Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-81/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X24 qızının katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra- iddiaçı) cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə (bundan sonra- cavabdeh) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X20 ilə X6 birgə nikahından beş övladı- Xəyyam, Mübariz, İftixar, Müqtədir(hazırki iş üzrə iddiaçı) və Ruziyyə(hazırki iş üzrə iddiaçı) doğulmuşdur. X20 xx.xx.1992-ci ildə, X8 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi X16 miras qoyanın "xxxx" ASC-nin Balakən rayon filialında əmanət hesabındakı pul vəsaitindən tam həcmdə irs almalıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-960A, KOD 40101004 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi X6 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. X6 övladı- X16 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X10 arvadı X7 və övladları X17, X13 və X11, eyni zamanda X6 digər vərəsələri olan X14 və X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 tərəfindən X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X6 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X12 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, JN seriyalı 960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnaməyə əsasən X2nın mülkiyyətində Balakən şəhəri Z.Əliyeva küçəsində torpaq sahəsi vardır. X2 10 aprel 2003-cü ildə ölmüşdür. Ondan miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsini onlar da daxil olmaqla anasının bütün vərəsələri faktiki olaraq qəbul etmişlər. Analarının ölümündən sonra yas mərasimlərini verərək analarından miras qalmış əmlakı öz vəsaitləri hesabına abadlaşdırmışlar. Analarından miras qalmış həyəti və həyətdə olan evi sıfırdan dəyişərək, müasir bir şəklə salmışlar. 2003-cü ildən etibarən onlar analarından qalan mirası həm idarə etmiş, həm də orada abadlıq işləri görmüşlər. İddiaçı1 işi ilə əlaqədar həftənin 5 günü Şəki şəhərində olsa da, həftənin 2 günü anasından miras qalan əmlakda yaşamışdır. Qardaşları da Rusiya Federasiyasından gələrək, onlar da analarından miras qalmış əmlakda yaşamış, həmin mirası idarə etmişlər. Bütün kommunal xərclər və zəruri ödənişlər İddiaçı1 tərəfindən icra edilmişdir. Nəticə etibarı ilə İddiaçı1 da, Rusiya Federasiyasında yaşayan qardaşları da analarından miras qalan torpaq sahəsini və onun üzərində olan yaşayış evini bütövlükdə idarə etmişlər. X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəflərindən Balakən Regional "ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət olunmuş, lakin 17 noyabr 2022-ci il tarixli məktubla notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X6 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu X12 "xxxx" ASC-də əmanət hesabındakı pul vəsaitinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Hesab edirlər ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X4 qalmış miras əmlakla bağlı X12 vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 -ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı1 və qardaşları analarından qalmış miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişlər ki, bu da vərəsəlik hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə olan şəxs əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Notariat orqanı tərəfindən X12 vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bu xüsusatlar nəzərə alınmamış və nəticədə vərəsələr olaraq onların hüquqları pozulmuşdur. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 199/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən hər hansı mötəbər sübut əlavə etməmişlər. İş materiallarından görünür ki, iddiaçılar mərhum X2nın ölümündən əvvəl onun təsərrüfatında yaşamamış, onunla birgə təsərrüfat aparmamışlar. İddiaçılar mərhum Alagöz Mahmudovadan miras qalmış əmlakları qəbul etmək üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişlər. Qeyd edildiyi kimi, qanun normasının tələbinə əsasən mirası qəbul etməyin 3 yolu vardır: notariat kontoruna ərizə vermək, miras əmlaka faktiki sahiblik etmək və ya əmlakı faktiki idarə etməyə başlamaq. xx.xx.2003-cü ildə vəfat etmiş X6 vəfatından sonra ondan miras qalmış əmlakları onun oğlu X15 qəbul etmiş və ona 17 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa mirasın qəbul edilməsi üçün göstərilən hərəkətlər Mülki Məcəllənin 1246 və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində hər hansı bir hərəkətin edilməməsi mirasdan imtinaya bərabər tutulur (Mülki Məcəllənin 1273-1-ci maddəsi). Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə, o zaman yalnız məhkəməyə müraciət etməlidir. O halda 2 iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. 1. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi; 2. Mirasın qəbul edilməsi vaxtının uzadılması. İş materiallarından da göründüyü kimi, iddiaçılar 10 aprel 2003-cü il tarixdə vəfat etmiş X2ndan miras qalmış hər hansı bir əmlakı faktiki olaraq idarə etməyə başladığını və yaxud da idarə etdiyini sübuta yetirəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onların üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçılar mirasın qəbulu tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş materiallarından görünür ki, İddiaçı1 2021-ci ilin əvvəlində Şəki İnzibati Məhkəməsində iddia qaldırıb bu iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı qəbul olunarkən, həmçinin Balakən Rayon Məhkəməsində X3 iddiası üzrə işə baxılarkən üçüncü şəxs qismində işə cəlb olunduğu və həmin iş üzrə icraatın dayandırılması üçün vəsatət verən zaman iddiaçı tərəf mərhum anasından qalmış mirasın qəbulu ilə bağlı mübahisənin olduğunu bilmiş və həmin mübahisənin olduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmüşdür. Bu hal da həmçinin bu tələb üzrə iddianın rədd edilməsi üçün qanunda göstərilmiş bir əsasdır. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 213.1, 223.2, 223.2-223.4, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1243.2, 1243.3, 1246, 1247, 1248.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 78.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə(istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. İddiaçı miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişdir ki, bu da vərəsəlik hüququmun itirilməsi ilə nəticələnə bilməz. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə olan şəxs əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırki şin faktiki halları ondan ibarət olmuşdur ki, X6 ölümündən sonra iddiaçı və Moskvada yaşayan qardaşı yas mərasimlərini verərək, analarından miras qalmış əmlakı öz vəsaitləri hesabına abadlaşdırmışlar. Anasından miras qalmış həyəti və evi sıfırdan dəyişərək müasir bir şəklə salmışlar. 2003-cü ildən etibarən iddiaçı anasından qalan mirası həm idarə etmiş, həm də orada abadlıq işləri görmüşdür. İşiylə əlaqədar həftənin 5 günü Şəki şəhərində olsa da, həftənin 2 günü anasındandan miras qalan əmlakda yaşamışdır. Qardaşları da Rusiya Federasiyasından gələrək, onlar da analarından miras qalmış əmlakda yaşamış, həmin mirası idarə etmişlər. Bütün kommunal xərclər və zəruri ödənişlər iddiaçı tərəfindən icra edilmişdir. Nəticə etibarı ilə iddiaçı da, iddiaçının Rusiya Federasiyasında yaşayan qardaşları da analarından miras qalan torpaq sahəsini və onun üzərində olan yaşayış evini bütövlükdə idarə etmişlər. Məhkəmə yalnız mübahisə predmeti barəisndə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatında göstərilənləri əsas hesab edərək, yuxarıda qeyd edilən maddələrin dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbi və apellyasiya şikayəti tamamilə əsassızdır. İddiaçılar miras əmlakı nə rəsmi, nə də faktiki qəbul ediblər. Eyni zamanda iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlr. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, X20 ilə X6 birgə nikahından beş övladı- Xəyyam, Mübariz, İftixar, Müqtədir(hazırki iş üzrə iddiaçı), Ruziyyə(hazırki iş üzrə iddiaçı) doğulmuşdur. X20 xx.xx.1992-ci ildə, X8 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi X16 miras qoyanın əmanət hesabındakı pul vəsaitindən tam həcmdə irs almalıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-960A, KOD 40101004 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0,10 ha həyətyanı torpaq sahəsi X6 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. X6 övladı- X16 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən hər hansı mötəbər sübut əlavə etməmişlər. İş materiallarından görünür ki, iddiaçılar mərhum X2nın ölümündən əvvəl onun təsərrüfatında yaşamamış, onunla birgə təsərrüfat aparmamışlar. İddiaçılar mərhum Alagöz Mahmudovadan miras qalmış əmlakları qəbul etmək üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişlər. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlili olan miras şərikləri arasında ixtilaf olduğu halda iş üzrə cavabdeh notariusun həmin əmlaka qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, notariat ofisi Xəyyam Mahmudovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasqoyanın birinci növbəli vərəsələri olan iddiaçıları da nəzərə almalı idi. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Apellyasiya baxışının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən heç biri mirasdan imtina etməmişlər. Beləliklə Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi notariat orqanının Xəyyam Mahmudovu miras əmlakın yeganə varisi qəbul edərək yalnız sonuncunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, mirasın açıldığı, yəni X6 vəfat etdiyi xx.xx.2003-cü tarixə onun birinci növbə vərəsələri- övladları X16, X19, X14, İddiaçı2 və İddiaçı1, yəni 5 vərəsədən ibarət olmuşlar. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Balakən rayonunda keçirilən aqrar islahat zamanı X6 və X9 birgə mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla iddiaçılarla yanaşı digər vərəslərin də Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindəki X4 miras qalmış 1/2 hissəsinə vərəsəlik payı müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/5 payı müəyyən edilməlidir. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə X6 və X9 birgə mülkiyyətinə verilmiş, Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış 1/2 hissəsinə övladları X16, X19, X14, İddiaçı2 və İddiaçı1 bərabər şəkildə payları müəyyən edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. X1 miras qalmış "xxxx" ASC-nin Balakən rayon filialında əmanət hesabındakı pul vəsaitinə X10 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Balakən rayon dövlət notariat kontoru tərəfindən verilmiş 17 avqust 2012-ci il tarixli, 2V- 1004 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış 1/2 payına X16, X19, X14, İddiaçı2 və İddiaçı1 hər birinin 1/5 miras payı müəyyən edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-81/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-81/2024
02.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver