Məhkəmə qərarları › İş №2(107)-817/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-817/2022

01.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-817/2022 01.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəmələrində icraat a) Yevlax Rayon Məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X2 və İddiaçı paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsi (hakim T.Əliyev) 26 aprel 2022-ci il tarixli, 2(039)- 370/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh X3 mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Mingəçevir şəhərində yerləşir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan və mübahisə predmeti olan mənzil Mingəçevir şəhərində yerləşdiyindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2 və 45.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Mingəçevir Şəhər Məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 17 may 2022-ci il tarixli, 2(051)- 1316/2022 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki işə baxılması ərazi aidiyyətinə görə Yevlax Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və həmin işə Mingəçevir Şəhər Məhkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğundan, mövcud fikir ayrılığının aradan qaldırılması üçün hazırkı iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********03-05101-093016 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 27.30 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı ilə Cavabdeh ½ hissədə paylı mülkiyyət hüququ müvafiq olaraq 15.12.2021-ci il tarixdə ********** nömrə ilə, 21.10.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi ünvan 1 üzərində tərəflərin paylı mülkiyyət hüququ ½ hissədə müəyyən edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda tərəflər arasında yaranmış mübahisə paylı mülkiyyətdə olan mənzildən birlikdə istifadə olunmasının mümkünsüzlüyündən ibarətdir. Bununla bağlı olaraq iddiaçı mənzilin paylara uyğun naturada bölünməsi tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi isə qərardadında iddianın mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqəli olduğuna və mübahisə predmeti olan mənzilin Mingəçevir şəhərində yerləşməsinə görə mülki işin baxılması üçün müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin şamil olunduğu mübahisələrdən olmadığına görə mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş hazırkı iş, ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə aiddir. Mingəçevir Şəhər Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39.1 və 45.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya məhkəməsi məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021-ci il Qərar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilirbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi, ev 7, 34 nömrəli paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi barədə iddia ərizəsinə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Mingəçevir Şəhər Məhkəməsində baxılması daha düzgün olardı. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, sözügedən mübahisəli mənzil (ünvan 1) paylı mülkiyyət hüququ əsasında, hər birinə ½ hissə olmaqla iddiaçı və cavabdehə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ 2 iyun 2021-ci il Qərarında qeyd edilmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. -daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Hazırki mübahisələndirilən iddia tələbindən göründüyü kimi iddiaçı Fəridə Qəçərli mübahisəşli mənzilə ümumi birgə mülkiyyətinin bölünməsini deyil, artıq müəyyən edilmiş və mülkiyyət hüququ əsasında özünə məxsus olan ½ payın naturada bölünməsini (fiziki bölgüsünü) tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir Göründüyü kimi Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir Odur ki, kollegiya belə qənaətə gəlir ki, hazırki iddia keçmiş ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə deyil, mövcud payın (mülkiyyətin) naturada ayrılması ilə bağlı olduğundan müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə, yəni Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin 17.05.2022-ci il tarixli, 2(051)-1316/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar