Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-816/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair (Açar sözlər: istifadə hüququna xitam verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı vəkili və nümayəndəsi Vəkil, digər nümayəndəsi X4, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı mənzilə stifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan "xxxx" MMC-nin rəyində göstərilir ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi168 №- li evin 34 №-li mənzili 2021-ci ilin noyabr ayında orta bazar qiyməti 58000(əlli səkkiz min) manat dəyərində qiymətləndirilir.
2. "xxxx" MMC-nin 252 №-li xx.xx.2021-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhərində yerindən asılı olaraq çoxmərtəbəli yaşayış evlərində yaşayışa uyğun olan 3 otaqlı mənzillərin karyə qiyməti 15 manatdır.
3. Mingəçevir şəhər məhkəməsinin 2(051)-612/2005 №-li 23 noyabr 2005-ci il tarxli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evn 34 №-li mənzilinin bağışlanmasına dair 11 fevral 2004-cü il tarixli 4Ə-2-59 reyestr saylı bağışlama müqaviləsinin ləğv edilməsi, X2 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilinə istifadə hüququnun tanınması, Cavabdeh1 və X2 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilinə köçürülmələri qət edilmişdir.
4. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 valideynləri Cavabdeh1ov Elman oğlu, X5r.
5. Apellyasiya icraatı zamanı iddiçı X7 nümayəndələri Vəkil (həmçinin vəkili) və X11 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, onlar iddia tələbini artıraraq hər bir cavabdehə 6.000 manat olmaqla, cəmi 12.000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı cəmi 6000 manat kompensasiya verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu, digər cavabdeh X8 isə gəlinidir. Tərəflər bir müddət birlikdə, iddiaçının mülkiyyətində yaşasalar da sonra münasibətləri pozulmuş, cavabdehlər mənzildən çıxıb getmişlər. Məhkəmənin 2005-ci il tarixli qərarında cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi qeyd edilsədə, həmin vaxtdan mənzilə köçməmişlər. Cavabdehlər uzun illər iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar. Ancaq məhkəmənin qərarı ilə onların həmin mənzilə istifadə hüquqları tanındığı üçün iddiaçı kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehlər mübahisələndirilən mənzilə köçmüşlər.İddiaçı yataq xəstəsidir, qızı ilə birlikdə yaşayır, ona qızı qulluq edir. Artıq münasibətləri pozulduğuna görə onların bir mənzildə normal şəraitdə yaşamaqları mümkün deyil. İddiaçı kompensasiya ödəməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdır. Mütəxəssis rəyinə görə mənzilin satış qiyməti 58000 manat müəyyən olunmuşdur. Kirayə haqqı isə 150 manat hesablanmışdır. Konstitusiya məhkəməsinin qərarlarında mənzildən istifadə hüququna xitam verilərkən üç illik kirayə hüququnun ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğ mütəxəssis rəyində 150 manat müəyyən olunmuşdur ki, 3 illik kirayə haqı 5400 manat edir. Konstitusiya məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, kompensasiyanın məbləği bazar qiymətinə uyğunlaşdırılmalıdır. İddiaçı kompensasiyanın məbləğini bazar qiymətinə uyğunlaşdırmış, 5400 manat kompensasiya verilməli halda cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün 6000 manat kompensasiya verməyə razıdır.
8. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı cəmi 6000 manat kompensasiya verməklə mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri(və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) digərlərində isə yalnız yaşayış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi istifadə hüququna malik olan şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, o, bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin.
10. Məhkəmə cavabdehlərin Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzildən istifadə hüquqlqrına xitam verilməsi üçün təklif olunan cəmi 600 manat kompensasiya məbləğini ədalətli hesab etmir. Bundan əlavə cəmi 6000 manat kompensasiya təklif edən iddiaçı cavabdehlərlə birlikdə yaşayan 3 nəfər uşaqları nəzərə almamışdır. İddiaçı təklif etdiyi kompensasiya məbləğini artırmağa razı deyil. Məhkəmə hesab edir ki, cavabdehlərə cəmi 25000 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi mümkündür. Təklif olunan kompensasiya cavabdehlərin uşaqları ilə birlikdə özlərini yaşayış sahəsi ilə təmin edə bilməməsi onların yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında dəfələrlə cavabdehlərə öz sübutlarını təqdim etməsi təklif olunsa da cavabdehlər 58000 manatlıq evin müqabilində evin yarı qiymətindən daha çox hissəsini yəni 30000 manat tələb etmişlər.
14. İş materialları tam araşdırılsa dəqiq görmək olar ki, cavabdehlərin sözügedən mənzilə köçməsi barədə qətnamə 2005-ci ildə çıxmasına baxmayaraq cavabdehər mənzilə yalnız 2022-ci ildə köçmüşlər. Cavabdehlər hazırda da sözügedən mənzildə yaşamaması ona dəlalət edir ki, cavabdehlərin ayrı yaşayış yeri var və cavabdehlər sözügedən mənzilə köçmək istəməsi yalnız maddi mənfəət əldə etmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Plenumu “R.Ağalarovun şikayət i üzrə olan qərarında da göstərildiyi kimi şəxsin niyyəti kompensasiya almaq deyil, müvəqqəti olsa da əvvəlki yaşayış yerinə uyğun yeni yaşayış yeri ilə təmin olunması məqsədi daşımalıdır. Lakin cavabdelərin başqa yaşayış yeri olması müəyyən olunur. Cavabdehlərin sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxması məhkəmə iclasında müəyyən olunsa da (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair » 29 mart 2016-ci il tarixli qərarı) hakim bunu nəzərə almamışdır. Məhkəmə iclasında heç bir sübut tədqim olunmadan iddia rədd edilmiş və kompensasiyanın məbləği hakim tərəfindən şişirdilmişdir. Hakim kompensasiyanın məbləğini heç bir əsaslanma olmadan 25000 manat müəyyən etmişdir. Lakin hakim sözügedən bazar qiymətini məhkəmə iclasında bildirməmişdir. Hakim hər adam üçün 5000 manat kompensasiya verilməli olmasını qətnamədə qeyd etsə də bununla bağlı məhkəmə iclasında heç bir fikir bildirməmiş və iddia tələbinin kompensasiyaya uyğun artırılması üçün heç bir şərait yaradılmamışdır. (məhkəmə iclasının elektron video protokolundan da aydın görmək olar).
15. Bundan əlavə hakim iddia tələbindən tam olaraq kənara çıxmaqla onlar tərəfindən yalnız iki cavabdeh qoyulmasına baxmayaraq kompensasiyanı 5 nəfər üçün hesablamışdır. Halbuki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-612/2005 saylı, 23 noyabr 2005-ci il tarixli qərarından da göründüyü kimi mənzilə köçürülmə yalnız iddia ərizəsində göstərilən cavabdehlərə aiddir və iddiaçı tərəfindən yalnız iki cavabdehə kompensasiya ödənilməli olması qeyd edilib. Hakim MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə bildirmək lazımdır ki, iddiaçının cavabdehdən başqa iki övladı var. Övladlarının hər birinə (ailə üzvləri ilə birlidə) hakim qətnamədə bildirdiyi kimi 25000 manat vermək məcburiyyətində qalsa cəmi 75000 manat verməlidir. Mənzilin cəmi dəyərinin 58000 manat olmasını nəzərə alsaq yalnız cavabdehlərə görə 25000 manat kompensasiyanın təyin olunması iddiaçının mülkiyyət hüquqlarının pozulması hesab edilməlidir.
16. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğ Mingəçevir şəhəri üçün kifayət qədər normaldır. Mübahisəli mənzilə oxşar əmlakların satış qiyməti 55- 60 min manat civarında dəyişir. Oxşar mənzillə bağlı kirayə haqqı isə 150 manatdır. Bundan əlavə cavabdehlər hazırda başqa yerdə kirayədə yaşayırlar. Lakin birinci instansiya məhkəməsi bütün bunları nəzərə almamış, iş üzrə obyektiv araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddiaçı uzun sürən məhkəmələrdən qurtarmaq üçün kompensasiyanın məbləğini artıraraq hər bir cavabdeh üçün 6000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya təklif edir. Ona görə də cavabdehlərə 12000 manat kompensasiya ödənilməklə iddia tələbinin təmin olunmasını xahiş edir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, sonda cavabdehlərə 12000 manat kompensasiya ödənilməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyil. Əgər iddiaçı tərəf onlara bir otaqlı mənzil və ya 30000 manat kompensasiya ödəyərsə, onda iddianı qəbul edər. Bundan əlavə ailəsi ilə birlikdə Tərtər rayonunda kirayədə yaşayırlar. Bundan sonra onların ev alması və ya inşa etdirməsi mümkün deyil. Hazırki halda iddianı və apellyasiya şikayətini qəbul etmir Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyil. Əgər iddiaçı tərəf onlara bir otaqlı mənzil alınıb verilməsində köməklik göstərərsə onda iddianı qəbul edər. Hazırda ailəsi ilə birlikdə Tərtər rayonunda kirayədə yaşayırlar. Bundan sonra onların ev alması və ya inşa etdirməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27.1-ci maddəsinə əsasən Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəasinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci madddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cu maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
28. İşin mübahisə olunmayan hallarına görə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin mənzildə istifadə hüquqları vardır. İddiaçı cavabdehlərlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehlərə cəmi 6000 manat kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi 6000 kompensasiya məbləği ilə razı deyil. Ona görə ki, həmin məbləğlə 5 nəfərin normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmadığını hesab edir. Cavabdeh tərəf 30000 manat məbləğində, yəni hər biri üçün 6000 manat kompensasiya məbləği ödənilməsini xahiş etmişdir.
29. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər ata-oğulgəlin olmasına baxmayaraq aralarındakı münasibətlər tamamilə kəskinləşmiş və onların birlikdə yaşaması mümkün deyildir.
30. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəf ər-arvad olmaqla, birgə nikahdan olan üç uşağı ilə birlikdə Tərtər şəhərində kirayədə yaşayırlar. Demələrinə görə mübahisəli mənzilə hərdənbir gedib-gəlirlər.
31. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
32. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
33. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
34. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
35. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur
36. Ona görə də iddiaçının cavabdehlərə təklif edildiyi 12.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur
37. Mənzilin dəyəri və ya aylıq kirayə haqqı ilə bağlı arayışın birinci instansiya məhkəməsinə təqdim edilməsi, cavabdehlərin həmin sübutun araşdırlmasında iştirakının olmaması və ya razılaşmaması ilə bağlı qeyd edilir ki, hazırkı tələbin təmin olunması üçün həmin arayışlar müstəsna əhəmiyyət kəsb etmir.
38. Çünki hazırkı işdə işin halları aşkardır. Beləki, mülkiyyətçi Mingəçevir şəhərində yerləşən üç otaqlı yeganə mənzilinə görə oğluna və onun ailəsinə kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ona görə apellyasiya şikayətinin dəlilləri keçərli deyil.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
40. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
41. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.
42. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehlərə təklif etdiyi 6000 (altı min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir.
43. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə özü kompensasiya məbləği müəyyən etməmiş və ona təklif etməmişdir. Məhkəmə qərarında göstərilənlər həqiqətə uyğun deyil. Məhz bu baxımdan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin kompensasiya məbləğinin artrılması ilə bağlı mövqeyi öyrənilmişdir.
44. İddiaçı nümayəndələri Vəkil (həmçinin vəkili) və X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar kompensasiya məbləğini artıraraq hər bir cavabdehə 6.000 (altı min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin təklif etdiyi hazırki kompensasiya məbləği (12.000 manat) işin hallarına uyğundur.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci madddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
47. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, cavabdehlərin övladları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci madddəsində göstərilmiş yaş tərkibində olduğundan xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yaşayış yeri onların valideyinləri tərəfindən müəyyənləşdirilir. Ona görə də onlara hər hansı kompensasiya məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
48. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi
Qət etdi: İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iddiaçı X13 tərəfindən cavabdehlər Cavabdeh1 və X2 hər birinə 6.000 (altı min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 nömrəli evin 34 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi pul kompensasiyasının verilməsi ilə eyni vaxtda icra olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov