Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-819/2025 13.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk, Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: “torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi” tələbinə dair ilk, “0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsinə dair” qarşılıqlı iddia tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı4 nümayəndəsi X3, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk, Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızı cavabdehlər Cavabdeh2,Cavabdeh4 Nəsrəddin qızından,Cavabdeh3 və Cavabdeh1 Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4 , İddiaçı2,İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X18, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılmasını, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini, Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı torpaq sahəsinin boşaldılmasını, orada tikilmiş tikililərin sökülməsi tələbinin rədd edilməsini, ilk iddia təmin edilərsə iddiaçılardan mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dolların indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızı cavabdehlər Cavabdeh2,Cavabdeh4 Nəsrəddin qızına,Cavabdeh3 və Cavabdeh1 qarşı Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4 , İddiaçı2,İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X18, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər.
3. Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinin rədd edilməsi, ilk iddia təmin edilərsə iddiaçılardan mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dolların indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, X9 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi müvəqqəti istifadə etmək üçün xx.xx.2013-cü il tarixdə 7E-575 reyestr nömrəli etibarnamə ilə Cavabdeh2 vermişdir. Həmin torpaq sahəsinə verdikləri etibarnaməni xx.xx.2022-ci il tarixli 8Î-17 reyestr nömrəli ərizəyə əsasən Balakən Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində ləğv etdirmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz istifadə etməklə oradan çıxmırlar, onların həmin torpaq sahəsinə girmələrinə və çıxmalarına məhdudiyyət yaradırlar. Həmçinin, həmin torpaq sahəsində onların razılığı olmadan tikililər tikmişlər.Odur ki, Balakən Rayon Aqrar İslahat Komissiyası 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızının mülkiyyətlərində olan ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
5. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, o, ailəsi üçün rayon mərkəzində yaşayış evi almaq üçün, dost tanışlarına müraciət etmişdir. Əgər satlıq ev olarsa özünə xəbər etməsini dostlarından xahiş etmişdir. Azpetrolun arxa hissəsində üzərində evlə birlikdə satlıq torpaq sahəsi olduğunu eşitmişdir.Deyilən həmin ünvana getmiş və ev və torpaq sahəsinin satılmasını öyrənəndən sonra torpaq sahəsinin mülkiyyətçisi ilə görüşmüş və alqı-satqı ilə razılaşaraq X10 ona məxsus 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində inşa etdiyi evlə birlikdə almışdır. Həmin torpaq sahəsini aldıqdan bir neçə il sonra oğlu Racuna el adəti üzrə toy edərək evləndirdikdən sonra qərara gəlmişlər ki, Racuna ev tikmək üçün torpaq sahəsi alsınlar.Yenə də eyni torpaq sahəsi satan olarsa dost tanışlara xahiş etmişdir ki, satlıq torpaq sahəsi olarsa özünə xəbər etsinlər. Bir neçə gündən sonra torpağını aldığı Akiflə təsadüfən küçədə rastlaşanda,satlıq torpaq sahəsinin olmasını bilib-bilməməsi barədə ondan soruşanda Akif bildirmişdir ki,ona satdığı torpaq sahəsinin ön tərəfindəki torpaq sahəsi onun kiçik qardaşınındır,o,həmin torpaq sahəsini satır. Beləliklə o, ilk iddiaçı ilə 1998-ci il tarixində razılaşaraq ona və ailə üzvlərinə məxsus torpaq sahəsini iki yüz dollara almış,iddiaçı İntiqam JN-805 A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməni ailəsinin yanında ona vermişdir. Bundan sonra o, oğlu üçün aldığı torpaq sahəsinin kənarlarını hasara almış və az-az tikinti materialları alıb həmin torpaq sahəsinə yığmışdır ki, oğluna ev inşa etsin. 2013-cü ildə torpağını aldığı İddiaçı4 yaxınlaşaraq ondan aldığı torpaq sahəsini oğlunun adına rəsmiləşdirmək istədiyini bildirmiş, o, da heç nə deməmişdir. Sonra İntiqam qardaşı Akif Məmmədov ilə evinə gələrək bunun üçün etibarnamə verəcəyini bildirmiş və bunun əvəzində ondan təkrar olaraq 1000 (bir min ABŞ doİları) istəmişdir. O, əlacsız qalıb qardaşı Akifin və qonşusu X11 yanında ona 1000 ABŞ dolları verdikdən sonra ertəsi gün İntiqam notariat ofisinə gedərək oğlu Racunun adına 13 fevral 2013-cü il tarixli ƏN1061094 saylı etibarnamə vermişdir ki, onun satdığı torpaq sahəsinin öz adlarına rəsmiləşdirilməsi və onunla bağlı bütün hərəkətləri həyata keçirə bilsinlər. Həmin etibarnamə 20 il yəni, xx.xx.2013-cü il tarixindən 13.02.33-cü il tarixinədək olan müddətə verilmişdir. İddiaçının qardaşı Akif Məmmədov ona bildirmişdir ki,həmin torpaqla bağlı hər-hansı mübahisə yaranarsa şahid qismində məhkəmədə qardaşı İntiqamın öz torpaq sahəsini ona satmasını sübut edəcəkdir.Etibarnamə oğlu Cavabdeh2 adına verilərkən etibarnamədə qeyd edilmişdir ki, JN -805 A olan şəhadətnaməyə əsasən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir.O,iddiaçıdan torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsi üzərində külli miqdarda vəsait xərcləməklə bir mərtəbəli dəyəri, 32 000 (otuz iki min ) manat miqdarında fərdi yaşayış evi inşa etmişdir. Həmin evin tikintisinə xərclədiyi məbləğin miqdarı ilə bağlı müstəqil Qiymətləndirici Mobil MMC-nin Fərdi yaşayış evinin və əlavə tikililərin bazar dəyərinin müəyyən edilməsi barədə 103 saylı xx.xx.2024-cü il tarixli rəyi alınmışdır. İddiaçı öz iddasında mübahisəli torpaq sahəsi üzərində ona xx.xx.2013-cü il tarixli etibarnamə üzrə müvəqqəti istifadəsinə verdiyini bildirir.İddiaçı Dövlət Notariat Kontorunda öz imzası ilə verdiyi etibarnamənin məzmununu unudub və həmin etibarnamənin surətini məhkəməyə qəsdən təqdim etməyib. Həmin etibarnaməyə nəzər salındıqda görünür ki, müvəqqəti istifadəyə vermək sözü ilə həmin torpaq sahəsi üzərində bütün sərəncamları vermək sözü arasında çox böyük fərqlər vardır.Həmin torpaq üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evinin 2016-cı il tarixində inşa olunması şahidləri və Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2050 saylı 09 dekabr 2024-cü il tarixli arayışı ilə sübut edilir. İddiaçı həmin torpaq sahəsi üzərində ev inşa etməyini görmüş,lakin buna etirazını bildirməmiş,heç bir rəsmi orqana şikayət etməmişdir.Onun etibarnaməni ləğv etməsinə səbəb təkrar olaraq ondan həmin torpaq sahəsinə indiki məzənnə ilə müqayisə edərək 6000 manat miqdarında pul tələb etməsidir.Həmin məbləği vermədiyi üçün iddiaçı etibarnaməni xx.xx.2022-ci ildə ləğv etdirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.Hesab edir ki, iddiaçı öz iddiasında haqlı deyil və torpaq sahəsini tələb etdiyi təqdirdə o, zaman ona vurduğu zərərin əvəzini tamamilə ödəməlidir.Qeyd edilənləri nəzərə alıb,ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsi ilk iddia üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli 0.06 ha torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətində olmasını, həmin torpaq sahəsinə cavabdehlərin heç bir hüquqlarının olmamasını, tələb edilməsinə baxmayaraq cavabdehlərin həmin torpaq sahəsindən çıxmamalarını, eyni zamanda cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa etdirdikləri talvar və su anbarını sökməmələrini maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər X19, X24, Cavabdeh4 və X25 iddiaçıların mülkiyyətində olan ünvan 2ndə yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılmalı və orada onlar tərəfindən inşa olunmuş tikililər-talvar və su anbarı cavabdehlərin özlərinin hesabına sökülməlidir. Qarşılıqlı iddianı qismən əsaslı hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 iddiaçıların mülkiyyətində olan torpaq sahəsini aldığını iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh3 torpaq sahəsinin alqı-satqısına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, torpaq sahəsi hazırda da iddiaçıların mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 iddiaçıların qohumu Akif Məmmədovdan aldığını iddia etdiyi torpaq sahəsi belə onun deyil, qardaşı X21 mülkiyyətindədir. Torpaq sahəsi üzərində hər cür sərəncam vermək hüququ ilə 20 il müddətə Cavabdeh2 verilmiş və 05 yanvar 2022-ci ildə ləğv edilmiş xx.xx.2013-cü il tarixli, 7E-575 reyestr nömrəli etibarnamə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MMnin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Göründüyü kimi etibarnamə əmlakın alqı-satqısını deyil, vəkalət vermiş şəxsin adından etibarnamədə qeyd edilmiş hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verən sənəddir. Bundan başqa etibarnamənin məzmunundan görünür ki, etibarnamə İddiaçı4 tərəfindən verilmişdir, halbuki sözügedən 0.06 hektar torpaq sahəsi İddiaçı4, İddiaçı2, İddiaçı1, X7 ümumi birgə mülkiyyətindədir. Odur ki, İddiaçı4 belə etibarnamə vermək səlahiyyəti də olmamışdır. 2022-ci ildə də həmin etibarnamə ləğv olunmuşdur. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçılar torpaq sahəsinə görə Cavabdeh3 1000 ABŞ dollarını hüquqi əsas olmadan alaraq əsassız varlanmışlar. Odur ki, həmin xarici valyutanın bu günə olan dəyəri -1700 manat iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, X4 alınıb Cavabdeh3 qaytarılmalıdır. Mübahisəli torpaq sahəsində inşa olunmuş ev və digər tikililərin dəyərinin tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş talvar və su hovuzu vardır. Ekspert rəyi ilə müəyyən olunur ki, həmin torpaq sahəsində ev inşa olunmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 2050 nömrəli arayışdan da görünür ki, 2016-cı ildə tikilmiş, 1(bir) mərtəbəli tikili ev deyil, yardımçı tikilidir. Su hovuzu və talvar ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 verilmiş xx.xx.2013cü il tarixli,7E-575 reyestr nömrəli etibarnamədə Cavabdeh2 torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, ipotekaya qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyəti verilsə də, orada hər hansı tikinti aparmaq səlahiyyəti verilməmişdir. Belə olan halda cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsində talvar və su anbarı inşa etmişlər. Həmin tikililər iddiaçılar tərəfindən bəyənilmir və sökülməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh3 vicdanlı sahib hesab olunmadığından və iddiaçılar həmin tikililərin sökülməsini tələb etdiklərindən Cavabdeh3 bu tələbi əsaslı hesab oluna bilməz və təmin edilməməlidir.
7. Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddianın təmin edilməsi, cavabdehlər X24, X25, Cavabdeh4 və X19 tərəfindən Balakən Rayon Aqrar islahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və X7 mülkiyyətinə verilmiş, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi boşaldılması, cavabdehlər X24, X25, Cavabdeh4 və X19 tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililər-su anbarı və talvar onların öz hesabına sökülməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Torpaq sahəsinə görə verilmiş 1000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə ilə dəyəri-1700 (bir min yeddi yüz) manat iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X4 alınıb Cavabdeh3 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı4 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlər X5, X12, Cavabdeh4 və X13 alınaraq İddiaçı4 verilsin. Cavabdeh3 tərəfindən ödənmiş 192 manat dövlət rüsumunun 0,96 manatı iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X4 alınıb Vaqif İsgəndərova verilməsi, qalan hissəsinin Vaqif İsgəndərovun özünə aid edilməsi, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X12, X13, Cavabdeh4 və X5 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 152.1, 157.2, 238.1, 238.3, 239.2, 567, 1091.1, 1091.2 və 1092.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 82, 84 və 111-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə verilmiş1634 nömrəli arayışda göstərilmişdir ki, X2 şəhəri, Ü.Hacıbəyov küçəsi 2 saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda aşağıda qeyd edilmiş ailəsi vardır. Ailə başçısı X25 xx.xx.1960;oğlu X24 xx.xx.1985;nəvələri- X19 xx.xx.2008;X22 xx.xx.2010 və X26 xx.xx.2013. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı4 ünvanlanmış 10 yanvar 2022-ci il tarixli 39 nömrəli məktubda göstərilmişdir ki,xx.xx.2013cü il tarixdə Balakən rayon Dövlət Notariati Kontorunda Sizin tərəfinizdən X20 verilmiş 7E- 575 reyestr nömrəli etibarnamə,sizin xx.xx.2022-ci il tarixli 8İ-17 reyestr nömrəli ərizənizə əsasən Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-805,Kod 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə İddiaçı4, X9, İddiaçı2 və İddiaçı1 Balakən şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 16954 nömrəli qəbzdən görünür ki, İddiaçı4 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 3-21-3-47/2-5453/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir.
2. JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1 İintiqam oğlu və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi cavabdehlər X24, Cavabdeh4, X25, X19 və digər şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlükdə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti,ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3.İddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 2050 nömrəli arayışda görünür ki, Balakən İH şəhəri üzrə nümayəndəliyinin 27 saylı ev təsərrüfatlarının uçotu kitabının 100 saylı səhifəsində Üzeyir Hacıbəyov küçəsi 2 saylı ünvanda X16 qeydiyyatda olduğu 2594 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərrüfatda 2016-cı ildə tikilmiş, 1(bir) mərtəbəli, 1(bir) otaqlı, 50 kv.m ümumi sahəsi, 25 kv.m yaşayış sahəsinə malik yardımçı tikilisi olması və 1990-cı ildə tikilmiş 1(bir) mərtəbəli, 4 (dörd) otaqlı ,124 kv.m ümumi sahəsi 80 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 3-21-3-47/2-128/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən verilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. 2.JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən,iddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oglu, Cavabdeh1 və ya digər şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlüklə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3.İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/9795 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Balakən Rayon Aqrar İslahat komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar X14, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir.
Qərardadın ikinci sualı üzrə: JN-805 A kod 40101004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən,iddiaçılar X14,İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş,ünvan 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh2,Sofiyeva X8 Vaqif Yusif oğlu,Cavabdeh1 və ya digər şəxslər tərəfindən istifadə olunur.Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlükdə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti,ölçüləri və koordinatları tərtib edilmiş yerqurluşu planında göstərilmişdir.
Qərardadın üçüncü sualı üzrə: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş, ünvan 2 ünvanında torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur.
10. Qətnamədən narazı olan Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)- 102/2025 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki qanunvericiliyin müddəaları digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutumülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimiəxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərinmənafelərinin qorunmasına xidmət edir. (X.Mirzəliyevin şikayəti üzrə 2021-ciil 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları) Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Nəzərə alındıqda ki, mübahisəli torpaq sahəsi 1998- ci ildən apellyatorun və onun ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur, bu müddət ərzində iddiaçıların tələb irəli sürməməsinin səbəbləri aydınlaşdırılmalıdır. Torpaq sahəsinin apellyatorun və onun ailə üzvlərinin istifadəsində uzun müddət olması və həmin müddət ərzindəiddiaçıların bu vəziyyəti bilməsi, görməsi və susmasından sonra baxılan iş üzrətələbi irəli sürməsi onların hüququndan sui-istifadə etməsinə səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırkı iddiaya hüquqdan sui-istifadə hallarına yol verilib verilməməsi baxımından hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası ilk iddia üzrə iddiaçıların irəli sürdüyü tələbləri əsaslandıran halların, bundan başqa 1998-ci ildən 2024-cü ilə kimi, yəni 26 il ərzində ilk iddia üzrə iddiaçıların susmasının, heç bir tələb irəli sürməmələrinin səbəblərini araşdırılması idi. Birinci instansiya məhkəməsi “Cavabdeh3 vicdanlı sahib hesab olunmadığından və iddiaçılar həmin tikililərin sökülməsini tələb etdiklərindən Cavabdeh3 bu tələbi əsaslı hesab oluna bilməz və təmin edilməməlidir.” cümləsini yazmaqla və Balakən rayon İH Balakən şəhər inzibatiərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 2050 nömrəli arayışı görməzdən gələrək, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir.
12. Ona görə də, Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)- 102/2025 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsini ləğv edilməsini, ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh3 nümayəndəsi və vəkili Əliyev X34 Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiyası mahkəməsinin Cavabdeh3 iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin almaması, həmin torpaq sahəsinin iddiaçıların cavabdehin müvəqqəti istifadəsinə verilməsi barədə mövqeyi ilə razılaşmır.
23. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X27 ifadə verərək bildirmişdir ki, İddiaçı4 onun qardaşıdır, digər iddiaçılar isə qardaşı uşaqlarıdır. 1998-ci ildə öz torpağını Cavabdeh3 satmışdır. İntiqamın da orada 6 sot torpağı varmış. O, evi satanda qardaşı da torpağı satmaq istəmişdir. Bu barədə Vaqifə məsələni bildirmiş, Vaqif isə razılaşıb qardaşının torpağını 200 dollara almışdır. 2013-cü ildə Cavabdeh4 qəlib demişdir ki, qardaşı torpağı geri istəyir. Qardaşı ilə danışmış, əlavə pul istədiyini bildirmişdir. Cavabdeh3 qardaşına əlavə 1000 dollar pul vermişdir. Onda qardaşı onlara məsələnin bağlandığını bildirmişdir. Hər iki pul məbləği qardaşına onun yanında verilmişdir. (c.İ, v.202).
24. Lakin şahidin bu cür ifadəsinə dair birinci instansiyası məhkəməsinin mövqeyi bəlli deyil. (təngidi yanaşması, sübut kimi qəbul edib-edilməməsi və s.).
25. Məhkəmə kollegiyası isə şahid Akif Məmmədovun ifadəsinə işdə olan digər sübutlarla yanaşı nəzər salaraq, hesab edir ki, tərəflər arasında torpaq sahəsinin alqısatqısına dair müqavilənin forma şərtinin pozulması ilə şifahi qaydada bağlanması, bu səbəbdən həmin razılaşmanın hüquqi nəticə doğurmaması və cavabdehin sahə üzərində hüququnun meydana gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən torpaq sahəsinin boşaldılması və orada tikilmiş tikililərin sökülməsi barədə ilkin iddia təmin edilmişdir.
26. Qarşılıqlı iddia isə iddiaçılardan mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dolların indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq cavabdehə verilməsi barədədir.
27. Birinci instansiyası məhkəməsi qeyd edilən razılaşma çərçivəsində sahənin əldə edilməsi üçün Cavabdeh3 1000 ABŞ dolları məbləğində pulu İddiaçı4 ödədiyini müəyyən etmişdir.
28. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin vəsaiti əsassız varlanma qaydasında sonuncudan tutmuş, qarşılıqlı iddianı qalan hissədə rədd etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
30. Tərəflər arasında rəsmi qaydada alqı-satqı müqviləsi olmasa da, onlar arasında torpaq sahəsinin əldə edilməsi üçün şifahi razılaşmanın olması öz təsdiqini tapır.
31. Nəzərə alınmalıdır ki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
32. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, məhkəmə aktlarının qeyri-sabitliyinin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından sui-istifadə etmiş subyektlər bunun nəticəsində yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri də daşıyırlar.
33. Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
34. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
35. Bu baxımdan torpaq sahəsində tikililərin tikilməsi nəticəsində həmin tikililərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə tikililər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.
36. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2025-ci il tarixli, 2(107)-819/2025 saylı qərardadı ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici-ekspert dəvət edilmiş, Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərin qiymətləndirilməsi "xxxx" MMC-nə həvаlə edilməsi qərara alınmışdır.
37. "xxxx" MMC-nin rəyi 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, aparılmış qiymətləndirmənin nəticəsi olaraq Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərin bazar dəyərinin 32600 (otuz iki min altı yüz) manat olduğu müəyyən edilmişdir.
38. Beləliklə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır.
39. Odur ki, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha torpaq sahəsi üzərində inşa etdiyi tikililərin ümumi dəyəri 32 000 manat pul alınaraq Cavabdeh3 verilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməmiş iddiaçılardan mübahisəli 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərin ümumi dəyəri 32 000 (otuz iki min) manat alınaraq cavabdehə verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova)Türkan İntiqam qızından müştərək qaydada mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş tikililərin ümumi dəyəri 32 000 (otuz iki min) manat pul alınaraq Cavabdeh3 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.