işçisindən ümid gözləyir. Vaksin vurularkən insanlar hər hansı xəstəlikləri barədə bəzən məlumat vermirdilər, ya da xəstəlikləri barədə heç özləri belə bilmirdilər. 14 aprel 2021-ci il tarixdə saat 11 radələrində növbəti vaksin vurulması zamanı X4 vaksin vurmuş və o, özünü pis hiss etmişdir. Tez ətrafdan naşatır spirti götürüb onun burnuna tutmuş, M.Misirova özünə gəlmişdir. M.Misiriova normal vəziyyətə gələnə kimi onu otaqda saxlamışdır. Sonra M.Misirova ilə gələn X11 da vaksin iynəsini vurmuş və “covid” pasportunu imzalıyıb kompüter qeydiyyatından keçirmiş və onları yola salmışdır. Növbəsi başa çatdıqda işi Gülnar Əmircanovaya təhvil verib “Ailə Sağlamlıq Mərkəzinə” daimi iş yerinə getmişdir. Bir neçə saatdan sonra baş tibb qardaşı Lətifov İmran onu öz otağına çağırmış, otağında masanın üstündə bir dolu şprisi ona göstərib “sən bu şprisi Misirova Mehribana vurmamısan” demişdir. O, İmran Lətifova bildirmişdir ki, bu mümkün olan iş deyil. Vurduğuna görə M.Misirovanın vəziyyəti pisləşmiş, özünü çox pis hiss etmişdir, bu şprisin ona heç bir aidiyyəti yoxdur. Belə olan halda o, şöbə həkiminə zəng edib İmranın ona böhtan atdığını, sonra xəstəxananın direktoru Zeynal Bayramlının yanına getmək istədiyini, İmranın isə ona imkan vermədiyini demişdir. İ.Lətifov demişdir ki, burda elə bir şey yoxdur, bu dolu şpris ondan ötrüdür ki, Misirova xəstədir, sabah onun vəziyyəti pis ola bilər, hətta ölə bilər, xəstəxananın adı üçün özlərini hazır saxlasınlar ki, M.Misirovaya iynə vurmamışlar, iynə vurmamağı barədə izahat yazmağı, baş həkimə demək lazım olmadığını, izahatın özündə qalacağını, ona heç nə olmasa bunların boş şey olmasını bildirmişdir. Baxmayaraq ki, İmran onunla qərəzli münasibətdə olmuş, xəstəxanaya görə İmrana inanıb onun sözləri ilə izahat yazmışdır. İşin sonunda İmran onu direktor Zeynal Bayramlının kabinetinə çağırmış, o, İmranı və yazdığı izahatı Zeynal Bayramlının masasında gördükdə, bütün məsələni baş həkimə danışmışdır. O, başa düşmüşdür ki, İmran onu aldatmışdır. İki gündən sonra Zeynal həkim öz kabinetində həmkarların sədri Səidə Ələkbərovanın, hüquqşünas Pakizə xanımın, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdürü Şəhla İbrahimovanın və İmran Lətifovun iştirakı ilə müzakirə iclası keçirmiş, Şəhla və Səidə onun 32 ildir ki, işlədiyini, bu günə kimi heç bir nöqsana yol vermədiyini demişlər. O, üç iş yerinə yetirir, əsas işi Ailə Sağlamlıq Mərkəzinin sahə tibb bacısı, 19 maya kimi covidli xəstələrə həkim briqadası ilə çıxmış, vaksin otaqında vaksinator kimi çalışmışdır. Zeynal həkim onun Ailə Sağlamlıq Mərkəzində covid işini aparmasını, vaksin otağından isə kənarlaşdırılmasını bildirmişdir. O, öz işinə başlamışdır. 19 may 2021-ci ildə Pakizə ona zəng edib onların otağına gəlməsini demişdir. O, Pakizənin yanına getmiş, Pakizə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını bildirmişdir. Lakin əmək kitabçasını tələb edərək 25 may 2021-ci il tarixində ala bilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir. O, işlədiyi 32 il ərzində bir dəfə də olsun gördüyü işə görə ona irad belə bildirməmişlər. O, iş funksiyasını həmişə ləyaqətli yerinə yetirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı qanunsuz və əsassızdır. Ona görə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan manefeyinə hər hansı formada ziyan dəymiş olsun. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq iş və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi üçün işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi şərtləri müəyyən etmişdir. O isə öz əmək funksiyasını yerinə yetirmiş, Misirova Mehribana vaksin iynəsini vurmuş, sonuncu özünü pis hiss etmiş və həmin dəqiqə halsızlaşmışdır, o isə tez şkafdan dərmanı götürüb burnuna tutmuşdur. Ulduz xanım da kömək etmiş, yavaşyavaş özünə gəlmişdir. Ulduz xanımın da vaksin iynəsini vurmuş, hər ikisinin vaksin pasportu yazılıb imza olunaraq özlərinə verilmişdir. Qolundan tutub kompüter qeydiyyatından keçirmiş və qapıya kimi yola salmışdır. Digər vəzifəsi tam vaksin vurulan yerdə əlcək geyinib vurulan şprislərin təhlükəsizlik qutuya atılması, təmizliyə, köməkçi dərmanların hamısının yerində olmasına ciddi nəzarət etməkdir. O, heç bir qəsdə, səhlənkarlığa, ehtinasızlığa yol verməmişdir. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının ahəngi pozulmalıdır. Göründüyü kimi işin (istehsalın), əmək və icra intizamının normal ahəngi pozulan heç bir əməl olmamışdır. X13 vurduğu iynədən sonuncu özünü pis hiss etsə də heç kimə fiziki, maddi və mənəvi ziyan dəyməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud surətdə pozulması hesab edilən hallar müəyyən olunnamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən bəndin heç birini əks etdirən hər hansı hərəkəti olmamışdır. Belə ki, bu maddədə göstərilən kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. O, heç bir cəmiyyətə zərər yetirən hərəkət etməmiş, kimsəyə, cəmiyyətə bir zərər vurmamışdır, heç bir kobud səhv edib heç kimin mənafeyinə ciddi xələl yetirməmişdir. Lakin tibb qardaşı İmran öz əsassız və qanunsuz hərəkətləri ilə onu 32 il işlədiyi xəstəxananın nüfuzunu qorumağa inandıraraq, təyziq edərək, saxta izahat yazdıraraq onun işdən azad olunmağına səbəb olmuşdur. Həmin izahat onun deyil, Lətifov İmranın diktə etdiyi sözlərlə yazılmışdır. Rəhbərlik və X8 araşdırıb tədbir görmədən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz işdən azad etməyi qərara almışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilən əsas vəzifələrini həmşə yerinə yetirmiş, o heç kimə, cəmiyyətə ya dövlətə zərər yetirməmiş, iş funksiyasını, vəzifəsini 32 ildir ki, məsuliyyətlə yerinə yetirmişdir. Ona 32 illik xəstəxanada iş fəaliyyətinə xələl gətirərək şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna güclü zərbə vurmuşdur. Belə ki, Ucar Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə xitam verilmiş və onun barəsində cinayət işi qaldırmaq üçün Ucar Rayon Prokurorluğuna müraciət etmişdir. Ucar Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin rədd edilməsi barədə qərar çıxarmışdır. Buna görə cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021 -ci il tarixli, 445 saylı əmr qanunsuz hesab edilərək ləğv edilməli, əmək kitabçasındakı qeydin ləğv edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmalı, 19 may 2021-ci ildən buraxılan aylara görə əmək haqqı hesablanılıb ona ödənilməli və vurulmuş mənəvi ziyana görə 20.000 manat cavabdeh Ucar Rayon Mərkəzi Xəstəxanasından tutularaq ona ödənilməlidir. Ona vurulan mənəvi ziyanı hal-hazırda 20.000 manat kimi qiymətləndirir. Qeyd etdikləri onun həqiqətən mənəvi təhqirə məruz qalmağını, cavabdehin hərəkətləri nəticəsində keçirdiyi ağır mənəvi sarsıntı və iztirablarını tam təsdiqləyir. İlkin iddia üzrə cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X23 ilkin iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almışdır. Deməli o, hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Çünki Əmək Məcəlləsinin 296.2-ci maddəsi bunu tələb edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X23 tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X14rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı bundan başqa Ucar rayon Prokurorluğuna müraciət edərək, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 baş tibb qardaşı İmran Lətifovun və hüquqşünası Pakizə Ələsgərovanın ondan işdə qalması müqabilində baş həkimə vermək üçün 1000 manat rüşvət istəmələrini bildirmişdir. İddiaçı bildirdikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin müraciəti xəstəxananın işgüzar nüfuzunu ləkələmiş və ona 10.000 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 2(063)-32/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) ilkin iddanın qismən təmin olunması- “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 üzərinə qoyulması, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 öz iş vəzifəsinə bərpa olunması və 19 may 2021ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ucar rayon prokurorunun böyük köməkçisi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 yanvar 2022-ci il tarixli qərarı ilə 63-C-21 nömrəli toplanmış material üzrə cinayət hadisə olmadığından cinayət işinin başlanmsı rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 baş tibb qardaşı İmran Lətifov və qeyrilərinin işdən çıxarılmaması müqabilində ondan 1000 manat rüşvət istəmələri və sair barədə göstərmiş olduğu xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır. Habelə, Ucar rayon Ailə Sağlamlıq Mərkəzində tibb bacısı vəzifəsində işləyən vaksinator İddiaçı 14 aprel 2021-ci il tarixdə, saat 11:35 radələrində Ucar rayon Təhsil Şöbəsinin əməkdaşı X4 vurulmalı olan vaksini vətəndaşa vurmadan tibbi tullantı qabına atması barədə “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş məlumatda göstərilən xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Araşdırma materialında olan X3 adına tərtib edilmiş məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyindən göründüyü kimi M.Misirovaya vaksin inyeksiyasının vurulmasından öncə anamnezinə əsasən onda olan xəstəliklər müvafiq müayinələr keçirilməklə hansı mərhələdə olduğu müəyyən edildikdən sonra vaksinin vurulub-vurulmamasına dair qərar verilməli olduğu halda, vaksinin icra edilməsinə göstəriş verən həkim tərəfindən buna əməl edilməsə də qeyd olunanlar M.Misirovanın sağlamlığına mühüm zərər vurmamışdır. Göründüyü kimi iddiaçının əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, buna görə də işdən azad edilməsinin hüquqi əsası yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Buna görə də iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edildiyindən, o əvvəlki vəzifəsinə bərpa edilməli və onun məcburi işburaxmaya görə əmək haqqı tələbi də təmin edilməlidir. Rayon Məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 29 iyun 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ucar rayon Mərkəzi Xəstəxanasına qarşı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. Həmçinin, İddiaçı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 12 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ucar Rayon Mərkəzi Xəstəxanasına qarşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. Bununla da müəyyən olunur ki, iddia müddəti buraxılmamışdır. Rayon Məhkəməsi ilkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüququnun pozulması nəticəsində 20.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə təzminatın 20.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyə bilən məlumatı geniş kütlə arasında yayması cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması, habelə bunun nəticəsində cavabdehin işgüzar nüfuzuna zərər vurulması məhkəmə iclasında sübuta yetirilməmişdir, ona görə də qarşılıqlı iddia təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 292, 294, 296, 300-cü maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi ilə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1131/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(102)- 1181/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən – ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Əmək müqaviləsinin ləğv edilməsi barədə sənədlərin cavabdeh tərəfindən prokurorluğa göndərilməsi onun rayonda olan qohumlar, tanışlar arasında, 32 il işlədiyi kollektivdə şərəf və ləyaqətinin alçaldılmasına, sarsıntı, iztirab keçirərək səhhətinin pozulmasına səbəb olmuşdur. İşləmədiyinə görə banka olan kredit borcunu ödəyə bilməmiş və bu barədə şifahi şəkildə Rayon Məhkəməsinə bildirmişdir. “Sən həbs olunacaqsan?” sualını eşitdikdə çəkdiyi stress, iztirab, əzabları ölçən, müəyyən edən cihaz varsa bu məhkəməyə sübut ola bilər. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, işdən çıxarılması barədə əmrin imzalandığı gün, yəni 19 may 2021-ci il tarixində artıq onun əmrdən xəbəri olmuşdur. Beləliklə iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün 19 may 2021-ci il tarixidir, bu işin mübahisəsiz halıdır. İş materiallarından isə məlum olur ki, iddia ən yaxşı halda 17 iyul 2022-ci il tarixdə (iddia ərizəsinin imzalanma tarixi) irəli sürülüb. Bu isə onu deməyə əsas verir ki, 1 aylıq iddia müddəti buraxılmışdır. Məhkəmə ilkin iddiaçının özünün və Mehriban Misirovanın izahatını sübutlar siyahısında sadalamasa da, Ucar rayon Prokurorluğu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərarını sübut kimi qəbul etməmişdir. Habuki, İddiaçı və M.Misirova izahatlarında vaksinin vurulmadığını etiraf etmişlər. İstintaq orqanının cinayət işi üzrə qəbul edilmiş qərarları mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. İddiaçı qeyd edilən izahatı onunla qərəzli münasibətdə olan baş tib qardaşı İmran Lətifovun təkidi ilə yazdığını bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin aydın olmur ki, niyə görə məhz iddiaçını müdafiə etmək məqsədi ilə xəstəxanaya məktub göndərən Mehriban Misirova da iynənin ona tam vurulmamasını göstərmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin etməməsini əsaslandırmağa çalışmışdır. Rüşvət istəmək barədə məlumatlar təbii ki, rüşvət istəməsi iddia olunan şəxs haqqında cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslar arasında mənfi rəy yaradır. Belə böhtan xarakterli məlumatların prokurorluğun, məhkəmənin, xüsusən xəstəxananın əməkdaşları xəbər tutmuşlar ki, bu da həmin məlumatların geniş kütlə arasında yayılması hesab oluna bilər. Xəstəxana hüquqi şəxsdir, hüquqi şəxsin işçilərinə atılmış böhtan xarakterli məlumatların onun işgüzar nüfuzuna ziyan vurması şübhəsizdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X16 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Əmək Məcəlləsi: Maddə 70 (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiyası Konstitusiya Məhkəməsinin qərarları; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(102)- 1181/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1131/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını həmin hissədə yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilk iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 saylı qətnaməsi həmin hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilk iddia “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 üzərinə qoyulması, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 öz iş vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2023-cü il tаrixli, 2(102)- 1181/2023 saylı yuxarıda qeyd edilən qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə işçinin məhkəməyə müraciət etməsi üçün onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aylıq qısaldılmış iddia müddəti müəyyən etmişdir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Baxılan iş üzrə iddiaçının işdən azad olunduqdan sonra əmək kitabçasını 25 may 2021-ci il tarixdə aldığı işin mübahisəsiz halıdır. Hazırkı iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış və birinci instansiya məhkəməsinə həmin tarixdə daxil olmuş, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. İşə baxılarkən cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Kollegiya tərəfindən Ucar rayon Prokurorluğuna sorğu verilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə izahatları alınmış tibb bacısı X1, Mehriban Misirova və Ulduz Yusifli izahatlarının Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Ucar rayon Prokurorluğu tərəfindən 13 iyul 2023-cü il tarixli, 463-X-23 saylı məktubu ilə 63-C-21 saylı material üzrə X6, X7 və X9 izahatları məhkəməyə daxil olmuşdur. Həmin izahatlar iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi barədə qənaətə gəlmiş və bu mövqeyi onunla əsaslandırmışlar ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021ci il tarixdə, yəni bir aylıq müddətə riayət etməklə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə, iddia ərizəsi bir neçə dəfə iddiaçının özünə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanları ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin məzmunundan göründüyü kimi istənilən iddianın deyil, məhz “müəyyənləşdirilmiş qaydada” iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir. İddia ərizəsinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə verilmiş iddianın həmin qanunvericiliyin tələblərinə uyğun irəli sürülməmiş (tərtib olunmamış) və bu əsasla qeyri-mümkün hesab edilmiş iddia ərizəsi iddia müddətinin axımını kəsən hal kimi qəbul edilə bilməz. Baxılan iş üzrə iddiaçı tərəfindən iddia müddəti çərçivəsində verilmiş iddia ərizəsi məhz prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə məhkəmə tərəfindən geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonrakı iddia ərizələri də eyni əsasla geri qaytarılmış, nəhayət müəyyənləşdirilmiş qaydada iddia məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim olunmuşdur. Yüksək instansiya məhkəməsinin qərarındakı mövqeyi nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də kollegiya hesab edir ki, ilk iddia tələbi əsassız, cavabdehin apellyasiya şikayəti isə əsaslıdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilk iddia tələbinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia ərizəsi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 üzərinə qoyulması, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 öz iş vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi hissəsində də təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar