Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-822/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəmir hasarın sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququ, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(063)-11/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəmir hasarın sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin zəbt etdiyi, Ucar rayonu, Alpout kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın sonuncunun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddias ərizəsini belə əsaslandırmışdır ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə ona və ailə üzvlərinə Ucar rayonu, Alpout kəndi ərazisindən 1.20 ha həyətyanı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququları dövlət qeydiyyatına alınaraq, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-790 A saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi hələ islahatın predmeti olmamışdan öncə onun və ailə üzvlərinin sahibliyində və istifadəsində olmuş, sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə ailə üzvləri ilə uzun illərdir ki, yaşayırlar, həmçinin fərdi mülkiyyətlərində olan torpaq sahəsində meyvə ağacları əkib, bəhər götürərək ailələrinin zəruri ehtiyaclarının ödənilməsinə xərcləyirlər. Təxminən 20 gün bundan öncə cavabdeh heç bir qanuni əsası olmadan mülkiyyətlərində olan və Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən 1.20 hektar torpaq sahəsinin təxminən 0.06 hissəsini zəbt edərək, ətrafını dəmirlə hasarlamışdır. Cavabdehə bu cür hərəkətlər etməsinin səbəbini soruşduqda, sonuncu zəbt etdiyi torpaq sahəsinin ona məxsus olduğunu, bu səbəbdən ətrafını dəmirlə hasarladığını bildirmişdir. Halbuki, yuxarıda qeyd eydiyi kimi cavabdehin zəbt etdiyi torpaq sahəsi uzun illərdir onun və ailəsinin istifadəsində və sahibliyindədir. Ötən bu müddət ərzində cavabdeh bir dəfə də olsun hazırda zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını iddia etməmiş, bununla bağlı hər hansı tələbi olmamışdır. Cavabdeh hal-hazırda ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən hüquqmüəyyənedici sənədlər olmadan istifadə edir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsini boşaltmasını, eləcə də dəmir hasarı sökməsini tələb etsə də bir nəticəsi olmamış, qanunsuz hərəkətlərini davam etdirmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(063)-11/2022 saylı qətnaməsi (hakim H.Xəlilov) ilə iddianın təmin edilmiş, Cavabdeh zəbt etdiyi, Ucar rayonu, Alpout kəndində yerləşən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.20 ha torpaq sahəsinin 0.13 ha hissəsi boşaldılsın və zəbt olunmuş torpaq sahəsinin ətrafına çəkilmiş dəmir hasar Cavabdeh hesabına sökülməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X6 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 575,70 (beş yüz yetmiş beş) manat 70 (yetmiş) qəpik Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N: AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsindən naturada istifadə edərək, həmin hissəyə dəmirdən hasar çəkmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4835 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsindən naturada istifadə edərək, həmin hissəyə dəmirdən hasar çəkmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə işin hallarının ətraflı araşdırmayıb. İş materiallarından göründüyü kimi cavabdeh onun qonşusudur, hər iki tərəf Ucar rayon Aqrar İslahatı komissiyasının qərarı ilə həyətyanı torpaq sahəsini almışlar. Aqrar islahatından keçən 25 il ərzində tərəflər arasında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı hər hansı mübahisə olmamışdır. İddiaçının göstərdiyinə görə mübahisə təxminən 20 gün əvvəl 0,06 ha torpaq sahəsini hasarladığımdan sonra yaranmışdır. İddianın bu dəlili cavabdeh tərəfdə mübahisə doğurmuş, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatı araşdırmaqdan imtina etmişdir. Əslində isə qonşu həyətyanı torpaq sahələri arasında hüquqmüəyyənedici sənədlərdə göstərilən sərhədlərə uyğun yeni hasar çəkmək zərurəti yarandığından tərəflərin razılığı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları tərəflərin iştirakı ilə həyətyanı torpaq sahələri arasında sərhəddi yerquruluşu sənədlərinə uyğun olaraq naturada tərəflərə tanıtmış, tərəflər razılaşdıqdan sonra dəmir hasar çəkilmişdir. Ucar rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə "Tikinti-texniki obyektinin tədqiqi" ekspertizası keçirilmişdir. Ekspert qarşısında qoyulmuş birinci suala cavab olaraq ekspert "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə Tədqiqat İdarəsinin mühəndisi Fuad İskəndərovun mütəxəssis rəyində qeyd olunur ki, cavabdeh X15 tərəfindən İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu Alpout kəndində verilmiş 1,20 ha (JN790A) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"də ölçüdə torpaq sahəsi naturada istifadə edilmir" kimi cavab vermişdir. Qərardadda qoyulmuş 8-ci bənd üzrə suala cavab olaraq ekspert tərəfindən heç bir torpaq sahəsinin zəbt edilmədiyini təsdiqləmişdir. Ekspert rəyində qərardadda göstərilən bütün suallara aydın və birmənalı cavab verilməsinə, ekspert rəyi tərtib edilərkən mütəxəssis köməyindən istifadə olunsa da naməlum səbəbdən rəy iddiaçını və nə qədər qəribə olsa da məhkəməni qane etməmişdir, məhkəmə qanunsuz və əsasız olaraq iddiaçıya saxta rəy alması üçün şərait yaratmaq məqsədi ilə "Məhkəmə mühəndis-texniki eksperizası" təyin edilməsinə dair 05 mart 2021-ci il tarixli qərardad qəbul etmişdir. Qərardanın qəbul edildiyi tarixdən 6 ay 11 gün sonra Məhkəmə Ekspertiza Mərkəzinə daxil olması 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyinin 1-ci səhifəsindən görünsə də səbəbi bəlli deyildir. Ən maraqlısı isə hər iki ekspert rəyinin "Ekspertiza qarşısında qoyulan suallar" bölməsində suallarla tanışlıqdan sonrakı vəziyyətdir. Hər iki qərardadla ekspert qarşısında qoyulmuş suallar 100% eyniyyət təşkil edir. Elə isə "Məhkəmə mühəndis-texniki eksperizası"nın “Tikinti-texniki obyektinin tədqiqi" ekspertizasından nə ilə fərləndiyi məlum olmur. Ekspert rəylərinin "Ekspertizanın icraçısı" bəndindəki məlumatlarla tanışlıq 10/2679 saylı 13 yanvar 2021-ci il tarixli ekspert rəyini tərtib etmiş ekspertin 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyi tərtib etmiş ekspertdən daha təcrübəli olduğu görünür. Belə vəziyyətdə məhkəmənin əsas sübut kimi 10/2679 saylı, 13 yanvar 2021-ci il tarixli ekspert rəyinə deyil 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyinə istinad etməsi heç bir sübutla əsaslandırılmamışdır. Barəsində şikayət verilən məhkəmə aktında bununla bağlı göstərilənlər qeyri-müəyyən və məntiqsizdir, "..ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul ediılməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırki iş üzrə sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən , eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir". Məhkəmənin gəldiyi qənaət səhvdir. Əvvəla "17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən" ifadəsi digər sübutlarla tamamilə təkzib olunur, çünki həmin hallar 13 yanvar 2021-ci il tarixli ekspert rəyinə deyil 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyində gəlinən nəticə ilə təkzib olunur, 2021-ci il tarixli ekspert rəyinə deyil 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyində gəlinən nəticəni təkzib edən, eləcə də 13 yanvar 2021-ci il tarixli ekspert rəyinə deyil 17 dekabr 2021-ci il tarixli 10/4835 saylı ekspert rəyində gəlinən nəticəni təsdiq edən başqa sübut isə iş materiallarında yoxdur. Ekspertlərin hansının mötəbər rəy vermə imkanı barədə yuxarıda qeyd etmişəm. Məhkəmə isə əlavə ekspertiza keçirilməsinə dair vəsatətini nə təmin nə də rədd etmiş, sadəcə olaraq keçirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək, Apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının yeni Konstitusiyasının 13-cü maddəsi Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)- 11/2022 saylı qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4835 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha həyətyanı torpaq sahəsinin 0,13 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edildiyi və həmin hissəyə dəmirdən hasar çəkildiyi müəyyən edilmişdir, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi ona ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. Cavabdeh naturada istifadə etdiyi torpaq sahəsi ona və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. İddiaçı və ailə üzvlərinə Ucar Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsi naturada üst-üstə düşür, üst-üstə düşən sahə 0,13 ha təşkil edir. “X16 və Ekspertiza Mərkəzi” MMC-nin noyabr 2021-ci il tarixli, 80 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsi naturada tanıdılmışdır. İstifadə edilən torpaq sahəsi 0,13 ha təşkil edir. Cavabdeh Hüseynova Qara qızı tərəfindən dəmirdən çəkilmiş hasar İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin hüdudları daxilindədir. İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndihdə verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin 0,13 ha hissəsinə Cavabdeh tərəfindən dəmirdən çəkilmişdir. İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi ona və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. Cavabdeh naturada stifadə etdiyi torpaq sahəsi ona və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. İddiaçı və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsi ilə naturada üst-üstə düşür, üst-üstə düşən sahə 0,13 ha təşkil edir. Məhkəmə hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4835 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsindən naturada istifadə edərək, həmin hissəyə dəmirdən hasar çəkmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-787A, kod 90400018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Ucar rayonu, Alpout kəndində Cavabdeh, X12, X7 və X9 mülkiyyətlərinə fərdi yaşayış evi və s. məqsədi ilə 0.63 hektar torpaq sahəsi verilmişdir. Həmçinin işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-790A, kod 90400018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Ucar rayonu, Alpout kəndində İddiaçı Firuddun oğlunun, X1, X5, X2 və X3 mülkiyyətlərinə fərdi yaşayış evi və s. məqsədi ilə 1.20 hektar torpaq sahəsi verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4835 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı jddin oğluna və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin 0,13 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edildiyi və həmin hissəyə dəmirdən hasar çəkildiyi müəyyən edilmişdir, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi ona ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. Cavabdeh naturada istifadə etdiyi torpaq sahəsi ona və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğundur. İddiaçı və ailə üzvlərinə Ucar Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 1,20 ha ölçüdə torpaq sahəsi ilə Cavabdeh qızına və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il li, 12 saylı qərarı ilə Ucar rayonu, Alpout kəndində verilmiş 0,63 ha ölçüdə torpaq sahəsi naturada üst-üstə düşür. Üst-üstə düşən sahə 0,13 ha təşkil edir. Göründüyü kimi iddiaçı tərəf mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasına dair JN-790A, kod 90400018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətini təqdim etmiş, cavabdeh də eyni zamanda JN-787A, kod 90400018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Yəni hər iki tərəf istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə də mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 13- cü maddəsində öz əksini tapmışdır: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin layaqəti əleyhinə istifadə edilə bilməz. [2] Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152- ci maddəsində mülkiyyət toxunulmazlığı geniş təsnifatla verilmişdir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüququ cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. əmlakın (əşyanın) 152.4. Sərəncam hüququ - hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi birinci instansiya Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iddiaçının daha üstün hüquqa malik olmasını əsaslandırmamışdır. Belə olan halda mülkiyyətçi olan cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 24 yanvar 2022–ci il tarixli, 2(063)-11/2022 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəmir hasarın sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza xərci İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X6 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 575,70 (beş yüz yetmiş beş) manat 70 (yetmiş) qəpik Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin (kod 200071, VÖEN (bank) 99000036UffpS^&esab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N: AZ23AİİB********************) xeyrinə tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .
Məhkəmə qərarları › İş №2(107)-822/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-822/2022
01.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver