Məhkəmə qərarları › İş №2(107)-826/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-826/2025

12.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-826/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan əmlakdan cavabdehlərin ailəsi və əmlakları ilə birlikdə çıxarılmaları” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan əmlakdan cavabdehlərin ailəsi və əmlakları ilə birlikdə çıxarılmaları” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(075)-877/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Şəki şəhəri, Azərbaycan prospekti dalan 27 (Yeni Qaydalarla AZ5500, Şəki şəhəri, Azərbaycan prospekti giriş 143) ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən ailələri və əmlakları ilə birlikdə çıxarılmaları, mülkiyyətində olan həmin evdən istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixdə verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, Azərbaycan prospekti dalan 27 (Yeni Qaydalarla AZ5500, Şəki şəhəri, Azərbaycan prospekti giriş 143) ünvanında yerləşən 0,0558 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşməklə sahəsi 118,4 kvadrat metr olan 2 nömrəli fərdi yaşayış evi onun mülkiyyətimdədir. Belə ki, həmin fərdi yaşayış evi əvvəlcə alqı-satqı müqaviləsi əsasında əri X1 adına rəsmiləşdirilmiş və əri vəfat etdikdən sonra həmin fərdi yaşayış evi vərəsəlik yolu ilə onun adına rəsmiləşdirilmişdir. Lakin, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evi notarial qaydada onlara satsalar da, həmin evdən bu günədək çıxmırlar. Bununla da cavabdehlər onun mülkiyyətində olan həmin evi ilə bağlı mülkiyyət hüquqlarını pozur və mülkiyyətindən maneəsiz istifadə etməyinə maneəçilik törədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə cavabdehlərin həmin evlə bağlı hər hansı bir hüquqları qalmamışdır. Onlar məlum olmayan səbəblərdən həmin mənzildən istifadə edirlər. Nəticədə isə onun qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Həmin evin mülkiyyətçisidir və onun öz əmlakımdan öz istədiyi kimi istifadə etmək hüququ vardır. Həmçinin iddiaçı Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh) cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış reyestrdə 4-Ə-1672 № ilə qeyd edilmiş, 15 oktyabr 2022-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə verilən məişət qazından istifadəyə cavabdehlər İddiaçı və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) həmin fərdi yaşayış evinə verilən elektrik enerjisindən istifadəyə cavabdehlər İddiaçı və "xxxx" ASC-nin Şimal Qərb RETSİnin X6 tərəfindən törədilən maneələrin aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(075)-877/2025 nömrəli qərardadı ilə, işin icraatı iddiaçı Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh) cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı Şəki regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış reyestrdə 4-Ə-1672 № ilə qeyd edilmiş, 15 oktyabr 2022-ci il tarixli AN – İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə verilən məişət qazından istifadəyə cavabdehlər İddiaçı və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) həmin fərdi yaşayış evinə verilən elektrik enerjisindən istifadəyə cavabdehlər İddiaçı və "xxxx" ASCnin Şimal Qərb RETSİ-nin X6 tərəfindən törədilən maneələrin aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-787/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(075)-877/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 dekabr 2024- cü il tarixdə verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, Azərbaycan prospekti dalan 27 (Yeni Qaydalarla AZ5500, Şəki şəhəri,Azərbaycan prospekti giriş 143) ünvanında yerləşən 0,0558 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşməklə sahəsi 118,4 kvadrat metr olan 2 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Belə ki, həmin fərdi yaşayış evi əvvəlcə alqı-satqı müqaviləsi əsasında onun əri X1 adına rəsmiləşdirilmiş və əri vəfat etdikdən sonra həmin fərdi yaşayış evi vərəsəlik yolu ilə onun adına rəsmiləşdirilmişdir. Lakin, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evi notarial qaydada onlara satsalar da, həmin evdən bu günədək çıxmırlar. Bununla da cavabdehlər onun mülkiyyətində olan həmin ev ilə bağlı onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətindən maneəsiz istifadə etməyinə maneəçilik törədir. Ona görə də o, mülkiyyətində olan, Şəki şəhəri, Azərbaycan prospekti dalan 27 (Yeni Qaydalarla AZ5500, Şəki şəhəri,Azərbaycan prospekti giriş 143) ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən ailələri və əmlakları ilə birlikdə çıxarılmaları, mülkiyyətində olan həmin evdən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onu da qeyd edir ki, Cavabdeh2 ona, Cavabdeh1, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə, “AZƏRİQAZ” İstehsalat Birliyinə və "xxxx" ASC-nə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, yaşayış sahəsindən və yaşayış sahəsinə verilən məişət qazından və elektrik enerjisindən istifadəyə törədilənmaneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Ümumilikdə həmin iddianı əsassız hesab edir. Onun iddia ərizəsi Şəki Rayon Məhkəməsində 2(075)- 877/2025 nömrəli iş kimi, Cavabdeh2 iddiası isə2(075)-787/2025 nömrəli iş kimi qeydiyyata alınmışdır. Bununla yanaşı bildirmək istəyir ki, qeyd edilən iddia Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun verilməmişdir. Belə ki, iddiaçı Cavabdeh2 iddia ərizəsinin məzmunundan və xahiş edirəm hissəsindən görünür ki, onun onlara qarşı yönələn tələbi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı olsa da, onun iddia tələbinin digər hissəsi, yəni yaşayış sahəsinə verilən məişət qazından və elektrik enerjisindən istifadəyə törədilən maneələrin aradan qaldırılması ilə bağlı hissəsi “AZƏRİQAZ” İstehsalat Birliyinə və "xxxx" ASC-nə qarşı yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından və iddia ərizəsindən göründüyü kimi Cavabdeh2 iddia tələbinin bir hissəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbi, bir hissəsi isə yaşayış sahəsinə verilən məişət qazından və elektrik enerjisindən istifadəyə törədilən maneələrin aradan qaldırılması tələbidir. Yəni bu tələblər fərqli cavabdehlərə qarşı yönəlmiş fərqli tələblərdir və bu iddia tələbləri bir-biri ilə bağlı, yəni əlaqəli deyildir və həmin tələblərə bir icraatda baxılması üçün əsas olmadığı kimi, bu iddialara ayrıca baxılması daha məqsədə müvafiqdir. Ona görə də həmin iddia tələbləri ayrıca icraata ayrılaraq ayrıayrı icraatda baxılmalı, həmçninin, onun mülkiyyətində olan, Şəki şəhəri, Azərbaycan prospekti dalan 27 (Yeni Qaydalarla AZ5500, Şəki şəhəri, Azərbaycanprospekti giriş 143) ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən ailələri və əmlakları ilə birlikdə çıxarılmaları, mülkiyyətimdə olan həmin evdən istifadəmə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi iddiaçı Cavabdeh2 ona, Cavabdeh1, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbi üzrə bir icraatda baxılması daha məqsədə müvafiqdir. O, bunlarla bağlı məhkəməyə müvafiq vəsatətlərlə müraciət etmişdir. Lakin, Şəki Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2 (075)-877/2025 nömrəli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “AsanXidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən və yaşayış sahəsinə verilən məişət qazından və elektrik enerjisindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair 2(075)-787/2025 mülki iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alanadək, hazırkı 2(075)-877/2025 saylı mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Halbuki, bu qərardadın qəbul edilməsi işin halları baxımından uzun müddət almaqla mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməkdədir. Həmçinin, işin halları ilə də iş üzrə icraatın dayandırılması nəticə etibarı ilə süründürməçilik yaradan hallardandır. Buna görə də həmin qərardaddan narazıdır və hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e- 2(075)-877/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək bildirmişdir ki, cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı Şəki regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış reyestrdə 4-Ə-1672 № ilə qeyd edilmiş, 15 oktyabr 2022-ci il tarixli AN –İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə verilən məişət qazından istifadəyə cavabdehlər İddiaçı və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) həmin fərdi yaşayış evinə verilən elektrik enerjisindən istifadəyə cavabdehlər İddiaçı və "xxxx" ASC-nin Şimal Qərb RETSİnin X6 tərəfindən törədilən maneələrin aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki iş hazırda məhkəmənin icraatındadır. Şəki Rayon Məhkəməsinin icraatında olan hazırki mülki işin nəticəsi Şəki Rayon Məhkəməsinin icraatında olan e-2(075)-787/2025 saylı iş üzrə iddia tələbinin həllindən asılı olduğundan həmin işə baxılanadək hazırki işə baxıla bilməz. İş üzrə icraatın dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(075)-877/2025 nömrəli qərardadı ilə, vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, 2(075)-787/2025 saylı mülki iş üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hazırkı işin nəticəsinə birbaşa təsir göstərəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən və yaşayış sahəsinə verilən məişət qazından və elektrik enerjisindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair 2(075)-787/2025 mülki iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alanadək, hazırkı 2(075)-877/2025 saylı mülki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş hazırki iş üzrə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin iddiaçının ərinin adına rəsmiləşməsinə əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan əmlakdan cavabdehlərin ailəsi və əmlakları ilə birlikdə çıxarılmaları”na dair iddia tələbi ilə Şəki Rayon Məhkəməsinin icraatında olan hazırki iş üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin iddiaçının ərinin adına rəsmiləşməsinə əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair tələblər bir-biri ilə əlaqəli tələblərdir. Belə ki, hazırkı iş üzrə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarını tələb etdiyi fərdi yaşayış evi ilə Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı Şəki regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış reyestrdə 4-Ə-1672 № ilə qeyd edilmiş, 15 oktyabr 2022-ci il tarixli AN –İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə verilən məişət qazından istifadəyə cavabdehlər İddiaçı və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) həmin fərdi yaşayış evinə verilən elektrik enerjisindən istifadəyə cavabdehlər İddiaçı və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin X6 tərəfindən törədilən maneələrin aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa edilməsinə dair tələblər eyni fərdi yaşayış evinə aiddir. Ona görə də, Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, “Azəriqaz” İB və "xxxx" ASC-yə qarşı Şəki regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış reyestrdə 4-Ə-1672 № ilə qeyd edilmiş, 15 oktyabr 2022-ci il tarixli AN – İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) yerləşən fərdi yaşayış evindən istifadəyə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin fərdi yaşayış evinə verilən məişət qazından istifadəyə cavabdehlər İddiaçı və “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Şəki xidmət sahəsi tərəfindən törədilən maneələrin aradan qaldırılması və təbii qazın verilməsinin bərpa edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, dalan 27, ev 2 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, ev 959) həmin fərdi yaşayış evinə verilən elektrik enerjisindən istifadəyə cavabdehlər İddiaçı və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin X6 tərəfindən törədilən maneələrin aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan əmlakdan cavabdehlərin ailəsi və əmlakları ilə birlikdə çıxarılmaları” tələbinə dair iddia tələbinin taleyi Şəki Rayon Məhkəməsinin icraatında olan e-2(075)-787/2025 saylı iddia tələbi üzrə qəbul ediləcək qərarın nəticəsindən birbaşa asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(075)-877/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(075)-877/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2(075)-877/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar