Məhkəmə qərarları › İş №2(107)-816/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-816/2023

14.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-816/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23in nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2010-cu il tarixdən əvəzçilik üzrə Zaqatala RMX-nın mühasibatlığına mühasib vəzifəsinə təyin edilmiş, Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanası əsasında Zaqatala Rayon Mərkəzi X16 şəxsi yaradılmış, xx.xx.2020-ci il tarixdə AR Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Zaqatala Rayon Mərkəzi X16 şəxsi İcbari Tibbi Sığorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi X23 tabeliyinə verilmiş, xx.xx.2020-ci il tarixli əmrlə daşıdığı vəzifədən azad edilərək X9 bölməsinə Xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərinin ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ilin may ayından “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23in Maliyyə şöbəsi, hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləyir. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Cavabdeh təşkilatın direktoru Tamara Nurəliyeva 24 oktyabr 2022-ci il tarixdə onu öz iş otağına çağıraraq vətəndaşdan 0,50 qəpik tələb etdiyini səbəb göstərərək onu tutduğu vəzifədən azad etdiyini bildirdi. Tamara Nurəliyeva cavabdeh təşkilata direktor keçəndən sonra 2 dəfə onu öz otağına çağıraraq tələb etmişdir ki, ərizə yazıb işdən çıxsın. O, onun bu tələbinə etiraz etmişdir. Bundan bir müddət sonra Tamara Nurəliyeva ona demişdir ki, sən vətəndaşdan 0,50 qəpik almısan, yaz ərizəni şdən çıx. O yenə də etiraz etmişdir, heç kimdən 0,50 qəpik almadığını bildirmişdir və bu barədə izahat yazaraq təqdim etmişdir. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq etmədən xx.xx.2022-ci il tarixədək işdə olduğu halda xx.xx.2022-ci il tarixdə əmr yazaraq onu işdən azad etmişdir. İşdən azad olunmağına dair 2 dəfə təkrar- təkrar əmrlər yazılmış və həmin əmrlər ona təqdim olunmamış, yalnız 26 dekabr 2022-ci il tarixdə o əmrləri və əmək kitabçasını təkidlə tələb etdikdən sonra ona verilmişdir. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. Onun pensiyaya çıxmağıma az vaxt qalmışdır. O, Tamara Nurəliyevadan pensiya yaşı bitənədək işdə saxlamağını xahiş etmiş və ona bildirmişdir ki, o heç bir vətəndaşdan əlavə 0,50 qəpik tələb etməmiş, bu ona atılmış bir böhtandır. Cavabdeh Tamara Nurəliyeva onu işdən çıxarmaq üçün 2 müxtəlif tarixlərdə əmr imzalamışdır. Həmin əmrlərdən biri xx.xx.2022-ci il tarixdə 28/92 saylı, digəri isə xx.xx.2022-ci il tarixdə 30/48 saylı. Yazılan 2 əmrdən də görünür ki, o hər hansı hüquq pozuntularına yol verməmiş, əmək fəaliyyəti zamanı kobud səhvlər olmamışdır. Zaqatala rayonu ərazisində yerləşən Daxili Qoşunların N saylı hərbi hissənin Tibbi Xidmətini rəisi kapitan Zaira Sadiyeva böhtan xarakterli şikayət ərizəsi yazaraq qərəzli surətdə cavabdehlə birləşərək onun işdən çıxarılmağına səbəb olmuşdur. Zaira Sadiyevanın yazdığı ərizə, bundan başqa Qaragöz Məmmədovanın yazdığı təqrir ilə o tanış olmamışdır, onların surətləri ona təqdim olunmamışdır. Lakin hər hansı bir sübut növü olmadığı halda ona böhtan atılaraq işdən çıxarılmışdır. Məhkəmədən xahişi budur ki, Daxili İşlər Nazirliyinin X10 rayonunda yerləşən N saylı hərbi hissənin Tibbi Xidmətinin rəisi, kapitan Zaira Sadiyevanın cavabdehə təqdim etdiyi ərizəsi məhkəmə tərəfindən tələb olunsun, surəti ona təqdim olunsun. Bundan başqa xəstə xidmətləri şöbəsi müdürü X4 bir neçə dəfə saxtakarlıq etdiyinə görə aralarında narazılıq olmuşdur, bu barədə o öz müdirinə demişdir. Hesab edir ki, aralarında olan narazılıqlara görə Qaragöz Məmmədova onun haqqında yalan məlumatlar yazmışdır. Onun yazdığı təqrir məhkəmə tərəfindən tələb olunsun, surəti ona verilməklə hər iki şəxsin yazdığı və ona qarşı etdikləri hərəkətlər məhkəmə tərəfindən araşdırılsın, sübuta yetmədiyi halda barələrində müvafiq tədbirlər görülsün. xx.xx.2022-ci il tarixdə əmr imzalansa da, o xx.xx.2022-ci il tarixədək işdə olmuş, öz vəzifəsini yerinə yetirmişdir, onun 31 oktyabradək işləməyi mühasibatlıq sənədlərindən görünür. xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərdə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23in Maliyyə şöbəsi hesabatlıq bölməsinin xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilsin. İşçiyə 30 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İşdən çıxma barədə əmrlərin surətlərini və əmək kitabçasını 26 dekabr 2022- ci il tarixdə almışdır. Həmin əmləri qanuni hesab etmir. Əmək Məcəlləsinin tələblərinə əməl olunmadan o işdən çıxarılmışdır. Əmrlərdən açıq aydın görünür ki, onun Konstitusiya ilə müəyyən olunmuş əmək hüququ pozulmuşdur. Buna görə də həmin əmrlər ləğv edilməli və o işə bərpa olunmalıdır. Onun işdən çıxma barədə olan əmrlərdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, aşağıda qeyd etdiyi qanunun maddələrinə əsasən onu qanunsuz işdən azad etmişlər. Həmkarların onun işdən çıxarılmağına dair razılığı alınmamışdır. Həmkarlar iclasında xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda qərara alınmışdır ki, barəsində inzibati cəza tədbirinin görülməsinə həmkarlar etiraz etmir. Bu isə onun işdən çıxarılmağına razılıq deyil, inzibati tənbeh tədbiri şiddətli töhmət və sairdir. Həmkarların razılığı alınmamışdır. Məhkəməyə həmkarları dəvət edilməsini xahiş edir.

4. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23 direktoru X3 etirazla müraciət edərək İddiaçı “əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət ünvanlamışdır. Hal-Hazırda sözügedən mülki iş sizin icraatınızdadır. İddiaçının iddia ərizəsi ilə qəti surətdə razı deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən formal faktlardan ibarətdir. İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Maliyyə şöbəsi, hesabatlılıq bölməsinin Xəzinədarı vəzifəsində işlədiyi müddətdə əmək vəzifəsinini kobud şəkildə pozaraq işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İlk olaraq bildirir ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən xəzinədə vətəndaşlardan artıq pul alınması ilə bağlı Zaqatala Rayon Xəstəxanasına məlumat verilmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciət edən DİN-nin Daxili Qoşunlarının N saylı H/H-nin şəxsi heyəti sağlamlıq haqqında arayışı almaq məqsədilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq 15.00 (on beş) manat dövlət rüsumunu ödəyən zaman xəzinədə çalışan X13 onların hər birindən əlavə olaraq 0.50 ( əlli qəpik) pul ödəmələrini tələb etmişdir. X13 tərəfindən eyni hal xx.xx.2022-ci il tarixində də təkrarlanmışdır. Hərbiçilər 0.50 (əlli qəpik) pulu ödədikdən sonra sözügedən məsələ ilə bağlı olaraq HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zairaya şikayət etmişlər. Daxili Qoşunlar HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zaira İddiaçı tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyeva ərizə ilə müraciət etmişdir. Qeyd edilən məsələ ilə bağlı olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən İddiaçı qeyri- hüquqi əməlləri barədə Zaqatala Rayon SİHİŞ-ə təqdimatla müraciət ünvanlanmış, Zaqatala Rayon SİHİŞ tərəfindən Emil Rüstəmovun təqdimatı müzakirə edilmiş, İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenidən eyni məzmunlu əməlləri törədilməsi nəticəsində barəsində inzibati cəza tədbirinin görülməsinə etiraz edilməməsi haqqında xx.xx.2022- ci il tarixli 162 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun surətini halhazırda ünvanladığı etiraza əlavə edir. Qeyd etdikləri hallardan görünür ki, İddiaçı yol verdiyi qanunsuz əməllər barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, ancaq buna baxmayaraq öz niyyətindən əl çəkməyərək müəssisənin nüfuz və etibarına ciddi xələl gətirmişdir. Bundan başqa bildirir ki, İddiaçı vətəndaşlardan qanunsuz olaraq 0.50 (əlli qəpik) pul alması faktı ilə əlaqədar olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya ərizə verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi Zaqatala Rayon Mərkəzi X16 Şəxsinin direktoru Tamara Nurəliyeva tərəfindən "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən verilən ərizə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasın PHŞ direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmovun təqdimatı əsas gətirilərək İddiaçı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3048 nömrəli əmr verilmişdir. Yuxarıda saydığı hallardan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Tamara Nurəliyeva tərəfindən verilən əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur, iddiaçı tərəfindən verilən iddia ərizəsi rədd olunmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar uydurulmuş faktlardan ibarət olmaqla yanaşı heç bir hüquqi əsası mövcud deyildir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Əhmədova X14 Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2010-cu il tarixli əmrinə əsasən Rayon Mərkəzi Xəstəxanasının mühasibatlığına əvəzçilik üzrə mühasib vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanası əsasında Zaqatala Rayon Mərkəzi X16 şəxsi yaradılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə daşıdığı vəzifədən azad edilərək X9 bölməinə xəzinədar vəzifəsinə keçirilmişdir. Zaqatala Rayon Mərkəzi X16 şəxsinin 24 oktyabr 2022-ci il tarixli 2892 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr Zaqatala Rayon Mərkəzi X16 şəxsinin 14 fevral 2023-cü il tarixli əmri ilə ləğv edilmişdir. Zaqatala Rayon Mərkəzi X16 şəxsinin 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas kimi xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X5 təqdimatı, Xəstə xidmətləri şöbəsi, Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nın tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrləri ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 direktoru etiraz ərizəsi ilə müraciət edərək X7 ”əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2022-ci il tarixli 2892 saylı əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir.

7. Belə ki, iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixli 2892 saylı əmr cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 14 fevral 2023-cü il tarixli əmri ilə artıq ləğv edilmişdir.

8. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2022-ci il tarixli 3048 saylı əmrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.

9. Belə ki, cavabdehin qeyd olunan əmrində əmək müqaviləsinin xitam verilməsinə əsas kimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsi və vətəndaşdan əlavə pul tələb etməsinə istinad edilmişdir. Həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizə olmuşdur. Həmin ərizədə iddiaçının hərbi qulluqçulardan 0,50 manat əlavə haqq tələb etməsi qeyd edilmiş, lakin bu hala dair hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilən sübutların ərizə ilə bağlı Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən aparılmış araşdırma nəticəsində də aşkar edilmədiyi cavabdehin təqdim etdiyi etiraz və həmin etirazın əsası kimi qeyd etdiyi sənədlərin araşdırılması nəticəsində də aydın olur.

10. Eyni zamanda, cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 3048 saylı əmri qəbul edərkən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsini qeyd etsə də, iddiaçının yol verdiyi səhvlərin nədən ibarət olması nə həmin əmrdə, nə də əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdə öz əksini tapmamışdır.

11. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir.

12. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir.

13. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin maddənin “e” bəndində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının iki əsası göstərilmişdir; bundan birincisi işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, digəri isə hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir.

14. Məhkəmə onu qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud səhvlərin və hüquq pozuntularının onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Cavabdeh Xəstəxana iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir.

15. Məhkəmə araşdırması zamanı iddiaçının işdən azad olunmasına dair 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmrdə əsas kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilmiş nöqsanların heç birinin iddiaçı tərəfindən törədilməsi aşkar edilmədiyindən və “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq 71-ci maddəsində müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən qəbul edildiyindən məhkəmə hesab edir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilməlidir.

16. Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi qismən təmin edilmiş, Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23in Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 83, 186 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

18. X8 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 56-61-ci səhifələrindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən əvəzçilik üzrə Zaqatala RMX-nın mühasibatlığına mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanası əsasında Zaqatala Rayon Mərkəzi X16 şəxsi yaradılmış, xx.xx.2020-ci il tarixdə AR Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Zaqatala Rayon Mərkəzi X16 şəxsi İcbari Tibbi Sığorta üzrə X21 Ərazi Bölmələrini İdarəetmə Birliyi X23 tabeliyinə verilmiş, xx.xx.2020-ci il tarixli əmrlə daşıdığı vəzifədən azad edilərək X9 bölməsinə Xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilmişdir.

19. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23 2892 nömrəli 24 oktyabr 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı - “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" pubiik hüquqi şəxsinin Maliyyə şöbəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi və işçiyə 30 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq SİHİŞ-nın xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X5 təqdimatı, Xəstə xidmətləri şöbəsi, İ Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir.

20. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23 3048 nömrəli 01 noyabr 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı Əlıməd qızının ’’Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X23in Maliyyə şöbəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi, işçiyə 42 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq SİHİŞ-nın xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X6 təqdimatı, Xəstə xidmətləri şöbəsi, Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir.

21. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23 PHŞ-6-78/3-1-147/2023 nömrəli 14 fevral 2023-cü il tarixli əmrindən görünür ki, “Zəqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xx.xx.2022-ci il tarixli, 2892 nömrəli əmri texniki cəhətdən bildirişin göndərilməməsi və xx.xx.2022-ci il tarixində yeni 3048 nömrəli əmrlə əvəz edildiyi üçün, xx.xx.2022-ci il tarixli, 2892 nömrəli əmr ləğv edilməsi əmr edilmişdir.

22. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizədən görünür ki, illik dispanzerizasiya ilə əlaqədar olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müayinələrdən keçən zaman 29 sentyabr tarixində göndərdikləri şəxsi heyət sağlamlıq haqqında arayış almaq üçün arayışın dövlət rüsumu 15 manat olduğu halda xəzinədə çalışan əməkdaş onlardan əlavə olaraq 50 qəpik tələb etmişdir. Şəxsi heyət əlavə 50 qəpiyin nə üçün istəndiyini soruşarkən xəzinədar bu məbləğin kassa çeki üçün tələb olunduğunu cavablandırmışdır. Şəxsi heyət həmin əlavə pulu xəzinədara vermiş, lakin sonra Hərbi Hissəyə qayıdarkən ona yaxınlaşaraq öz şikayətlərini bildirmişdirlər. Eyni hal 30 sentyabr tarixində müayinə üçün göndərdikləri şəxsi heyətlə də təkrar olunduğunu bildirmişdir. Gələcəkdə bu kimi neqativ halların təkrar olmaması üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir.

23. Zaqatala Rayon Mərkəzi X16 Şəxsin Xəstə xidmətləri şöbəsinin İ qeydiyyat bölməsinin bölmə müdiri X1 xx.xx.2022-ci il tarixli təqririndən görünür ki, Zaqatala RMX PHŞ-nin daxilində vətəndaşlara verilən tibbi arayış formalarının (F088, F083) dövlət rüsum haqqı 15 AZN və 30 AZN olduğu halda, kassir İddiaçı tərəfindən vətəndaşlardan 0.50 qəpik əlavə pul almaq halı baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Daxili Qoşunların əməkdaşı tərəfindən əlavə pul alınması barədə şikayət olunmuşdur. Eyni hal xx.xx.2022-ci il tarixində də Daxili Qoşunların əməkdaşlarından qeyri-qanuni olaraq əlavə 0.50 qəpik almış və bu da əməkdaşlar tərəfindən narazılığa səbəb olmuşdur.

24. Zaqatala Rayon Mərkəzi X16 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X16 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, "Zaqatala rayon Mərkəzi Xəstəxanası” X23in maliyyə şöbəsinin xəzinədarı İddiaçı tərəfindən kobud şəkildə yol verdiyi qanun pozuntularının qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması məqsədi ilə Tibbi Şuranın növbədən kənar iclasının keçirilməsini, məsələnin Şura üzvləri ilə müzakirə olunmasını və bununla bağlı qərar qəbul olunmasının təmin edilməsini xahiş etmişdir.

25. xx.xx.2022-ci il tarixli 162 nömrəli protokoldan görünür ki, Zaqatala RMX-sı PHŞin Maliyyə şöbəsinin xəzinədarı İddiaçı dəfələrlə şifahi məlumatlandırılmağına baxmayaraq, DİN-nin Daxili Qoşunlarının N saylı H/H-nin şəxsi heyəti, sağlamlıq haqqında arayışı almaq məqsədi ilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq 15.00 AZN dövlət rüsumu ödəyən zaman həmin şəxslərdən qanunsuz olaraq 0.50 AZN ödəmələrini tələb etdiyinə görə ona inzibati cəza tədbirinin görülməsinə RMXnın Həmkarlar Şurası etiraz etmir.

26. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o heç kəsdən 0,50 qəpik istəmədiyini, almadığını və bunun ona atılan böhtan olduğunu bildirmişdir.

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23in 3 saylı Şəki Zaqatala regional filialının 14 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı filialdan xx.xx.2003-cü il tarixdən İİ (ikinci) qrup ümumi xəstəlikdən əlil kimi 268,62 manat pensiya alır. Müddətsiz.

28. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı Əhmədova X14 Rayon Mərkəzi Xəstəxanası PHŞdə Maliyyə şöbəsi, hesabatlılıq bölməsinin Xəzinədarı vəzifəsində işlədiyi müddətdə əmək vəzifəsinini kobud şəkildə pozaraq işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xəstəxidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən xəzinədə vətəndaşlardan artıq pul alınması ilə bağlı Zaqatala Rayon Xəstəxanasına məlumat verilmişdir. Müəssisədə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciət edən DİN-nin Daxili Qoşunlarının N saylı H/H-nin şəxsi heyəti sağlamlıq haqqında arayışı almaq məqsədilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq 15.00 (on beş) manat dövlət rüsumunu ödəyən zaman xəzinədə çalışan X13 onların hər birindən əlavə olaraq 0.50 (əlli qəpik) pul ödəmələrini tələb etmişdir. Səfiyyə Əhmədova tərəfindən törədilən qanunsuz əməllər xx.xx.2022-ci il tarixində yenidən təkrarlanmışdır. Hərbçilər 0.50 (əlli qəpik) pulu ödədikdən sonra sözügedən məsələ ilə bağlı olaraq HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zairaya şikayət etmişlər. Daxili Qoşunlar HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zaira İddiaçı tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevaya ərizə ilə müraciət etmişdir. Həmin məsələ ilə bağlı olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən İddiaçı qeyri-hüquqi əməlləri barədə Zaqatala Rayon SİHİŞ-ə təqdimatla müraciət ünvanlanmışdır. Zaqatala Rayon SİHİŞ tərəfindən Emil Rüstəmovun təqdimatı müzakirə edilmiş, İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenidən eyni məzmunlu əməlləri törədilməsi nəticəsində barəsində inzibati cəza tədbirinin görülməsinə etiraz edilməməsi haqqında xx.xx.2022-ci il tarixli 162 nömrəli protokol tərtib edilmişdir. Qeyd etdiyi hallardan görünür ki, Səfiyyə Əhmədova yol verdiyi qanunsuz əməllər barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, ancaq buna baxmayaraq öz niyyətindən əl çəkməyərək müəssisənin nüfuz və etibarına ciddi xələl gətirmişdir. Bundan başqa, İddiaçı vətəndaşlardan qanunsuz olaraq 0.50 (əlli qəpik) pul alması faktı ilə əlaqədar olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibbxidməti rəisi Zaira Sadiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya ərizə verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Zaqatala RayonMərkəzi X16 Şəxsinin direktoru Tamara Nurəliyeva tərəfindən "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİNnin Daxili Qoşunların 17074saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən verilən ərizə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasın PHŞ direktoru inzibati məsələlər üzrə müavini Emil Rüstəmovun təqdimatı əsas gətirilərək İddiaçı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3048 nömrəli əmr verilmişdir. Yuxarıda saydığı hallardan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Tamara Nurəliyeva tərəfindən verilən əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Lakin qeyd edilən xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən səthi və qeyri-obyektiv yanaşılmışdır. İşin faktiki hallarından göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün aradırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

30. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)- 252/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X23in nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla eyni məzmunlu izahat verdi.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə şəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)- 252/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş xx.xx.2022-ci il tarixli 2892 saylı əmrin ləğv edilməsi ilə bağlı hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 29-cu bəndində göstərilmiş dəlilləri lə bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri onun birinci instansiya məhkəməsinə verdiyi iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir və həmin əsaslandırma bu qətnamənin 9-15-ci bəndlərində göstərilmişdir. Kollegiya həmin bəndlərdə göstərilənlərlə razılaşmaqla qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizə olmuşdur. Həmin ərizədə iddiaçının hərbi qulluqçulardan 0,50 manat əlavə haqq tələb etməsi qeyd edilmiş, lakin bu hala dair hər hansı sübut əlavə edilməmişdir.

41. Məhkəmə kollegiyası tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Şahid qismində kollegiyanın baxış iclasına dəvət edilməklə dindirilmiş, sonuncu bildirmişdir ki, xx.xx.2022-ci il tarixində DİN-nin Daxili Qoşunlarının H/H-nin şəxsi heyətinin illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciəti zamanı o şəxsən heyətlə birgə xəstəxanaya getmişdir və həmin vaxt onlardan 0.50 manat əlavə pul tələb edilməsi halına rast gəlməmişdir. Növbəti gün onun köməkçisinin müşayiəti ilə eyni məqsədlə xəstəxanaya müraciət edən şəxsi heyət üzvləri xəstəxanadan qayıtdıqdan sonra ona müraciət edərək xəzinədarın onlardan 0.50 manat əlavə pul aldığını bildirmişdir. Ona eyni məzmunlu müraciət sabahı gün də təkrar olunmuşdur. Göründüyü kimi, Şahid şəxsən H/H-nin şəxsi heyəti ilə birgə xəstəxanaya müraciət edərkən heç bir əlavə pul alınması halına rast gəlməmiş, növbəti gün onun şəxsi iştirakı olmadan xəstəxanaya edilən müraciətdən sonra həmin şəxsi heyətin üzvləri tərəfindən ona şikayət edilmişdir. Həmin şikayətlərin əsaslılığı ilə bağlı Şahid hər hansı sübut və ya dəlil yoxdur. Şahid cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasına yazdığı ərizə isə məlumat xarakterli olmaqla yalnız şəxsi heyətin üzvlərinin şifahi şikayətlərinə əsasən göndərilmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

42. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar