Məhkəmə qərarları › İş №2(107)-823/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-823/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-823/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İİddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması, həmin evdən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi və yaşayış evinin bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX olan ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə X9, ½ hissənin 2/3 hissəsi X3, ½ hissəsinin 1/3 hissəsi onun adlarına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində paylı mülkiyyət olaraq qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi onlara miras qalmışdır. Hazırda həmin paylı mülkiyyətdə olan fərd yaşayış evindən payına düşən hissənin naturada ayrılıb verilməsi zərurəti yaranmışdır, çünki vərəsələr arasında ara sıra anlaşılmazlıqlar olur və bu gələcəkdə söz söhbətə səbəb ola bilər. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişdir ki, mübahisə predmeti olan evdən payına düşən hissənin naturada ayrılıb ona verilməsi, Paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına köməklik etsinlər. Həmin orqan özünün xx.xx.2022-ci il tarixli **********25 saylı məktubu ilə mənə cavab verərək bildirdi ki, fərdi yaşayış evinin vahid memarlıq tərtibatına malik bir dam örtüyüaltında yerləşdiyi, ümumi tikintinin tərkib hissəsi olduğu müəyyən edildiyindən tələbinin icrası mümkün olmamışdır. Cavabdehin tələbindən imtinası ilə razı deyil, imtina onun mülkiyyət hüququnun pozulması deməkdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Daha əvvəl də eyni tələblə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclaslarına xəstəliyi səbəbindən gələ bilmədiyindən idda ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda mübahisə həll edilmədiyindən o, məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirdiyi fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdən biri Qasımov Nurudur. Mərhum babası Nuru təxminən 1941- ci ildə vəfat etmişdir. Nurunun 3 oğlu olmuşdur, yəni onun atası və iki əmisi. Onun atası və əmilərinin hamısı vəfat etmişdir. Atası 15 noyabr 1975-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdən biri də Qasımov Rasimdir. Rasim onun atasının əmisi olmuşdur. O da təxminən 1997 - 1998-ci illərdə vəfat etmişdir. Bildirmişdir ki, hal-hazırda qeyd qeyd olunan fərdi yaşayış evinin mərhum Nuruya aid olan hissəsində, onun əmisi uşaqları yaşayır. Onlarla da münasibəti yoxdur. Bildiyi qədər fərdi yaşayış evinin mərhum Rasimə aid hissəsində Rasimin həyat yoldaşı yaşayır. Onların uşaqları olmamışdır. Bildiyi qədər mərhum Rasimgil övladlığa bir qız övladı götürmüşdülər. Rasimin həyat yoldaşını Zülayə kimi tanıyır. Mərhum Rasimin qardaşları da olmuşdur, lakin hamısı vəfat etmişdir. Bildirmişdir ki, o, dəflərlə evin rəsmi qaydada bölünməsi ilə müraciət etmiş, lakin mümkün olmadığı bildirilmişdir. Özləri evi faktiki olaraq bölmüşlər. Lakin rəsmi sxem tərtib olunmaqla rəsmi qaydada evin bölünməsini tələb edir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 saylı qərardadı ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması hissəsi üzrə üzrə icraata xitam verilmişdir.

6. Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi qarşı seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi və yaşayış evinin bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması tələbinə dair iddiasının təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(075)-35/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması hissəsi üzrə üzrə icraata xitam verilməsinin nəzərə alınması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin İddiaçı alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 avqust 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən ünvan 2 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən 121.7 kv.metr yaşayış, 213.7 kv.mertr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X3 və ½ hissəsi X9 xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın naturada münasib şəkildə ayrılması və bölgü sxeminin hazırlanması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz.

9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən iddiaçının 1/3 hissə payının naturada ayrılması mümkün deyil. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 10/4175 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə öz təsdiqini tapır.

10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

11. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

12. Məhkəmə eyni zamanda diqqətə çatdırmışdır ki, mübahisələndirilən daşınmaz əmlakdan iddiaçıya düşən payın naturada ayrılması mümkün olmadığından, iddia tələbinin iddiaçıya məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması hissəsi də əsaslı deyildir.

13. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 213.2, 215.1, 215.2, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X13rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticələr işin hallarına uyğun gəlmir.

16. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən sadəcə olaraq saxta ekspert rəyinə istinad etmişdir. Belə ki, iş materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 10/4175 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən 1/3 hissə payın naturada ayrılmasının inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissənin 1/3 hissə payından kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Halbuki, həmin ekspert rəyi həqiqəti əks etdirmir. Mübahisəli fərdi yaşayış evi faktiki paylara uyğun naturada bölünmüş və onlar uzun müddət həmin bölgüyə uyğun yaşayırlar.

17. Ona görə də hesab edir ki, işə apelyasiya instansiyasında baxılarkən təkrar və əlavə tikinti-texniki ekspertizası təyin edilməli və iş üzrə obyektiv və düzgün rəyin verilməsi təmin edilməldir. İş üzrə düzgün ekspert rəyi əldə edilməməkdə mübahisəli fərdi yaşayış evinin paylara uyöun faktiki bölünmüş olması və artıq uzun illərdir həmin bölgüyə uyğun yaşandığı aydınlaşdırılmamışdır. Mübahisəli fərdi yaşayış evinin paylara uyğun bölünə bilməməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş və sadəcə olaraq saxta ekspert rəyinə istinad edilərək işə baxılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

18. Odur ki, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)- 35/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X10, X7, X4, X5, X15, X2, X24, X20, X30 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyator Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(107)-823/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “yaşayış evi bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması” hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evi bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

29. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən, 121.7 kv.metr yaşayış, 213.7 kv.mertr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X3 və ½ hissəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Paylı mülkiyyətçilərdən X16 1944-cü ildə, X21 isə 12 noyabr 1997-ci il tarixdə ölmüşlər. İddiaçı paylı mülkiyyətdə olan evin özünə aid hissəsinin naturada ayrılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbindən imtina edildiyindən hazırkı tələblə birinci instansiya məhkəməsində iddia qaldırmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

32. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

33. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

34. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

35. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

36. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

37. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

38. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

39. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

41. Belə ki, işdə olan 20 avqust 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən, 121.7 kv.metr yaşayış, 213.7 kv.mertr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X3 və ½ hissəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reystr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır.

42. İşdə olan 12 noyabr 1997-ci il tarixli, 514 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X21 12 noyabr 1997-ci il tarixdə ölmüşdür.

43. İşdə olan 24 iyun 1984-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 1944-cü ildə ölmüşdür.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını pozmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

45. Kollegiya qeyd edir ki, daşınmaz əmlakın digər paylı mülkiyyətçiləri vəfat etmələrinə baxmayaraq, iddiaçı paylı mülkiyyətin özünə aid hissəsinin naturada ayrılması məsələsini vəfat etmiş paylı mülkiyyətçinin mülkiyyətə gözləntisi olan vərəsələri ilə müzakirə etməli olduğu, beləliklə birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətçisi olmayan və yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək vəfat etmiş paylı mülkiyyətçilər X3 və X9 vərəsələri ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

47. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

48. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını kobud şəkildə pozması, düzgün tətbiq etməməsi, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmaması, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticələrin işin hallarına uyğun gəlməməsi, ekspert rəyinin həqiqəti əks etdirməməsi, işə apelyasiya instansiyasında baxılarkən təkrar və əlavə tikinti-texniki ekspertizasının təyin edilməli olması, iş üzrə düzgün ekspert rəyinin əldə edilməməsi, mübahisəli fərdi yaşayış evinin paylara uyğun faktiki bölünmüş olmasının və artıq uzun illərdir həmin bölgüyə uyğun yaşandığının aydınlaşdırılmaması, mübahisəli fərdi yaşayış evinin paylara uyğun bölünə bilməməsinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi, saxta ekspert rəyinə istinad edilərək işə baxılmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, vəfat etmiş paylı mülkiyyətçilər X3 və X9 vərəsələri iddiaya cavab verməli olan cavabdehlər olaraq işə cəlb edilmədiklərindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz.

50. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində iddia tələbi rədd edilməlidir.

51. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməli, iş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(075)-35/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində ləğv edilsin, həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində iddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar