Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-812/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə və İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Nümayəndə, Cavabdeh iştirakları ilə, Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(024)-15/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar Nümayəndə və İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt edilmiş 0.23 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması və dəymiş 1500 manat ziyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X4 məxsus Qax rayonu Marsan kəndində yerləşən 1.93 ha fındıq bağının 1.30 ha hissəsini borc müqabilində Marsan kənd sakini Cavabdeh vermişlər. X6 atasından qalan bağın bir hissəsi yolun ərazisinə düşmüşdür. Qalan ası sağlığında dəfələrlə bağın 1.30 ha-dan böyük də Fərrux buna mane olmuş, aralarında mübahisə yaranmışdır. 2020-ci ilin oktyabr ayında o polisin köməkliyi ilə buna nail olmuşdur. Fərrux əvvəl buna mane olmaq istəsə də sonradan torpağın artıq olduğunu bildiyini iddia edir. Necə olur ki torpağa Dövlət reyestr xidməti sənəd verir ancaq ölçmə aparılmır? Xahiş edir ki, onlara məxsus olan 0.23 ha torpaqdan neçə il istifadə ərazi kolluq olub və özü təmizləyib. Bu yalandır. Çünki həmin ərazidə onlar həmişə qarğıdalı əkmişlər. Sərhədlər olduğu kimi qalıb. Sadəcə həmin əraziyə Fərrux bir ildir çalım 20 ədəd ot presi oldu. Bir də atası bağın ərazisində çox saylı çinar ağacları əkmişdir. Fərrux həmin ağacların hamısını satmışdır. Bu nə dərəcədə düzgündür? Hal- hazırda ərazidə 18 ağacın kəsilmiş kötükləri durur. Ona dəymiş ziyan 1500 manat təşkil edir.Göstərdiklərini nəzərə alaraq məhkəmədən zəbt edilmiş 0.23 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması və dəymiş 1500 manat ziyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 12 aprel 2022-cii ll tаrixli, 2(024)-15/2022 saylı qətnaməsi (hakim M.Qarayev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası ƏMDk yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövləl reyestrindən **********88 reyestr nömrəli. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Nümayəndə və İddiaçı ümumibirgə mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülməsi, (Büdcə təsnifatının kod- 142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az 41NABZ**********00003944, SFİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************), iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Nümayəndə və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda zəbt edilmiş 0.23 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması və ona dəymiş 1500 manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsini xahiş etmişlər. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması iiçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Odliyyə Nazirlisi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 22 fevral 2022-ci il tarixli. 10/587 saylı rə\ verilmişdir Ekspertin rəyi ilə iddiada göstərilən məhkəmə predmeti olan **********88 nömrəli Çıxarışda göstərilən 0.23 ha torpaq sahəsi naturada Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mübahisəli torpaq sahəsini Cavabdeh istifadə edir. Beləliklə də müəyyən edilmişdir ki, iddia tələbində göstərilən torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Tələb qismən təmin edildiyi üçün iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. İddia tələbinin dəymiş 1500 manat ziyanın cavabdehdən alınıb ona ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar jmdan irəli gələ bilir. İddiaçılar Nümayəndə və İddiaçı onlara 1500 manat maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə kifayət qədər heç bir sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə tələbin həmin hissəsinin əsassız olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Nümayəndə və İddiaçı ümumibirgə mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba köçürülməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1, 119.1-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı" xx.xx.1979-cu ıl tarixli işi, “Qavazov Bolqarıstana qarşı” iş üzrə Avropa Məhkəməsinin 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndə və X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Marsan kəndi ərazisində yerləşən və iddia etdikləri 0,23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi 2007-ci ildən onun istifadəsində olmuşdur və bu gündə onun istifadəsindədir. Məlumat üçün bildirir ki, 2020-ci ildə iddia olunan həmin əraziyə o, öz vəsaiti hesabına alın təri ilə öz əlləri ilə çoxillik olan fındıq bağı əkmişdir. Hazırda məhsul verməyə başlayıb. Sual olunur 15 il bu müddət ərzində ona iddia etdikləri 0.23 ha torpaq sahəsində fındıq bağı əkdikdə ona bir dəfə də olsa şifahi ya hansısa bir aiddiyyatı orqana bu barədə rəsmi müraciət etməmişdir. Yalnız 2020-ci ildə çıxarış aldıqdan sonra ona qarşı iddia qaldırmışdır. Məlumat üçün bildirir ki, xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəli çıxarışa əsasən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onun mülkiyyətinə veriblər. O da elə bilmişdir ki, 2020-ci ildə iddia olunan 0.23 ha torpaq sahəsində onun çıxarışında göstərilibdir. Yalnız mübahisə zamanı araşdırılarkən mübahisəli ərazi yəni 0.23 ha torpaq sahəsinin koordinantları 2007-ci ildə verilmiş çıxarışa əsasən istifadə etdiyi 1.30 ha torpaq sahəsinə aid olmadığını bildirmişlər. Bundan sonra o, Reyestr idarəsinə bildirmişdir ki, ona xx.xx.2007-ci ildə çıxarışla mülkiyyətində olan 1.30 ha torpaq sahəsinin koordinantları onun iştirakı ilə vurulmadığından faktiki istifadə vəziyyətini əks etdirmir. Buna görə də çıxarışa düzəliş olunmağına köməklik göstərilməsini xahiş etməyinə baxmayaraq məsələ öz müsbət həllini tapmamışdır. Çıxarış əraziyə gəlmədən, ərazi ona göstərilmədən kabinetdə işləndiyinə görə də bu gün belə xoşa gəlməz vəziyyət almmışdır. Belə ki, Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi 13 saylı Yol istismarı MMC-yə müraciəti əsasında rəsmi məlumat verilərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin Sentyabr 2015-ci il tarixli 298 saylı Avtomobil yollarının təhkim zolağının ölçülərini təsdiq edilmiş qərarına əsasən həmin yolun təhkim zolağı 25 metr, orta oxundan 12.5 metr sağ və sol tərəfə təhkim zolağı sayılır. Göründüyü kimi xx.xx.2007-ci ildə ona çıxarışla mülkiyyətinə verilmiş 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü işlənilən zaman yolun mühafizə zolağı, nəzərə alınmaması səbəbli, nəticədə zəhmət çəkib. 2010-cu ildə əkdiyi və istifadəsində olan əraziyə xx.xx.2020-ci il tarixli çıxarışla 0.23 ha torpaq sahəsi Nümayəndə və İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. Bunu da o qanunsuz hesab edir. Ona görə ki, 2007-ci ildən istifadəsində olan həm də ki çoxillik əkmə olan fındıq bağı başqasına verərkən ona rəsmi məlumat verilib təklif olunmamışdır. Halbuki, istifadəsində olduğuna görə ona təklif olunmalı idi, əgər o, həmin ərazinin satın alınmasından imtina etsəydi, başqasına satılması qanuni hesab edilərdi. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində 7 mart 818 saylı fərmanı 2.5 bəndinə əsasən ərazi vahidləri üzrə layihələri nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın Dövlət Reyestrində hüquqları qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərə düzəlişlər edilməsi zərurəti barədə hüquqi sahiblərinə bildiriş təqdim olunmasını habelə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquqi sahibi olan mülkiyyətçilərin, istifadəçilərinvə içarəçilərin ərizəsi əsasında Daşınmaz Əmlakın Dövlət reyestrindən düzəliş edilməsini və həmin düzəlişə uyğun yeni sənədləri verilməsini təmin etsinlər. Fərmana əsasən ona verilmiş çıxarışda Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin 13 №-li Yol İstismarı MMCyə müraciəti əsasında ona verilmiş cavaba əsasən 12.5 m mühafizə zolağı nəzərə alınmamışdır. Bütün yuxarıda qeyd olunanları hərtərəfli təhlil edib onun iştirakı ilə mütəxəssis dəvət olunub. Mülkiyyətinə verilməsi üçün tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündəki döngə nöqtələrinin koordinantları ərazidə ona göstərilsin. Qeyd edilənlər nəzərə alınaraq (Yolun Mühafizə zolağı nəzərə alınmaqla) əgər artıq ərazi olarsa, əkdiyi fındıq bağının aidiyyatı təşkilatlar tərəfindən istehsal xərcləri hesablansın və eyni zamanda hesablanılmış vəsaiti ona ödənildikdən sonra iddia olunan torpaq sahəsinin geri qaytarılmasının təmin edilməsi və Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(024)-15/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(024)-15/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(024)-15/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər İddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tаrixli, 2(024)-15/2022 saylı qətnaməsini cavabdehə münasibətdə iddia tələbinin təmin edilmiş hissəsində apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)- 15/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Marsan kəndində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Nümayəndə və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda zəbt edilmiş 0.23 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması və ona dəymiş 1500 manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsini xahiş etmişlər. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması iiçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirlisi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 22 fevral 2022-ci il tarixli, 10/587 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə iddiada göstərilən məhkəmə predmeti olan **********88 nömrəli Çıxarışda göstərilən 0.23 ha torpaq sahəsi naturada Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mübahisəli torpaq sahəsini Cavabdeh istifadə edir. Beləliklə də müəyyən edilmişdir ki, iddia tələbində göstərilən torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 10/587 saylı rəyindən görünür ki, iddiada göstərilən məhkəmə predmeti olan **********88 nömrəli Çıxarışda göstərilən 0.23 ha torpaq sahəsi naturada Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mübahisəli torpaq sahəsini Cavabdeh istifadə edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa kollegiya iddiaçının adına verilmiş çıxarışın qanunsuz olması barədə şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı apellyatora münasibətdə qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 12 aprel 2022-cii ll tarixli, 2(024)-15/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(024)-15/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-812/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-812/2022
30.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver