Məhkəmə qərarları › İş №2(107)-812/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-812/2024

30.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-812/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X4 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı “3000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi X2 öz-özünə etdiyi etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına cavabdehə 3000 manat məbləğində kompensasiya ödənilmək şərti ilə xitam verilməsi, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə hazırda mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, cavabdehə məxsus olan cehiz əmlakları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 etirazını onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh İddiaçı qardaşı arvadı X8 hal-hazırda Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyindən qanunvericilik normalarına əsasən o, həmin mülki işə hakim kimi mahiyyəti üzrə baxa bilmər. Ona görə də o, özü-özümə etiraz etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, mülki iş üzrə cavabdeh İddiaçı Zərdab Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X7 qaynıdır. Buna görə də Zərdab Rayon Məhkəməsinin hakimi X3 hazırki mülki işə onun tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə kollegiyası X1nun öz-özünə etdiyi etirazla razılaşaraq hesab edir ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün etirazla razılaşaraq belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı “3000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi X2 öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı cavabdeh Nemətova (Babayeva) Mətlubə Balakişi qızına qarşı “3000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə mənzildən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılma və əmlakların çıxarılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Ucra Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar