Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-812/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Maraqlı şəxs2 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evindən onun və uşaqları X3, X5 və X2 istifadə hüququnun tanınması və onun üç uşaqla birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X3, X5 və X4 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1307/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs2 Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)- 207/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, sözügedən qətnamə onun hüquq və vəzifələrinə toxunur. Lakin işə baxan birinci instansiya məhkəməsi onu cavabdeh qismində işdə iştirak etməyə cəlb etməmiş, bununla da onun mülkiyyət hüquqlarını pozmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs2 Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 207/2020 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı ləğv edilməlidir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1307/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs2 tərəfindən Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsi, 2(019)-207/2020 saylı mülki işin materialları olmadan Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul etmişdir. Daha sonra Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 207/2020 saylı qərardadından Maraqlı şəxs2 tərəfindən tərəfindən verilmiş şikayət xx xxxxxx 2021-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuş və məhkəmə xx xxxxxx 2021-ci il tarixdə yenə də 2(019)-207/2020 saylı mülki işin materialları olmadan Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bundan sonra birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə məktub ünvanlayaraq sözügedən mülki işin Balakən Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məktubu ilə 2(019)-207/2020 saylı mülki iş xx xxxx 2021-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu mülki işin materialları olmadan yoxlamış, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kоllegiyаsı hesаb edir ki, Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı tam, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı tam, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-812/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-812/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver