Məhkəmə qərarları › İş №2(107)-83/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-83/2020

25.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-83/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibiyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(054)-147/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 1993-cü il tarixli alqı-satqı müqaviləsinə, 1987-ci il tarixli texniki pasporta və xx.xx.2012-ci il tarixli 389755A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi və həmin torpaq sahəsinə cavabdeh tərəfindən gətirilmiş tikinti materiallarının (mişar daşı, qum və s.) cavabdehin öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(054)-147/2017 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi və həmin torpaq sahəsinə cavabdeh tərəfindən gətirilmiş tikinti materiallarının cavabdehin öz vəsaiti hesabına çıxarılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov, İ.Quliyev) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə аpelyаsiyа şikayəti təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tаrixli 2(054)-147/2017 nömrəli qətnaməsinin ləğv ediməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, xx xxxx 1993-cü il tarixli alqı-satqı müqaviləsi, 1987-ci il tarixli texniki pasporta və xx.xx.2012-ci il tarixli 389755A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi və həmin torpaq sahəsinə cavabdeh tərəfindən gətirilmiş tikinti materiallarının (mişar daşı, qum və s.) cavabdehin öz vəsaiti hesabına çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və onun vəkili X6 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5355/2018 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(107)-699/2018 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər M.Hüseynov, İ.Şükürov) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə аpelyаsiyа şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli 2(054)-147/2017 nömrəli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və onun vəkili X10 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-1984/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2482/2018 nömrəli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının оğlu Ceyhun xx xxxxxx 1997-ci ildə cavabdehlə ailə qurmuş, onların birgə nikahından iki uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən, onun adına olan bir otaqlı evdə cavabdehin yaşayış sahəsindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Həmin vaxtdan cavabdeh uşaqları ilə birlikdə onun adına olan evdə yaşamağa başlamışdır. Cavabdehin istifadə hüququnun tanındığı evi o xx xxxx 1993-cü ildə rəsmi alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin evə aid olan həyətyanı torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,06 hektar, faktiki ölçüsü isə 0,083 hektardan ibarətdir. Qeyd olunan həyətyanı torpaq sahəsinə hələ mülkiyyət sənədi tərtib edilməsə də, onun adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Bir neçə il əvvəl cavabdeh istifadə hüququnun tanınmış olduğu evi onların razılığı olmadan sökərək həmin torpaq sahəsində digər yaşayış sahəsi inşa etdirmişdir. Hazırda həmin evdə cavabdeh və iki uşağı yaşayır. Sonradan cavabdeh istifadə hüququnun tanınmış olduğu evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0,025 hektardan ibarət hissəsini də onların razılığı olmadan hasarla ayırmışdır. Həmin vaxtdan 0,025 hektar həyətyanı torpaq sahəsindən və qeyd olunan torpaq sahəsində yerləşən evdən faktiki olaraq yalnız cavabdeh və iki uşağı istifadə edirlər. Hasarla ayrılmış ərazinin digər tərəfində, Oğuz şəhəri, A.Əliyev küçəsi, 1 ünvanına aid olan həyətyanı torpaq sahəsində əri X4 məxsus yaşayış sahəsi yerləşir. Həmin yaşayış sahəsində o özü, əri və digər ailə üzvləri yaşayırlar. Cavabdeh 2014-cü ildə məhkəməyə müraciət edərək istifadə hüququnun tanındığı, Oğuz şəhəri, H.Əliyev küçəsi, 49 ünvanında yerləşən, əvvəllər onun adına olmuş, hazırda sökülmüş bir otaqlı evin yerində inşa etdirdiyi evə və həmin evin yerləşdiyi 0,025 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsinə dair onun adına xx.xx.2012-ci il tarixli 389755A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. O, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin sənədin ləğv edilməsi, mülkiyyətində olan evə və evin yerləşdiyi 0,075 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. 2017-ci ilin yanvar ayında o, mülkiyyətində olan torpaq sahəsinə baş çəkərkən həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Cavabdehdən tikinti işlərini dayandırmasını dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh bundan qəti olaraq imtina etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual hüquq normalarının tələblərini pozmaqla, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Oğuz Rayon Məhkəməsi iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Hazırki mülki işin materiallarından da aydın görünür ki, onun şikayəti, iş üzrə verdiyi izahatları və irəli sürdüyü dəlilləri, o cümlədən apelyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını cavabdehin mübahisələndirilən torpaq sahəsinə nəinki mülkiyyət, ümumiyyətlə heç bir subyektiv hüququnun olmaması təşkil edir. Məhkəmə qətnaməni onun qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədinin (çıxarışın) olmaması ilə əsaslandırmışdır. Mübahisələndirilən torpaq sahəsinə çıxarışın alınması üçün X11 Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-1568/2017 nömrəli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinin üzərinə həmin torpaq sahəsin onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Oğuz Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, sonda Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı hər dəfə müxtəlif bəhanələrlə onu məhkəməyə verir. İddiaçının mübahisələndirdiyi ərazidə hazırda heç bir tikinti-inşaat materialı yoxdur. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İnventar nömrəsi 1126 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən müəyyən edilir ki, Oğuz şəhəri, H.Əliyev küçəsi, 49 (keçmiş ünvan Oğuz şəhəri, S.Vurğun küçəsi, 17) ünvanında, faktiki olaraq 830,6 kv metrdən ibarət olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi X7, X3 və X1 adlı şəxslərə (hər birinə 1/3 hissə olmaqla) məxsus olmuşdur. xx xxxx 1993-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X7, X3 və X1 adlı şəxslərə məxsus olmuş fərdi yaşayış evini iddiaçı xx xxxx 1993-cü ildə satın almışdır. xx.xx.2012-ci il tarixli 389755A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, iddiaçının adına Oğuz şəhəri ərazisində yerləşən 599,45 kv metr həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(84)-717/2016 nömrəli qərardadından görünür ki, hazırki iş üzrə iddiaçı həmin məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixli 389755A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, mülkiyyətində olan evə və evin yerləşdiyi 0,075 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin məhkəmənin qeyd olunan qərardadı ilə iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-1984/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(107)-2482/2018 nömrəli qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün müvafiq göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, həmin nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, işə əlavə olunmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-984/2018 saylı qərarı ilə İddiaçı tələbi qismən təmin olunub, cavabdeh DƏDRX-nin 9 saylı X9 üzərinə Oğuz şəhərində yerləşən və elektron baza məlumatlarında 4220B nömrədə Bələdiyyə mülkiyyəti kimi göstərilmiş, xx.xx.2012-ci il tarixli 389755 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin planına uyğun xx.xx.2012-ci il tarixli 389755 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 599.45 kv.m. həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə kordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apelyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apelyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2471/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 22757 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən mübahisəiəndirilən torpaq sahəsi onun adına tərtib olunmuş torpaq sahəsinin plan-cizgi sxeminin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən aparılmış tikinti işlərio cümlədən tikinti daşlan,qum vəs. materiallar) iddiaçıya məxsus hüquq müəyyənedici sənəddə göstərilən cizgilər daxilində aparılmamışdır. Sualda qeyd olunan faktiki olaraq kiçik həcmdə qalan tikinti materiallarının məhkəmə işi üzrə baxış keçirildiyi vaxtda yerləşdiyi ərazi iddiaçının sənəd üzrə olan torpaq sahəsinin hüdudları xaricindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən sahəsinə bitişik iddiaçının istifadəsində olan 126 kv. metr torpaq sahəsi vardır. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsində hər hansı tikinti materialı yoxdur (yerdə azacıq dağınıq vəziyyəydə tikinti qumu istisna olmaqla) və heç bir tikinti işləri aparılmır. İddiaçı ilə cavabdehin evi arasında arakəsmə hasar yoxdur. Cavabdehin özünün mağistral (istimai yola) ayrıca giriş-çıxış qapısı var və cavabdeh həmin qapıdan istifadə edir. Yerli baxışda iştirak edən Oğuz şəhər Bələdiyyəsinin sədri X2 məlumat verərək bildirmişdir ki, hazırda Oğuz şəhərinin bələdiyyə fondunda olan torpaq sahəsinə dair çıxarışı olmadığından, yalnız alqı-satqı predmeti olan əraziyə çıxarış verilir və bundan sonra həmin torpaq sahəsi vətəndaşa satılır. Yerli baxışda iştirak edən Cavabdeh mübahisəli ərazinin iddiaçı tərəfə heç bir aidiyyətinin olmadığını bildirmiş, iddiaçı tərəf isə bununla razılaşmayaraq müvafiq ekspertizaların keçirilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, həm məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerli baxış zamanı, həmçinin ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisləndirdiyi ərazidə heç bir tikinti işləri aparılmır və orada heç bir tikinti materialları yoxdur. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apelyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(054)-147/2017 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı iddiа tələbinin təmin edilməməsini nəzərə аlаrаq, bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci İddiaçı аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(054)-147/2017 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat məhkəmə ekspertizası xərci İddiaçı alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar