Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-811/2023 22.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdehlər Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinə, Şəki şəhər Təhsil Sektoruna və Cavabdeh1nə qarşı “dərs yükünün verilməsi və əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(075)-550/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbin direktoru və Cavabdeh1 arasında bağlanmış müddətsiz əmək müqavilənin pozulduğundan heç bir hüquqi əsası olmadan onun üzərindən götürülmüş 6 saat dərs yükünün 15 sentyabr 2022-ci il tarixdən tarifikasiyaya salınaraq ona verilməsi və tədrisin davam etdirilərək əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 06 mart 2023-cü il tarixli, e- 2(075)-550/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı 15 sentyabr 2022-ci il tarixdən etibarən 6 saat dərs yükü trafikasiyaya salınaraq verilsin və dərs yükünə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və Mülki Kollegiyanın 12 iyun 2023-cü il tarixli, 2(107)-811/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf olan Şəki rayon Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinin direktoru X3 iş üzrə digər Cavabdeh1 adından apellyasiya şikayəti vermiş, lakin Cavabdeh1 nümayəndəsi olduğuna dair səlahiyyətini təsdiq edən etibarnamə vermiş olduğu apellyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1, 363.1.1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarında Cavabdeh1 tərəfindən X2 apellyasiya şikayətini imzalamaq səlahiyəti verilməsinə dair sübut (etibarnamə) yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 ona Cavabdeh1 tərəfindən etibarnamə verilmədiyini bildirmişdir. Belə olan halda X1 X3 ona Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi səhv olaraq onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətini apellyasiya instansiya məhkəməsinə göndərmiş, apellyasiya instansiya məhkəməsi isə həmin apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, hazırkı iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.6-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası onu da xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(107)- 811/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddələrini tələblərinə riayət edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-811/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-811/2023
22.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver