Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-81/2023 19.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X5 və Cavabdeh Ağaəli oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsindən Cavabdeh Ağaəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçıların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020-ci il tarixli **********23 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 132 kv.m hissəsinin Cavabdeh Ağaəli oğlu tərəfindən faktiki olaraq qanuni əsas olmadan istifadə edildiyi iddia edilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaəli oğlunun ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçılar X3 və İddiaçı2 nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100 manat dövlət rüsumunun və 250 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir.
4. İddiaçıların nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçıların Yevlax rayonu, Salahlı kəndində 0.10 torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.05 ha hissəsindən hal-hazırda Cavabdeh Ağaəli oğlu qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh Ağaəli oğlu torpaqdan çıxmaqdan imtina edir. Həmçinin həmin torpaq sahəsində tikililər tikmişdir. Həmin tikililərin də sökülməsini xahiş edir.
5. İddiaçıların nümayəndəsi X8 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh Ağaəli oğlunun nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izah etdi ki, mütəxəssis rəyi ilə torpağın 132 kv.m hissəsi zəbt olunması qeyd edilmişdir. Həmin hissədən çıxmağa etiraz etmirlər.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020-ci il tarixli **********23 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 132 kv.m hissəsini Cavabdeh Ağaəli oğlu faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinin üzərində hasalama işləri aparmışdır.
8. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh Ağaəli oğlu çıxarılmalıdır. Cavabdeh Ağaəli oğlu tərətindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasar cavabdehin hesabına sökülməlidir. Cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumu və 250 manat xidmət haqqı tutularaq iddiaçılara ödənilməlidir.
9. Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh Ağaəli oğlunun çıxarılması, Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, Cavabdeh Ağaəli oğlundan 100 manat ödənilmiş dövlət rüsumu və 250 manat xidmət haqqının tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020ci il tarixli **********23 reyestr nömrəli çıxarışından məlum olur ki, İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır.
12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 mart 2022-ci il tarixli 85 saylı arayışından məlum olur ki, İddiaçı1 Yevlax rayonu, Salahlı kəndində yaşayır amma Mingəçevir şəhərində qeydiyyatdadır.
13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2022-ci il tarixli 98 saylı arayışından məlum olur ki, İsabəyli X7 şəhərində qeydiyyatdadır, lakin hal-hazırda Yevlax rayonu, Salahlı kəndində yaşayır.
14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 16 iyun 2022-ci il tarixli M/25 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş **********23 reyestr nömrəli çıxarışa əlavə edilmiş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən zəbt edilərək naturada istifadə edilir. İddiaçıların xüsusi mülkiyyətində olan **********23 reyestr nömrəli çıxarışa əlavə edilmiş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 132 kv.m hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən zəbt edilərək naturada istifadə edilir. Mübahisəli torpaq sahəsində hasarlanma işləri aparılmışdır və həmin hasarlama işləri iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmışdır.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh Ağaəli oğlu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Ağaəli oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Salahlı kənd Bələdiyyəsi tərəfindən ona 10 ha torpaq sahəsi verilmişdir. Hazırda onun istifadəsində olan kənd bələdiyyəsi tərəfindən ona verilmiş torpaq sahəsidir. Onun torpağıyla qonşu olan isə qardaşı arvadı İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsidir. O, mülkiyyətində olan 0.10 ha torpaq sahəsini ölçdürərək, sərhəd nöqtələrini dəqiq müəyyən etdikdən sonra daşdan hörülmüş hasarla əhatəyə aldırmışdır. İddiaçı1 mübahisələndirdiyi torpaq sahəsi hazırda onun deyil onların digər sərhəd qonşularının istifadəsindədir. Əgər qeyd edilən qonşu torpaq sahəsi də mütəxəssis tərəfindən dəqiq şəkildə ölçülsəydi, qeyd etdiyi öz təsdiqini tapmış olardı. Bu səbəbdən o “X1 və Daşınmaz Əmlakın Qiymətləndrilməsi” MMC-nin 16 iyun 2022-ci il tarixli rəyini qəbul etmir və iş üzrə ekspertiza təyin edilməsini xahiş edir.
17. Hazırda sahibliyində və istifadəsində olan torpaq sahəsi bələdiyyənin qərarı əsasında ona verilmişdir. Uzun müddətdir ki, qanuni sahibliyində və istifadəsindədir. Hətta mülkiyyətçi kimi hüquqlarından istifadə edərək torpaq sahəsində yaşayış evi tikdirmiş və torpaq sahəsinin sərhədləri daxilində daş hasar belə hördürmüşdür. Qeyd edilən qətnamə isə mülkiyyətçi kimi hüquqlarını pozur və hətta tikilinin sökülməsi onu maddi zərərə salmış olur. O, torpaq sahəsini ölçdürmüş və bələdiyyənin verdiyi 10 ha torpaq sahəsindən artıq torpaq ona aid olan torpaq sahəsinin sərhədləri daxilində yoxdur. Əgər məhkəmənin qeyd etdiyi kimi 132 kv.m hissəsində torpaq sahəsi ondan alınarsa onda ona məxsus torpaq sahəsi azalmış olur ki, bu da onun mülkiyyət hüququnu pozur. Onda onun üçün belə sual yaranır, bəs o məhkəmə qətnaməsi ilə ondan alınan torpaq sahəsini kimdən tələb etsin. Ona görə də hesab edir ki, iddiaçıların digər sərhəd qonşularının torpaq sahəsi də ölçülərsə həqiqət üzə çıxar.
18. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)- 926/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Ağaəli oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinəəsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlunun çıxarılması qət edilən hissənin 110.2 kv.m hissəsində və Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.
28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
30. Hazırki iş üzrə apellyasiya şiakyətinin dəlilləri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 26 aprel 2023-cü il tarixli 10/2269 nömrəli ekspert rəyində göstərilmişdir: “Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə və naturada koordinatları və ölçüləri üst-üstə düşür, lakin konfiqurasiya və sahə fərqi vardır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Ağaəli oğluna məxsus 0.10 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını, həmçinin naturada istifadəsində olan torpaq sahəsinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin 21.8 kv.m hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən naturada istifadə olunur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, naturada istifadə olunan torpaq sahəsi 21.8 kv.metrdir. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Ağaəli oğlu tərəfindən iddiaçılara məxsus torpaq sahəsində hər hansı bir tikinti işləri aparılmamışdır.”
31. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlu tərəfindən faktiki olaraq istifadə olunan hissəsi 132 kvm deyil, 21.8 kvm təşkil edir. Belə olan halda, hazırki iş üzrə iddiaçılar cavabdehdən yalnız həmin hissədə mülkiyyətilərində olan torpaq sahəsindən çıxmasını tələb etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
32. Eyni zamanda, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan göstərilən torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə də haqlı olmamışdır.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 28-ci bəndində göstərilən hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh Ağaəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsi bu qətnamənin 28-ci bəndində göstərilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair iddiası həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Ağaəli oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsi qismən – Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlunun çıxarılması qət edilən 132 kvm hissənin 110.2 kv.m hissəsində və Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair iddiası həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan – iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 21.8 kv.m hissəsindən (17 saylı Yevlax Ərazi İdarəsinin 23 mart 2023-cü il tarixli mürəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş koordinatlarda) Cavabdeh Ağaəli oğlunun çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100 **********44 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.